Bu gün Azərbaycan Respublikasının əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür.
Hazırkı Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib.
Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi.
Azərbaycan dövlətinin birinci Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-nin 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası SSRİ Konstitusiyasına uyğunlaşdırılmış olsa da, müəyyən özünəməxsusluğa malik idi.
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən yeni Konstitusiya layihəsi üzərində ciddi iş başlandı. 1994-cü ildə Prezident Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası fəaliyyətə başladı və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olundu.
Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.
Konstitusiyaya 24 avqust 2002-ci ildə, 18 mart 2009-cu ildə və 26 sentyabr 2016-cı ildə referendum yolu ilə əlavə və dəyişikliklər edilib.
1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin sərəncamı ilə noyabrın 12-si Konstitusiya Günü elan edilib.
Azərbaycan mətbəxi Fransanın paytaxtı Parisdə keçiriləcək beynəlxalq festivalda nümayiş etdiriləcək.
"Report"un Fransa bürosu xəbər verir ki, Azərbaycan 15-17 noyabrda Parisdə "Grand Palais" (Böyük Saray - red) də təşkil olunan "Festival du bien-manger"də ("Yaxşı yemək" festivalı - red) təmsil olunacaq.
Festival 3 gün davam edəcək. Tədbirdə Özbəkistan, Cənubi Koreya, Mərakeş, İspaniya da daxil olmaqla, 10-a yaxın ölkənin mətbəxi nümayiş etdiriləcək.
Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) ümumrespublika radio kanalının açılması üçün Bakı və Abşеrоn ərazisində 102,0 MHz işçi tezliyi üzrə elan etdiyi müsabiqəyə sənəd qəbulu başlayıb.
Sənədlər noyabrın 12-dən dekabrın 12-dək (şənbə və bazar günləri istisna оlmaqla) MTRŞ-nin inzibati binasında saat 10:00-dan 18:00-dək qəbul еdiləcək.
Müsabiqədə iştirak еtmək üçün aşağıdakı sənədlər təqdim оlunmalıdır:
- Yayım üzrə хüsusi razılıq (lisеnziya) almaq üçün müəyyən оlunmuş qaydada ərizə (Ərizə fоrmasını Milli Tеlеviziya və Radiо Şurasından əldə еtmək оlar);
- Tеlеradiо yayımı kanalının fərqləndirici nişanı (studiyanın еmblеmi);
- İddiaçının fəaliyyət növünü əks еtdirən Nizamnamənin nоtariat qaydasında təsdiq оlunmuş surəti və təsis müqaviləsi (təsisçilərin sayı 1-dən çох оlduğu halda);
- Azərbaycanın müvafiq icra hakimiyyəti оrqanları tərəfindən vеrilmiş qеydiyyat şəhadətnamələrinin nоtariat qaydasında təsdiq оlunmuş surəti;
- Yayımın prоqram kоnsеpsiyası;
- Kadr tərkibi və kadrların pеşə hazırlığının səviyyəsi barədə arayış;
- Tеlеradiо vеrilişlərinin hazırlanmasında və yayımlanmasında istismar оlunacaq əsas qurğu və avadanlıqlar (1 və 2 saylı Əlavələr dоldurulmaqla);
- Balansın (01 saylı fоrma) surəti;
- Əsas vəsaitlərin balans üzrə siyahısı (ilkin və qalıq dəyəri ilə);
- İcarəyə götürülmüş əsas vəsaitlərin siyahısı, icarə müqavilələrinin surəti;
- Tеlеradiо yayımçısının istifadə еdəcəyi ötürücü qurğunun tехniki tələbləri;
- Təsisçinin əmək fəaliyyətini əks еtdirən gеniş tərcümеyi-halı;
- Müsabiqədə iştirak еtmək üçün 200 (iki yüz) manat həcmində birdəfəlik ödəniş.
Müsabiqədə aşağıdakı şəхslər iştirak еdə bilməzlər:
- Azərbaycan vətəndaşı оlmayan şəхslər;
- Nizamnamə kapitalında хarici fiziki və ya hüquqi şəхsin payı оlan hüquqi şəхslər;
- Ağır və ya хüsusilə ağır cinayətlərə, habеlə ictimai mənəviyyat əlеyhinə оlan cinayətlərə görə əvvəllər məhkum еdilmiş, habеlə məhkumluğu ödənilməmiş şəхslər;
- Fəaliyyət qabiliyyətsizliyi, yaхud fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması məhkəmə tərəfindən təsdiq еdilmiş şəхslər;
- Siyasi partiyalar;
- Dini qurumlar.
Müsabiqə üçün tələb оlunan sənədlər Azərbaycanın dövlət dilində təqdim оlunmalıdır. Sənədlər tikilməli, imzalanmalı, möhürlənməli və tariхi qеyd оlunmaq şərti ilə Milli Tеlеviziya və Radiо Şurasına təqdim оlunmalıdır.
Sənədlər 7 nüsхədə təqdim оlunmalıdır. Müsabiqədə iştirak еtmək üçün birdəfəlik ödəniş gеri qaytarılmır. Yuхarıda göstərilən sənədlərdən hər hansı birinin çatışmadığı halda ərizəyə baхılmayacaq.
Birdəfəlik ödəniş etmək üçün rekvizitlər:
B1. Benefisiar (alan bank)
Adı: Dövlət Xəzinədarlıq Agentliyi
Kodu: 210005
VÖEN: 1401555071
Müxbir hesab: AZ41NABZ01360100000000003944
S.W.I.F.T. Bik: CTREAZ22
B2. Alan müştəri
Adı: Milli Televiziya və Radio Şurası
Hesab No. AZ33CTRE00000000000004058201
VÖEN: 1700232971
Təsnifat kodu: 142 340 Sair daxilolmalar
Büdcə səviyyəsinin kodu: 7
Sənədlərin qəbulu üzrə məsul şəxs Nemət Cavadovdur.
Sabah, noyabrın 13-də Bakıda Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək.
İqtisadiyyat Nazirliyindən “Report”a verilən məlumata görə, iclasda Azərbaycan-BƏƏ əlaqələri və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə ediləcək.
Səfər çərçivəsində BƏƏ nümayəndə heyətinin Azərbaycanın dövlət rəsmiləri ilə görüşləri də nəzərdə tutulur.
AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya və Azərbaycan milli komandaları ilə keçirəcəyi oyun ərəfəsində Slovakiya yığmasının heyətində dəyişiklik edilib.
Bu barədə komandanın baş məşqçisi Pavel Hapal təşkil etdiyi mətbuat konfransında bildirib. 50 yaşlı mütəxəssisin sözlərinə görə, zədəli yarımmüdafiəçi Laslo Beneşi (“Borussiya”, Mönxenqladbax, Almaniya) Nikolas Şpalek (“Breşiya”, İtaliya) əvəzləyib.
Qeyd edək ki, noyabrın 16-da Xorvatiyanın qonağı olacaq Slovakiya yığması bundan 3 gün sonra Azərbaycan millisini qəbul edəcək.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstagram" səhifəsində 12 noyabr - Konstitusiya Günü münasibətilə xalqı təbrik edib.
“Report”un məlumatına görə, Birinci vitse-prezidentin paylaşımında deyilir:
“Əziz həmvətənlər!
Sizi Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram. Arzu edirəm ki, Azərbaycanın uğurlu inkişafı davamlı olsun, ölkəmizdə daim sülh, sabitlik, əmin-amanlıq və təhlükəsizlik hökm sürsün!”
Ağstafa rayonunun Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən yolun yenidən qurulması yekunlaşıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolunun uzunluğu 9.3 km təşkil edir.
Avtomobil yolu uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yol geyimi və yolun əsası, həmçinin torğaq yatağı sel sularının təsirindən yuyulmuş, hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmiş, asfalt-beton örtüklü hissələrdə çoxlu sayda çalalar yaranmışdı.
Layihəyə uyğun olaraq yolun deformasiyaya uğramış hisələri qazılaraq çıxarılıb, karxana qruntu ilə əks-dolğu işləri görülərək, kipləşdirilib. Yol boyu mövcud suötürücü borular istismara yaramadığı üçün yeni suötürücü boruların quraşdırılması, küvetlərin açılması tələb olunurdu. Məhz bu səbəbdən 132 paqon-metr olan 500 mm-lik və 42 paqon-metr uzunluğa malik 1000 mm diametrlik dəmir-beton boruların quraşdırılması, boru başlıqlarının dəmir-betonla tikintisi işləri aparılıb, avtoqreyderlə 6500 paqon-metr küvet hissələr açılıb.
Tikinti norma və standartlarına uyğun olaraq, torpaq yatağının avtoqreyderlə profilə salınması, karxana çınqılı və optimal qum-qırmadaş qarışığından əsasın alt və üst layının tikintisi işləri görülüb. Bunun ardınca əlaqələndirici bitum səpilməklə yol örtüyünün iri və xırda dənəli olmaqla asfalt-beton qarışığı ilə salınması, çiyin hissələrin optimal qum-qırmadaş qarışığı ilə bərkidilməsi, 12 yol birləşməsinin təmiri işləri görülüb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yüksək keyfiyyətlə aparılan yenidənqurma işlərinin sonuncu mərhələsi çərçivəsində yol boyu 3 avtobus dayanacağı inşa edilib, hərəkətin normal təşkili üçün 46 yol nişanı, 18 km göstəricisi və 380 siqnal dirəyi quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər çəkilib.
Yerli əhəmiyyətli Ağstafa Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolunun yenidən qurulması ilə yol boyu nəqliyyat əlaqəsi xeyli rahatlaşıb, vətəndaşların istər Bakı-Ələt-Qazax-Gürcüstan respublikası ilə dövlət sərhədi avtomobil yoluna, istərsə də respublika əhəmiyyətli Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə sözügedən ərazidə yük və sərnişin daşıması asanlaşıb.
Qeyd edək ki, bundan öncə Ağstafa rayonunda Kolayır-Düzqışlaq-Mollacəfərli-Xılxına-Qarahəsənli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, sözügedən avtomobil yolunda yenidənqurma işləri aparılıb. Mövcud tikinti norma və qaydalarına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında və yüksək keyfiyyətlə aparılan tikinti işləri 4 mindən artıq əhalinin gediş-gəlişini rahatlaşdırıb.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 2019-cu ilin “Nəsimi ili” elan olunması ilə bağlı silsilə tədbirlər davam edir.
AZƏRTAC xəbər verir ki, bu qəbildən olan tədbirlərin davamı olaraq dekabrın 27-də Heydər Əliyev Sarayında Xalq artisti Firəngiz Əlizadənin “Nasimi Passion” əsəri əsasında vokal-xoreoqrafik tamaşası nümayiş olunacaq.
Məlumat üçün qeyd edək ki, əsərin xoreoqrafik quruluşu Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xüsusi dəvətinə əsasən Sankt-Peterburq Balet Akademiyasının professoru, Rusiya Federasiyasının Xalq artisti Edvald Smirnova həvalə olunmuşdur. Tamaşada Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, habelə “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsinin qalibləri iştirak edəcəklər.
Hazırda yaradıcılıq prosesinə start verilmiş “Nasimi Passion” vokal-xoreoqrafik tamaşasının dirijoru Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru, Xalq artisti Fəxrəddin Kərimov, baş xormeysteri Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri, Xalq artisti Gülbacı İmanova, geyim və eskizlər üzrə rəssamı isə Nazim Yunusovdur.
Qazaxıstanın Almatı şəhərində Azərbaycan mədəniyyəti və ənənələri günü keçirilib.
Almatının Dostluq evində keçirilən “Xalqın birliyi ölkənin gücüdür” adlı tədbirdə Qazaxıstanın Xalq Assambleyası katibliyinin sədr müavini Janseit Tuymebayev, “Azərbaycanlılar Assosiasiyası” Respublika İctimai Birliyinin sədri Əbülfəz Xamedov, Azərbaycanın Almatı şəhərindəki nümayəndəliyinin konsulu Ramil Rzayev, şəhər maslixatının deputatları, ziyalılar, etnik–mədəni birliklərin, vətəndaş cəmiyyəti institutlarının, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
"Xalqın birliyi ölkənin gücü” mövzusunda dəyirmi masa, dekorativ-tətbiqi sənət sərgisi, “Kitab xalqın ruhunu tanımağın açarıdır” sərgisi, yaradıcı kollektivlərin konserti, həmçinin “Dostluq dastarxanı” milli mətbəxin nümayişi keçirilib.
Qazaxıstan Xalqlar Assambleyası sədr müavini Janseit Tuymebayev tədbirdə çıxış edərək qardaş xalqın nümayəndələrinin Qazaxıstanın inkişafına verdikləri töhfələri vurğulayıb. Bildirib ki, etnik Azərbaycan nümayəndələri arasında Qazaxıstanın iqtisadi, mədəni və siyasi inkişafına töhfə verən sahibkarlar, mühəndislər, elm, təhsil, mədəniyyət və idman xadimlərini görmək olar.
Tədbirin əsas məqsədi ictimai həmrəyliyin və ümummilli birliyin möhkəmləndirilməsi, əməkdaşlığın genişləndirilməsi və dostluq əlaqələrinin inkişaf etdirilməsidir.
Bu gün Qazaxıstanda 130 min etnik azərbaycanlı yaşayır. Onların əksəriyyəti ölkənin cənub regionlarında – Türküstan, Almatı, Cambıl vilayətlərində, həmçinin Almatı və Şımkənd şəhərlərində yaşayır.
Qeyd edək ki, hazırda bütün ölkə üzrə 32 mədəniyyət birliyi fəaliyyət göstərir. Almatı vilayətində Azərbaycan dilində “Vətən” qəzeti nəşr olunur. Azərbaycan dili və mədəniyyətinin inkişafı və dəstəklənməsi məqsədilə musiqi və rəqs kursları yaradılıb. “Bahar” rəqs qrupu, həmçinin milli çalğı alətləri və folklor kollektivləri fəaliyyət göstərir.
Özbəkistanın Xarəzm vilayətində keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində qədim Xivə şəhərində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan tədbir keçirilib.
Mərasimdə Azərbaycanın və Özbəkistanın elm, mədəniyyət, incəsənət xadimləri, alimlər, ictimaiyyət nümayəndələri, jurnalistlər iştirak ediblər.
Tədbir çərçivəsində təşkil olunan sərgidə Azərbaycanın mənzərələrini əks etdirən fotolar, milli musiqi alətləri, qədim əşyalar və suvenirlər nümayiş edilib.
Xarəzm vilayət hakiminin müavini Timurbek Davletov Özbəkistanla Azərbaycan arasındakı dostluq münasibətlərindən danışıb, əlaqələrin möhkəmləndilməsi istiqamətində görüləcək işlərdən söz açıb.
Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov deyib ki, əsrlərin yadigarı Xivə şəhərində belə bir tədbirin baş tutması ölkələrimiz arasındakı yüksək səviyyəli əlaqələrdən xəbər verir.
S.Abbasov Özbəkistanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzvlüyündən, dövlət başçısı Şavkat Mirziyoyevin Türk Şurasının Bakıda keçirilən Zirvə Görüşündə iştirakından, Azərbaycan və Özbəkistan dövlət başçılarının görüşündən danışıb. O bildirib ki, bu görüş əməkdaşlığımızı daha da inkişaf etdirəcək.
“Kaspi” qəzetinin təsisçisi, yazıçı-publisist Sona Vəliyeva qədim tarixə malik Xarəzm torpağında mədəniyyət günlərinin keçirilməsindən məmnun olduğunu söyləyib. Xivə şəhərində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan bu tədbirdə Azərbaycan muğamlarının və xalq mahnılarımızın səslənməsi insanlara böyük sevinc bəxş edir. S.Vəliyeva belə səfərlərin tez-tez keçirilməsinin vacibliyini vurğulayıb.
Sonra AMM-nin hazırladığı bədii proqram təqdim olunub. Tələbələr “Qarabağ şikəstəsi”nin sədası altında Qarabağa aid milli geyimləri nümayiş etdirib. Konsert proqramında Azərbaycanın Əməkdar artistləri, tanınmış muğam ustaları Ehtiram Hüseynov və Bəyimxanım Vəliyeva Azərbaycan xalq mahnı və muğamlarını ifa ediblər. Xanəndələri tarda Azərbaycanın Əməkdar artisti, 2017-ci ildə Səmərqənddə keçirilən “Şərq təranələri” XI Beynəlxalq Musiqi Festivalının qalibi Sahib Paşazadə müşayiət edib. AMM-nin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının üzvləri tərəfindən milli rəqslərimiz nümayiş olunub.
Xatırladaq ki, mədəniyyət günləri AMM-nin, “Özbəkturizm” Dövlət Komitəsinin, Azərbaycandakı “Kaspi” qəzeti və eyniadlı təhsil şirkətinin və Xarəzm vilayət hakimiyyətinin dəstəyi ilə keçirilir.