Polşa ilə Azərbaycan arasında birbaşa aviareyslər barədə “LOT” şirkəti ilə danışıqlara başlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Turizm Bürosunun icraçı direktoru Florian Senqsşmid Polşanın www.waszaturystyka.pl saytına müsahibəsində məlumat verib.
O bildirib ki, hazırda “LOT” şirkəti Polşa ilə Gürcüstan arasında birbaşa uçuşlar həyata keçirir. Bu da ölkəmizə əlavə turist cəlb edir. Azərbaycan ilə birbaşa uçuşlar da perspektivli olacaq. Çünki polşalı turistlər ölkəmizə böyük maraq göstərirlər. 2020-ci ildə Polşa vətəndaşları üçün elektron viza prosedurunun sadələşdirilməsi və hava nəqliyyatında variantların artırılması gələn turistlərin sayının artmasına rəvac verəcək.
Cari ildə Polşadan Azərbaycana gələn turistlərin sayı 32 faiz artıb.
Noyabrın 26-da Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində “Beynəlxalq Onkoginekologiya Konfransı 2019” keçiriləcək.
Milli Onkologiya Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, konfransda Azərbaycan, Türkiyə, Rusiya Federasiyası və İngiltərədən olan mütəxəssislər onkoginekoloji xəstəlikləri əhatə edən təqdimatlarla çıxış edəcəklər.
Beynəlxalq Onkoginekologiya Konfransı Avropa Ginekoloji Onkologiya Cəmiyyəti (ESGO) tərəfindən dəstəklənir və cəmiyyətin nümayəndəsi tədbirdə iştirak edəcək.
Tədbir Azərbaycan Respublikası Elmi-Tibbi Şura tərəfindən akkreditasiyadan keçib və 10 kredit vahidi verilib. Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.
Öncədən qeydiyyatdan keçmək üçün bu linkdən istifadə etmək olar: http://mom.gov.az/?smode=register&item=666&lang=az.
Konfransın qeydiyyatı Milli Onkologiya Mərkəzində saat 13:00-da başlayacaq. Tədbirdə iştirak pulsuzdur.
Ətraflı məlumat üçün: mob: +994554955569; e-mail: internationalnoc@gmail.com.
Noyabrın 21-də Xətai Sənət Mərkəzində “Səfəvi tariximiz” adlı rəsm sərgisi açılacaq. Sərgi “ASAN xidmət”in “ASAN” Könüllülük Məktəbi və Xətai Sənət Mərkəzinin təşkilatçılığı, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Rayon Gənclər və İdman İdarəsi və “Məktəblinin Dostu” layihəsinin dəstəyi ilə reallaşacaq.
Bu barədə AZƏRTAC-a Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov məlumat verib.
Onun sözlərinə görə, sərgi Səfəvilər dövlətinin tarix və mədəniyyətinin təbliği, rəssamlar arasında milli ruh və milli mövzuda yeni əsərlərin yaradılmasını stimullaşdırmaq, habelə gənclər arasında vətənpərvərlik hislərini gücləndirmək, istedadlı uşaq və gənclərin üzə çıxarılması məqsədilə təşkil olunur.
Nümayiş olunan əsərlərin müəllifləri təşəkkürnamə ilə təltif ediləcək.
Sumqayıtın şəhər statusu almasının 70 illiyi münasibətilə tədbir keçirilib.
“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, tədbirdə rəsmi şəxslər, millət vəkilləri, xarici ölkə səfirliklərinin və Sumqayıtla qardaşlaşmış şəhərlərin nümayəndələri, eləcə də minlərlə sakin iştirak edib.
Yubiley tədbirinə səhər saatlarından Sumqayıt Şəhər İcra Hakimiyyətinin qarşısında, Azərbaycan prospektindən start verilib. Belə ki, Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi orkestrinin müşayiəti ilə Azərbaycan prospekti boyunca hərbçilərin iştirakı ilə möhtəşəm parad təşkil edilib. Paradda Dövlət Sərhəd Xidmətinin malik olduğu müasir silahlar nümayiş olunub. Bununla yanaşı, şəhərdə fəaliyyət göstərən sənaye müəssisələri, idarə, müəssisə və təşkilatlar öz kollektivləri ilə bayram əhval-ruhiyyəsində keçid ediblər.
Daha sonra tanınmış incəsənət ustalarının iştirakı ilə Sumqayıt Dövlət Dram Teatrının qarşısında konsert təşkil edilib. Yubiley tədbiri atəşfəşanlıqla başa çatıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərinin 70 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Xatırladaq ki, ötən müddətdə Sumqayıt zəngin inkişaf yolu keçərək ölkəmizin böyük sənaye mərkəzlərindən birinə çevrilib. İri müəssisələr şəbəkəsinin və müvafiq infrastrukturun formalaşması şəhərin mədəniyyət, elm, təhsil, səhiyyə, idman və digər sahələrdə tərəqqisinə güclü təkan verib. Bu gün milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olan Sumqayıt qazandığı uğurları ilə Azərbaycanın iqtisadi qüdrətinin daha da artırılmasında yaxından iştirak edir, ölkənin mədəni və intellektual potensialının gücləndirilməsinə töhfələr verir.
AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva və Hakimlər Komitəsinin sədri Frits Ştuxlik eyni oyuna təyinat alıb.
Trend-in məlumatına görə, milli assosiasiyanın hər iki əməkdaşı Rusiyada "Krasnodar" və İsveçrə "Bazel"i arasında keçiriləcək Avropa Liqasının qrup mərhələsinin VI tur matçında iş başında olacaq. Mehtiyeva UEFA nümayəndəsi, Ştuxlik hakim-inspektor funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, görüş noyabrın 28-də keçiriləcək.
Sabah Polşanın Krakov şəhərində 3 günlük ənənəvi “Enoexpo” Beynəlxalq Şərab Sərgisi açılacaq.
“Report” bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə ölkəmizdə istehsal edilən şərab və konyaklar “Made in Azerbaijan” stendində nümayiş olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.
ETSN-in Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 20-si axşamdan noyabrın 22-dək havanın qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, arabir intensivləşəcəyi ehtimalı var. Şimal küləyi üstünlük təşkil edəcək.
Havanın temperaturu iqlim normasından aşağı olacaq.
Azərbaycanın rayonlarında noyabrın 20-si axşam şimal və şərq rayonlarından başlayaraq noyabrın 23-dək hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu tədricən 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, xüsusən də Lənkəran-Astara bölgəsinin bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimalı var.
Fransada İkinci Dünya müharibəsinin başlamasına görə 1939-cu ildə baş tutmayan ilk beynəlxalq Kann Film Festivalının mükafatları təqdim edilib.
"Report" TASS-a istinadən xəbər verir ki, təntənəli mərasim ilk film nümayişinin təşəbbüskarı olan, 1936-1939-cu illərdə Fransanın təhsil naziri olmuş Jan Zenin doğma şəhəri olan Orleanda keçirilib.
Jan Ze adına əsas mükafatı ABŞ rejissoru Frank Kapranın "Mister Smit Vaşinqtona gedir" filmi qazanıb. Filmdə baş rolu canlandıran amerikalı aktyor Ceyms Stüart (1908-1997) ən yaxşı aktyor seçilib. O, bu titulu "Nigerdən olan adam" filmində oynayan fransız aktyor Harri Bor ilə bölüşüb. SSRİ Xalq artisti Marina Ladınina (1908-2003) isə İvan Pıryevin "Traktorçular" musiqili bədii filmindəki roluna görə münsiflər heyəti tərəfindən ən yaxşı aktrisa seçilib.
Fransız rejissor Kristian-Jakın (1904-1994) "Mələklər cəhənnəmi" filmi kinofestivalın münsiflər heyətinin mükafatına layiq görülüb. "Ən yaxşı ssenari" nominasiyasında qalib "Tək ana" filminə görə amerikalı rejissor və yazıçı Qarson Kanin (1912-1999) olub.
Qeyd edək ki, ilk Kann Film Festivalının 1939-cu ilin sentyabrında keçirilməsi planlaşdırılırdı. Onun yaradılması ideyası Venesiya festivalına qarşılıq olaraq 1932-ci ildə yaranmışdı. Lakin II Dünya müharibəsi səbəbindən onun keçirilməsi baş tutmayıb və nəticədə ilk festival 1946-cı ildə reallaşıb. O vaxtdan bəri 1948 və 1950-ci illər istisna olmaqla, hər il festival keçirilir.
Xətai Sənət Mərkəzində “Nəsimi ili” çərçivəsində elan edilən “Real həyat -real incəsənət” adlı respublika yaradıcılıq rəsm müsabiqəsinə qeydiyyat başa çatıb.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, müsabiqə Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilib. Müsabiqə realizm üslubunda işləyən rəssamlar arasında milli ruh və mövzulu yeni əsərlərin yaradılmasını stimullaşdırmaq və realizm üslubunun pərəstişkarı olan sənətsevərlərin maraqlarını təmin etmək, vətənpərvərlik hisslərini gücləndirmək məqsədilə təşkil olunub.
Qara çayın tərkibindəki amin turşuları, vitaminlər, tanin, katexin, kafein kimi birləşmələr saç üçün inanılmaz faydalar təmin edir.
Dəmlənmiş köhnə çayı atmaq əvəzinə təbii qulluq vasitəsi olaraq istifadə edə bilərsiniz.
Saglamolun.az medicina.az-a istinadla qara çayın saçlara faydalarını sadalayır.
- Saç dərisini yaxşılaşdırır
- Çay kəpək problemini həll etməyə kömək edir, saç diblərində yaranan qızartı və iltihabı azaldır.
- Saçı gücləndirir
- Çay saçları gücləndirir, bərpa edir və qidalandırır. Tərkibindəki kafein saç tökülməsini azaltmağa kömək edir.
- Saçı parıldadır
- Çay saçın boğuq rəngini tamamən aradan qaldırır, saçı parladır və yumşaqlıq verir. Bundan başqa çayın tərkibindəki birləşmələr PH səviyyəsini tənzimləyir və saçın yağlanmasının qarşısını alır.
Saç üçün çay maskası
Saçınızı bir dəfə şampunla yuduqdan sonra çayı saçınıza tökərək, 5 dəqiqə saxlayın. Sonra saçınızı durulayın. Həcmli və sağlıqlı bir saç üçün bunu həftənin 2-3 günü istifadə etmək yetərlidir.