Samir Nizaməddin oğlu Şəfiyev Sumqayıt Dövlət Dram Teatrına direktor təyin edilib.
Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən məlumat verilib.
O, bu gün kollektivə təqdim olunub.
Bakının Qaradağ və Səbail rayonlarının bəzi hissələrində qaz təchizatı dayandırılıb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus diametri 720 mm-lik “Qaradağ-Xırdalan” yüksək təzyiqli magistral qaz kəmərinin 12-ci kilometrində aşkar olunmuş qaz sızmasının ləğvi ilə bağlı “Şıxov” Qazpaylayıcı Stansiyasından, “Azpetrol” və “Azərholding” ölçü qovşaqlarından qaz təchizatı dayandırılıb.
Məlumata görə, qaz təchizatı işlər başa çatanadək dayandırılıb.
"Təmir işləri aparılan müddətdə Qaradağ rayonu üzrə Cənub Yaşayış kompleksinin və Şıxov qəsəbəsinin, Səbail rayonu üzrə isə Badamdar 3-cü yaşayış sahəsinin qaz təchizatında müvəqqəti məhdudiyyət yaranıb", - “Azəriqaz”dan bildirilib.
Gəncədə şəhərdaxili marşrut xətti üzrə yeni avtobuslar istifadəyə verilib.
"Report"un Qərb bürosunun məlumatına görə, bu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin daşıyıcı şirkətlərlə apardığı danışıqlardan sonra mümkün olub.
Gəncə şəhərində ən uzun marşrut xətlərindən biri olan 4 saylı marşrut xəttinə 10 ədəd yeni və müasir avtobuslar buraxılıb. Ümumilikdə isə daşıyıcı şirkət 18 avtobus alıb. Digər avtobuslar da mərhələli şəkildə istismara veriləcək.
58-60 sərnişin tutumlu avtobuslar 2018-ci il istehsalıdır və ekoloji təmizdan təmizdir, "Avro 6" standartlarına cavab verir.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev fevralın 9-da saat 09:30-da Quba, Qusar və Xaçmaz rayonlarının sakinlərini qəbul edəcək.
“Report” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) istinadən məlumat verir ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda fevral ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.
Qəbul Xaçmaz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.
Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.
Qəbula fevralın 8-nə qədər RİNN-nin Çağrı Mərkəzi (1655) və elektron poçtu (office@mincom.gov.az), həmçinin (010) 250-48-48 və (012) 598-58-58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.
Tanınmış şair, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəsin yaradıcılığına həsr olunmuş “Adı soyadını eşidən şair - Qulu Ağsəs” adlı kitab işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, kitabın müəllifi Bakı Slavyan Universitetinin dosenti, filoloq Kəmalə Umudovadır.
Kitabda məqsəd müasir Azərbaycan poeziyasının görkəmli imzalarından biri Qulu Ağsəsin yaradıcılıq prinsiplərini, estetik görüşlərini, bədii dillə ifadə etdiyi aksioloji dəyərlər sistemini anlamaq, təhlil etmək, onun şeir modelinin böyük ədəbiyyata səciyyəvi bədii strukturun ideya strukturu ilə vəhdətini önə çəkmək və əsərlərini oxucuya yaxınlaşdırmaqdır. Kitab geniş oxucu kütləsinə - filoloqlara, jurnalistlərə, ali və orta təhsil müəssisələri müəllimlərinə, tələbələrə, doktorantlara və Azərbaycan ədəbiyyatı, mədəniyyəti ilə maraqlananlara ünvanlanıb.
Kitabın redaktoru Sevinc Nuruqızı, dizayneri Firuzə İbrahimova, korrektoru Günel Məmmədovadır. Üz qabığında isə rəssam Ədalət Həsənin "Qulu Ağsəsin portreti" əsərindən istifadə edilib.
“Adı soyadını eşidən şair – Qulu Ağsəs” adlı kitabın rəyçiləri filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli və filologiya elmləri doktoru, professor Leyla İmaməliyevadır.
Kitab "Azərbaycan Kitab, Maarif və Poliqrafçılar" İctimai Birliyinin "Ədəbiyyatşünaslığa dəstək” layihəsi çərçivəsində nəşr edilib.
Şuşa Dövlət Musiqili Dram Teatrının fevral üçün nəzərdə tutulan repertuarı maraqlı tamaşalarla zəngindir.
AZƏRTAC sənət ocağının fevral repertuarını təqdim edir:
2 fevral- “Solğun çiçəklər”
3 fevral - “Balaca və Karlson”, “Lənkəran xanın vəziri”
4 fevral - “Dovşanın ad günü”
9 fevral - “Anamın kitabı”
10 fevral - “Göyçək Fatma”, “Ölməz sevgi”
11 fevral - “Qırmızı papaq”
14 fevral - “Sən həmişə mənimləsən”
16 fevral - “Ana”
17 fevral - “Nağıllar aləmində”, “Dəli Domrul”
18 fevral - “Danışan gəlincik”
23 fevral - “Müsyo Jordan və Dərviş Məstəli şah”
24 fevral - “Balaca və Karlson”, “Lənkəran xanın vəziri”
25 fevral - “Balaca və Karlson”
26 fevral - “Xocalım, biz qayıtmışıq!”
Heydər Əliyev Mərkəzi əlvan rəngləri ilə nəzərləri özünə cəlb edən, izləyicilərinə xoş, hətta bəzən bayram əhvali-ruhiyyəsi bəxş edən əsərlərdən ibarət sərginin təqdimatına hazırlaşır.
AZƏRTAC xəbər verir ki, fevralın 14-də açılacaq “Ümid sınağı” (“Crucible of hope”) sərgisində rəssam Kojo Marfonun 20-dən çox əsəri nümayiş olunacaq.
Kojo Marfo Londonda yaşayan qanalı rəssamdır. O, uşaqlıqdan tanış olduğu Afrikanın ənənəvi Akan artefaktlarının, heykəllərinin təsiri altında rəssam kimi inkişaf edib. Çoxsaylı səyahətlər də Marfonun müxtəlif mədəniyyətlərlə tanışlığına və həmin mədəniyyətlərin yaradıcılığında əks olunmasına səbəb olub. Marfonun yaradıcılığı ilə tanışlıq mədəniyyət dəhlizləri ilə səyahət etməyə bənzəyir.
Heydər Əliyev Mərkəzində sərgilənəcək əsərlər qanalı rəssamın uşaqlıq xəyallarını müasir dünyanın reallığı ilə bir-birinə qarışdırır. Hər bir əsərində isə bir-birinə məharətlə bağlanan məna və emosiya qatları ziyarətçilərə Kojo Marfonu daha dərindən kəşf etmək imkanı qazandırır. Marfonun əsərləri cəmiyyət üçün güzgü funksiyasını daşıyır, dərin düşüncələrin yaranmasına ilham verir. Rəssamın fərqli zəkasını, yumor hissini və dərin müşahidə bacarığını nümayiş etdirən bu sərgi ziyarətçilərə Marfonun özünün hansı düşüncələrə malik olduğunu anlamağa fürsət yaradır.
Kojo Marfonun sənət əsərləri bundan əvvəl Amsterdam, Barselona, London, Nyu-York, Paris, Tokio və digər şəhərlərdə nümayiş etdirilib.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı fevralda maraqlı səhnə əsərləri ilə çıxış edəcək.
AZƏRTAC sənət ocağının fevral repertuarını təqdim edir.
3 fevral - “Payatsı”
4 fevral - “Leyli və Məcnun”
9 fevral - “Min bir gecə”
17 fevral - “Bohema”
25 fevral - “Messa da Requiem”
28 fevral - “Aşıq Qərib”
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi münasibətilə virtual və ənənəvi kitab sərgiləri hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, materiallarda Prezident İlham Əliyevin Məhəmməd Əmin Rəsulzadənin140 illiyinin keçirilməsi haqqında imzaladığı Sərəncamın mətni, dövlət xadiminin həyat və fəaliyyətinin əsas tarixləri, Şərqdə ilk demokratik Respublikanın qurulması naminə göstərdiyi xidmətlərlə yanaşı, ədəbi yaradıcılığı, müəllifi olduğu əsərlər haqqında da geniş məlumat verilib.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan materiallarda publisistin Azərbaycan, hürriyyət və istiqlal haqqında söylədiyi fikirlər, səs yazıları, foto və videogörüntüləri də yer alır. Biblioqrafik icmalda Rəsulzadənin müəllifi olduğu “Bir türk milliyyətçisinin Stalinlə ixtilal xatirələri”, “Bir kərə yüksələn bayraq, bir daha enməz!”, “Azərbaycan şairi Nizami”, “Qafqaz xatirələri”, “Əsrimizin Siyavuşu”, “Azərbaycan mübarizə yolunda”, “Bakı və Azərbaycan tarixinə dair əsərlər” kimi 20-dən və haqqında Azərbaycan, türk, rus və ingilis dillərində qələmə alınan “Rəsulzadə xatirələri”, “Mühacirlərin mirası”, “Son nəfəsədək Azərbaycan”, “Cümhuriyyət qurucuları”, “Uzaqdakı yaxınlar” kimi 30-a yaxın kitabın annotasiyası və biblioqrafik təsviri təqdim edilir.
Amerikalı rejissor Ben Stillerin quruluşunda hazırlanan “Severance” serialının çəkilişləri davam edir.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, ekran əsərinin aktyor heyətində Adam Skott, Patricia Arquette, Con Turturro, Britt Lover, Diken Lukman, Jen Tullok, Tramell Tillusman, Maykl Tilluş, Qvendolin Kristi, Robbi Benson, Bob Balaban, Con Nobl, Merrit Uiver yer alır.
Xatırladaq ki, serialın ikinci mövsümünün çəkiliş prosesi 2023-cü ilin may ayında Amerika Yazıçılar Gildiyasının tətilinin başlaması nəticəsində tamamilə dayanmışdı.