Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Azərbaycandan daha bir ölkəyə şüşə butulkaların ixracına başlanılıb

    İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Glassica” QSC Gürcüstana şüşə butulkaların ixracına başlayıb.

    Bu barədə Reporta İZİA-dan bildirilib.

    İlkin mərhələdə Gürcüstana təqribən 3,5 min ədəddən çox şüşə butulka göndərilib.

    Qeyd edək ki, 2020-ci ilin iyulunda Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınmış “Glassica” QSC tərəfindən Sənaye Parkının ərazisində Almaniyanın şüşə-əritmə texnologiyaları sahəsində 125 illik təcrübəyə malik olan "HORN Glass Industries AG" şirkətinin texnologiyalarının tətbiqi ilə müxtəlif çeşidli rəngli şüşə tara məhsullarının (butulka) istehsalı həyata keçirilir.

    Şirkət tərəfindən istehsal olunan məhsullar daxili bazarda satılmaqla yanaşı, “Made In Azerbaijan” brendi ilə Rumıniya, Moldova və Gürcüstana ixrac edilir. Bu ölkələrə indiyədək 250 min ədəddən çox butulka satılıb.

  • “Məchul pilləkən” balet-tamaşası Musiqili Teatrda

    Fevralın 10-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Məchul pilləkən” balet-tamaşası nümayiş olunacaq.

    AZƏRTAC xəbər verir ki, gənclərə bir örnək və ismarış xarakteri daşıyan bu balet-tamaşanın süjet xəttində pis vərdişlərə düçar olmuş bir gəncin bütün maneələrə baxmayaraq, ağ ölümlə mübarizəsi və sonda xeyir və şər qüvvələrin çəkişməsi fonunda iradəsinin təntənəsi nümayiş olunur.

    Narkomaniya, eyni zamanda, zərərli vərdişlərə qarşı bir təbliğat vasitəsi kimi nəzərdə tutulan bu səhnə əsərinin baş rol ifaçısı Məhəmməd Abdullayev, quruluşçu rejissoru Samir Qulamov, quruluşçu rəssamı isə teatrın baş rəssamı Vüsal Rəhimdir.

    Səhnə əsərində xarici bəstəkarların musiqilərindən, eyni zamanda, Əməkdar artist Sevda Ələkbərzadənin ifasında “Getmə-getmə” mahnısından istifadə edilib.

    Tamaşada, həmçinin Samir Qulamovun ifasında Xalq şairi Ramiz Rövşənin şeirlərindən ibarət kompozisiya səsləndiriləcək.

  • Dövlət Turizm Agentliyinin dəstəyi ilə ənənəvi memarlıq üzrə təlim keçirilib

    Mədəni irs abidələrinin konservasiyası zamanı diqqət edilməli məqamlar və ənənəvi memarlığın aktual məsələləri ilə bağlı Dövlət Turizm Agentliyinin dəstəyi, ICOMOS Azərbaycan Milli Komitəsinin təşkilatçılığı ilə təlim keçirilib.

    Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, təlimdə mədəni irsin mühafizəsi üzrə dünyanın nüfuzlu təşkilatı olan ICOMOS-un Ənənəvi Memarlıq üzrə Beynəlxalq Komitəsinin (International Committee on Vernacular Architecture - CIAV) prezidenti, professor Hossam Mahdi çıxış edib. O, mədəni irs abidələrinin bərpa-konservasiya işlərinin texniki tərəfləri, dövrün tələblərindən asılı olmayan xalq memarlığının əsas formaları və növləri, nümunələr əsasında iqlim, ətraf mühit, yerli mədəniyyət və digər amillərin ənənəvi memarlığa təsirləri barədə ətraflı məlumat verib.

    Təlimçi konservasiyanın tarixi və nəzəriyyəsi ilə yanaşı, həm də bərpadan öncə aparılmalı olan dəyərləndirmə işləri, bu zaman istifadə olunan metodologiya, önə çıxan meyarlar barəsində fikirlərini bölüşüb, Azərbaycan və Avropada ənənəvi memarlıq nümunələri arasında müqayisə xarakterli məlumatları açıqlayıb.

    Təlimdə ICOMOS Azərbaycan Milli Komitəsinin üzvləri, gənc memarlar və mədəni irs üzrə ekspertlər iştirak ediblər. Tədbirin sonunda professor Hossam Mahdy iştirakçıların suallarını cavablandırıb.

    Qeyd edək ki, ICOMOS (Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şura) maddi-mədəni irsin qorunması üzrə dünyada ən böyük beynəlxalq təşkilatdır. 10 mindən çox üzvü, 104 ölkədə milli komitəsi olan ICOMOS həmçinin UNESCO-nun üç rəsmi məsləhətverici orqanından biridir. ICOMOS Azərbaycan Milli Komitəsi 2022-ci ildə Dövlət Turizm Agentliyinin təşəbbüsü ilə yaradılıb.

  • Türkiyə yaxın vaxtlarda Ceyhan terminalına neft tədarükünü bərpa edəcək

    Türkiyə ötən gün, yəni bu ölkədə fevralın 6-da baş vermiş zəlzələdən sonra fəaliyyəti dayandırılan Ceyhan ixrac terminalına yaxın vaxtlarda neft tədarükünü bərpa edəcək.

    “Report” xəbər verir ki, bu barədə “Bloomberg” məsələ ilə tanış olan rəsmi şəxsə istinadən məlumat yayıb.

    “Türkiyə hökuməti Aralıq dənizi sahilindəki Ceyhan ixrac terminalına neftin tədarükünü bərpa etmək barədə göstəriş verib”, - o bildirib.

    Onun sözlərinə görə, Ceyhan terminalı vasitəsilə neft tədarükünə yaxın vaxtlarda başlanılacaq.

    Qeyd edək ki, Ceyhan neft terminalı zəlzələnin episentrindən 155 kilometr məsafədə yerləşir.

  • “Azərbaycan - ərəb dili danışıq kitabçası” nəşr olunub

    Dövlət Tərcümə Mərkəzi dil, tərcümə, xalqlararası ünsiyyət və anlaşma sahəsinə yararlı olacaq yeni, daha geniş formatlı “Azərbaycan - ərəb dili danışıq kitabçası” nəşr edib.

    Mərkəzdən AZƏRTAC-a bildirilib ki, kitabçada toplanan söz və ifadələr “Yolda”, “Sərhəddə”, “Hoteldə”, “Şəhərdə”, “Yeməklər və içkilər”, “Rabitə vasitələri”, “Tibbi yardım”, “Alış-veriş və xidmətlər”, “Gündəlik istifadə olunan söz və ifadələr”, “Vaxt və tarix” kimi fəsillər üzrə təqdim edilib.

    Sözlüyün tərtibçisi – Mərkəzin ərəb dili üzrə mütəxəssisi Fərid Camalov, redaktorları – Bәhlul Abbasov və Şəfiqə Şəfadır.

    Qeyd edək ki, nəşr ərəb ölkələrinə işgüzar və turist səfərinə gedənlər, eləcə də ərəb dilinə şifahi ünsiyyət vasitəsi ilə yiyələnmək istəyənlər üçün nəzərdə tutulub.

  • “Məchul pilləkən” balet-tamaşası Musiqili Teatrda

    Fevralın 10-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Məchul pilləkən” balet-tamaşası nümayiş olunacaq.

    AZƏRTAC xəbər verir ki, gənclərə bir örnək və ismarış xarakteri daşıyan bu balet-tamaşanın süjet xəttində pis vərdişlərə düçar olmuş bir gəncin bütün maneələrə baxmayaraq, ağ ölümlə mübarizəsi və sonda xeyir və şər qüvvələrin çəkişməsi fonunda iradəsinin təntənəsi nümayiş olunur.

    Narkomaniya, eyni zamanda, zərərli vərdişlərə qarşı bir təbliğat vasitəsi kimi nəzərdə tutulan bu səhnə əsərinin baş rol ifaçısı Məhəmməd Abdullayev, quruluşçu rejissoru Samir Qulamov, quruluşçu rəssamı isə teatrın baş rəssamı Vüsal Rəhimdir.

    Səhnə əsərində xarici bəstəkarların musiqilərindən, eyni zamanda, Əməkdar artist Sevda Ələkbərzadənin ifasında “Getmə-getmə” mahnısından istifadə edilib.

    Tamaşada, həmçinin Samir Qulamovun ifasında Xalq şairi Ramiz Rövşənin şeirlərindən ibarət kompozisiya səsləndiriləcək.

  • Azərbaycanın Gürcüstandakı səfirliyi rəsm müsabiqəsi elan edib

    Azərbaycanın Gürcüstandakı səfirliyi Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar rəsm müsabiqəsi elan edib.

    Bu barədə AZƏRTAC-a səfirlikdən məlumat verilib.

    Bildirilir ki, Gürcüstanın 18 yaşadək və 18 yaşından yuxarı vətəndaşları arasında qeyd olunan mövzu üzrə ən yaradıcı əsərə malik olan şəxslər səfirlik tərəfindən hər iki yaş qrupu üzrə (ilk üç yeri tutanlar ) təltif olunacaqlar.

    Müsabiqənin nəticələrinə əsasən, qaliblər cari ilin fevral ayının 24-də Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində təltif ediləcəklər.

    Müsabiqədə iştirak edəcək şəxslərdən mövzu üzrə rəsm əsərlərini 20 fevral 2023-cü il tarixinədək Azərbaycanın Gürcüstandakı səfirliyinə (ünvan: Tbilisi şəhəri, Vaxtanq Qorqasali küçəsi 4) təqdim etməlidirlər.

  • Milan Ekert: Azərbaycanla Çexiya arasında turizm imkanları genişdir

    Mən çox şadam ki, Azərbaycanla Çexiya arasında mehriban münasibətlər mövcuddur.

    AZƏRTAC xəbər verir ki, bunu fevralın 6-da Azərbaycanla Çexiya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş hibrid konfransa onlayn qoşulan Çex Respublikasının ölkəmizdəki sabiq səfiri Milan Ekert deyib.

    Diplomat bildirib ki, Azərbaycanla Çexiyanı minlərlə kilometr ayırsa da, dostluğumuz möhkəmdir. “İnanıram ki, ölkələrimiz arasında münasibətlər bundan sonra da inkişaf edəcək. Xalqlarımızı dərin köklər bağlayır. Azərbaycanlı əsgərlər 1941-1945 müharibəsi dövründə çexlərə çox kömək ediblər. Biz bunu unutmuruq”.

    Milan Ekert ölkələrimiz arasında turizmin imkanlarının genişləndirilməsindən də danışıb və Çexiya şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işlərində iştirakını qeyd edib.

  • “Grammy” musiqi mükafatının qalibləri elan olunub

    Los-Ancelesdə 65-ci “Grammy” musiqi mükafatının təntənəli təqdimolunma mərasimi keçirilib. Mərasimin yekunlarına əsasən, Beyonse karyerası ərzində rekord sayda mükafat qazanıb.

    AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, müğənninin “Renaissance” albomu ilin elektron və rəqs valları arasında ən yaxşısı olub. Bu, Beyonsenin qazandığı 32-ci heykəlcikdir. Bundan əvvəlki rekord – 31-ci “Grammy”yə layiq görülən dirijor Georq Şoltiyə məxsus idi.

    Qeyd edək ki, Beyonse 9 nominasiyaya təqdim olunsa da, birində qalib olub.

    Lizzo və onun “About Damn Time” kompozisiyası ən yaxşı səs yazısı üzrə “Grammy” mükafatını qazanıb. Müğənni Bonni Raytın “Just Like That” kompozisiyası ilin ən yaxşı mahnısı adına layiq görülüb. Samara Coy ən yaxşı gənc artist nominasiyasında, Harri Staylz “Harry’s House” valına görə ilin ən yaxşı albomu nominasiyasında “Grammy” qazanıb. Teylor Sviftin “All Too Well” (10 Minute Version) videoçarxı da “Grammy” mükafatçıları sırasında yer alıb.

  • Kitabxanada Qara Qarayevin 105 illiyi ilə əlaqədar silsilə materiallar hazırlanıb

    Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli bəstəkar, ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin 105 illiyi ilə əlaqədar bəstəkarın həyat və yaradıcılığından bəhs edən “Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu” adlı videomaterial, “Qara Qarayev 105” başlığı altında ənənəvi sərgi hazırlanıb.

    AZƏRTAC xəbər verir ki, kitabxana əməkdaşları tərəfindən hazırlanan videomaterialda Xalq artisti Qara Qarayevin həyat və yaradıcılığının əsas tarixləri, görkəmli şəxslərin Qara Qarayev haqqında söylədikləri fikirlər, mükafatları, əsərləri, musiqi bəstələdiyi filmlər haqqında məlumatlar əks olunub. Burada dahi bəstəkarın foto və videoqalereyası ilə yanaşı, xatirəsinin əbədiləşdirilməsi haqqında məlumatlar da yer alıb.

    Kitabxanada “Qara Qarayev 105” başlığı altında təşkil edilən ənənəvi sərgidə görkəmli bəstəkar haqqında Azərbaycan və rus dillərində qələmə alınan “Qara Qarayev yaradıcılığının bədii-estetik xüsusiyyətləri”, “Qara Qarayev həyat və yaradıcılığı haqqında qisa oçerk”, “Qara Qarayev tələbələrinin xatirəsində” və digər bu kimi kitablar, not əsərləri sərgilənməkdədir.