Xalqımızın bu günə qədər yaşatdığı, qoruyub gələcək nəsillərə ötürdüyü Novruz bayramı özündə dünyanın yaranma və yaşam sirlərindən tutmuş, gələcəyə, xoşbəxtliyə, bolluğa ümidini əks etdirir. Novruz yeni gün, yeni həyat mənasını daşımaqla, həm də bir çox xalqların yeni ilidir. Çünki məhz Novruzda həyat yenidən canlanır, torpaq qış yuxusundan oyanır, bitkilər baş qaldırır, ağaclar çiçəklənir, günəşin istisi artır, gecə ilə gündüz bərabərləşir və beləliklə yeni həyat başlayır.
Azərbaycan Milli İncəsənət Muzeyində baharın gəlişi münasibətilə mart ayı boyunca uşaqlar üçün “Novruz gəlir, yaz gəlir” adlı xüsusi əyləncəli proqram təqdim olunacaq.
Proqramda muzeyin azyaşlı ziyarətçilərə Novruz adətlərindən bəhs ediləcək və onlar üçün müxtəlif ustad dərsləri keçiriləcək. Həmçinin Respublika İncəsənət Gimnaziyasının tələbələri xüsusi musiqili proqramla tədbirə xoş ovqat qatacaqlar. Həmçinin muzeyin “Azərbaycan İncəsənəti minilliklər boyunca” ekspozisiyasını izləmək imkanı qazanacaqlar.
Martın 5-də Akademik Opera və Balet Teatrında Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə rəssam və fotoqrafların “Harmoniya” adlı qrup sərgisi açılacaq.
Xəbər verilir ki, 8 mart- Beynəlxalq Qadınlar Gününə həsr olunacaq sərgidə 30-a yaxın rəssam, heykəltəraş və fotoqrafın 50-dən çox əsəri sərgilənəcək. Sərgi təsviri sənətin müxtəlif sahələri ilə yanaşı, bədii fotoqrafiya sənətinə olan marağı artırmaq, cəmiyyətdə qadının yeri və roluna diqqət çəkmək məqsədilə həyata keçirilir. Sərginin ekspozisiyasında müxtəlif üslub və texnikalarda işlənmiş rəngkarlıq, heykəltəraşlıq və bədii fotoqrafiya nümunələri, o cümlədən Azərbaycan Dövlət Rəsm Qalereyasının fondundan seçilmiş əsərlər də nümayiş olunacaqdır.
Sərgidə həmçinin “Parlaq” Yaradıcı Gənclər İctimai Birliyi öz musiqi nümunələri ilə çıxış edəcəkdir.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 10 nömrəli uşaq musiqi məktəbi Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı “Yenidən özünə qayıt - Xocalı” adlı musiqili-bədii kompozisiya təqdim edib.
Əvvəlcə Xocalı soyqırımında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Məktəbin direktoru Qafar Nuriyev Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olması barədə şagirdlərə məlumat verib. Bildirilib ki, insanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən olan Xocalı faciəsi erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırımı və etnik təmizləmə siyasətinin tərkib hissəsidir.
Sonra şagirdlər Xocalı faciəsinə həsr olunmuş şeirlər oxuyub, musiqilər səsləndiriblər.
Azərbaycanda sabaha müşahidə olunacaq hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralda 28-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 10-14, Bakıda gecə 5-7, gündüz 11-13 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2-7, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 28-də Abşeron yarımadasında arabir güclənən gilavar küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq yarada bilər.
The 2nd Italian-Azerbaijani International Film Festival will be held in Baku on March 4-7.
The festival aims to promote Azerbaijani and Italian film industries. The event is co-organized by the Italian Embassy in Azerbaijan, Ca Foscari University (Venice), Azerbaijan State University of Culture and Arts and the United Cultures Organization.
Notably, the film festival was held for the first time in Baku in 2010. The festival program included seminars, creative debates, meetings. Winners were awarded with specially prepared "Zoroaster Award".
Bilateral relations between Azerbaijan and Italy continue to expand in a number of directions.
Cultural ties between the two states have also been growing. Numerous festivals, cultural events are being held as part of the cooperation.
Economic relations between the two states have further strengthened following the signing of a Joint Declaration for the establishment of an Italian-Azerbaijani Council in 2004.
Bu günlərdə “Əli bəy Hüseynzadə - biblioqrafik monoqrafiya“ adlı yeni kitab çapdan çıxıb.
Biblioqrafik monoqrafiya Bakı Dövlət Universitetinin (BDU) Biblioqrafiyaşünaslıq kafedrasının və AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr edilib.
Əsərin tərtibçi–müəllifi BDU-nun Biblioqrafiyaşünaslıq kafedrasının əməkdaşı, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun dissertantı Vəzufə Xudiyevadır.
Kitabın elmi redaktoru Biblioqrafiyaşünaslıq kafedrasının müdiri, dosent Nadir İsmayılov və filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva–Kəngərlidir. Yeni nəşrə filologiya elmlər doktoru Almaz Ülvi, dosentlər – pedaqogika üzrə fəlsəfə doktorları Sima İsmayılova, Solmaz Sadıqova və Xuraman Ağayeva kimi tanınmış alimlər rəy veriblər.
XX əsr Azərbaycan-Türkiyə ictimai fikir tarixinin ən görkəmli nümayəndələrindən biri, tanınmış maarifçi və yazıçı, publisist Əli bəy Hüseynzadəyə həsr olunmuş bu əsər alimin həyatını, elmi-pedaqoji, ictimai-siyasi və təşkilati fəaliyyətini əks etdirən ilk biblioqrafik xarakterli monoqrafiyadır. Kitabda mütəfəkkirin fəaliyyətinə dair 1890-2019-cı illərin faktları əhatə olunub. Biblioqrafik monoqrafiya 9 bölmədən ibarətdir.
Ümumilikdə, biblioqrafiyada 1396 mənbə, həmçinin Türkiyə arxivlərində saxlanan materiallar əlavələr şəklində verilib. Monoqrafiyanın əhəmiyyətli cəhətlərindən biri də ənənəvi çap məhsulları ilə yanaşı, görkəmli ədibin İstiqlal Muzeyində, Ege Universitetində, Azərbaycan Respublikası Dövlət Arxivində qorunan qiymətli materiallarının, əlyazmalarının, məktublarının və şəxsi arxiv sənədlərini, o cümlədən elektron resursları da əhatə etməsi və həmin materialların biblioqrafiyaya əlavələr şəklində verilməsidir.
Biblioqrafik monoqrafiya filologiya, tarıx, biblioqrafiyaşünaslıq elmlərinin müxtəlif istiqamətləri üzrə elmi–tədqiqat işi aparan, ali məktəb müəllimləri və tələbələri, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Daşkənddəki Dünya İqtisadiyyatı və Diplomatiya Universitetində (DİDU) Bakıdakı ADA Universitetinin təqdimatı keçirilib.
Təqdimatda universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Universitetin prorektoru Saidmuxtar Saidkasimov DİDU barədə məlumat verib, bu ali məktəbin fakültələri, tələbələri və məzunları haqqında danışıb.
S.Saidkasimov ADA Universitetinin Tələbə qəbulu şöbəsinin əməkdaşı Aytəkin Hüseynovanı tələbələrə təqdim edib. Aytəkin Hüseynova ADA Universiteti haqqında ətraflı məlumat verib, universitetin 2006-cı il dekabrın 15-də Azərbaycan Xarici İşlər Nazirliyinin yanında fəaliyyətə başladığını diqqətə çatdırıb.
A.Hüseynova deyib: “2019-cu il fevralın 7-də Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə universitetin 2014-cü ildə təsdiq olunan Nizamnaməsində bir sıra dəyişiklik edilib və bu ali məktəb Dövlət Universiteti statusu alıb. İndi universitetdə 2 min 300 tələbə oxuyur. Özbəkistana gəlişimin məqsədi ADA Universitetinə daha çox tələbə və magistr cəlb etməkdən ibarətdir”.
Sonra A.Hüseynova tələbələrin suallarına cavab verib.
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən nəşr olunan “Elmi əsərlər” jurnalının növbəti nömrəsi çapdan çıxıb.
İnstitutdan bildirilib ki, jurnalın bu nömrəsində “Mətnşünaslıq”, “Mənbəşünaslıq”, “Folklorşünaslıq”, “Elmşünaslıq”, “Dinşünaslıq”, “Kitabxanaşünsalıq”, “Kitabşünaslıq” və “Biblioqrafiyaşünaslıq” bölmələri üzrə məqalələr, institutda keçirilmiş mühüm tədbirlər, əldə edilmiş nailiyyətlər, eləcə də işıq üzü görmüş kitablar haqqında məlumatlar yer alıb.
Jurnalda “Yeddi gözəl” Əmin Yümmi tərcüməsində”, “Əli Şövqi Gəncəlinin avtoqrafları”, “Molla Cümənin dastanları”, “AMEA Əlyazmalar İnstitutunun fəaliyyətinin elmmetrik təhlili: ilkin araşdırma”, “Quran surələrinin fərdi xarakteri və ayələrin universallığı” və digər sərlövhəli araşdırmalar dərc olunub.
Jurnalın baş redaktoru Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərlidir.
Xocalı faciəsindən 28 il keçməsinə baxmayaraq, hələ də bu faciənin səbəbkarlarının mühakimə olunmaması çox böyük ədalətsizlikdir.
Bu fikri “Ana harayı” abidəsini ziyarət edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərə müsahibəsində deyib.
Səfir bildirib ki, Xocalı faciəsi dünyanın XX əsrdə yaşanan ən böyük kədəridir. Hər zaman olduğu kimi açıq şəkildə deyirəm ki, Xocalı faciəsinin səbəbkarları cəzalarını almayanadək bu məsələ bağlanmayacaq. Biz Türkiyə Respublikası olaraq, həmişə olduğu kimi, Azərbaycanın yanındayıq. Biz bir millət, iki dövlətik. Bir daha Xocalı şəhidlərinə Allahdan rəhmət diləyirik.
Mədəniyyət Nazirliyi tərəfindən uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkarlıq səviyyələrinin artırılması və onlara metodiki köməklik göstərilməsi məqsədilə respublikanın aparıcı təhsil müəssisələrinin təcrübəli müəllimlərinin, tanınmış incəsənət xadimlərinin iştirakı ilə uşaq musiqi və incəsənət məktəblərinin şagird və müəllimləri üçün mütəmadi olaraq ustad dərsləri təşkil edilir.
Bu işlərin davamı olaraq Mədəniyyət Nazirliyinin dəstəyi ilə Fransada yaşayan həmvətənimiz, Azərbaycanın Əməkdar artisti, Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktoru, tanınmış azərbaycanlı pianoçu Adilə Əliyevanın fevralın 27, 28 və 29-da Bakı və Sumqayıt şəhərlərində uşaq musiqi və incəsənət məktəblərinin şagird və müəllimləri üçün ustad dərsləri keçiriləcəkdir.