Parisin Müqəddəs Merri kilsəsində istedadlı azərbaycanlı fleytaçı Ağarəhim Quliyevin xeyriyyə konserti olub.
AZƏRTAC xəbər verir ki, konsertdə 150 -dən çox musiqisevər iştirak edib.
Azərbaycanlı gənc ifaçını konsertdə braziliyalı fleytaçı Eduardo Rosa və ingilis pianoçu Julyan Miles müşayiət edib. Konsertdə müxtəlif kamera musiqi parçaları səsləndirilib.
Gənc musiqiçilər danimarkalı pianoçu və bəstəkar Frederik Kulavın “”Grand trio”, macar fleyta virtuozu və bəstəkarı F. Dopplerin “Andante et Rondo”, fransız bəstəkarı və pianoçusu Kamil Sent-Saensin (Camille Saint-Saens) “Le Cygne” əsərlərini ifa edilib.
Musiqiçilərin ifası alqışlarla qarşılanıb.
Prezident təqaüdçüsü Ağarəhim Quliyev Bakıda musiqiçi ailəsində anadan olub. Hələ 9 yaşında L. M. Rostropoviç musiqi məktəbində fleyta üzrə dərslərə başlamış gənc musiqiçi qısa zamanda istedadlı olduğunu göstərib və “İlin kəşfi” mükafatı laureatı, eləcə də nəfəs alətləri üzrə dövlət müsabiqəsinin qalibi olub.
2012-ci ildə İslam ölkələrinin gənc musiqiçiləri üçün keçirilən ilk beynəlxalq müsabiqədə Qran-pri mükafatına layiq görülüb. Müsabiqədən sonra Samaradakı (Rusiya) Yuri Başmet Musiqi Akademiyasına daxil olub. Ağarəhim 2013-cü ildə Estoniyanın "Baltik ulduzları" beynəlxalq yarışmasında birinci yeri, Gürcüstanda keçirilən "Gələcəyin ulduzları" beynəlxalq müsabiqəsinin Qran-Prisini qazanıb.
Azərbaycanlı gənc fleytaçının Parisdə UNESCO mənzil qərargahı, Hall Corto, Kremlin konsert salonu, Notre Dame des Blanc Manteaux, Saint Merry, Saint Eustache kilsələrində konsertləri olub. O, “Sir James Galway” beynəlxalq fleyta festivalı, İtaliyadakı Severino Gazelloni Festivalında iştirak edib.
Gənc fleytaçı Ağarəhim 2018-ci ildən Paris Ecole Normale de Musique-də məşhur fleytaçı Patricia Naglenin sinfində təhsilini davam etdirir. Elə həmin il Parisdə keçirilən "Clés d'Or" beynəlxalq yarışmasında birincilik qazanıb.
2021-ci ildə Ağarəhim ən çətin müsabiqəni fərqlənmə ilə başa vuraraq, Paris Regional Konservatoriyasına daxil olub.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası “Yubileylər silsiləsi” layihəsi əsasında sərgilər və videoçarxlar hazırlamağa və tədbirlər keçirməyə davam edir.
AZƏRTAC xəbər verir ki, Mərkəzi Kitabxanada oxuculara xidmət şöbəsi tərəfindən Azərbaycan Respublikasının Xalq şairi Söhrab Tahirin 95 illik yubileyinə həsr olunmuş kitab sərgisi hazırlanıb.
Həmçinin kitabxananın Metodika və biblioqrafiya şöbəsinin böyük metodisti İradə Hüseynova isə nasir, publisist Söhrab Tahirin yaradıcılığından “Ürək” şeirini səsləndirib.
Misirin Hurqada Beynəlxalq Hava Limanı 6 illik fasilədən sonra Rusiyadan 300 nəfərlik ilk turist qrupunu qəbul edib. İki ölkə arasında aviareyslər 2015-ci ilin oktyabrında – Sinay yarımadasında turistləri daşıyan rus təyyarəsinin partladılması və 224 nəfərin həlak olmasından sonra dayandırılmışdı.
AZƏRTAC xəbər verir ki, Misirin Hurqada kurort şəhərində rusiyalı turistləri gül-çiçəklə qarşılayıblar. “EgyptAir” aviaşirkəti Moskvadan turistləri daşımağı öz öhdəsinə götürüb. Aviaşirkətin icraçı direktoru Amr Abul-Eneyin bildirib ki, bu turizm mövsümündə Rusiyadan 10 min 800 turistin Şarm əl-Şeyx və Hurqadaya gəlməsi nəzərdə tutulur. Bundan başqa, aviaşirkət Moskva ilə Qahirə arasında da birbaşa aviareyslər həyata keçiriləcək. Misir paytaxtına 2018-ci ildə bərpa olunan uçuşları Rusiyanın “Aeroflot” aviaşirkəti həyata keçirirdi.
Qırımızı dənizin kurort şəhərlərinə isə turistlərin gedişi Rusiya Prezidenti Vladimir Putinin göstərişindən sonra bərpa olunub.
Ölkəmiz 1992-ci ildən UNESCO-ya üzv qəbul olunub. 1996-cı ildə isə UNESCO ilə Azərbaycan arasında əməkdaşlıq sahəsində memorandum imzalanıb. Həmin vaxtdan etibarən BMT-nin elm, təhsil və mədəniyyət üzrə bu nüfuzlu təşkilatı ilə əlaqələrimiz genişlənməkdədir. Ötən dövr ərzində ölkəmizin 15 qeyri-maddi mədəni irs elementi UNESCO-nun müvafiq siyahısında yer alır. Hazırda da bu istiqamətdə işlər davam etdirilir.
AZƏRTAC Mədəniyyət Nazirliyinə UNESCO-ya qeyri-maddi mədəni irs elementlərimizi təmsil edən hansı yeni nominasiyaları təqdim etməsi ilə əlaqədar sorğu ünvanlayıb.
Həmin sorğuya alınan cavabda deyilir: “UNESCO-ya yeni təqdim edilmiş 1 milli və 3 çoxmillətli nominasiya dosyemizin Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 2022-ci ildə keçiriləcək sessiyasında müzakirəyə çıxarılacağı təsdiqlənib. Beləliklə, komitənin 2022-ci ildə keçiriləcək sessiyasında daha 4 elementin - Türkiyə və Azərbaycanın birgə təqdim etdiyi “Çay mədəniyyəti: kimliyin, qonaqpərvərliyin və sosial təmasın simvolu”; Əfqanıstan, Azərbaycan, İran Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistanın birgə təqdim etdiyi “Baramaçılıq, ipəkçilik və toxuculuq üçün ənənəvi ipək istehsalı”; Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistanın birgə təqdim etdiyi “Molla Nəsrəddin lətifələrinin şifahi ənənəsi” çoxmillətli nominasiya fayllarının və “Pəhləvanlıq, ənənəvi zorxana oyunları və idman növləri” milli nominasiya (Azərbaycan) faylımızın UNESCO Siyahına salınması məsələsi müzakirə olunacaq”.
Avqustun 10-da saat 16:00-da Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Qazaxıstanın və bütövlükdə türk dünyasının böyük şairi, yazıçısı, bəstəkarı, ictimai xadimi, müasir qazax yazılı ədəbiyyatının banisi Abay Kunanbayevə həsr olunmuş Abay Gününün qeyd edilməsi və İspaniyada onun 175 illik yubileyi münasibətilə nəşr olunmuş poçt markalarının təqdimatı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, markalar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsi ilə türk dünyasının görkəmli nümayəndəsinin zəngin yaradıcılığını daha geniş beynəlxalq auditoriyada tanış etdirmək məqsədilə çap olunub. Abay Kunanbayevin təsviri olan poçt markasında onun yaradıcılıq nümunələri, həmçinin türk dünyasının mədəni dəyərləri və milli musiqi alətləri əks olunub.
Tədbirdə poçt markalarının möhürlənməsi mərasimi olacaq, həmçinin Azərbaycanın və Qazaxıstanın incəsənət nümayəndələrinin ifasında Abay Kunanbayevin əsərləri səsləndiriləcək.
Avqustun 10-da saat 16:00-da Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Qazaxıstanın və bütövlükdə türk dünyasının böyük şairi, yazıçısı, bəstəkarı, ictimai xadimi, müasir qazax yazılı ədəbiyyatının banisi Abay Kunanbayevə həsr olunmuş Abay Gününün qeyd edilməsi və İspaniyada onun 175 illik yubileyi münasibətilə nəşr olunmuş poçt markalarının təqdimatı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, markalar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsi ilə türk dünyasının görkəmli nümayəndəsinin zəngin yaradıcılığını daha geniş beynəlxalq auditoriyada tanış etdirmək məqsədilə çap olunub. Abay Kunanbayevin təsviri olan poçt markasında onun yaradıcılıq nümunələri, həmçinin türk dünyasının mədəni dəyərləri və milli musiqi alətləri əks olunub.
Tədbirdə poçt markalarının möhürlənməsi mərasimi olacaq, həmçinin Azərbaycanın və Qazaxıstanın incəsənət nümayəndələrinin ifasında Abay Kunanbayevin əsərləri səsləndiriləcək.