Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “Mobil Şöbə 3.0” ilə xarici bankların kartlarına pul köçürmək mümkün oldu

    Azərbaycanda rəqəmsal bankçılığın liderlərindən biri olan Bank Respublika, müştəriləri üçün “Mobil Şöbə 3.0” mobil əlavəsinin yenilənmiş versiyasını təqdim etdi.

    Tətbiqin 3.0 versiyası tamamilə yeni interfeys və mobil əlavə ilə işləmə prosesini daha rahat, daha sürətli və daha səmərəli edən istifadəçi təcrübəsinə dayanaraq hazırlanıb.

    Bir sıra yeni xüsusiyyətlərdən əlavə olaraq, “Mobil Şöbə 3.0” versiyası əvvəlki nəsillərin əsas və populyar funksiyalarını özündə saxlayıb və inkişaf etdirib, məsələn: Western Union beynəlxalq pul köçürmələri, “Vektor” lokal pul köçürmələri, şablonlar, avto ödənişlər və sevilən bir sıra digər xidmətlər.

    Bununla yanaşı, “Mobil Şöbə 3.0” əlavəsi Bank Respublika müştərilərinə eləcə də, Bankın müştərisi olmayanlar üçün tamamilə yeni imkanlar yaradan bir sıra xidmətlər və həllər təqdim edir. Bunlar: vəsaitlərin xarici bankların kartına köçürülməsi, üçüncü tərəflərin bank kartlarının əlavə edilməsi, bankın müştərisi olmayanların qeydiyyatı, hesabdan çıxarışlarda tranzaksiyaların yeni axtarış sistemi və s.

    “Mobil Şöbə 3.0” əlavəsi komandamızın kreativ düşüncə və dizayn təcrübəsini özündə cəmləşdirən 100% Azərbaycan məhsuludur. “Mobil Şöbə”nin yeni versiyasının hazırlanması zamanı xarici təcrübə öyrənilmiş, istifadəçilərimizin rahatlığına və funksionallığa xüsusi diqqət yetirilib. Müştəriləmizə, özümüzün də məmuniyyətlə istifadə edə biləcəyimiz bank məhsulunu təqdim edə bilmək bizim üçün prioritet məqsəd idi. İnanıram ki, biz bu məqsədə çatdıq, bu baxımdan peşəkarlardan ibarət kollektivimizə səmimi təşəkkürümü bildirmək istəyirəm. Gələcəkdə Bank rəqəmsal kanalları fəal şəkildə inkişaf etdirməyə və müştərilərə bazarımıza xas olmayan yeni texnoloji həlləri təqdim etməyə davam edəcək ", deyə “Bank Respublika”nın darə Heyətinin sədri Tariyel İsmayılov bildirib.

    Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

  • Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun növbəti kitabı İtaliyada işıq üzü görüb

    Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu türkdilli xalqların zəngin mədəni irsinin dünyada nümayişi və təbliği istiqamətində müxtəlif layihələr həyata keçirir.

    AZƏRTAC xəbər verir ki, bu çərçivədə Fondun dəstəyi ilə növbəti kitab İtaliyada işıq üzü görüb.

    Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında sərəncamlarına uyğun olaraq nəinki ölkəmizdə, həm də dünyanın bir çox yerlərində silsilə tədbirlər və təqdimatlar keçirilir, kitablar çap edilir və şairin yaradıcılığına yenidən nəzər salınır. Türk xalqlarının bir-birinə yaxınlaşması və onların ortaq mədəniyyətinin təbliği missiyasını üzərinə götürən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yeni nəşrini də yubileyə töhfə adlandırmaq olar. Belə ki, Fondun İtaliyanın “Sandro Teti” nəşriyyat evi ilə əməkdaşlığı çərçivəsində “Nəsimi poeziyası” kitabı italyan dilində çap olunub. Kitaba şairin 100-dən çox qəzəli və rübaisi daxil edilib.

    Nəşr, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın “Nəsimi - əbədiyyət üfüqündə sevgi günəşi” “Ön söz”ü ilə açılır. Şerləri italyan dilinə tərcümə edən türkoloq alim Marilena Reanın “Nəsimi işığı” adlı məqaləsi də nəşrdə yer alır.

    Azərbaycan poeziyasının ən önəmli şəxsiyyətlərindən olan İmadəddin Nəsiminin əsərlər toplusu, Türk Dünyasının zəngin mədəni irsinin təbliği ilə yanaşı, italyan oxucusunun dahi şairin yaradıcılığı ilə daha yaxından tanış olmasına imkan yaradır. Kitabın təqdimatının bu ay ərzində İtaliyanın müxtəlif şəhərlərində keçirilməsi nəzərdə tutulub.

    Qeyd edək ki, bu nəşr Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun İtaliyada çapdan çıxan ikinci kitabdır. Belə ki, keçən il Fondun, “Sandro Teti” nəşriyyat evi ilə birgə “Azərbaycan qadın şairlərinin poeziya antologiyası” kitabı buraxılıb.

  • “Buratino” nağıl-tamaşası növbəti dəfə nümayiş olunub

    Azərbaycan Dövlət Akademik Musiqili Teatrda görkəmli rus yazıçısı Aleksey Tolstoyun “Qızıl açar və yaxud Buratinonun macəraları” povesti əsasında hazırlanan “Buratino” nağıl-tamaşası azyaşlı tamaşaçılar üçün növbəti dəfə təqdim olunub.

    Dünyanın bir çox teatr məkanlarında tamaşaçılara müxtəlif yozumlarda göstərilən oduncaq adam - Buratino haqqında rəvayətlər Musiqili Teatrın gənc rejissoru Elməddin Dadaşovun quruluş və musiqi tərtibatında izlənilib. Rejissor tərcüməsi Əməkdar artist Nicat Kazımova aid olan Buratino haqqında məşhur nağıla tamam fərqli aspektdən yanaşıb.

    Əməkdar artistlər Səmayə Musayeva, Nahidə Orucova, aktyorlar Möylə Mirzəliyev, Məhərrəm Qurbanov, Ağaxan Şərifov, Gülnarə Abdullayeva, Rəsmiyyə Nurməmmədova, Ruslan Mürsəlov, Telnaz Hüseynova, Gülnarə Əzizova, Hüseyn Əlili, Səmədzadə Xasıyev, Zaur Əliyev, Mehriban Rəcəbova, Elnarə Nağdəliyeva, Gülçöhrə Abdullayeva, Nərmin Əliyeva, Eleanora Mehdiyeva və Rauf Babayevin ifa etdikləri maraqlı rollar balaca tamaşaçıları əsl möcüzələr aləminə aparıb.

    Qeyd edək ki, teatrın yaradıcı gənclərinə dəstək məqsədilə səhnəyə qoyulan tamaşanın bədii rəhbəri, teatrın direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, quruluşçu-baletmeysterləri, Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, quruluşçu rəssamı Vüsal Rəhim, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Sevinc Məmmədovadır.

  • Xalq yazıçısı Kamal Abdullanın “Sirlərin sərgüzəşti” kitabının təqdimatı olub

    Dekabrın 2-də Bakı Kitab Mərkəzində Xalq yazıçısı Kamal Abdullanın "Sirlərin sərgüzəşti" kitabının imza günü və təqdimatı keçirilib.

    AZƏRTAC xəbər verir ki, təqdimatda "Sirlərin sərgüzəşti" sinkretik romanının mətn və obrazlar aləminin arxitektonikasında, romanın xronotopik, arxetipik xüsusiyyətlərində müşahidə edilən özəlliklər haqda söhbət açılıb.

    Tədbiri mərkəzin direktoru Günel Anarqızı açaraq bildirib ki, müəlliflə bu növbəti görüşdür. Qeyd edib ki, yazıçının sayca dördüncü romanı olan bu əsərdə paralel zaman və məkan, yaddaş fenomeni, real və irreal hadisələrin təsviri özünün ədəbi-bədii əksini tapıb. Əsərin olduqca maraqlı olduğunu söyləyən Günel Anarqızı gənclərə çoxlu kitab mütaliə etməyi tövsiyə edib.

    Kitabın redaktoru və “Ön söz”ün müəllifi Əlövsət Ağalarov yeni əsəri belə xarakterizə edir: “Hər bir kitab dünyaya gələndə bir övlad kimi gəlir. Müəllif bu övladına olduqca həssaslıqla yanaşıb. Əsərdəki dərin fəlsəfi-psixoloji anlardan uzun müddət ayrılmaq olmur, yaddaşın yaddaşsızlığı oxucunu dərkolunmayacaq qəribə aləmə aparır. Roman Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutan bir əsərdir. Ümid edirəm ki, "Sirlərin sərgüzəşti" çoxlarının masaüstü kitabına çevriləcək”.

    Yazıçı-publisist Səyyad Aran, yazıçı Şərif Ağayar və başqaları çıxış edərək kitab barədə öz fikirlərini bölüşüblər.

    Çıxışlarda qeyd edilib ki, roman müasir nəsr texnikasına xas olan iç-içə süjetlər və fəsillərlə assosiasiya olunan hadisələrin anoxronik ardıcıllığı şəklində qurulub. Əsərin qəhrəmanı olan Həsən müəllim (Hacı Mir Həsən Ağa Səyyah) nəql olunan əhvalatların fövqündə dayanaraq sirlərin sərgüzəştinə şahidlik və bələdçilik edir. Bu mənada roman oxucunu öz sirlərinin ağuşuna alır, onu da sirrə vaqif edir. Odunçu Əhmədin, Təpəgözün, Banuçiçəklə Beyrəyin çözülən sirri oxucunu Kamal Abdullanın bundan əvvəl qələmə aldığı mətnlərdəki mətləblərə bir daha üz tutmaq ehtiyacı ilə üz-üzə qoyur. "Sirlərin sərgüzəşti"ndəki arxetipik məqamlar romanı müəllifin digər mətnləri ilə aşkar və gizli lağımlarla bağlayır.

    Kitabda Xalq yazıçısı Kamal Abdullanın ədəbi və elmi yaradıcılığı haqqında Franko Kardini (İtaliya), Anastasiya Yermakova (Rusiya), Xalq yazıçısı Anar və akademik İsa Həbibbəyli (Azərbaycan), Arif Acaloğlu (Türkiyə), Lüdmila Lavrova (Rusiya), Maks Statkeviçin (ABŞ) fikirləri də yer alıb.

    Sonda Kamal Abdulla hər kəsə təşəkkürünü bildirərək oxucuların suallarını cavablandırıb.

    Qeyd edək ki, "Sirlərin sərgüzəşti" müəllifin "Yarımçıq əlyazma", "Sehrbazlar dərəsi", "Unutmağa kimsə yox" romanlarından sonra sayca dördüncü romanıdır.

  • Azərbaycan ilə Qazaxıstan muzeyləri arasında əməkdaşlığa dair memorandum imzalanıb

    Azərbaycan Milli İncəsənət Muzeyi ilə A.Kasteyev adına Qazaxıstan Respublikasının Dövlət İncəsənət Muzeyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

    AZƏRTAC xəbər verir ki, tədbir MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun maliyyə və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə Bakıda keçirilən “Sərhədsiz incəsənət” adlı beynəlxalq seminar çərçivəsində baş tutub.

    Hər iki nüfuzlu dövlət incəsənət muzeyi bir neçə istiqamətdə qarşılıqlı səmərəli əməkdaşlıq əlaqələrinin qurulması üçün müvafiq şəraitin yaradılması haqqında öz üzərilərinə öhdəlik götürüblər.

    Sazişə əsasən, birgə elmi-tədqiqat işinin aparılması, mədəni-maarifləndirici layihələrinin hazırlanması və realizasiyası; birgə elmi proqramların keçirilməsi; işgüzar görüşlərin təşkil edilməsi; elmi informasiyanın, sənədlərin, ədəbiyyat və biblioqrafik nəşrlərin, eləcə də alim və mütəxəssislərin mübadiləsi və s. Tərəflər əməkdaşlıq, mədəni irsin öyrənilməsi və geniş vüsət alması, o cümlədən elmi və mədəni əlaqələrin gücləndirilməsi üçün qarşılıqlı maraqların olduğunu vurğulayıblar.

    Memorandumu Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor, Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev və A.Kasteyev adına Qazaxıstan Respublikasının Dövlət İncəsənət Muzeyinin direktoru, professor, Qazaxıstanın Əməkdar incəsənət xadimi Gülmira Şalabayeva imzalayıblar.

  • Çayı nə ilə içmək olmaz?

    İstənilən çayı limon və ya mürəbbə ilə içmək olar, amma digər hallarda qarışımlar ziyanlı ola bilər.

    Trend-in məlumatına görə, bunu rusiyalı dietoloq Yelena Solomatina deyib.

    O bildirib ki, çayın tərkibində antioksidantlar mövcuddur və bu, ürək-damar sisteminə, görmə qabiliyyətinə müsbət təsir göstərir, eləcə də bəzi şişlərin yaranmasına mane olur.

    Qeyd olunur ki, çayı südlə çox içmək məsləhət görülmür. Süd çayın tərkibindən faydalı antioksidantları neytrallaşdırır və nəticədə mədədə qıcqırma yarana bilər.

    Bundan başqa, çaya bal qatmaq da məsləhət görülmür. Bu prosesin orqanizmə ziyanı olmasa da, heç bir xeyri yoxdur.

  • Azərbaycan dilinin yeni Orfoqrafiya lüğətinə BU YENİ SÖZLƏR daxil edilib (ÖZƏL)

    Azərbaycan dilinin yeni Orfoqrafiya lüğətinin bu ilin sonuna kimi işıq üzü görməsi nəzərdə tutulur.

    Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

    Onun sözlərinə görə, lüğət AMEA-nın Rəyasət Heyəti tərəfindən nəşr olunmaq üçün “Elm” nəşriyyatına təqdim edilib. M.Nağısoylu yeni Orfoqrafiya lüğətinin son versiyasına 2013-cü ildən sonra – son 6 il ərzində dilimizə daxil olan və əvvəlki lüğətdə unudulan 4000-ə yaxın sözün daxil edildiyini söyləyib.

    Akademik əlavə edib ki, hazırkı lüğətdə mövcud olan təxminən 1000-ə yaxın söz yeni lüğətdən çıxarılıb: "Köhnə lüğətdə yaddan çıxarılan sözlər yeni lüğətə daxil edilib. Məsələn, hazırkı lüğətdə “ucadan” sözü var, amma "uca" sözü yox idi. Lüğətə daxil edilən sözlərin əksəriyyəti yeni yaranan sözlərdir. Məsələn, yutub, onlayn, instaqram, multikulturalizm, tolerantlıq, qloballaşma, bloger, skaut kimi sözlər hazırkı lüğətdə yoxdur, ona görə də bu sözlər yeni lüğətə daxil ediləcək".

    Dilçilik İnstitunun Tətbiqi dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli də yeni lüğətə daxil edilən bəzi sözləri Trend-ə açıqlayıb.

    O qeyd edib ki, lüğətə pide, pilates, pilinq, depilyasiya, deport, demontaj, dermatokosmetologiya, devalvasiya, üzən məzənnə, dezinfyasiya, dezodorant-antiperspirant, DVD, DVD-R, dubl, dönər, popler, dopinq, e-dərslik, Ebola, ekonomiks, ekoturizm, eks-divident, gel-korrektor, gey, geyparad, gel-skrab-maska, fləş, fləş-kart, smaylik, smart-TV, selfi, sendviç, sellülit, seksizm, summativ, vay-fay, administrasiya, administrator, boulinq, breket, realiti-şou, realizə, mozaik, mozaiklik, motivasiya, İŞİD, dolğu, dollarlaşma, domen, institutsional, istəblişment (hakimiyyət dairəsi, siyasi elita), submədəniyyət, makdonalds, magistr, magistratura, geyşa (incəsənət adamı), ekonom-sinif, e-diplomatiya və s. kimi sözlər daxil edilib.

  • Xərcə düşmədən evi necə yeniləmək olar? – QƏNAƏT ETMƏYİN ÜSULLARI

    Yeni il öncəsi ev əşyalarını yeniləmək çoxdankı ənənədir. Təəssüf ki, bayramdan öncə onsuz da artan xərclər bu ənənəyə əməl etməyə bəzən imkan vermir. Amma büdcəni düzgün planlayaraq, xərclərin istiqamətini öncədən müəyyənləşdirərək hər kəs qənaət edə, eyni zamanda istədiyi bayram hədiyyəsini özünə icazə verə bilər.

    Trend.az bu məqalədə məişət texnikasının alışı zamanı xərclərə qənaət etməyin üsullarını araşdırıb. Yeri gəlmişkən, Kontakt Home-da dekabrın 15-dək bütün Samsung məhsullarını indi alıb, ödəməyə gələn ildən (50 gün sonra) başlamaq olar. Bu kampaniya ilə Yeni İl qabağı maddi qayğılarla yüklənmədən ev əşyalarını yeniləmək mümkündür. Həm də məhsulların nağd qiymətini 18 aya bərabər bölməklə. Əgər evə yeni paltaryuyan, soyuducu və ya televizor onsuz da lazımdırsa, niyə bu fürsətdən yararlanıb bayramqabağı özünü və ailəni sevindirməyəsən ki?

    Mövzudan çox yayınmadan qənaət etməyin üsullarından danışaq:

    Ev əşyası aldıqda, onun uzunömürlü xidmət edəcəyinə diqqət yetirin

    Evə dəyərli məhsul alanda ondan nə qədər müddət istifadə edəcəyinizi elə mağazadaca özünüzə sual verin. Hər gün istifadə edilən ev əşyası sahibini yarı yolda qoymamalıdır, ona ödənilən pul öz qarşılığını əməldə göstərməlidir. Bu baxımdan, qənaət həm də, misal üçün, doğru seçilmiş paltaryuyandır. Yaxşı paltaryuyan həm özü uzun illər xidmət etməli, həm də yuduğu parçaların uzunömürlülüyünü təmin etməlidir. Samsung paltaryuyanının əsas üstünlüyü geyimləri zədələmədən asanlıqla yumasındadır. Onun hesabına geyimlər də uzun müddət səliqəli qalır, başqa sözlə, tez-tez yeni paltar almağa ehtiyac qalmır. Bu paltaryuyanının keramik qızdırıcılı elementi ərp bağlamır. Bu, o deməkdir ki, qızıdırıcı element hələ uzun müddət sahibinə xidmət edəcək. Xüsusi 2 pilləli qoruma sistemi isə maşını su sızmasından qoruyur. Yəni qonşularınızla aranızda su basma problemi də olmayacaq.

    Samsung Aegis paltaryuyanını nağd alışda 50 manat endirimlə, yaxud ayda cəmi 34 manata 18 aylıq FAİZSİZ şərtlərlə ala bilərsiniz.

    Zamanınızı doğru dəyərləndirin

    Həyatda ən az qənaət etdiyimiz şey bəlkə də zamandır. Halbuki itirilən pulu geri qaytarmaq mümkün olsa da, zamanı qaytarmaq qeyri-mümkündür. Xüsusən ev təmizliyinə qənaət etmək imkanı varsa, niyə ondan istifadə etməyək? Məsələn, Samsungun bu tozsoranı güclü sorma qabiliyyətinə malikdir. İki ayrı konteyner və 350 VT sorma gücü sayəsində ev tozsoranlamağa sərf edilən vaxta 2 dəfə qənaət etmək olar. Həm də hər dəfə ehtiyat zibil torbası almağa da ehtiyac qalmır. Konteyner dolanda sadəcə zibil vedrəsinə boşaldırsınız, vəssalam. Samsung tozsoranı təkcə evləri təmizləmir, həm də xüsusi filter hesabına məkanda təmiz havanın yaranmasını təmin edir.

    Bu tozsoranı Kontakt Home mağazalarından nağd alışda 30 manat endirimlə və ya ayda cəmi 9 manata 18 ayadək FAİZSİZ şərtlərlə ala bilərsiniz.

    Fərdi istirahətdə qənaət etmək olmaz

    Qənaət dedik, amma insan öz istirahətinə qənaət etməməlidir. Çoxlarımız qış aylarında televizor qarşısında istirahət edirik. Bircə təsəvvür edin: geniş monitor, sevdiyin TV şousu, qovrulmuş şabalıd... Bu mükəmməl mənzərəni yaratmaq üçün bircə Samsung-un 43 diaqonallı Smart Televizoru çatmır. Bu televizorla sevimli TV şoularını 4K Ultra HD keyfiyyətdə izləyə bilərsiniz. Televizorun görüntü keyfiyyəti o qədər yüksəkdir ki, insan gözü reallığı rəqəmsaldan ayırmağa çətinlik çəkir. Universal TV pultu ilə Smart menyunu idarə etmək çox rahatdır.

    Bu televizoru nağd alışda 150 manat endirimlə və ya ayda cəmi 64 manata 18 aylıq FAİZSİZ şərtlərlə Kontakt Home-dan əldə edə bilərsiniz.

    Qənaət etməyə əslində Kontakt Home və Samsung-la başlaya bilərsiniz. Məhsulları indi alın, pulunu 50 gün sonra hissə-hissə ödəməyə başlayın! Şəbəkənin bütün kampaniya və endirimlərlə bağlı suallarınızı həm də *6060 Çağrı Mərkəzinə zəng edərək verə bilərsiniz.

  • Beynəlxalq Gimnastika Federasiyasının bayrağı Azərbaycana təqdim edildi

    28 noyabrda Yaponiyanın paytaxtı Tokio şəhərində start götürmüş batut gimnastikası üzrə 34-cü Dünya Çempionatı bu gün sona çatıb.

    Trend-in məlumatına görə, Azərbaycanı yarışlarda batut gimnastikası üzrə yığma komandanın üzvləri Ruslan Ağamirov, İlya Qrişunin və Oleq Piunov təmsil edib.

    Gimnastlar ən yaxşı nəticəni sinxron proqramda göstəriblər. Ruslan və İlya cütlüyü 34 komanda arasında 18-ci yerdə qərarlaşıb.

    Qeyd edək ki, çempionatın həm açılış, həm də bağlanış mərasimi ölkəmiz üçün əlamətdar olub. Belə ki, açılış mərasimi zamanı ölkəmizi yarışlarda hakimlər arasında təmsil edən Kamil Quliyev yarışın hakimləri adından and içib.

    Bağlanış mərasimində isə Beynəlxalq Gimnastika Federasiyasının bayrağı növbəti Dünya Çempionatı üçün Azərbaycana təqdim edilib. Bayrağı Gənclər və İdman Nazirliyinin nümayəndəsi Elçin Qasımov və Azərbaycan Gimnastika Federasiyasının batut gimnastikası üzrə idman meneceri Fatimə Şəfizadə qəbul edib.

    Batut gimnastikası üzrə Dünya Çempionatına 2021-ci ildə Azərbaycan ev sahibliyi edəcək. Həmin ilin 11-14 noyabr tarixlərində batut gimnastikası üzrə 35-ci Dünya Çempionatı, 19-22 noyabrında isə bu növ üzrə 28-ci Dünya Yaş Qrupu Yarışları təşkil ediləcək.

  • Bakıda Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş elmi-praktik konfrans keçiriləcək

    Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin təşkilatçılığı ilə 14 dekabr 2019-cu il tarixində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş “Anadangəlmə ürək-damar xəstəliklərinin müalicəsində müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

    Trend-in məlumatına görə, Azərbaycan səhiyyəsinin inkişafında misilsiz xidmətlər göstərmiş və əhalimizin sağlamlığını daim diqqət mərkəzində saxlamış Ümummilli lider Heydər Əliyev hesab edirdi ki, insanların sağlamlığı dövlətin və cəmiyyətin sağlamlığı deməkdir. Bu gün Ulu öndərin siyasi kursunun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən sədaqətlə davam etdirilməsi digər sahələrdə olduğu kimi, səhiyyə sistemində də uğurlara daim vüsət verir. Həyata keçirilən genişmiqyaslı islahatlar əhalinin sağlamlığının qorunmasına, xalqımızın həyat səviyyəsinin yaxşılaşdırılmasına, orta ömür müddətinin uzanmasına xidmət edir. Sağlam əhali – ölkənin uğurlu inkişafının zəmini və gələcək nəsillər üçün möhkəm təməldir!

    Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən ürək-damar sisteminin xəstəlikləri, əvvəllər olduğu kimi, dünyanın bir çox ölkələrində ölümün başlıca səbəbidir, müalicəsi isə çətindir və böyük vəsait tələb edir. Sözügedən konfransda anadangəlmə ürək-damar xəstəliklərinin diaqnostikası, müasir müalicə üsulları və metodları, bu xəstəliklərin profilaktikasında müasir yanaşmalar müzakirə olunacaq. Konfransda yerli mütəxəssislər yanaşı Türkiyə, Almaniya, İran və İtaliyanın nüfuzlu tibbi ekspertləti də iştirak edəcəklər.

    Dörd paneldən ibarət olan konfransda “Anadangəlmə ürək qüsurları, genetika, skrininq və ümumi baxış”, “Yenidoğulmuşlarda təcili vəziyyətlərdə nə etməli?”, “Anadangəlmə ürək qüsurlarında xüsusi vəziyyətlər: vaksinasiya və reabilitasiya” və “Mitral və aortal qapaqların müalicəsində innovativ yeniliklər” mövzularında çıxışlar olacaq, maraqlı mühazirələr və interaktiv diskussiyalar aparılacaq.

    Konfrans iclaslarının dörd panelinin gedişində Azərbaycandan ürək cərrahı Rəşad Mahmudov “Minimal invaziv cərrahiyyə”; Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupundan professor Yalım Yalçın “Anadangəlmə ürək qüsurlarının müalicəsində invaziv kardioloji metodların rolu” mövzusunda, uşaq kardiocərrahı professor Bülent Polat “Fallo tetradasinın ümumi korreksiyasında 20 illik təcrübə” və pediatr-neonatoloq Ozan Uzunhan “Yenidoğulmuşlarda kritik anadangəlmə ürək xəstəliklərinin erkən diaqnozunda pulsoksimetriyanın rolu”, İtaliyanın Boloniya Universitetinin kardiologiya kafedrasının dosenti, kardioloq Franko Nakarella “Müasir uşaq kardiologiyasında klinik və genetik konsultasiyalar”, Almaniyanın Yunq Ştillinq Klinikasının kardioloqu Yohannes Riks “Mitral və triksupidal qapaq çatışmazlıqlarında intervensiyon yenilikləri” və professoru Gündüz Dursun “Aorta qapağı dəyişimində və koronar revaskulyarizasiyada olan yeniliklər”, İranın Genetik Mühəndislik və Biotexnologiya üzrə Milli İnstitutun həkim genetiki Saber Siamak “Ürək qüsurları və genetik xəstəliklər arasında əlaqə” və digər yüksək ixtisaslı mütəxəssislər müxtəlif mövzularda məruzələrlə çıxış edəcəklər.

    Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən mütəmadi olaraq təşkil olunan elmi-praktik konfransların keçirməsinin əsas məqsədi yerli və beynəlxalq tibb ictimaiyyətinin mütəxəssislərini bir araya gətirməklə, ölkə səhiyyəsində yüksək texnologiyalar və innovasiyaların tətbiqi ilə bağlı nailiyyətlərin diqqətə çatdırılması və təcrübə mübadiləsinin aparılmasıdır.

    Konfrans haqqında ətraflı məlumat almaq üçün aşağıdakı linkə keçid edə bilərsiniz: https://customshospital.az/anadangelme-urek-damar-xesteliklerinin-malicesinde-masir-yanashmalar/.