Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Mədəniyyət Nazirliyində kinorejissor Cəmil Quliyevlə görüş olub

    İyulun 3-də kinorejissor, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Film Fondunun direktoru, professor Cəmil Quliyevin 60 yaşı tamam oldu. Bu münasibətlə Mədəniyyət Nazirliyində Cəmil Quliyevlə görüş keçirilib.

    AZƏRTAC xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli 60 illik yubileyi ilə əlaqədar rejissora nazirliyin kollektivi və ölkəmizin mədəniyyət ictimaiyyəti adından təbriklərini çatdırıb.

    Cəmil Quliyev fəaliyyətinə göstərilən diqqətə görə nazirə təşəkkürünü bildirib.

    Qeyd edək ki, gənc yaşlarından taleyini kino sahəsinə bağlayan Cəmil Quliyev “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rejissor kimi bir sıra bədii və sənədli filmləri lentə alıb. O, eyni zamanda 35 ildən çoxdur Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərir, yeni kinematoqrafların hazırlanmasına öz töhfəsini verir. Cəmil Quliyevi əlamətdar yubileyi münasibətilə təbrik edir, möhkəm cansağlığı, uzun ömür və işlərində uğurlar arzulayırıq.

  • Mədəniyyət naziri Adil Kərimli Lənkəranda vətəndaşları qəbul edəcək

    Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli iyulun 14-də saat 10:00-da Lənkəran şəhər Mədəniyyət Mərkəzində (Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi 99) əsasən Lənkəran, Astara və Lerik şəhərlərindən olan vətəndaşları qəbul edəcək.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, vətəndaşlar iyulun 10-dək nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-30-02 telefon nömrəsi vasitəsilə və vatsap xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.

  • AAYDA-nın zəlzələ bölgəsindəki strukturları gücləndirilmiş iş rejiminə keçib

    Bu gecə saat 00:01-də Xəzər dənizində baş vermiş zəlzələdən dərhal sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) zəlzələ bölgəsində yerləşən müvafiq strukturları gücləndirilmiş iş rejiminə keçiblər.

    Report xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

    Bildirilir ki, Agentliyin mütəxəssisləri gecəboyu yol infrastrukturuna baxış keçirib, süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyətini yoxlayıb. Gün ərzində də yoxlamalar davam etdirilir. Bundan başqa agentliyin balansında olan bütün körpü və yol ötürücülərinə, yeraltı və yerüstü keçidlərə, tunellərə nəzarət gücləndirilib.

  • Meta tviterin analoqunu işə salacaq

    İyulun 6-da Amerikanın “Meta” korporasiyası tviter sosial şəbəkəsinin analoqu olan “Treads” əlavəsini işə salmağı planlaşdırır.

    Bu barədə Report xarici mətbuata istinadən xəbər verir.

    Proqram həm də Meta korporasiyasına məxsus olan instaqram sosial şəbəkəsi əsasında işləyəcək.

    “Threads” “App Store”da təsvir olunduğu kimi, icmaların onları maraqlandıran mövzuları toplayıb müzakirə edə biləcəyi yer olacaq. İstifadəçilərə maraq kəsb edən insanları və həmfikir insanları izləmək, onlarla ünsiyyət qurmaq, öz fikirlərini, fikirlərini və yaradıcılığını bölüşmək imkanı veriləcək.

    ABŞ-da “Threads” proqramı iyulun 6-dan etibarən “App Store”da pulsuz yükləmək üçün əlçatan olacaq.

  • Neftçalanın içməli su təchizatı və kanalizasiya xidmətləri yaxşılaşdırılır

    Prezident İlham Əliyevin təsdiqlədiyi regionların sosial iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Neftçala şəhərində əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə paylayıcı şəbəkələrin tikintisi davam etdirilir.

    Bu barədə Reporta Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus “Azərsu” ASC-dən məlumat verilib.

    Bildirilir ki, Agentlik tərəfindən icra olunan layihə çərçivəsində şəhərdə içməli su şəbəkəsinin yenidən qurulması işləri yekunlaşmaq üzrədir. Rayonun Bankə qəsəbəsində də mərkəzləşdirilmiş içməli su şəbəkəsi yaradılır.

    Qeyd edək ki, Neftçala şəhərinin və rayonun bir sıra kəndlərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə 2020-ci ildə Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə 40 km uzunluğunda magistral su kəməri və Salyan şəhəri yaxınlığında həcmi 7 500 kubmetr olan su anbarı inşa edilib. 2020-ci ilin noyabr ayında həmin kəmərdən Neftçala şəhərinə suyun verilməsi təmin olunub. Şəhərin su təchizatında dayanıqlığın təmin olunması, həmçinin içməli sudan ciddi əziyyət çəkən digər yaşayış məntəqələrinin su təminatının yaxşılaşdırılması məqsədilə Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə 38 km uzunluğunda ikinci magistral su kəməri çəkilib və 2023-cü ilin may ayında istismara verilib.

    Neftçala şəhərinə magistral su kəmərlərinin inşası ilə paralel şəhərdə paylayıcı şəbəkələrin yenidən qurulması işləri həyata keçirilir. Hazırda Neftçala şəhərində 144 km içməli su şəbəkəsinin və 140 km tullantı su şəbəkəsinin tikintisi intensiv qaydada davam etdirilir. Eyni zamanda Bankə qəsəbəsində 39 km mərkəzləşdirilmiş içməli su şəbəkəsi yaradılması işləri yekunlaşmaq üzrədir.

    Gələcəkdə Neftçala şəhərində 8,6 km kanalizasiya kollektorunun və məhsuldarlığı sutkada 4000 kubmetr olan tullantı sutəmizləyici qurğunun inşası nəzərdə tutulur.

    Xatırladaq ki, Neftçala şəhərində ilk mərkəzləşdirilmiş su təchizatı sistemləri ötən əsrin 70-ci illərində yaradılıb. Vaxtilə şəhərə içməli su Kür çayından götürülüb qismən təmizlənərək verilirdi. Son illər Kür çayında su səviyyəsinin kəskin azalması çay suyunu içməyə yararsız hala salmış, Neftçala şəhərinin və rayonun kəndlərinin içməli su təminatında ciddi çətinliklər yaranmışdı.

    Neftçala rayonunda son illər həyata keçirilən içməli su layihələrindən rayon mərkəzi və magistral su kəmərinin marşrutu boyu kəndlərdə yaşayan 80 mindən çox sakin faydalanacaq.

  • Heydər Əliyev Sarayında konsert - “Hans Zimmer dünyası”

    İyulun 16-da Heydər Əliyev Sarayında dünyaşöhrətli alman film bəstəkarı Hans Zimmerin musiqilərindən ibarət konsert proqramı təşkil olunacaq.

    Sarayın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə “Hans Zimmer dünyası” adlı konsertdə məşhur “Tynda Music” Simfonik Orkestri və xorun ifasında dahi kino bəstəkarı Hans Zimmerin bəstələdiyi musiqilər, film soundtrekləri səsləndiriləcək.

    Qeyd edək ki, Hans Zimmer dünya kino sənayesində ən yenilikçi bəstəkarlardan biri kimi tanınır. O, elektron musiqi səslərinin ənənəvi orkestr aranjemanlarına birləşdirməsi ilə diqqət çəkir. H.Zimmer musiqisi sayəsində bir çox dünya filmləri tanınaraq uğurlu nəticələr əldə edib.

    Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

  • Rusiya aviaşirkəti Bakıdan Saratova uçuşlara başlayır

    Bu gündən Rusiyanın “İrAero” aviaşirkəti Bakı-Saratov-Bakı marşrutu üzrə uçuşların həyata keçirilməsinə başlayır.

    Report şirkətə istinadən xəbər verir ki, aviareyslər həftədə bir dəfə - çərşənbə axşamı günləri "Superjet-100" təyyarələri ilə yerinə yetiriləcək.

    Bakıdan saat 16:55-də havaya qalxan təyyarə yerli vaxtla saat 19:05-də Saratova enəcək, saat 20:20-da isə oradan havaya qalxaraq 22:55-də Azərbaycanın paytaxtına enəcək. Birtərəfli biletin qiyməti 15 000 rubldan (təxminən 300 manat) başlayır.

  • Mədəniyyət Nazirliyinin yeni regional idarələrinin strukturu təsdiqlənib, təyinatlar var

    Mədəniyyət Nazirliyinin yeni regional idarələrinin strukturu təsdiq olunub, təyinatlar var.

    Bu barədə Reportun sorğusuna cavab olaraq, nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

    Belə ki, Prezident İlham Əliyevin 23 fevral 2023-cü il tarixli Sərəncamına uyğun olaraq, Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələri yenidən təşkil edilib.

    Bildirilib ki, Azərbaycan Respublikasının iqtisadi rayonlarının yeni bölgüsünə uyğun olaraq, nazirliyin Sumqayıt, Xaçmaz, İsmayıllı, Şəki, Kürdəmir, Ağstafa, Şəmkir, Gəncə, Bərdə, Ağcabədi, Ağdaş, Sabirabad, Biləsuvar, Masallı və Lənkəran regional mədəniyyət idarələri əsasında Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Lənkəran-Astara, Mərkəzi Aran, Mil-Muğan, Şəki-Zaqatala, Şərqi Zəngəzur və Şirvan-Salyan regional mədəniyyət idarələri yaradılıb.

    Dövlət başçısının sözügedən Sərəncamına müvafiq olaraq, Mədəniyyət Nazirliyi tərəfindən yeni regional mədəniyyət idarələrinin strukturu və əsasnamələri təsdiq edilib.

    Məlumata görə, Fərid Qurbanzadə Vidadi oğlu Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin rəisi, Rəşad Əliyev Rahib oğlu - Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin rəisi təyin olunub.

  • Opera və Balet Teatrı müsabiqə elan edib

    Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı simfonik orkestrin genişləndirilməsi məqsədilə müsabiqə elan edib.

    Teatrdan AZƏRTAC-a bildirilib ki, xəbər verir ki, müsabiqə iyulun 5-dən 9-dək keçiriləcək.

    Müsabiqədə birinci və ikinci skripkalar iyulun – 5-6-da, alt, violonçel və kontrabaslar iyulun 7-də, taxta nəfəs alətləri iyulun 8-də, mis nəfəs alətləri, zərb alətləri, arfa və fortepiano iyulun 9-a iştirak edəcəklər.

    Qeyd edək ki, sənədlər iyulun 1-dən yalnız elektron qaydada azstateoperabaku@gmail.com qəbul edilir. Müsabiqə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçiriləcək.

  • “Bakı Payızı” 35 ildən sonra yenidən istedadlar sorağında

    Azərbaycanda 35 il sonra yenidən “Bakı Payızı” istedadlar müsabiqəsi təşkil edilib.

    AZƏRTAC xəbər verir ki, 4 gün ərzində Bakı Musiqi Akademiyasının Opera Studiyasında keçirilən müsabiqədə 45 vokalçı öz istedadını nümayiş etdirmək üçün rəngarəng musiqi nömrələri ilə münsiflər qarşısında çıxış edib.

    “Bakı Payızı” istedadlar müsabiqəsinin budəfəki münsiflər heyətində Xalq artistləri Siyavuş Kərimi, Murad Dadaşov, Əməkdar artistlər Emil Əfrasiyab, Rain Sultanov, Əməkdar incəsənət xadimləri Ülviyyə Könül, Cahangir Səlimxanov, eləcə də bəstəkar İsa Məlikov təmsil olunublar.

    Müsabiqənin ilk turunda Azərbaycan, ikinci turda isə xarici mahnılardan ibarət kompozisiyalar səsləndirilib. Sonra 1 və 2-ci turların qalibləri müəyyənləşib.

    Qeyd edək ki, yay ayları ərzində ümumi qaliblər müəyyənləşdiriləcək və onların adları oktyabrın 2-də keçiriləcək “Bakı Payızı–2023 - 35 il sonra” adlı qala-konsertdə elan olunacaq.