Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Səudiyyə Ərəbistanında turistlərə yeni növ vizalar veriləcək

    Səudiyyə Ərəbistanının hakimiyyət orqanları əcnəbilərə yeni növ – 96 saatlıq tranzit vizalar verəcək.

    AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, “Saudia” aviaşirkəti hakimiyyət orqanları ilə birgə “Sizin bilet vizadır” adlı layihə reallaşdırır. Layihəyə əsasən, əcnəbilər bu aviaşirkətin biletləri ilə Səudiyyə Ərəbistanda dörd gün, yəni 96 saat qala biləcəklər. Bu vaxt ərzində qonaqlar görməli yerləri ziyarət edə və ya həcc ziyarətini yerinə yetirə biləcəklər.

    “Saudia”nın sərnişinləri vizanı bu ilin birinci yarısında biletlərin onlayn bron edilməsi zamanı rəsmiləşdirə biləcəklər.

  • Bakının Füzuli küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

    Bakının Nəsimi rayonunun Füzuli küçəsinin Azadlıq prospektindən Rəşid Behbudov küçəsinə qədər olan hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

    Report xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

    Məlumata görə, buna səbəb aparılan təmir işləridir.

    Agentlik sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyə edib.

  • Gənc rəssamların etüdü – “Çiçəklər”

    Fevralın 1-də Xətai Sənət Mərkəzində “Çiçəklər” adlı etüd keçiriləcək. Bu tədbirdə 15-29 yaşarası rəssamlar iştirak edə bilərlər.

    Bu barədə AZƏRTAC-a Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov məlumat verib.

    “Sözügedən etüd Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunacaq.

    İştirak etmək istəyənlər qeydiyyat üçün yanvarın 30-dək Xətai Sənət Mərkəzinin vatsap ünvanına (051 310 74 0) ad, soyad və təvəllüd qeyd etməklə müraciət edə bilərlər. Sonda iştirakçılara sertifikatlar təqdim ediləcək.

    Texnika və ölçü sərbəstdir”, - deyə Z. Əvəzov söyləyib.

  • Ölkəmizin turizm potensialı 5 ay ərzində 10 beynəlxalq sərgidə tanıdılacaq

    Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Turizm Bürosu tərəfindən yerli tərəfdaşlarla birgə 2023-cü ilin fevralında Hindistanda “OTM Mumbai” və "SATTE", Türkiyədə "EMITT", İsraildə "IMTM" kimi beynəlxalq sərgilərdə Azərbaycanın turizm potensialının təqdimatı planlaşdırılır.

    Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyindən bildirilib.

    Məlumata görə, ölkəmizin turizm imkanları cari ilin martında Almaniyada "ITB Berlin", Rusiyada "MITT", apreldə Qazaxıstanda "KITF", may ayı ərzində isə BƏƏ-də "ATM Dubai”, Səudiyyə Ərəbistanında "Riyadh Travel Fair" və Almaniyada "IMEX Frankfurt" kimi beynəlxalq turizm sərgilərində tanıdılacaq.

    Bu sərgilərdə Azərbaycan milli stendində ziyarətçilərə və beynəlxalq turizm sənayesinin təmsilçilərinə ölkəmizə aid müxtəlif turizm məhsulları, işğaldan azad olunmuş ərazilərin turizm imkanları, qastroturizm, sağlamlıq turizmi, şərabçılıq, mədəni, işgüzar turizm, təbiət, haykinq, eləcə də qış turizmi imkanları və dağ-xizək mərkəzləri haqqında ətraflı məlumat veriləcək.

  • Qarabağa avtobus reyslərinin fevral ayı üçün biletləri satışa çıxarılacaq

    Yanvarın 26-da, saat 15:00-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinin fevral ayına olan biletləri satışa çıxarılacaq.

    Report bu barədə nazirliyə istinadən xəbər verir.

    Məlumata görə, sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə biletləri www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala bilərlər. Vətəndaşlar bilet almaq üçün şəxsiyyəti təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bileti yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş istifadə edə bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil.

    İşğaldan azad olunmuş ərazilərə ilk müntəzəm avtobus marşrutları ötən il yanvarın 24-də istifadəyə verilib. Bu günə qədər ümumilikdə 506 reys həyata keçirilib.

  • Bakının Füzuli küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

    Bakının Nəsimi rayonunun Füzuli küçəsinin Azadlıq prospektindən Rəşid Behbudov küçəsinə qədər olan hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

    Report xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

    Məlumata görə, buna səbəb aparılan təmir işləridir.

    Agentlik sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyə edib.

  • Bakı metrosunda daha bir yeni qatar xəttə buraxılıb

    "Bakı Metropoliteni" QSC-də daha bir yeni qatar tərkibi xəttə buraxılıb.

    Reportun quruma istinadən verdiyi xəbərə görə, bununla yeni nəsil qatarların sayı 21-ə, vaqonların sayı isə 105-ə çatdırılıb.

    Rusiyanın “Transmaşholdinq” SC-nin tərkibinə daxil olan “Metrovaqonmaş” müəssisəsinin tətbiq etdiyi texnoloji innovasiyalar baxımından 4-cü nəslə mənsub 4 yeni qatar tərkibi (cəmi 20 vaqon) 2022-ci ilin sonlarında Bakıya gətirilib. Qatar 2019-cu ildə bağlanmış müqaviləyə görə, “Bakı Metropoliteni”nin texniki şərtlərinə uyğun istehsal edilib. Bütün vaqonların dartı mühərrikləri ilə təmin edilməsi yol profilinin mürrəkkəbliyi ilə izah edilir. Mikroiqlim nəzarət sistemində Bakının iqlim şəraitinə hesablanmaqla daha güclü kondisionerlər quraşdırılıb. Sərnişindaşıma üçün vacib ənənəvi üstünlüklərdən biri də,vaqondan-vaqona birbaşa keçidin olması da, salonun sərnişin tutumunu əsaslı şəkildə artırıb. Baş vaqonlar 315, orta vaqonlar isə 329 sərnişin üçün nəzərdə tutulub. Oturacaqların sayı baş vaqonlarda 38, orta vaqonlarda 44-dür. Vaqonlarda sərnişinlər üçün çoxfunksiyalı zonalar, həmçinin baş vaqonlarda əlil arabası üçün yerlər nəzərdə tutulub. Qapıların daha enli olması sərnişinlərin vaqonlara daha rahat minib-düşməsini təmin edir. Bu, öz növbəsində qatarların stansiyalarda yubanmasının qarşısının alınmasına, intervaların qorunmasına da qismən müsbət təsir göstərir.

    Ötən il gətirilmiş vaqonlarda olduğu kimi, bu vaqonlarda da tutacaqlar sərnişin sıxlığı nəzərə alınmaqla yerləşdirilib. Xüsusən vaqonların giriş zonalarında tavandan xüsusi həndəsi formada asılmış tutacaqlar sıxlıq şəaritində sərnişinlərin rahatlığını optimallaşdırmağa imkan verir.

    Yeni qatar da əvvəlkilər kimi, “Həzi Aslanov-Dərnəgül” marşrutu üzrə hərəkət edəcək. Hazırda 21 yeni qatardan 3-ü Qırmızı xəttin (“İçərişəhər-Həzi Aslanov”) sərnişinlərinə xidmət göstərir.

    2022-ci ilin son iş günündə bu qatarlardan biri sazlama və sınaqlardan sonra xəttə buraxılıb. Daha iki qatar tərkibində sazlama və sınaq işləri davam etdirilir. Tezliklə onlar da eyni qayda ilə xəttə buraxılacaq.

  • Dövlət Tərcümə Mərkəzi seçim turlarını davam etdirir

    Azərbaycan Dövlət Tərcümə Mərkəzi – ölkədə peşəkar tərcümə mütəxəssislərinin müəyyən edilməsi istiqamətində ingilis, rus, türk, alman, fransız, ispan, portuqal, italyan, polyak, macar, isveç, niderland, yunan, fin, gürcü, ivrit, ərəb, fars, yapon, çin, hind və digər dillər üzrə keçirdiyi seçim turlarına qeydiyyatı davam etdirir.

    Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, turlar ictimai-siyasi, elmi-texniki, maliyyə, iqtisadiyyat, humanitar, media, tibb, hüquq və digər sahələr üzrə ixtisaslaşmış tərcümə mütəxəssislərinin peşə qabiliyyətinin şifahi və yazılı imtahanı və sertifikatlaşdırılması əsasında aparılır.

    Turlarda iştirak üçün şəxsiyyət vəsiqəsinin surəti və CV-lər bu ilin mart ayının 31-dək mərkəzin info@aztc.gov.az  ünvanına göndərilə, yaxud kağız formatında Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev küçəsi 27/121A; AZ1033 ünvanına təqdim edilə bilər.

    Qeyd edək ki, mərkəzin elektron poçt ünvanına göndərilən sənədlərin “mövzu” bölümündə dil və tərcümə sahəsi qeyd olunmalıdır.

  • Antonis van Deykin əsəri 3 milyon dollara hərraca çıxarılıb

    Antonis van Deykin Amerikada fermaların birində yerləşən yardımçı otaqda tapılmış etüdü hərraca çıxarılacaq. Ekspertlər etüdü 3 milyon dollar dəyərləndiriblər.

    AZƏRTAC “kulturomania.ru” saytına istinadla xəbər verir ki, rəsm əsəri 2002-ci ildə ev quşlarının saxlandığı hində tapılıb. Kolleksiyaçı Albeort B. Roberts onu fermerlərdən 600 dollara əldə edib.

    Eskizin orijinallığı 2019-cu ildə sənətşünas Syuzan Barns tərəfindən təsdiqlənib. Van Deyk bu eskizi özünün yaradıcılıq yolunun başlanğıcında çəkib.

    Əsərdə üzü kölgə ilə örtülmüş beli bükük kişi təsvir olunub.

  • Yaponiyanın “TATE-Hatoryu” qrupu Heydər Əliyev Mərkəzində performans göstərəcək

    Fevralın 3-də Heydər Əliyev Mərkəzində “TATE-Hatoryu” qrupunun ifasında “Ənənəvi Yapon Qılınc Döyüş Sənəti üzrə Səhnə Performansı” təqdim ediləcək.

    Tədbir Yaponiyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı, Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi, “ITOCHU, JTI Azərbaycan” və “ISR Auto, Landmark Bakı”nın dəstəyi ilə təşkil olunacaq.

    Bu barədə AZƏRTAC-a Yaponiyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

    Tate özündə qədim samuray döyüş sənəti, rəqs və Kabuki elementlərini birləşdirən unikal bir səhnə performansı olub, döyüş və hadisə filmləri, habelə təqdimat zamanı göstərilən realistik və dinamik səhnələri canlandırır. Bu dəfə Nyu-Yorkda fəaliyyət göstərən məşhur “TATE Hatoryu” qrupu qonaqlar üçün xüsusi qılınc döyüş səhnələri hazırlayaraq, samuray döyüş növü ilə musiqinin müşayiətində səlis qılınc hərəkətləri ilə çıxış edəcəklər. Qədim yapon ənənələrinə dayanan bu unikal incəsənət növünü yaxından tanımaq fürsətini əldən verməyin!