Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə dərin ehtiramın ifadəsidir.
27 Sentyabr – Anım Günü münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Vətən müharibəsi qəhrəmanları unudulmur” adlı virtual sərgi hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə rəsmi sənəd, fotolar, mövzu ilə əlaqədar kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı birləşmələrinin ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə 44 günlük Vətən müharibəsinə başlayıb.
Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib. Azərbaycan Ordusunun əks-hücumları qarşısında aciz qalan düşmənin günahsız mülki insanları hədəfə alması, çoxsaylı müharibə cinayətləri xalqımızı qələbə əzmini sarsıda bilməyib.
İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunub.
Şəhidlərimizin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün hər zaman örnək olub, bundan sonra da örnək olacaqdır. Azərbaycanın bugünkü nəsli də, gələcək nəsilləri də şəhidlərimizin qəhrəmanlığından nümunə götürəcəklər. Zaman ötsə də torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksələnlərin ömür yolu bizim üçün ən böyük şərəf və qürur olacaqdır. Bu zirvəyə ucalanları yad etmək, onların xatirəsini hər zaman anmaq isə bizim hər birimizin borcudur.
Sərnişindaşıma sahəsində fəaliyyət göstərən özəl nəqliyyat şirkətlərinin ictimai nəqliyyatda mövcud problemlərin aradan qaldırılması, nağdsız ödənişə tam keçidin sürətləndirilməsi və bu sahədə qiymət siyasətinə yenidən baxılması müraciəti ilə bağlı təkliflər hazırlanacaq.
Bu barədə Reporta Tarif Şurasından məlumat verilib.
Bildirilib ki, müraciətdə göstərilən məsələlərlə bağlı optimal qərarın verilməsində kompleks yanaşmanın tələb olunduğunu nəzərə alaraq, Nazirlər Kabineti tərəfindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə bu sahədə xidmətin davamlılığının və rəqabətin təmin edilməsi, xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə aidiyyəti dövlət qurumlarının, bu sahədə fəaliyyət göstərən iri təsərrüfat subyektlərinin nümayəndələrindən ibarət işçi qrupun yaradılması və qaldırılan məsələlərin həlli yollarının müəyyənləşdirilməsi üçün təkliflər hazırlanması tapşırılıb. Təkliflər hazırlanaraq hökumətə təqdim olunacaq.
"Yaxın vaxtlarda Şuşada, Ağdamda, Cəbrayılda tikilən məktəblər istifadəyə veriləcək".
Reportun xəbərinə görə, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda azad edilən ərazilərdə yeni məktəblərin tikintisi davam edir.
Nazir müavini xatırladıb ki, qələbənin əldə olunmasında Ali Baş Komandan, Prezident İlham Əliyevin müstəsna xidmətləri olub: "30 ilə yaxın müddətdə Qarabağda mədəniyyət ocaqlarımız, abidələrimiz, milli-mədəni irsimizin nümunələri, təhsil ocaqları darmadağı edilib. 600-ə yaxın tarixi abidə,1000-ə yaxın tədris müəssisələri dağıdılıb".
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət naziri Anar Kərimov oktyabrın 20-də saat 10:00-da Masallı rayon Heydər Əliyev Mərkəzində (Masallı rayonu, Qarabağ küçəsi 17) Masallı, Yardımlı və Cəlilabad rayonlarından olan vətəndaşlarla görüşəcək.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC 44 günlük Vətən müharibəsi şəhidlərinin Anım Gününə həsr olunmuş sənədli film hazırlayıb.
QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsindən AZƏRTAC-a bildirilib ki, sənədli film Xalq şairi Nəriman Həsənzadənin “Qarabağnaməm İlhamdır” adlı poeması əsasında ərsəyə gətirilib. Poema Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi “Dəmir yumruq” əməliyyatına və Qələbəyə həsr olunub.
Filmin əsas çəkilişləri Şuşada, Cıdır düzündə, Xüdafərin körpüsündə, N.Həsənzadənin evində və Müdafiə Nazirliyinin poliqonlarından birində çəkilib.
“Qarabağnaməm İlhamdır” filminin quruluşçu rejissoru Elnur Məmmədov, ssenari müəllifi Bəxtiyar Qaraca, quruluşçu operatoru isə Cavid Əliyevdir.
Sənədli filmdə Xalq artistləri Nurəddin Mehdixanlı, Mələkxanım Əyyubova, Gülyanaq Məmmədova, Mənsum İbrahimov, Ramiz Həsənoğlu, Azər Zeynalov, Səidə Quliyeva, Firəngiz Mütəllimova, Əli Nur, Əməkdar artistlər Rafiq Həşimov, Sənubər İsgəndərli, Xalq rəssamı Arif Hüseynov, Vətən müharibəsi qəhrəmanları, dünya çempionları Rafiq Hüseynov, Eldəniz Əzizli, aktyor Elxan Rza, aktrisa Hüsniyyə Mürvətova və başqaları rol alıb.
Qeyd edək ki, film 27 Sentyabr – Anım Günündə AzTV-də yayımlanıb.
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Bu kitabın rəssamı mən olsaydım” adlı rəsm müsabiqənin nəticələrinə əsasən qaliblərin mükafatlandırma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, müsabiqə uşaq və yeniyetmələrin yay tətilini səmərəli şəkildə keçirməyə fürsət yaratmaq, yaradıcılığını stimullaşdırmaq, əhatə olunduqları mədəni mühitə yanaşma tərzini təkmilləşdirmək, onların bədii zövqünü inkişaf etdirmək, mütaliəyə həvəsi artırmaq, həmçinin Azərbaycan xalqının mənəviyyatının, eləcə də klassiklərinin mədəni irsinin daha geniş təbliği məqsədilə təşkil olunub.
Müsabiqədə həm azərbaycandilli, həm də rusdilli oxucular iştirak ediblər.
Diqqətə çatdırılıb ki, Maqsud İbrahimbəyovun məşhur hekayələri hər iki dildə – “Uşaqlığın son gecəsi” və “Последняя ночь детства” adı ilə “3 alma” tərəfindən nəşr olunub. Müsabiqədə iştirak etmək üçün ən əsas şərt bu hekayələri oxumaq və kitabdakı hekayələrdən birinin məzmununa uyğun olaraq rəsm çəkmək olub. Seçim zamanı uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərlər, eləcə də müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi, həmçinin ideya əsas götürülüb.
Ən yaxşı 10 əsərin müəllifi peşəkar münsiflər heyəti tərəfindən seçilib: I yer 1 nəfər, II yer 2 nəfər, III yer 3 nəfər qalibə və əlavə olaraq 10 əsərin müəllifinə həvəsləndirici mükafatlar təqdim edilib. Eyni zamanda bütün qaliblər tərəfdaşlar tərəfindən dəyərli hədiyyə paketləri, sertifikat və təşəkkürnamə ilə təltif olunublar.
Qeyd edək ki, sentyabrın 27–29-da Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “açıq qapı” günü keçiriləcək və qaliblərin rəsmləri sərgilənəcək.
Sentyabrın 26-da Türkiyənin İstanbul şəhərində Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) və Dövlət Turizm Agentliyinin rəhbər şəxsləri ilə Türkiyə Səyahət Agentlikləri Birliyi (TÜRSAB) arasında turizm sahəsində əməkdaşlığın təşviqi və qarşılıqlı əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə çıxış edən Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Türkiyə ilə əməkdaşlığın Azərbaycanın turizm bazarı üçün böyük əhəmiyyət kəsb etdiyini, iki ölkənin turizm təşkilatları arasında birgə turizm fəaliyyətinin qurulmasının vacib amil olduğunu bildirib. Assosiasiya sədri daxili turizmin inkişafı və ölkəyə gələn turistlərin sayının artırılması baxımından Türkiyə ilə təcrübə mübadiləsinin aparılmasının gələcək illərdə turizm sektoru üçün müsbət nəticələr verəcəyini deyib.
Azərbaycan ilə Türkiyə arasında turizm sahəsinin inkişafına dair fəaliyyət planına uyğun olaraq birgə işlərin aparıldığını deyən Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə Agentliyin ikitərəfli əməkdaşlıq çərçivəsində həm Türkiyədən Azərbaycana, həm də Azərbaycandan Türkiyəyə təşkil olunan turist səfərlərinin sayının artırılmasında maraqlı olduğunu qeyd edib.
Görüşdə çıxış edən Türkiyə Səyahət Agentlikləri Birliyinin rəhbəri Firuz Barbaros Bağlıkaya Türkiyə və Azərbaycan arasında qarşılıqlı turizm əlaqələrinin inkişafı üçün həm dövlət, həm də turizm sənayesi təşkilatları ilə əməkdaşlığın genişləndirilməsinin mühüm olduğunu bildirib. TÜRSAB rəhbəri Azərbaycan ilə Türkiyə arasında şəxsiyyət vəsiqəsi ilə səyahət imkanının olmasının hər iki ölkənin vətəndaşları üçün rahat səfər etmək üstünlüyü yaratdığını qeyd deyib.
Görüş çərçivəsində qarşılıqlı infoturların və turizmlə bağlı birgə tədbirlərin təşkili, B2B (biznesdən-biznesə) görüşlərin keçirilməsi, kommunikasiya əlaqələrinin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Amerikalı aktrisa, prodüser və rejissor Oliviya Vayldın ikinci filmi "Narahat olma əzizim" ABŞ-da çox izlənilən film olub.
AZƏRTAC xəbər verir ki, dünyaca məşhur sənətkarlar Florensiya Pyu və Harri Sylzın rol aldığı filmin 19,2 milyon dollar qazanması cəmi iki gün çəkib və ekran işi ABŞ prokatında birinci yerə yüksəlib.
Daha əvvəl ABŞ-ın bilet satışı kassalarında lider olan “Oskar” mükafatçısı Viola Devisin baş rolda çəkildiyi "Qadın Kral" tarixi döyüş ekran əsəri isə siyahıda ikinci yerə enib. “Disney” şirkəti Ceyms Kameronun elmi-fantastik filmi “Avatar” isə siyahıda üçüncü sırada yer alıb.
Görkəmli filosof şair Əbdülqasım Firdovsinin İran əfsanələri əsasında yazdığı “Şahnamə”dən bir miniatür hərraca çıxarılacaq.
AZƏRTAC xəbər verir ki, Şah Təhmasibin Sultan II Səlimə hədiyyə etdiyi “Şahnamə”dən bir miniatür “Sotheby’s” hərrac evində satılacaq.
Hərrac oktyabrın 26-da həyata keçiriləcək.
"Azərbaycan Hava Yolları" QSC (AZAL) Rusiyadan Azərbaycana reyslərə tələbatın artması, habelə aviabiletlərin dəyərinə dair yaranan suallarla əlaqədar Moskva-Bakı marşrutu üzrə təklif olunan aviabiletlərin maksimal dəyərini açıqlayıb.
Report aviaşirkətə istinadən xəbər verir ki, maksimal qiymət ekonom sinif üzrə 409 avro, biznes sinifi üzrə 769 avro, “VIP Club” tarifi üzrə isə 869 avrodur.
"AZAL-la yanaşı, Rusiyadan Azərbaycana Rusiyanın "Aeroflot", "Rossiya", "Utair", "Azimuth" və digər aviaşirkətləri də reyslər yerinə yetirir. Hər bir aviaşirkət öz qiymət siyasətini müstəqil şəkildə formalaşdırır.
Aviabiletlərin qiymətləri birbaşa reysə olan tələbatdan, təyyarədə qalan yerlərdən, alış tarixindən, uçuş mövsümdən və bir sıra digər kriteriyalardan asılıdır", - deyə aviaşirkət bəyan edib.