Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Qax rayonunun Qaxbaş kəndinin mərkəzi yolu olan İmam Mustafayev küçəsinin əsaslı yenidən qurulmasına başlayıb.
Report xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Məlumata görə, 1,1 kilometr uzunluğa malik küçənin hərəkət hissəsinin eni 7 metr olmaqla yol yatağının eni 10 metr təşkil edir. Layihə çərçivəsində torpaq işləri, əks dolğu, yeni yol yatağı və yol əsasının tikintisi işləri aparılır. Budan başqa 3 600 kvadratmetr yeni piyada səkilərinin inşası, uzunluğu 960 metr olan dəmir-beton su arxının tikintisi icra olunacaq.
İşlərin yekunlaşdırılması ardıcıllığına uyğun olaraq yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə start veriləcək.
Ümumilikdə 8 100 kvadratmetr əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır. Tikinti layihəsinin sonuncu mərhələsində yol birləşmələrinin təmiri, zəruri yol nişanlarının quraşdırılması, yolun üfüqi nişanlanma xətlərinin, piyada zolaqlarının çəkilişi aparılacaq.
UNESCO-nun mənzil-qərargahında Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının UNESCO yanındakı qrupunun 2022-ci ildə üçüncü iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayevin sədrlik etdiyi iclasda Qoşulmama Hərəkatına UNESCO yanında üzv ölkələrin səfirləri, daimi nümayəndələri iştirak ediblər.
İclasın gündəliyi qəbul olunduqdan sonra daimi nümayəndə Elman Abdullayev QH ölkələrinin UNESCO-ya yeni təyin olunmuş səfirlərini salamlayaraq, onlara işlərində uğurlar arzulayıb.
Daha sonra cari ilin iyun ayında keçirilmiş iclasdan sonra Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində həyata keçirdiyi işlərdən danışılıb.
QH ölkələrinin səsinin UNESCO platformasında daha yaxşı eşidilməsi üçün, İcraiyyə Şurasında QH ölkələrinin səfirlərinin Koordinasiya Qrupunun yaradılması xatırladılaraq bildirilib ki, 2022-ci ilin oktyabr ayında keçiriləcək İŞ-nin 215-ci sessiyası zamanı Hərəkat üzvlərinin maraqlarına uyğun olaraq, sədr tərəfindən müəyyən mövzular üzrə çıxışlar ediləcək. Bir sıra səfirlər qeyd olunan təşəbbüsü təqdir edərək dəstəklərini ifadə edib.
İclasda, həmçinin ötən iclasın hesabatı dinlənilib və qəbul olunub.
İclas Qoşulmama Hərəkatına üzv ölkələrin UNESCO orqanlarına namizədliyinə və müxtəlif məsələlərə dair müzakirələrlə davam edib.
Sentyabrın 20-də "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, İçərişəhər Ağsaqqallar Şurasının üzvləri - Miniatür Kitab Muzeyinin yaradıcı və təsisçisi, Əməkdar mədəniyyət işçisi Zərifə Salahova, Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru Səadət Qəndilova və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov və keramika ustası, heykəltəraş-rəssam Mir Teymur Məmmədov ilə görüşüb.
Qoruq İdarəsinin mətbuat xidmətindən AZƏRTAC bildirilib ki, görüşdə sədr onların əvvəlki illərdə uğurlu fəaliyyətindən, İdarə ilə İçərişəhər sakinləri arasında münasibətlərin sıx əməkdaşlıq çərçivəsində qurulmasında Şura üzvlərinin mühüm rolundan danışıb.
Görüşün sonunda İdarə Heyətinin sədri Şura üzvlərini göstərdikləri xidmətlərə görə təşəkkürnamə ilə təltif edib.
Xatırladırıq ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində 2009-cu ildə yaradılmış İçərişəhər Ağsaqqallar Şurasının məqsədi Qoruq sakinlərinin ictimai rəyini nəzərə alaraq mövcud məsələlərin həllində əməkdaşlıq edərək şəffaflığı, obyektivliyi təmin etməkdir.
Azərbaycan Yaradıcı Sənayelər Federasiyası Şuşa şəhərini yaradıcı sənaye mərkəzi kimi təbliğ etmək üçün “Creative Shusha” adlı layihə hazırlayıb.
Bunu Reporta açıqlamasında Federasiyanın sədri Vasif Eyvazzadə bildirib.
"Hazırda layihə müzakirə mərhələsindədir. Sənəd Şuşanın yaradıcı potensialının tam dəyərləndirilməsini və üzə çıxarılmasını nəzərdə tutur. “Creative Shusha” yaradıcılığı əks etdirən böyük rəqəmsal platforma olacaq, eyni zamanda şəhəri yaradıcı sənaye mərkəzi kimi təbliğ edəcək. Biz platformanı sadəcə rəqəmsal sayt və yaxud portal kimi deyil, canlı orqanizm kimi görürük. Yəni, onun tərkibində müxtəlif layihələr həyata keçiriləcək ki, bu da Şuşanın yaradıcı sənaye mərkəzi kimi tanıdacaq".
"Şuşa İli" elan olunması ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə çərçivəsində müxtəlif mövzular üzrə təqdimatlar davam edir.
AZƏRTAC xəbər verir ki, növbəti təqdimat mədəniyyət paytaxtımız Şuşanın üst kişi geyimlərindən biri olan çuxaya həsr olunub.
Kitabi Dədə Qorqud dastanlarına əsasən kişi üst geyim tipi kimi təqdim edilən çuxa biçim üsuluna və tikiş texnikasına görə əsrlər boyu elə bir ciddi dəyişikliyə uğramamışdır. Zəmanəmizədək gəlib çatmış çuxalar gövdə (əyin), qol və ətək olmaqla üç hissədən ibarət biçilib tikilirmiş.
Çuxa növləri arasında "düzyaxa", "oyma-yaxa", "atmaqol" çuxalar geniş yayılmışdır. Atmaqol çuxaya estetik gözəllik verməklə yanaşı, funksional əhəmiyyəti də vardı. Bunlara döyüş zamanı düşməni aldatmaq və çaparların əllərini soyuqdan qorumaq üçün istifadəsini göstərmək olar.
Çuxanın tam formalaşma mərhələsi XIX əsrin ikinci yarısı XX əsrin əvvəllərinə təsadüf edir.
Çuxaların rəngi də xüsusi önəm daşıyırdı. Ağ və göy rəngli çuxalar təbəqə göstəricisi idi. Gənclərin "bəy çuxası" ağ rəngdə olurdu. 1960-cı illərə qədər rayonlarımızda hələ də çuxa geyən ağsaqqalları görmək olurdu.
Son dövrlər çuxa gündəlik geyim kimi öz aktuallığını itirmiş, rəqs ansambllarında, teatrlarda istifadə olunur.
"Dəniz Mall” ticarət mərkəzində yerləşən və ölkənin ən böyük kinoteatrı olan “CinemaPlus”da 2009-cu ilin Amerika elmi-fantastik “Avatar” filmi, ən son 4DX texnologiyası ilə nümayiş olunacaq.
Kinoteatrdan Reporta verilən məlumata görə, filmin ssenarist və rejissoru Ceyms Kemerondur. Baş rollarda isə Sem Uortinqton, Zoe Saldana və Siqurni Uiver iştirak edir.
Film haqqında: Keçmiş dəniz piyadası Jake Sully əlil arabasındadır. Zəif bədəninə baxmayaraq, Ceyk qəlbində hələ də döyüşçüdür. Ona Pandora planetinə, yer kürəsinin bazasına, bir neçə işıq ili müddətinə səyahət etmək tapşırığı verilir. Orada korporasiyalar Yerin enerji böhranından çıxması üçün böyük əhəmiyyət kəsb edən nadir mineralı hasil edirlər.
“Avatar” kino tarixində 2 milyard dollarlıq rekordu qıran ilk film idi. Film 9 kateqoriya üzrə Oskar mükafatına namizəd olub.
“Avatar”ın yaradılması 1990-cı illərin ortalarında, Ceyms Cemeron filmin skriptinin 80 səhifəlik bir konsepsiyasını yazanda başladı. 1997-ci ildə filmin çəkilişləri başlamalı və 1999-cu ildə təqdim olunmalı idi, lakin Cemeronun sözlərinə görə, həmin dövrdə filmi canlandırmaq üçün lazımi texnologiyalar mövcüd deyildi.
Film 2009-cu ildə ənənəvi 3D formatında nümayiş edilib. O illərdə müasir 4DX texnologiyası yox idi. Bütün Zaqafqaziya ölkələri arasında yeganə təmsilçi olan “CinemaPlus” kinoteatrı eksklüziv olaraq filmi bu formatda nümayiş edəcək.
4DX texnologiyası hərəkət, fırlanma və kreslo titrəyişləri, su damcıları və külək, ildırım və qar, sabun köpükləri və ətir kimi əlavə xüsusi effektlər ilə filmlərin vizual effektlərini genişləndirir. Bunun nəticəsində 4DX, tamaşaçıları böyük ekranda baş verən hadisələrə sövq etməklə, 2 kino sənayəsində ən valehedici formatlardan biri hesab olunur.
Hər bir 4DX zalı video ilə sinxron olaraq 21 müxtəlif effekt ilə hərəkət edən və filmin nümayişindən maksimal həzz almaq imkanı verən oturacaq yerlərindən ibarətdir. 650-dən çox Hollivud filmi 4DX formatında nümayiş olunub.
4DX istifadəyə verildikdən sonra tamaşaçılar kinoteatra böyük həvəslə gəlir və istirahətdən parlaq xatirələr əldə edirlər. Çünki hər kəs özünü kinonun bir hissəsi kimi hiss etmək istəyir.
Qeyd etmək istəyirik ki, “CinemaPlus” kinoteatrlar şəbəkəsində “Avatar” filminin ikinci hissəsi 15 dekabr 2022-ci ildən etibarən nümayiş olunacaq.
“CinemaPlus” kinoteatrlar şəbəkəsində film 3 dildə: rus, ingilis və türk dillərində nümayiş olunacaq.
Ukraynanın və Polşa Respublikasının Azərbaycan Respublikasındakı səfirliklərinin dəstəyi ilə Bakıda “Ana, mən müharibə istəmirəm!” mövzusunda uşaq rəsmlərindən ibarət sərginin açılışı olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski özünün rəsmi tviter səhifəsində yazıb.
Səfir vurğulayır: “Sərginin ekspozisiyası böyük tarixə malikdir. Belə ki, rəsmlərin bəziləri hələ 1945-ci ildə çəkilib. O vaxt, Avropada nasizm üzərində Qələbədən sonra Polşa Təhsil Nazirliyi uşaqları müharibə ilə bağlı xatirələrini kağız üzərində təsvir etməyə çağırmışdı”.
Diplomat qeyd edir ki, ukraynalı uşaqlar öz rəsmlərində bir vaxtlar polyak uşaqları kimi dinc həyat əvəzinə tankları, göydən düşən bombaları, yanğınları, partlayışları çəkirlər: “Bu uşaqlar hərbi əməliyyatlar nəticəsində öz xoşbəxt uşaqlıqlarını itiriblər. Bugünkü sərgi də məhz bununla bağlıdır”.
“Biz bu mühüm tədbirin keçirilməsi təşəbbüsünə görə polşalı dostlarımıza dərin təşəkkürümüzü bildiririk”, - deyə V.Kanevski əlavə edib.
Oktyabrın 14-də M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında bəstəkar Cavanşir Quliyevin yaradıcılıq gecəsi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, musiqili gecədə ilk dəfə Mikayıl Müşfiqin faciəvi taleyinə həsr olunmuş “Müşfiq ağıları” adlı oratoriya səslənəcək. Oratoriyanı dirijor Mustafa Mehmandarov və bədii rəhbər Gülbacı İmanovanın rəhbərliyi ilə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası təqdim edəcək.
Dünən apardığım tədqiqatlar və oxuduğum məqalələr nəticəsində belə qənaətə gəldim ki, yaradıcı ekosistemin yaradılması mütləqdir. Bura zaman boşluqları təyin edib onları aradan qaldırmalıyıq. Məsələn qalereyalarda qorunan mirasla müasir incəsənətin arasında olan tarazlıq gözlənilməlidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri mədəni iqtisadiyyat üzrə beynəlxalq ekspert Ornela Ramasauskaite “Dialoq vasitəsilə mədəniyyət iqtisadiyyatının gücləndirilməsi” mövzusunda keçirilən panel müzakirəsi zamanı bildirib.
“Bir çox ölkələrin böyük mədəni-tarixi mirası var. Ölkədə baş verən proseslər yerli proseslərdir. Biz dünyada baş verən yaradıcı sahənin bir hissəsiyik. Azərbaycanın bir çox incəsənət nümunələri dünya muzeylərində sərgilənir. Ancaq gənclər də unudulmamalıdır, onlara universitetdən sonra da dəstək olmalıyıq. Biz tək mədəni mirası aşılamamalıyıq, biz gəncləri də təbliğ etməliyik”, - deyə beynəlxalq ekspert bildirib.
“Böyük İpək yolu”nun tərkib hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrası uğurla davam etdirilir.
Bu barədə Report Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən məlumat verir.
Məlumata görə, artıq 130 km-lik yolun 39,8-82,2-ci km-lik (42,4 km) Zəyəm-Qırılı hissəsində tikinti işləri yekunlaşdırılıb.
Layihəyə əsasən torpaq yatağının ümumi eni 27,5 metrdir. Hər birinin eni 3,75 metr olmaqla 4-6 hərəkət zolağından ibarət yolun örtüyü polimer asfalt-betondur. Yol yatağının qalınlığı ümumilikdə 72,5 metr, asfalt-beton örtüyü 3 lay olmaqla, qalınlığı 27 sm təşkil edir.
Magistralın Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsində tikinti işləri 3 hissə üzrə icra olunur. 42,4 km-lik 2-ci hissənin 1-ci texniki dərəcəyə uyğun inşası artıq bitib, 39,8 km-lik 1-ci hissənin tikitisi isə yekunlaşmaq üzrədir.