Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Kukla Teatrında “Qış karnavalı” nümayiş olunacaq

    Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı Yeni il münasibətilə “Qış karnavalı” hazırlayıb.

    Teatrdan verilən məlumata görə, bayramın xoş əhvalını səhnədən hiss etdirmək üçün yeni ilin əsas personajları və bizi nağıllar aləminə səyahətə dəvət edəcək sevimli qəhrəmanlar kuklaçıların karnavalında bir araya gələcək.

    Belə ki, uşaqlara bayramların birlikdə zaman keçirmək, canlı ünsiyyət üçün fürsət olmasını xatırlatmağa çalışan tamaşa heç bir kompüter oyunu, mobil əyləncə vasitəsinin onların səs-küylü əyləncəsindən üstün olmadığını göstərir.

    Müxtəlif xalqların nağıl qəhrəmanlarının, müasir animasiyanın bizlərə sevdirdiyi personajların simasında uşaqlara, eləcə də böyüklərə birlik, həmrəylik, səmimi ünsiyyət və sevgi tərənnüm edən tamaşa dekabrın 26-dan yanvarın 6-dək hər gün dörd seans (12.00, 14.00, 16.00, 18.00) olmaqla tamaşaçıların ixtiyarına veriləcək.

    Səhnələşdirəni və quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev olan musiqi tərtibatlı birhissəli kukla tamaşası rəngarəng səhnə tərtibatı, karnaval üslubunda həlli ilə maraqlıdır.

    Teatrın aparıcı aktyorlarının rol aldığı tamaşada fərqli texnikalarda hazırlanmış kuklalarla yanaşı canlı planda oyun da göstəriləcək. Belə ki, səhnə işində musiqilərlə yanaşı, rəqs nömrələri də üstünlük təşkil edəcək.

    Qeyd edək ki, dekabrın 20-dən satışa çıxarılacaq biletlərin qiyməti 3 manatdır və yalnız teatrın kassasından əldə etmək olar.

  • “VTB Azerbaijan” bankı rəqəmsal bank yaradacaq

    “VTB Azerbaijan” bankı 2022-ci ilədək rəqəmsal bank və yeni pərakəndə satış modelini yaratmağı nəzərdə tutur.

    Bu barədə bankın İdarə Heyətinin sədri Yevgeniy Kivrin sağlam kreditləşməni 6 dəfə artırmağı düşündüklərini qeyd edib.

    “Bizim üçillik strategiyamızda biznes modelini daha da tarazlaşdırılmış hala gətirmək məqsədi var”, - o deyib.

    Bank rəhbəri rəqəmsal bankın “Facebook” və “WhatsApp” mesencerləri üzərində yaradılacağını diqqətə çatdırıb: “Rəqəmli kanallarda məhsul və xidmətlərə 100 faiz çıxışın təmin olunması nəticəsində orta və kiçik sahibkarlığa aid müştərilərin payını 30 faizdən 80 faizədək artacaq”.

  • Azərbaycanda qızıl istehsalı 10%-dən çox artıb

    Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 3 553,2 kq qızıl istehsal edilib.

    “Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,5% çoxdur. Bu il dekabrın 1-nə ölkədə 342,6 kq hazır məhsul ehtiyatı yaranıb.

    Bundan başqa, bu ilin 11 ayı ərzində Azərbaycanda 3 815,3 kq gümüş istehsal edilib ki, bu da illik müqayisədə 28,9% çoxdur. Bu il dekabrın 1-nə ölkədə 225,8 kq hazır məhsul ehtiyatı yaranıb.

  • BANM-in 11 tələbəsi beynəlxalq magistr proqramı üçün seçilib

    Heydər Əliyev Fondu və İtaliyanın neft və qaz şirkəti - “TechnipFMC” arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilən “Neft, qaz və neft-kimya sahəsində təhsil alan tələbələr üçün texnoloji biliklərin ötürülməsi üzrə magistr proqramı“ layihəsinin qalibləri bəlli olub.

    Bakı Ali Neft Məktəbindən "Report"a verilən məlumata görə, əməkdaşlıq memorandumu çərçivəsində neft-qaz sahəsində çalışan tələbələrin magistr proqramı üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi tədbirlərinin keçirilməsi, elm, texnologiya və təhsil sahələrində birgə layihələrin icrası nəzərdə tutulur.

    Qaliblərin elan olunması tədbirində Heydər Əliyev Fondunun, “TechnipFMC” şirkətinin, BANM-in, İtaliya səfirliyinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və digər təşkilatların nümayəndələri iştirak ediblər.

    Təbirdə çıxışı zamanı Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəisi Soltan Məmmədov təlim proqramının məqsədi barədə danışaraq bildirib ki, bu proqram ölkənin təhsil, ətraf mühit və texnoloji sektorun inkişafına töhfə verilməsi, texnologiya və sənaye innovasiyalarının azərbaycanlı tələbələrə və peşəkarlara ötürülməsi, onların bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində mühüm layihələrdəndir.

    3 mərhələdən ibarət layihənin ilkin mərhələsində Azərbaycandan seçilmiş 50 tələbə kurslarda iştirak edib, onlardan da 25 nəfəri BANM-in Neft-qaz və Kimya mühəndisliyi ixtisasında təhsil alan 4-cü kurs tələbələri olub. Birinci mərhələdə 5 modul üzrə 6 həftə ərzində təlimlər keçirilib. Təlimlərin sonunda magistr proqramına 15 tələbə namizəd seçilib. Həmin tələbələrdən 11 nəfər BANM-in, qalan 4 nəfər isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələridirlər. Tələbələr Fransa, İtaliya və Norveçdə 2 ay ərzində ixtisasartırma kurslarında iştirak edəcəklər.

    BANM-in rektoru Elmar Qasımov tədbirdə çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun təhsillə bağlı qarşıya qoyduğu strateji məqsəd Azərbaycanda bu sahənin qloballaşan dünyanın tələbləri səviyyəsində qurmaq, milli təhsil modelinin gerçəkləşdirilməsinə maddi-texniki və intellektual zəmin formalaşdırmaqdır.

    Rektor gənclərə, eləcə də, Ali Məktəbin tələbələrinə göstərdiyi etimada görə Heydər Əliyev Fondunun və “Technip FMC” şirkətinin rəhbərliyinə təşəkkürünü bildirib. O, bu cür layihələrin gənclərin bilik və bacarıqlarının daha da artırılması baxımıdan böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. E.Qasımov ixtisasartırma kurslarında iştirak edəcək tələbələrə təcrübə keçəcəkləri ölkələrdə Azərbaycanı layiqincə təmsil etməyi tövsiyə edib.

    Daha sonra, “TechnipFMC” şirkətinin nümayəndəsi, İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari çıxış edərək magistr proqramının əhəmiyyətini qeyd ediblər. Onlar seçilmiş namizədlərin yüksək potensiallı tələbələr olduğunu vurğulayıblar.

    Bakı Ali Neft Məktəbinin Magistr Proqramında iştirak üçün seçilən tələbələri qalib layihələrini iştirakçılar qarşısında təqdim ediblər. “Ekologiyanın mühafizəsi”nə yönələn layihə çərçivəsində bioplastik məhsulun hazırlanması nəzərdə tutulub.

    Sonda proqramın müvafiq mərhələsini uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub. 

  • Azərbaycan cüdoçuları bu il beynəlxalq yarışlarda 121 medal qazanıblar

    Azərbaycan cüdoçuları 2019-cu ildə beynəlxalq yarışlarda 121 medal qazanıblar.

    "Judobase"yə istinadən, medallardan 31-i qızıl, 33-ü gümüş, 57-si isə bürünc olub. Azərbaycan bu göstərici ilə 17-ci pillədə qərarlaşıb.

    Siyahıya 510 medalla (144-133-233) Rusiya başçılıq edir.

    Qeyd edək ki, reytinq böyüklər, gənclər və yeniyetmələr arasında keçirilən rəsmi yarışların nəticələrinə əsasən tərtib olub. 

  • Bəzi ölkələrdə "Google", “Youtube” və “Gmail”in işləməməsinin səbəbi açıqlanıb

    “Avropa optik magistral kabellərində irimiqyaslı qəza internet birləşmələrində fasilələrin yaranmasına səbəb olub”.

    Məlumata görə, bu barədə “Ucom” açıqlama yayıb.

    Bildirilib ki, “Google”un interaktiv xəritəsinə əsasən, Azərbaycan, Almaniya, Avstriya, Belarus, Böyük Birtaniya, İrlandiya, İtaliyanın şimalı, İsveçrə, Türkiyə, Macarıstan, Rumıniya, Yunanıstan, Ukrayna, Gürcüstan və Ermənistanda 1,5 saat internetdə fasilələr yaranıb, “Google" sistemi, o cümlədən Gmail”, “Youtube”, “Google Analytics”, “Google Play” işləməyib.

    Qeyd edilib ki, qəzanın nəticələri aradan qaldırılır.

  • Azərbaycanda vaxtı ötmüş kreditlərin restrukturlaşması uzadıla bilər

    "Azərbaycan banklarında vaxtı ötmüş kreditlərin restrukturlaşmasına dair 2019-cu ilin sonunadək bağlanan müqavilələrin vaxtını müddətsiz uzatmaq məqsədəuyğun olardı".

    Bu fikri “VTB Azerbaijan” bankının İdarə Heyətinin sədri Yevgeniy Kivrin deyib.

    “Məsələn, üzürlü səbəblərdən banka vaxtında müraciət edə bilməyən müştərilərə güzəşt tətbiq oluna bilər. Kreditlərin restrukturlaşması üçün mövcud güzəştli şərtlər (illik 1 faizlə 5 il müddətinə ödəmə, borcun əsas hissəsini 1 ildən sonra ödəmək imkanı) nəzərə alınsa, səliqəli bocalan təyin olunmuş müddətdə müraciət edə bilər”, o bildirib.

    Bank rəhbəri “Bank VTB”nin restrukturlaşma zərfi 19,9 milyon manat məbləğində 5,7 min müqavilə, yəni müqavilə sayı baxımdan 56 faiz, restrukturlaşdırılan kreditlərin məbləği baxımdan da 52 faiz olduğunu diqqətə çatdırıb.

    “Vaxtı ötmüş kreditlər üzrə təminat ödəmələrinə gəlincə, bankımız nəzərdə tutulan vəsaitin 98 faizini artıq ödəyib, qalan 2 faiz də təzminat üçün müraciət gəlmədiyi kreditlərin payına düşür”, – bank rəhbəri qeyd edib.

  • Azərbaycan milli mətbəxi Avstriyada

    Avstriyanın Zaltsburq şəhərində mədəniyyətlərarası kulinariya festivalı keçirilib.

    Avstriya Azərbaycanlılar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, gün ərzində festivala dünyanın bir çox ölkələrindən gələn diaspora nümayəndələri öz milli mətbəxlərinin nümunələrini tədbir iştirakçılarına təqdim ediblər.

    Ölkəmizi bu tədbirdə Avstriya Azərbaycanlılar Cəmiyyəti təbliğ edib. Cəmiyyət festivala Azərbaycan mətbəxinin müxtəlif təamları, ilk növbədə isə şah plovla qatılıb.

    Cəmiyyətin rəhbəri Fərid Əzizov bildirib ki, rəhbərlik etdiyi təşkilat bu tədbirə ciddi hazırlaşıb və təqdim olunan nemətlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Şah plovu dadan tədbir iştirakçıları onu digər qonaqlara da tövsiyə ediblər.

    Qeyd edilib ki, bu kimi tədbirdə iştirak, milli mədəniyyətin və mətbəxin təqdimatı Azərbaycanın dünyada daha da yaxşı tanıdılmasına öz töhfəsini verir.

  • Azercell və Azərbaycan Beynəlxalq Bankından ölkəmizdə bir ilk!

    Ölkənin rəqəmsal həllər təqdim edən lider mobil operatoru Azercell Telekom regionun aparıcı bankı Azərbaycan Beynəlxalq Bankı ilə birgə abunəçiləri üçün xüsusi kobrend kart təqdim edib.

    Azercell-dən verilən məlumata görə, bu kart öz sahibinə gündəlik xərclərindən əlavə qazanc əldə etmək fürsəti yaradır. Belə ki, kart sahibi nağdsiz ödənişlər zamanı hər 1 manat üçün 1 bal əldə edərək, toplanmış balları şəbəkədaxili danışıq dəqiqələrinə və ya meqabaytlara dəyişə bilər. Bu imkandan yararlanmaq üçün müvafiq açar sözünü 2937 qısa nömrəsinə SMS vasitəsilə göndərmək kifayətdir.

    Kart üzrə SMS xəbərdarlıq və nağdlaşdırma xidməti üçün heç bir komissiya tutulmur. Müddəti 4 il olan kartı istənilən Azercell abunəçisi 24 dekabrdan etibarən cəmi 20 manat ödəməklə Azərbaycan Beynəlxalq Bankının bütün filial və şöbələrindən əldə edə, eləcə də Bankın rəsmi internet səhifəsindən sifariş verə bilər: https://ibar.az/az/azercell-co-brand/

    Azercell şirkətinin prezidenti Vahid Mürsəliyev: “Texnologiyaların sürətlə inkişaf etdiyi bir zamanda bizim ölkənin aparıcı mobil operatoru kimi ən böyük vəzifəmiz istifadəçilərimizin gündəlik həyat prosesləri və işgüzar əməliyyatlarının daha da rahat şəkildə yerinə yetirilməsi üçün yeni məhsul və həllərin işlənib hazırlanmasıdır. Bu baxımdan, strateji tərəfdaşımız olan Azərbaycan Beynəlxalq Bankı ilə müştərək şəkildə istifadəyə buraxılan kart bir əməliyyat zamanı Azercell abunəçilərinə ikiqat fayda qazandıraraq onların həyatını daha mobil etməyə imkan yaradacaq”.

    Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov: “Bu kartın ən mühüm özəlliyi Azərbaycan bazarında hər biri öz sahəsinin lideri olan iki böyük şirkətin tərəfdaşlığının nəticəsi kimi ortaya çıxmasıdır. Ümid edirik ki, tərəfdaşlıq layihələrimiz bundan sonra da davamlı olacaq. Azərbaycan Beynəlxalq Bankı və Azercell-in birləşən imkanları insanlarımızın həyatına yeni faydalar gətirəcək”.

    Kobrend kartlarını AZN-lə yanaşı, USD və EUR hesablarında da aktivləşdirmək mümkündür. Azərbaycan Beynəlxalq Bankının “Qayğıkeş” layihəsi çərçivəsində bankla tərəfdaş məkanlarda bu kartla və bankın POS terminalları ilə ödəniş zamanı müştəri xərclədiyi vəsaitin 20%-dək hissəsini dərhal kart hesabına geri alır. Tezliklə, kartın kredit imkanları da müştərilərin istifadəsinə təqdim ediləcək.

  • ETSN nadir quş növlərini görmək istəyənləri milli parklara dəvət edib

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) flaminqo görmək istəyənləri milli parklara dəvət edib.

    Nazirliyin Mətbuat Xidmətindən bildirilib ki, Azərbaycana əsasən qışlamağa gələn nadir quş növlərini görmək istəyən bütün təbiətsevərlər milli parklara dəvət edilir: "Göz oxşayan füsunkar gözəlliklərdən həzz almaq, nadir quşları müşahidə etmək, istirahətinizi təbiət qoynunda keçirmək istəyirsinizsə qış tətili günlərində milli parklarımıza səyahət edin. Siz Abşeron, Şirvan, Qızılağac və Ağgöl milli parklarına səyahət etməklə nadir quş növlərindən olan flaminqo, çəhrayı turan, yaşılbaş ördək, soltanquş, ağqaş qaz, göydimdik ördək, fısıldayan qu, qızılqaz, qıvrımmələk qu kimi quşları müşahidə edə bilərsiniz".

    Qeyd edək ki, hər il Azərbaycana qışlamaq üçün orta hesabla 1-1,5 milyona yaxın quş gəlir.