Tanınmış yazıçı-dramaturq Elçin Hüseynbəylinin hekayələr kitabı rus dilində nəşr olunub.
AZƏRTAC xəbər verir ki, Xalq yazıçıları Anar və Çingiz Abdullayevin “Ön söz”ü ilə açılan kitaba on beş hekayə daxildir və əsasən ironik üslubda yazılıb.
Kitab Azərbaycan Yazıçılar Birliyinin “aybKitab” layihəsi çərçivəsində nəşr olunub.
Layihənin rəhbəri şair Xəyal Rza, kitabın redaktoru Vəzir Qasımovdur.
Qeyd edək ki, bu nəşr müəllifin rusca çıxan ikinci kitabıdır. “On üçüncü həvari - yaxud 141-ci Don” 2011-ci ildə nəşr olunub.
Azərbaycan Turizm Bürosunun dəstəyi, Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının (ATBA) təşkilatçılığı ilə Bakıda turizm bələdçiləri üçün keçirilən təlimlər başa çatıb.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, turizm bələdçilərinin texniki peşə biliklərinin beynəlxalq standartlar çərçivəsində təkmilləşdirilməsi məqsədi daşıyan təlimlər Ümumdünya Turizm Bələdçiləri Assosiasiyaları Federasiyası (WFTGA) ilə birgə həyata keçirilib.
Təlim proqramı rus və ingilisdilli qruplara bölünən 24 iştirakçıya Ümumdünya Turizm Bələdçiləri Assosiasiyaları Federasiyasının aparıcı təlimçisi İvana Curuvija və beynəlxalq təlimçi Səkinə Əsgərova tərəfindən tədris edilib.
Təlim çərçivəsində iştirakçılara 28 May, Nizami və Xaqani küçələri üzrə gəzinti turu, Heydər Əliyev prospekti, Üzeyir Hacıbəyli və Yusif Səfərov küçələri üzrə avtobus turu və Azərbaycan Milli Xalça Muzeyində məkan turu formalarında praktik və nəzəri biliklər tədris olunub.
Dekabrın 14-dən start götürən təlimlərdə turizm bələdçilərinə, həmçinin beynəlxalq standartlara əsaslanan peşə etikası, qrup psixologiyası, məhdud fəaliyyət qabiliyyətli turistlərlə iş, peşəkar tur planının tərtibatı kimi istiqamətlər üzrə məlumatlar verilib.
Qeyd edək ki, 2019-cu il ərzində ingilis, alman və rus dillərində olmaqla 60 turizm bələdçisini əhatə edən beş qrupa təlimlər keçirilib.
Dekabrın 24-də Bakının Nizami rayonunda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün inşa olunmuş yaşayış binasında mənzillərin, həmçinin Qarabağ müharibəsi əlillərinə və onlara bərabər tutulan şəxslərə avtomobillərin təqdim olunması mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
“Azərkosmos” ASC Tanzaniyanın rəqəmsal peyk xidmətləri təminatçısı “Azam TV” ilə müqavilə imzalayıb.
Məlumata görə, müqavilə “Azərkosmos”a bu ölkənin ərazisində Rəqəmsal Yerüstü Transmissiya (DTT) xidmətləri göstərməsinə imkan yaradacaq.
Müqavilənin şərtlərinə əsasən, DTT xidməti “Azerspace-1” telekommunikasiya peykinin “C-band”ı vasitəsi ilə təqdim ediləcək.
“Biz Şərqi Afrikanın aparıcı rəqəmsal peyk xidməti təminatçısı olan “Azam TV” ilə əməkdaşlıq etməkdən çox məmnunuq. Bu müqavilə tərəfdaşlarımızla birlikdə Tanzaniya xalqına yüksək etibarlı peyk xidmətləri göstərmək istəyimizin rəmzidir”, –deyə “Azərkosmos”un Baş kommersiya inzibatçısı Mark Qutrie (Mark Guthrie) deyib.
Qarşı tərəfin nümayəndəsi olan “Salim Bakhresa & Co Ltd.” şirkətinin icraçı direktoru Səid Səlim Baxresa (Said Salim Bakhresa) da “Azərkosmos”la əməkdaşlıqdan məmnun olduqlarını açıqlayıb: “Biz izləyicilərimizə ən keyfiyyətli televiziya yayımını təmin etmək üçün DTT xidmətləri infrastrukturunda “Azərkosmos”la tərəfdaş olmaqdan məmnunuq. “Azerspace-1” peykini Şərqi Afrika bölgəsi üzərindəki mövqeyi və etibarlılığına görə seçmişik”, - o əlavə edib.
Təhsil naziri Ceyhun Bayramov Yeni il bayramı ərəfəsində orta məktəblərdə dərslərin hansı günlərdə keçiriləcəyini açıqlayıb.
Məlumata görə, C.Bayramov jurnalistlərə açıqlamasında deyib ki, istirahət günlərinin davamlılığını təmin etmək üçün Nazirlər Kabineti tərəfindən Yeni il ərəfəsində bu həftənin şənbə və bazar günləri iş günləri elan edilib. Dekabrın 31-dən yanvarın 6-a qədər ölkədə qeyri-iş günləri olacaq.
Nazirin sözlərinə görə, ümumtəhsil müəssisələrində tədris Nazirlər Kabinetinin qərarına əsasən təşkil olunacaq.
Xatırladaq ki, dekabrın 2-də Nazirlər Kabineti iş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında qərarına dair açıqlama yayıb.
Açıqlamada deyilir ki, bu qərara əsasən vətəndaşlar dekabrın 31-i, 2020-ci ilin yanvarın 1, 2, 3, 4, 5 və 6-da istirahət etmək imkanı qazanacaqlar. Dekabrın 28 və 29-u isə iş günləri olacaq.
Bu gün Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təltif olunan mədəniyyət və incəsənət xadimlərinə orden, medal və fəxri adların təqdim etmə mərasimi keçirilib.
Tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin avanqardında mədəniyyət xadimlərinin dayandığını bildirib.
''Hər il cənab Prezidentin sərəncamı ilə müxtəlif mədəni tədbirlər keçirilir, xalqımızın mədəniyyətində önəmli yer tutan şəxslər mükafatlandırılır. Bu gün mükafatlandırılan şəxslərin arasında Azərbaycanın böyük nüfuza malik olan Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının əməkdaşları da yer alır. Teatra dövlət statusunun verilməsinin 100 illiyi münasibətilə cənab Prezident teatr xadimlərini təltif edib. Digər tərəfdən müasir musiqimizin ayrılmaz hissəsi olan musiqiçilər də bu sırada yer alır", - nazir vurğulayıb.
Daha sonra Ə.Qarayev orden, medal və fəxri adları aşağıdakı şəxslərə təqdim edib:
“Şöhrət” ordeni
Quliyev Nurəddin Əzulla oğlu - Akademik Milli Dram Teatrı, aparıcı səhnə ustası
Məlik Ramiz Ağarza oğlu - Akademik Milli Dram Teatrı, aparıcı səhnə ustası
Adıgözəlov Yalçın Vasif oğlu - dirijor
“Xalq artisti”
Ağayeva Tünzalə Qabil qızı - estrada müğənnisi
Mirbabayev Mir Yusif Mir Heydər oğlu - estrada müğənnisi
Nəcəfova Röyalə Yaqub qızı - estrada müğənnisi
Abdullayev Kazım Ənvər oğlu - Akademik Milli Dram Teatrı, aparıcı səhnə ustası
Nurzadə Əli Qayıb oğlu - Akademik Milli Dram Teatrı, aparıcı səhnə ustası
“Əməkdar artist”
Abdullayev Mətləb Fətəli oğlu - Akademik Milli Dram Teatrı, dram artisti
Babayeva Əminə Ağahüseyn qızı - Akademik Milli Dram Teatrı, dram artisti
Bəxtiyarov Rəşad Bəhram oğlu - Akademik Milli Dram Teatrı, dram artisti
Qarayev Elnar Cəfər oğlu - Akademik Milli Dram Teatrı, dram artisti
“Tərəqqi” medalı
Ağaverdiyeva Məsməxanım Aslan qızı - Akademik Milli Dram Teatrı, aparıcı səhnə ustası
Atakişiyeva Mətanət Ağazair qızı - Akademik Milli Dram Teatrı, aparıcı səhnə ustası
Əliyeva Münəvvər Sabir qızı - Akademik Milli Dram Teatrı, aparıcı səhnə ustası
Həsənov Rafael Vaqif oğlu - Akademik Milli Dram Teatrı, işıq üzrə rəssam
Quliyev Elxan Əli Bala oğlu - Akademik Milli Dram Teatrı, aparıcı səhnə ustası
Məmmədov Elnur Mehrəli oğlu - Akademik Milli Dram Teatrı, bədii rəhbərin truppa üzrə köməkçisi
Məmmədov Hacıbaba İsmayıl oğlu - Akademik Milli Dram Teatrı, direktor müavini
“Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”
Cəfərova Bəsti Əli qızı - Akademik Milli Dram Teatrı, aparıcı səhnə ustası
Əsədova Məleykə Əlifağa qızı - Akademik Milli Dram Teatrı, aparıcı səhnə ustası
Mustafayeva Laləzar Bəşir qızı - Akademik Milli Dram Teatrı, aparıcı səhnə ustası
Novruz Ramiz Qəvvam oğlu - Akademik Milli Dram Teatrı, aparıcı səhnə ustası
Mili Konservatoriyada Azərbaycanın görkəmli caz pianoçusu və bəstəkarı, ölkəmizdə caz musiqisinin banilərindən biri, Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin anım gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Vaqif Mustafazadə adına Xeyriyyə Fondunun və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi Turan Məmmədəliyeva çıxış edərək Vaqif Mustafazadənin ömür yolundan və yaradıcılığından danışıb.
Bildirilib ki, V.Mustafazadə Azərbaycan musiqisinin, muğamının klassik Amerikan caz musiqisi ilə sintezini yaradıb. Onun musiqi stili "Caz-Muğam" adlanır. Onun musiqimizdə etdiyi bu kimi yeniliklər bu günə qədər öz aktuallığını qoruyub saxlayır. Bu günün özündə belə bir çox musiqiçilər öz ifalarında məhz Vaqif Mustafazadənin yaratdığı caz-muğam sintezindən istifadə edir.
1940-cı ildə Bakı şəhərində anadan olan Vaqif Mustafazadə erkən yaşlarında atasını itirir. Onun tərbiyəsi ilə musiqi müəlliməsi olan anası məşğul olmağa başlayıb. 1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirərək Bakı Musiqi Akademiyasına daxil olub. Vaqif burada kiçik konsertlər verib, klublarda çıxış edib, əsasən, klassik caz, bluz və oynaq mahnılar ifa edib.
1964-cü ildən “Orero” ansamblına, “Qafqaz” caz üçlüyünə, “Leyli” və “Sevil” qadın vokal instrumental və “Muğam” instrumental ansambllarına rəhbərlik edib. Beynəlxalq caz müsabiqələri və festivallarının laureatı olub.
Monakoda 1979-cu ildə qeyri-adi şərtlərlə yeni festival keçirilir. Bu festivalın şərtlərinə görə əsərin müəllifi, ifaçısı və ölkəsi gizli saxlanılmalıdır. Festival başa çatdıqdan sonra yüzlərlə naməlum ad içərisindən bizə doğma ad çəkilir - Azərbaycan, Vaqif Mustafazadə. Monako caz festivalından Vətənə “Ağ royal” mükafatı ilə qayıdır.
Xalq musiqisi, muğamdakı improvizasiyalarda caz elementləri görmüş və orijinal bir janr ortaya çıxarmış “Muğam” simfoniyasının müəllifi Vaqif Mustafazadə 1979-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.
V.Mustafazadə 1979-cu il dekabrın 16-da Daşkənddə qastrol zamanı ürək tutmasından vəfat edib.
“Bizim Vaqif” filminin nümayişi ilə davam edən tədbirdə Vaqif Musatafazadənin və qızı Əzizə Mustafazadənin əsərləri səsləndirilib.
Azərbaycanda ilk dəfə çövkən milli oyunu üzrə yarışda videotəkrar (VAR) sistemindən istifadə olunub.
Bu, Binə Atçılıq Mərkəzinin qapalı manejində çövkən milli Prezident Kubokunun final görüşündə gerçəkləşib.
"Buta Golden" və "Omar" komandalarının görüşündə baş hakim qayda pozuntusundan sonra VAR-a müraciət edib. O, görüntülərə baxdıqdan sonra "Buta Golden"nin oyunçusunu meydandan 2 dəqiqəlik kənarlaşdırıb.
Qeyd edək ki, hazırda "Omer" 2:0 hesabı ilə öndədir.
Dekabrın 24-də Bakının Nizami rayonunda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün inşa olunmuş yaşayış binasında mənzillərin, həmçinin Qarabağ müharibəsi əlillərinə və onlara bərabər tutulan şəxslərə avtomobillərin təqdim olunması mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 8-ci sinif şagirdləri və müəllim heyəti ilə Ulduz Şokolad fabrikində təşkil olunan ekskursiyada iştirak ediblər. Şagirdlər ilk öncə şokoladın istehsalı və tarixi barədə hazırlanmış videoçarxı izləyib, şokolad məhsullarının hazırlanma texnologiyası barədə ətraflı məlumat əldə ediblər.
Məlumata görə, daha sonra istehsalat sahəsinə daxil olan müəllim və şagirdlər yerli brendin məhsullarının hazırlanma prosesini canlı şəkildə izləyib, eyni zamanda fabrikdə tamamilə avtomatlaşdırılmış və beynəlxalq standartların tələblərinə cavab verən müasir avadanlıqlarla tanış olublar.
Ulduz Şokolad Fabriki hər zaman fabrikdə şokoladlı konfetlərin istehsalını yaxından görmək istəyən şagirdlər, tələbələr və digər kollektivlər üçün ödənişsiz ekskursiyalar təşkil edir, ekskursiya zamanı onlara fabrik, istehsalat prosesi haqqında məlumatlar verilir.
Qeyd edək ki, 2001-ci ildə fəaliyyət göstərən Ulduz Şokolad Fabriki yerli və xarici bazarlara beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli və geniş çeşidli məhsullar təqdim edir. Fabrik fəaliyyət sahəsini və proseslərini yerli və beynəlxalq qanunvericiliyin tələblərinə, Keyfiyyət İdarəetmə və Qida Təhlükəsizliyi Sistemlərinə, Halal Qida standartlarına uyğun olaraq qurur, istehlakçıya tam təhlükəsiz, etibar edə biləcəyi qidanı təqdim edir.