Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Nəriman Əbdülrəhmanlının hekayəsi İran ədəbiyyat portalında

    Təbrizin populyar “Tabrizema” (Bizim Təbriz) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı Nəriman Əbdülrəhmanlının “Yarımçıq gün” hekayəsinə yer ayırıb.

    Səhifədə yazıçının yaradıcılığına dair geniş məlumat da yerləşdirilib.

    Qeyd edək ki, dünya mədəniyyəti və ədəbiyyatı yeniliklərini mütəmadi olaraq işıqlandıran “Tabrizema” portalı İranla yanaşı, xaricdə yaşayan güney azərbaycanlılar tərəfindən də izlənilir.

     
  • Gənc Tamaşaçılar Teatrının iyun repertuarı zəngindir

    Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının iyun ayı üçün nəzərdə tutulan repertuarı maraqlı tamaşalarla zəngindir.

    Repertuarı təqdim edirik:

    1 iyun - “Tıq-tıq xanım”

    2 iyun - “Dörd əkizin nağılı”

    3 iyun - “Yatmış gözəl”

    4 iyun - “Şelkunçik”

    5 iyun - Azərbaycan xalq nağılı. “Göyçək Fatma”

    6 iyun - “Buratinonun macəraları”

    7 iyun - “Uzuncorab Pippi”

    8 iyun - “Yarımçıq qalmış…”

    9 iyun - “Mən gəldim, qızlar…” (Müharibə)

    10 iyun - “Buzovna kəndinin əhvalatları”

    11 iyun - “İtalyansayağı xoşbəxtlik”

    12 iyun - “Dəli yığıncağı”

    13 iyun - “Hekayəti-Xırs quldurbasan”

    14 iyun - “Bir səbət tənhalıq”

    15 iyun - “Müsyö Jordan və Dərviş Məstəli şah”

    16 iyun - “Xortdanın cəhənnəm məktubları”

    17 iyun - “Pəri Cadu”

    18 iyun - “Qoca kloun”

    19 iyun - Azərbaycan xalq nağılı. “Göyçək Fatma”

    20 iyun - “Dəlinin qeydləri”

    21 iyun - “Buratinonun macəraları”

    22 iyun - “Uzuncorab Pippi”

    23 iyun - “Gözəllik vilayətinin kraliçası”

    24 iyun - “Bir səbət tənhalıq”

    25 iyun - “Şelkunçik”

    26 iyun - “Yarımçıq qalmış…”

    27 iyun - “Dörd əkizin nağılı”

    28 iyun - “Aydın”

    29 iyun - “Romeo və Cülyetta”

    30 iyun - “Şeyx Sənan”

  • İrəvan Teatrının iyun ayı üçün virtual repertuarı

    Qafqazın qocaman sənət ocaqlarından biri, 138-ci teatr mövsümünü yaşayan, həmişə öz repertuarında milli-vətənpərvərlik mövzulu əsərlərə önəm verən C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı iyun ayı üçün nəzərdə tutulmuş virtual repertuar çərçivəsində yenidən izləyicilərin görüşünə gəlir.

    Teatr iyun ayında aşağıdakı tamaşaları təqdim edəcək.

    1 iyun – Mirzə Fətəli Axundzadə “Mürafiə vəkilləri” (Quruluşçu rejissor Oruc Qurbanov)

    2 iyun – Sabir Şahtaxtı "Ölüm həsrəti" (Quruluşçu rejissor Nicat Mirzəzadə)

    3 iyun – Hidayət “İrəvanda xal qalmadı” (Quruluşçu rejissor və musiqi tərtibatçısı Nicat Mirzəzadə)

    5 iyun – İftixar “Dan yeri söküləndə” (Quruluşçu rejissor Gümrah Ömər)

    6 iyun – Teyfik əl Hakimi “Hərraca qoyulmuş sultan” (Quruluşçu rejissor və rəssam Əməkdar incəsənət xadimi Oruc Qurbanov)

    7 iyun – Xalid Hüseyni “Min möhtəşəm günəş” (Səhnələşdirmə və quruluşçu rejissor Elvin Mirzəyev)

    8 iyun – İftixar "Qanlı qızıl toy" (Quruluşçu rejissor Rafael Dadaşov)

    9 iyun – Üzeyir Hacıbəyli “O olmasın, bu olsun” (Quruluşçu rejissor Əməkdar incəsənət xadimi Hüseynağa Atakişiyev)

    10 iyun – J.B.Molyer “Məcburən doktor” (Quruluşçu rejissor və rəssam Əməkdar incəsənət xadimi Oruc Qurbanov)

    14 iyun – Aqşin Babayev “Xilaskar” (Quruluşçu rejissor və tərtibatçı rəssam Əməkdar incəsənət xadimi Oruc Qurbanov)

    15 iyun – İftixar “Qurtuluş dastanı” (Quruluşçu rejissor Əməkdar incəsənət xadimi Oruc İzzətoğlu)

    16 iyun – İftixar "İşıqlı, nurlu sabah" (Quruluşçu rejissor, tərtibatçı rəssam və xoreoqraf Əməkdar mədəniyyət işçisi İftixar Piriyev)

    17 iyun – İftixar “Nurlu ömrün anları” (Quruluşçu rejissor, rəssam və musiqi tərtibatı Əməkdar mədəniyyət işçisi İftixar Piriyev)

    20 iyun – Ramiz Abdullayev “Biznesmen” (Quruluşçu rejissor Əməkdar artist Loğman Kərimov)

    22 iyun – İftixar "Haqq mənəm" (Quruluşçu rejissor, quruluşçu rəssam və xoreoqraf Əməkdar mədəniyyət işçisi İftixar Piriyev)

    24 iyun – Azadə Taleh Abbasqızı “Xocalı şəhidim Şöhrət Həsənov” adlı poeması əsasında hazırlanmış “Xocalıya ədalət!” kompozisiyası (Quruluşçu rejissor Nicat Mirzəzadə)

    25 iyun – İftixar "Soyqırımı tarixinin dastanı" (Quruluşçu rejissor və tərtibatçı rəssam Əməkdar mədəniyyət işçisi İftixar Piriyev)

    28 iyun – Marat Haqverdiyev "Məhəbbət əzabları" (Quruluşçu rejissor və səhnə tərtibatçısı Həsən Əsgəri)

    29 iyun – İftixar "Körpü" (Quruluşçu rejissor Xalq artisti Vaqif Əsədov)

    30 iyun – Ramiz Abdullayev “Olacağa çarə yoxmuş” (Quruluşçu rejissor Yusif Əkbərov)

    Tamaşalar saat 19:00-da teatrın “Facebook” səhifəsində (https://www.facebook.com/irevanteatri/) paylaşılacaq, link vasitəsilə teatrın “YouTube” kanalından (https://www.youtube.com/channel/UCFFw-B_FHYMUOZZ2ryc2jlg/videos) nümayiş olunacaq.

  • Kipr Müasir İncəsənət Muzeyində Azərbaycanın Əməkdar rəssamının əsərləri sərgilənib

    Türkiyənin Yaxın Şərq Universitetinin Kipr Müasir İncəsənət Muzeyində Azərbaycanın Əməkdar rəssamı Əsmər Nərimanbəyovanın əsərləri sərgilənib.

    Rəssam dünyada qorxu və narahatlığa səbəb olan yeni növ koronavirusla mübarizəyə fırçası ilə dəstək verib. Onun "Kipr rəqs festivalı", "Girne qalası və Qədim liman", "Kipr keramikası", "Zanbaq çiçəyi və akasiya" mövzularında çəkilən əsərləri sənətsevərlərə təqdim olunub.

    Qeyd edək ki, Əsmər Nərimanbəyova görkəmli rəssam, SSRİ-nin və Azərbaycanın dövlət mükafatları laureatı, Xalq rəssamı Toğrul Nərimanbəyov və tanınmış heykəltəraş, Azərbaycanın Əməkdar rəssamı Elmira Hüseynovanın ailəsində dünyaya göz açıb.

     
  • Uşaqların çəkdiyi şəkillər kitabxanada

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar uşaqların çəkdiyi şəkilləri təqdim edib.

    Kitabsevər və mütaliəsevər uşaqlar – Arif Hüseynzadə adına 20 nömrəli liseyin 4-cü sinif şagirdi Ceyran Hüseynova, 244 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdi Əsma Məmmədova, 4 yaşlı Nəzrin Məmmədova, 60 nömrəli tam orta məktəbin 2-ci sinif şagirdi Aminə Quliyeva, 53 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdləri Həmid Tağıyev, Murad Əhmədzadə və 6-cı sinif şagirdi Lalə Tağıyeva, Samir Hacıyev adına 5 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdi Aylin Hacıyeva maraqlı rəsmlər çəkiblər.

    Yuxarıda adı qeyd olunan uşaqlar uşaq yazıçısı, şairə Sevinc Ağa Xəlilqızının “Bu dünyanın fidanları” uşaq kitabının qəhrəmanlarıdır.

    Kitabsevər uşaqların çəkdiyi bir-birindən maraqlı cizgiləri olan rəsmlər kitabxanaya təqdim edilib.

  • Almaniyada beynəlxalq uşaq bayramına həsr olunmuş videoçarx hazırlanıb

    Alman—Azərbaycan Dostluq Cəmiyyətinin və “Azerbaijani Ladies Club”un təşkilatçılığı ilə Beynəlxalq Uşaq bayramına həsr olunmuş videoçarx hazırlanıb.

    Videoçarx hazırlanmasında məqsəd xaricdə yaşayan uşaqların milli ruhda tərbiyə olunması və onlara vətənpərvərlik hisslərinin aşılanmasıdır. Bu məqsədlə cəmiyyət dünyanın 19 ölkəsində yaşayan soydaşlarımızın azyaşlı övladlarını internet üzərindən bir araya gətirərək, dahi Azərbaycan şairi S.Vurğunun “Azərbaycan” şeirini onların dilindən səsləndirərək videoçarx halına gətirib və onun yayımını reallaşdırıb.

    Təsadüfü deyil ki, müxtəlif uşaqların ifasında səslənən həmin şeirin sonluğu ulu öndər Heydər Əliyevin eyni şeirin canlı səsləndirməsi ilə birləşdirərək yayıma xüsusi orijinallıq qatılıb. Bu qəbildən olan layihələrin gerçəkləşdirilməsi xaricdə yaşayan soydaşlarımızın doğma vətənlərinə bağlılıqları istiqamətində böyük töhfə verir.

     
  • Milli Dram Teatrı iyun repertuarını açıqlayıb

    Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının iyun ayı üçün nəzərdə tutulan repertuarı maraqlı tamaşalarla zəngindir.

    Teatrın iyun repertuarını təqdim edirik:

    1iyun- “Cipallino”

    5 iyun - “Vəsiyyət ”

    6 iyun - “Ölüləri qəbiristanlıqda basdırın”

    7 iyun - “12 –ci gecə yaxud hər nə istəsəniz”

    12 iyun - “Bir, iki, bizimki...”

    13 iyun - “Ah, bu uzun sevda yolu”

    14 iyun - “Şah Qacar ”

    19 iyun -“ Manqurt”

    20 iyun - “Biganələr oteli”

    21 iyun - “Mənim sevimli dəlim”

    25 iyun - “Kuraj və uşaqları”

    26 iyun - “Xurşidbanu Natəvan”

    27 iyun - “Dəli yığıncağı”

    28 iyun - “21:15 qatarı”

    Qeyd edək ki, səhnə əsərləri sənət ocağının “facebook”dakı səhifəsi vasitəsilə onlayn nümayiş ediləcək.

  • “Land of Fire Orchestra” - Avropanın ürəyində Azərbaycan akkordları

    Azərbaycanın Almaniyada fəxri konsulu Otto Hauzerin təşəbbüsü ilə bu yaxınlarda gənclərdən ibarət “Land of Fire Orchestra” kamera orkestri yaradılıb.

    Kollektivin konsertmeysteri, həmvətənimiz, istedadlı skripkaçı Fəridə Rüstəmova bu orkestrin yaradılması tarixi və onun fəaliyyəti barədə öz “Facebook” səhifəsində söhbət açır.

    Fəridə xanım yazır: “Mən Ştutqartda konsert verirdim. Tədbirə Almaniya cəmiyyətinin tanınmış nümayəndələri, siyasətçilər, ictimai xadimlər, idmançılar və başqaları dəvət edilmişdi.

    Qonaqlar arasında Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauzer də vardı. Mənim çıxışım fəxri konsulun xoşuna gəldi, konsertdən sonra biz tanış olduq. O, orkestr yaratmağı və məni konsertmeyster təyin etməyi qərara aldı. Mən Almaniyada yaşayan və ya burada təhsil alan həmvətənlərimizə zəng vurdum və 2019-cu ilin iyun ayında bizim “Land of Fire Orchestra” kamera orkestri fəaliyyətə başladı. Heydər Əliyev Fondu da bu təşəbbüsü dəstəklədi. Ümumiyyətlə, Avropada yaşayan azərbaycanlı musiqiçilər çoxdur, lakin orkestrimizin bugünkü büdcəsi hələlik yalnız Almaniya hüdudlarında yaşayan həmvətənlərimizlə işləməyə imkan verir. Gələcəkdə digər Avropa ölkələrində yaşayan Azərbaycan musiqiçilərinin də bizim orkestrə cəlb edilməsi istisna olunmur”.

    Fəridə xanım kamera orkestrinin heyəti barədə də məlumat verib. Orkestrə onun özündən əlavə Fərhad Mehmet (skripka), Həsən Abbasquliyev (skripka), Arzu Məmmədova (skripka), Elgün Ağazadə (skripka), İris İcellioğlu (alt), Nəriman Əkbərov (violonçel), Zeynəb Ağdil (violonçel), Tahir Turqanov (kontrabas), Timur Osmanov (fleyta), Meltem Qandəmir (alt), Feliks Knarozovski (faqot) və Fərəc Əkbərov (klarnet) daxildir.

    Konsertmeyster orkestrin yaradılması tarixi barədə söhbətini davam etdirərək yazır: “Biz hamımız Ştutqartda görüşdük, layihələrimizi və gələcək planlarımızı müzakirə etdik. Kollektivin konsertmeysteri mən oldum. Elə ilk məşqlərdən sonra aydın oldu ki, musiqiçilər arasında tam harmoniya var”.

    Fəridə Rüstəmova daha sonra yazır: “İlk konsertimiz 2019-cu ilin dekabr ayında Raythallda (Ştutqart) oldu. Bu konsertə Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov, Landtaqın üzvü Fridlinde Hurr-Xirş, Almaniya Azərbaycanlılar Alyansının sədri Yaşar Musayev, “Toto-Lotto FmbH” firmasının Ştutqartdakı nümayəndəliyinin direktoru Georq Vaker, Almaniyada akkreditə edilmiş diplomatik missiyaların nümayəndələri və digər fəxri qonaqlar gəlmişdi. Qeyd etmək istəyirəm ki, bizim orkestrin repertuarı çox genişdir. Buraya Vivaldidən başlamış Azərbaycan bəstəkarlarına qədər müxtəlif bəstəçilərin əsərləri daxildir. Biz konsertin proqramını tərtib edərkən göstərmək istəmişik ki, kollektiv həm azərbaycanlı müəlliflərin əsərlərini, həm də dünya klassikası nümunələrini ifa etməyi bacarır. Bundan əlavə, belə konsertlər xalqları arasında mədəni mübadilə və dostluq körpülərinin möhkəmlənməsi üçün imkan yaradır.

    Debüt konsertində Üzeyir Hacıbəyli, Qara Qarayev, Səid Rüstəmov və Aqşin Əlizadə kimi Azərbaycan bəstəkarlarının əsərləri səsləndi. O vaxt mən babam Səid Rüstəmovun mahnılarını ilk dəfə orkestrin müşayiəti ilə skripkada ifa etdim. Avropa bəstəkarlardan Volfhanq Amadey Mosart və Lüdviq van Bethovenin əsərlərini təqdim etdik. Həmin konsertdə orkestr Bethovenin “Sevinc” odasını ifa edəndə bütün tamaşaçılar əsəri ayaq üstə dinlədilər. Alman tamaşaçılarının bu cür səmimi reaksiyasını görmək bizə çox xoş təsir bağışladı.

    Debüt uğurlu oldu. Almaniyada yaşayan sponsorların dəstəyi ilə gələcəkdə müstəqil konsertlər təşkil etməyi planlaşdırırıq. Bundan əlavə, səfirlik və fəxri konsulluq tərəfindən təşkil edilən rəsmi tədbirlərdə bizim orkestrin iştirakı nəzərdə tutulur. Şübhəsiz, bu təşəbbüs dünya klassik musiqisinin və Azərbaycan bəstəkarlarının əsərlərinin qlobal miqyasda populyarlaşdırılmasında mühüm rol oynayacaq. Yadımdadır, almaniyalı tamaşaçılar bizim fəxri konsul Otto Hauzerin həmin konsertdə nitqinə çox səmimi münasibət bildirdilər. Fəxri konsul Azərbaycan haqqında söhbət açdı, öz həmvətənlərini zəngin Azərbaycan mədəniyyəti ilə tanış etdi”.

  • “12-ci gecə, yaxud hər nə istəsəniz” tamaşası onlayn göstəriləcək

    Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yeni tamaşalardan olan Uilyam Şekspirin “12-ci gecə, yaxud hər nə istəsəniz” əsəri əsasında hazırlanan eyniadlı tamaşa növbəti dəfə iyunun 7-də onlayn nümayiş ediləcək.

    Sənət ocağının “facebook”dakı səhifəsi vasitsilə izləniləcək səhnə əsərinin quruluşçu rejissoru, rəssamı və musiqi tərtibatçısı Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rejissor assistenti Ceyran Həsənli, vokal üzrə repetitoru Zeynəb Safina, video vizualizasiya rəssamları Fərid Əhmədov və Azər Süleymanovdur.

    Tamaşada rolları Əməkdar artistlər Elşən Rüstəmov, Anar Heybətov, Ayşad Məmmədov, Aslan Şirin, Məsmə Aslanqızı, aktyorlar Elnar Qarayev və Vüsal Məmmədov, Ziya Ağa, Vüsal Mustafayev və Rəşad Bəxtiyarov və başqaları canlandıracaq.

    Tamaşanın dekorasiyası ənənəvi formada yox, monitorlar vasitəsilə qurulub. Səhnə əsərinin orijinallığı burada klassika ilə müasirliyin vəhdət təşkil etməsindədir. Belə ki, aktyorların geyimlərində həm Şekspir dövrünün, həm də müasir dövrün geyimlərinə müraciət olunub. Eləcə də musiqi seçimində klassik musiqi ilə yanaşı, müasir musiqi, həmçinin də roka yer verilib.

     
  • Uşaqlar üçün müasir aranjemanlarda 30 mahnı təqdim ediləcək

    Ölkə ərazisində aparılan rəy sorğusu zamanı respondentlər birmənalı olaraq uşaqların maarifləndirilməsi üçün müasir aranjemanda olan uşaq mahnılarını əldə edə biləcək resurslara çıxışlarının olmadığını qeyd etmişdilər. Bu məqsədlə “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyi onlayn aksiyaya start verib.

    Aksiyanın məqsədi uşaqların estetik zövqünün formalaşması, asudə vaxtının səmərəli keçirilməsi və maarifləndirilməsi naminə valideynlərin yeni aranjemanda olan uşaq mahnılarına əlçatanlığının təmin olunmasına, ictimaiyyətin uşaq mahnılarına diqqətinin cəlb olunmasına xidmət edir.

    1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş aksiya iyunun 30-dək davam edəcək. Aksiya boyunca birliyin sosial şəbəkə hesablarında (@uydib ) hər gün bir uşaq mahnısı yerləşdiriləcək. Aksiya nəticəsində azyaşlı uşaqların valideynləri, uşaq bağçalarının əməkdaşları, ibtidai sinif müəllimləri və musiqi müəllimləri yenidən nəfəs verilmiş retro mahnılar ilə bərabər, həmçinin yeni uşaq mahnılarına, bəzi mahnıların karaoke versiyalarına da çıxış əldə etmiş olacaqlar. “Can Bala” , “Noğullar”, “Gülən Notlar”, “Dostlar” qrupu və digər uşaqların ifasında Fikrət Əmirov, Oktay Zülfüqarov, Məryəm Əlibəyli kimi bəstəkarların uşaqlar üçün yazdığı bəstələr yer alacaq.

    Uşaq mahnılarının uşaqların həm mənəvi tərbiyəsi, həm də estetik zövqünün inkişafı üçün təkanverici qüvvə olması danılmaz faktdır. Uşaq mahnıları uşaqları maarifləndirməklə yanaşı, onları nikbin arzular ərtafında birləşdirir və onlara ülvi hisslər yaşadır. İfa olunan və səhnələşdirilən mahnılar uşaqları doğmalaşdırır, sosiallaşdırır, onlara həmrəylik, əməkdaşlıq kimi müsbət hissləri və faydalı sosial-psixoloji vərdişləri aşılayır.