Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Kitabxanada gənc rəssamın sərgisi açılıb

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın icrasına uyğun olaraq müxtəlif tədbirlər həyata keçirilir, həmçinin uşaqların ədəbi-bədii yaradıcılığının inkişaf etdirilməsi və istedadlılara dəstək məqsədilə müxtəlif sərgilər təşkil olunur.

    AZƏRTAC xəbər verir ki, kitabxananın oxucusu, gənc rəssam İbrahim Həşimovun sərgisi açılıb. Bir ay davam edəcək sərgidə müəllifin karandaş və yağlı boya ilə çəkdiyi portret və natürmortlar nümayiş olunur.

    Qeyd edək ki, İbrahim Həşimov 2007-ci ildə Bakıda anadan olub. C.Cabbarlı adına 187 nömrəli tam orta məktəbi bitirib. Uşaqlıq illərindən təsviri sənətə maraq göstərib.

  • Azərbaycanın məşhur yazıçısı vəfat edib

    Azərbaycan SSR əməkdar incəsənət xadimi, Yazıçılar İttifaqının üzvü, yazıçı Çingiz Hüseynov vəfat edib.

    "Report" xəbər verir ki, bu barədə onun oğlu məlumat verib.

    O bildirib ki, atası ilə sonuncu dəfə bir neçə saat əvvəl danışıblar.

    Qeyd edək ki, Çingiz Hüseynov 1929-cu il aprelin 20-də Bakıda anadan olub.

    Yazıçının bir neçə aydan sonra 95 yaşı tamam olacaqdı. O, “Adını demədi”, “Fətəli fəthi”, “Ailə sirləri” və s. əsərlərin müəllifidir.

  • “Azercell” artıq Laçındadır!

    Lider mobil operator Qarabağda sayca üçüncü rəsmi mağazasını Laçında abunəçilərin istifadəsinə verdi

    “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə uyğun olaraq “Azercell” Qarabağda üçüncü mağazasını açdı. Laçın şəhərinin mərkəzində - Xosrov bəy Sultanov küçəsində açılmış rəsmi diler mağazası ən müasir avadanlıqlarla təmin olunub. Abunəçilər burada digər müştəri xidmətləri mərkəzlərində həyata keçirilən əksər əməliyyatları həyata keçirə bilərlər. Həmçinin abunəçilər yeni açılmış mağazada gündəlik istifadə üçün bir sıra yeni cihazlar (MiFi, USB modem və s.), müxtəlif aksessuarlar əldə edə, mobil telefonları kredit və nağd şəkildə satın ala bilərlər.

    Xatırladaq ki, “Azercell”in Laçınla yanaşı, Qarabağda daha iki rəsmi məntəqəsi - Şuşa şəhərində satış və xidmət, Zəngilanın Ağalı kəndində isə diler mağazası fəaliyyət göstərir.

    “Azercell” Qarabağda bərpa və yenidənqurma işlərinin fəal dəstəkçisidir. İşğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturu quran “Azercell”in hazırda Qarabağda LTE texnologiya əsaslı 147 baza stansiyası fəaliyyət göstərir. Şirkət “yaşıl” texnologiyaların da tətbiqinə başlayaraq Qubadlı və Cəbrayılda günəş enerjisinə əsaslanan baza stansiyalarını işə salıb. Hazırda digər ərazilərdə də “yaşıl” stansiyaların tətbiq edilməsi və saylarının 35-ə çatdırılması nəzərdə tutulur.

    “Azercell” həmçinin Qarabağda müştəri xidmətləri mərkəzi və rəsmi diler mağazasını istifadəyə verən ilk mobil operatordur.

  • Mədəniyyət müəssisələrinə işə qəbulun nəticələri ilə bağlı yaradılmış Apellyasiya Komissiyasının iclası yekunlaşıb

    Mədəniyyət Nazirliyi uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinin nəticəsindən razı olmayan namizədlərin şikayətlərinə baxılması məqsədilə yaradılmış Apellyasiya Komissiyasının iclasları keçirilib.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iclasda direktor vəzifəsi üzrə namizədlər Həsənli Nərgiz İlqar qızı, Mustafazadə Aslan Rafiq oğlu, Ağayev Ramin Heydər oğlu, Həsilova Günay Məmməd qızının nəticələrinə yenidən baxılıb. 4 namizəddən 1-nin müsahibə nəticəsi dəyişdirilib, 3 nəfərin müsahibə nəticəsi isə qüvvədə saxlanılıb.

    Müzakirələr zamanı namizədlərin müsahibə ilə bağlı fikirləri dinlənilib, müsahibələrin videoçəkilişlərinə və sənədlərinə əsasən Komissiya üzvlərinin hazırladığı rəylər müzakirə olunub.

    Qərara əsasən, Həsənli Nərgiz İlqar qızının (21 bal) əvvəl keçirilən müsahibə nəticəsinə dair müraciəti təmin edilib.

    Digər namizədlərin şikayətləri ilə əlaqədar qəbul edilən qərarlara əsasən həmin namizədlərlə keçirilmiş müsahibələrin nəticələrinə dair Müsahibə Komissiyasının qiymətləndirməsi tam obyektiv və əsaslı hesab edilərək dəyişdirilmədən qüvvədə saxlanılıb.

  • Bakı-Ağstafa dəmir yolu marşrutu üzrə axşam reysləri təyin edilib

    "Azərbaycan Dəmir Yolları" QSC (ADY) cümə günlərinə Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatını nəzərə alaraq axşam reysləri təyin edib.

    Bu barədə "Report" ADY-ya istinadən xəbər verir.

    Məlumata görə, yanvarın 12-19-26-da və fevralın 2-də qatar axşam saat 23:55-də Bakı Dəmiryol Vağzalından Ağstafaya, yanvarın 14-21-28-də və fevralın 4-də isə günorta saat 15:00-da Ağstafadan Bakıya yola düşəcək.

    Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün “ADY Mobile” tətbiqini yükləmək və yaxud www.ady.az saytına keçid etmək lazımdır.

  • Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi 45 % tamamlanıb

    Horadiz-Ağbənd dəmir yolu xətti üzrə tikinti işlərin 45 %-i tamamlanıb.

    “Report” xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Mətbuat Katibliyi şöbəsinin müdiri Sənubər Nəzərova deyib.

    O qeyd edib ki, Horadiz-Ağbənd dəmir yolunun 72-ci kilometrə qədər hissəsinə dəmir yolu xətti çəkilib: “Bərdə-Ağdam layihəsindən fərqli olaraq, Horadiz-Ağbənd dəmir yolu xəttinin inşa olunduğu ərazi çətin relyefə malikdir”.

    Xatırladaq ki, 2021-ci ilin fevral ayında ölkə Prezidenti tərəfindən təməli qoyulan Horadiz-Ağbənd dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 km təşkil edir. Layihə çərçivəsində 9 stansiyanın (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd), 3 ədəd tunel, 41 ədəd körpü, 3 ədəd qalereya, 7 ədəd yolötürücü və ümumilikdə isə 500-ə yaxın süni mühəndisi qurğunun tikintisi planlaşdırılır.

  • Rəşad Nəbiyev Naxçıvanda vətəndaşları qəbul edəcək

    Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Naxçıvan şəhərində Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarının, həmçinin Naxçıvan şəhərinin sakinlərini qəbul edəcək.

    “Report”un Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, qəbul yanvarın 18-də saat 09:00-da Naxçıvan şəhərində yerləşən Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin inzibati binasında keçiriləcək.

    Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

    Qəbula 17 yanvar 2024-cü il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı Mərkəzi (1655) və elektron poçtu (office@mincom.gov.az), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar, həmçinin Naxçıvan Muxtar Respublikasının Rəqəmsal və İnkişaf Nəqliyyat Nazirliyinin 036 550 99 01 və 010 230 71 65 nömrəli telefonları vasitəsilə yazılmaq mümkündür.

  • “Siqet” festivalı favorit ifaçıları təqdim edib

    Avropanın ən böyük Budapeşt “Siqet” musiqi festivalı özünün ilk hedlaynerlərini elan edib. Təşkilatçılar hesab edirlər ki, hedlaynerlər – yəni favorit və parlaq ifaçılar bu tədbirə minlərlə pərəstişkarı cəlb etməyə imkan verəcək. Belə ki, 35 ifaçının adı çəkilən artistlərin ilk dalğasında festivalın ilk iki günündə “Stormzy”, “Fred again”, Sem Smit və Martin Garrix səhnəyə çıxacaqlar.

    AZƏRTAC xəbər verir ki, 2024-cü il avqustun 7-dən 12-dək Obuda adasında keçiriləcək festivalda “Amémé”, “Blondshell”, “Crystal Fighters”, “Eris Dryu və Octo Octa”, “Fontaines D.C.”, “Four Tet”, “Honey Dijon”, “Joost”, “Joesef”, “Joker Out”, Louis Tomlinson, “L Impératrice”, Meute, “Nia Archives”, Dom Dolla, Nova Tvins, “Overmono”, “Pip Blom”, “Varhaus” kimi müğənni və qruplar da çıxış edəcəklər. Başqa ifaçıların adları sonradan açıqlanacaq.

    “Siqet” festivalı hər il altı gün ərzində Budapeştin Obuda adasını dünyanın 100-dən çox ölkəsindən gələn müasir estrada musiqisinin minlərlə pərəstişkarının ziyarət yerinə çevirir. Bu il melomanları bir çox əyləncələr gözləyir, adada qurulacaq 50-dən çox səhnə vokalçı və instrumentalçıların sərəncamına veriləcək.

    Festivalın baş direktoru Tamaş Kadar ümidvar olduğunu bildirib ki, “Siqet” avqust ayında rekord sayda tamaşaçı cəlb edəcək.

  • Əməkdar artist Aygün Bəylər son mənzilə yola salınıb

    Yanvarın 8-də milli musiqi sənətinin istedadlı nümayəndəsi, Əməkdar artist Aygün Hümbətovanın (Bəylər) cənazəsi son mənzilə yola salınıb.

    AZƏRTAC xəbər verir ki, mərhumun cənazəsi Suraxanı rayon Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında matəmsayağı bəzədilmiş postament üzərinə qoyulmuşdu.

    Salonda həzin matəm musiqisi səslənirdi.

    Sənətkarın tabutu önünə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından əklil qoyulmuşdu. Cənazənin ətrafına hökumət qurumları və müxtəlif kollektivlər adından da əklillər düzülmüşdü.

    Aygün Bəylərin yaxınları, sənət dostları, tanınmış mədəniyyət və incəsənət xadimlər axın-axın mədəniyyət sarayının binasına gəlir, istedadlı sənətkara son borclarını verirdilər.

    Vida mərasimində Mədəniyyət Nazirliyinin şöbə müdiri Aynur Kərimova Əməkdar artist Aygün Bəylərin yaradıcılığından danışıb: “Həyatını Azərbaycan musiqi sənətinə həsr etmiş görkəmli sənətkarı son mənzilə yola salırıq. Onun uzun müddətdir xəstəlikdən əziyyət çəkdiyini bilirdik. Əməkdar artistin səhhəti ilə əlaqədar məsələlər ötən müddət ərzində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən Fond tərəfindən nəzarətə götürülmüşdü və müalicəsinə zəruri dəstək göstərilirdi. Müalicəsinə yerli həkimlərlə yanaşı, xarici mütəxəssislərin də cəlb olunduğu Aygün Bəylər bir müddət əvvəl müvafiq müayinələrdən keçmək məqsədilə Türkiyəyə getmişdi. Lakin həkimlərin səylərinə baxmayaraq, Aygün Bəylərin səhhətində ağırlaşma baş vermiş və müğənninin həyatını xilas etmək mümkün olmamışdır. İnanırıq ki, onun ifaları əbədi yaşayacaq. Allah rəhmət eləsin!”.

    Xalq artisti, bəstəkar Aygün Səmədzadə mərhum sənətkar Aygün Bəylərin vaxtsız dünyadan köçməsinin mədəniyyətimiz üçün çox ağır itki olduğunu söyləyib: “Bizim onunla çox yaxşı münasibətimiz olub. Mənim mahnılarımı ifa edib. Son dəfə konsertindən əvvəl “Tut ağacı” mahnısı ilə bağlı danışmışdıq. Aygün Bəylər haqqında çox danışa bilərəm, amma hazırda çətindir. Onun yerini heç kəs tuta bilməz”.

    Xalq artistləri Mənsum İbrahimov, Həmidə Ömərova, Mili Məclisin deputatı Razi Nurullayev, Əməkdar incəsənət xadimi Cavanşir Quliyev və başqaları vida mərasimində çıxış edərək Aygün Bəylərin Azərbaycan musiqisinə sonsuz sevgisindən, milli musiqi irsimizin yaşadılması və gələcək nəsillərə çatdırılması üçün gördüyü böyük işlərdən danışaraq, onunla bağlı xatirələrini bölüşüblər.

    Mərhumun ailəsi adından çıxış edən Zümrüd Hümbətova bacısının xatirəsinə göstərilən hörmət və ehtirama görə Heydər Əliyev Fonduna dərin minnətdarlığını bildirib.

    Sonra sənətkarın cənazəsi son mənzilə yola salınıb.

    Mərhum Suraxanı kənd qəbiristanlığında torpağa tapşırılıb.

    Allah rəhmət eləsin!

  • Tanınmış ifaçılar Paris Operasının səhnəsində çıxış edəcəklər

    Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Xalq artisti Yusif Eyvazov (tenor), onun həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebko (soprano) yanvarın 16-da və 25-də Paris Operasında “Adrienna Lekuvrör” tamaşasında çıxış edəcəklər.

    AZƏRTAC xəbər verir ki, tanınmış italyan bəstəkarı Françesko Çileanın əsərində titul partiyanı Anna Netrebko, onun sevgilisi Mauritsio (qraf Moris Saksonski) partiyasını isə Yusif Eyvazov səsləndirəcək.

    XVIII əsrin ortalarında baş vermiş hadisələrdən, gerçək insanların – “Komedi Fransez” aktrisası Adrianna Lekuvrör ilə Fransa sərkərdəsi qraf Morits Saksonskinin böyük və faciəvi sevgisi XIX əsrdə Eje Skrib və Ernest Lequvenin eyniadlı dramında yer alıb.

    1902-ci ildə isə librettosu həmin dram əsasında yazılmış opera əsəri tamaşaya qoyulub.