Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Bakıda rejissor Oleq Səfərəliyevin “Qorxu mağarası” filmi nümayiş olunacaq

    Rusiya Kinosu Günü ilə əlaqədar avqustun 27-də saat 20.30-da “Zagulba fm”də Bakıdakı Rus Evinin dəstəyi ilə rusiyalı və azərbaycanlı rejissor, prodüser, Azərbaycan Kinematoqrafçılar İttifaqı nəzdində Kino məktəbinin direktoru Oleq Səfərəliyevin “Qorxu mağarası” filmi nümayiş olunacaq.

    Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, filmdə gənc cütlük olan Kuznetsovların ailə həyatında baş verən böhrandan söhbət açılır. Ailədə kiçik qız böyüyür və onlar bu səbəbdən münasibətlərini qoruyub saxlamağa cəhd edirlər. Cütlük günü birgə, bütöv ailə kimi keçirmək qərarına gəlir və attraksionlar parkına yollanırlar. “Qorxu mağarası” adlanan attraksionun birində onların qızları müəmmalı şəkildə yoxa çıxır. Kuznetsovlar qızlarını axtarmaq məqsədilə yerli polis bölməsinə müraciət edirlər. Daha sonra cəfəng kabus başlayır: parkda belə attraksion aşkar edilmir.

    Təqdim olunacaq ekran əsərində rollarda Viktoriya Tolstoqanova, Sergey Qorobçenko, Nina Ruslanova, Viktor Kosıx və digərləri çəkiliblər.

  • Dünyaca məşhur müğənni Robbi Uilyams Bodrumda konsert verəcək

    Dünyaşöhrətli britaniyalı müğənni Robbie Uilyams avqustun 17-də Bodrumda konsert verəcək.

    AZƏRTAC xəbər verir ki, müğənni konsert zamanı məşhur mahnılarından əlavə, əfsanəvi “Feel” adlı əsərini də ifa edəcək.

    Konsertin təşkil olunacağı otelin saytında verilən açıqlamada oteldə qalanların ödəniş etmədən konsertdə iştirak edə biləcəkləri qeyd olunub.

    Konsert biletinin 17 min 600 lirəyə satışa çıxarıldığı da bildirilib.

  • Tanınmış yazıçı Musa Nəbioğlunun yeni kitabı işıq üzü görüb

    Azərbaycan Aşıqlar Birliyinin (AAB) katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun yeni kitabı işıq üzü görüb.

    AAY-dən AZƏRTAC-a bildirilib ki, müəllifin uzunillik zəhmətinin bəhrəsi olan “Darvaz” adlı bu kitabda Gürcüstanın Bolnisi rayonundakı Darvaz kəndi haqqında tarixi-etnoqrafik oçerklər və folklor araşdırmaları yer alıb. “Bakı mətbəəsi” ASC-də yüksək poliqrafik tərtibatda işıq üzü görən 32,5 çap vərəqi həcmli kitabda, eyni zamanda, təkcə Borçalıda deyil, bütövlükdə Gürcüstanda ən böyük kəndlərdən biri olan Darvaz kəndinin tarixi simaları, Azərbaycan elminə və mədəniyyətinə sanballı töhfələr bəxş etmiş elm və sənət adamları, görkəmli maarif və səhiyyə işçiləri, Birinci və İkinci Qarabağ müharibəsində şəhid və qazi olmuş darvazlılar haqqında öçerklər və digər publisistik yazılara da geniş yer ayrılıb.

    Bir kəndə həsr olunsa da, kitab Gürcüstanda yaşayan soydaşlarımızın tarixi, adət-ənənəsi və folklorunun öyrənilməsi baxımından qiymətli nəşrdir və geniş oxucu kütləsi ilə yanaşı, müvafiq elm sahələrinin mütəxəssisləri üçün də əhəmiyyətlidir.

  • Marqot Robbi “Barbi” filminə görə 50 milyon dollar qazanacaq

    “Barbi” filminin baş rol ifaçısı Marqot Robbinin filmdən əldə edəcəyi gəlir bəlli olub.

    AZƏRTAC kinonews.ru saytına istinadla xəbər verir ki, ekran əsərinin baş rol ifaçısı və prodüseri Marqot Robbi filmdən təxminən 50 milyon dollar qonorar qazanacaq.

    Qeyd edək ki, cari il iyulun 21-də kütləvi nümayişə buraxılan film ABŞ və Kanadada 526, dünya nümayişindən isə 657 milyon dollar gəlir əldə edib.

  • Azərbaycanda daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) paytaxtın 33 və 36 nömrəli şəhərdaxili, 168 nömrəli qəsəbədaxili və 169 nömrəli şəhərətrafı, Bakı-Şabran, Bakı-Siyəzən, Bakı-Ağcabədi, Bakı-İmişli və Sumqayıt-Quba şəhərlərarası, eləcə də Mingəçevir 12 nömrəli şəhərdaxili müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır.

    Bu barədə Reporta AYNA-dan bildirilib.

    Məlumata görə, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” qanuna, Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiqlənmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

    Sənədlər 14 sentyabr saat 17:00-a qədər AYNA-da (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Ramil Musayev – tel.: 012-567-99-76, 055-512-34-97, e-poçt: ramil.musayev@ayna.gov.az) qəbul ediləcək.

    Müsabiqə şərtlərinə əsasən, sağlamlıq imkanları məhdud vətəndaşların avtobuslara rahat minib-düşmələri üçün xüsusi qurğu və avadanlıqla təchiz olunmuş nəqliyyat vasitələrinə üstünlük verilir. Həmçinin müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

    İddiaçıların təklifləri komissiya tərəfindən Siyəzən-Bakı-Siyəzən istiqamətində 11, Şabran-Bakı-Şabran və İmişli-Bakı-İmişli istiqamətlərində hərəsində 3, Sumqayıt-Quba-Sumqayıt istiqamətində 2, Ağcabədi-Bakı-Ağcabədi istiqamətində 1, paytaxtın 33 və 36 nömrəli şəhərdaxili, 168 nömrəli qəsəbədaxili və 169 nömrəli şəhərətrafı, eləcə də Mingəçevir 12 nömrəli şəhərdaxili müntəzəm avtobus marşrutları üzrə hərəsində 1 Lot üzrə baxılacaq.

     

  • “ASAN pay” rahatlığı "Yelo App"də!

    Daim müştəri rahatlığını üstün tutan "Yelo Bank" ASC növbəti yeniliyini təqdim edir. Belə ki, Bankın mobil tətbiqində artıq “ASAN pay” xidməti aktivdir. Bununla da bütün “ASAN xidmət” mərkəzlərində şəxsiyyət vəsiqəsi, xarici pasport, miqrasiya sənədinin yenilənməsi/alınması üzrə ödənişləri rahatlıqla "Yelo App"dən həyata keçirmək mümkündür. Yenilikdən necə faydalanmaq olar?

    “ASAN xidmət” operatorunun qarşısında yerləşdirilən QR kodu "Yelo App"də QR oxuducu vasitəsilə skan edirsiniz;

    Ödəniş haqqında məlumatlar Yelo App-də dərhal əks olunur (xidmətin növü, məbləği);

    Ödəniş etmək istədiyiniz Yelo kartınızı seçərək, ödənişi tamamlayırsınız.

    Beləliklə növbə gözləmədən, mərtəbə dəyişmədən, sadəcə bir neçə toxunuşla ödəniş edib, vaxt itkisindən azad olursunuz. Hazırda "Yelo App"də bu xidmətdən "Yelo Bank"da cari hesabı və ya kartı olan bütün fiziki şəxslər faydalana bilərlər.

    Bununla yanaşı, "Yelo App" vasitəsilə bir sıra bank əməliyyatlarını filiala gəlmədən icra etmək mümkündür. Günün istənilən vaxtı tam onlayn kredit, kart sifariş edə, hesablar, xərc və gəlirlərə nəzarət edə, cashback bonuslarını izləyə və hesaba köçürə bilərsiniz. Elə indi smartfonunuza "Yelo App" yükləyin və parlaq bank təcrübəsindən zövq alın: https://bit.ly/ylmbltb

    Depozit kalkulyatoru haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və yaxud Facebook, İnstagram və ya Whatsapp hesablarımıza yazın.

    "Yelo Bank" – Parlaq bankçılıq!

  • Milli Kitabxanada “Kamal Talıbzadə-100” adlı virtual sərgi hazırlanıb

    Bu il Əməkdar elm xadimi, professor Kamal Talıbzadənin 100 illik yubileyi qeyd olunur. Yubiley münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Kamal Talıbzadə-100” adlı virtual sərgi hazırlanıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə fotolar, Kamal Talıbzadə haqqında kitab və məqalələr, müəllifi, tərtibçisi və redaktoru olduğu kitablar nümayiş olunur.

    Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Kamal_Talibzade/index.htm linkindən istifadə edə bilər.

  • Heydər Əliyev Sarayında populyar Koreya seriallarının saundtrekləri səsləndiriləcək

    Avqustun 24-də Heydər Əliyev Sarayında Qazaxıstandan olan “BN Team Orchestra” simfonik orkestrinin ifasında populyar Koreya seriallarından saundtreklər səsləndiriləcək.

    AZƏRTAC xəbər verir ki, gecədə “Giləmeyvələrdən sonra çiçəklər", "Va-bank", "Al ürəklər: Koryo", "Dolu ev" və s. kimi seriallardan musiqilər səslənəcək.

    Proqram “BN Team”in müəlliflik üslubunda və simfonik orkestri, xor və solistlərin müşayiəti ilə ifa olunacaq. Böyük ekranda tamaşaçılar sevimli seriallardan ən gözəl parçaları izləyə biləcəklər.

    BN Team – Qazaxıstanın müxtəlif janrlarda fəaliyyət göstərən yaradıcı və kreativ gənc və enerjili musiqiçilər, aktyorlar və artistlər komandasıdır. Kollektiv son illərdə Qazaxıstanda, eləcə də Bakı, Daşkənd və Bişkekdə çoxlu konsert verib, bu da layihənin miqyaslığı və məşhurluğu haqqında xəbər verir.

  • “Uşaqlıq duyğularımın rəngləri” adlı sərgiyə əsər qəbulu davam edir

    Xətai Sənət Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində elan olunan “Uşaqlıq duyğularımın rəngləri” adlı şou-sərgi üçün əsər qəbulu davam edir.

    Mərkəzdən AZƏRTAC-a bildirilib ki, sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzi təsviri sənətə ictimai marağı artırmaq, böyüklərin uşaq məsumluğu və səmimiyyəti ilə ərsəyə gətirdikləri rəsm əsərlərini görmək məqsədilə təşkil olunub.

    Yaşı 18-dən yuxarı rəssam və müxtəlif peşə sahibləri təqdim edəcəyi əsər və əsərlərin fotosu ilə bərabər rəsmin adı, müəllifin soyadı, adı, təvəllüdü, peşə və əlaqə nömrəsini qeyd edərək duygular2023@gmail.com ünvanına göndərməlidir. Uşaq ikən çəkdiyiniz rəsmlə də sərgiyə qatılmaq olar.

    Sərgiyə əsər qəbulu üçün son tarix oktyabrın 5-də başa çatır.

    Nümayiş olunan əsərlər geri qaytarılmır. Əsəri sərgilənən müəlliflərə sertifikat təqdim ediləcək.

  • Cəlilabadda 15-ci əsrə aid qoç fiquru aşkarlanıb

    Cəlilabad rayonunda 15-ci əsrə aid olduğu bildirilən qoç fiquru aşkar edilib.

    "Report"un Muğan bürosunun məlumatına görə, fiqur Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin Cəlilabad rayonu tarixi abidələr üzrə mühafizəçiləri tərəfindən tapılıb.

    Yerli tarixçi Elşad Əmənovun sözlərinə görə, tarixi tapıntı təxminən 15-ci əsrə aiddir.

    Onun sözlərinə görə, bu, tarixi faktdır və Azərbaycan ərazisində ilk belə tapıntıdır.