Hər zaman sərfəli fürsətləri ilə müştərilərini düşünən “Texnomart” mağazalar şəbəkəsi bu dəfə Qarabağa köç edəcək ailələrə dəstək üçün “Qarabağa sarı” kampaniyasına başlayıb.
Qarabağa köçəcək şəxslər kampaniyada iştirak edən Türk məhsullarını 30 aylıq ilkin ödənişsiz, faizsiz, komissiyasız, hissəli ödəniş şərtləri ilə əldə edə biləcəklər.
Kampaniyadan Bakıda 4, bölgələrdəki 21 “Texnomart” mağazasına yaxınlaşaraq faydalanmaq mümkündür.
“Texnomart” mağazalar şəbəkəsi müştərilərinə geniş çeşiddə mobil telefon, elektronika məhsulları və məişət avadanlıqlarını həm birdəfəlik, həm də hissə-hissə ödəmə şərtləri ilə təklif edir.
“Texnomart” mağazalar şəbəkəsindən "Arçelik", "Beko", "Arnica", "Samsung", "Bosch", "Indesit", "Philips", LG, "DemirDöküm", "Tefal", "Zimmer", "Braun", HP, "Lenovo", "Xiaomi", "Nokia", "Artel" və bir çox dünya markalarının məhsullarını əldə edə bilərsiniz.
Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən, paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 42 müntəzəm marşrut xətti üzrə 92 avtobusun hərəkət intervalında gecikmələr var.
Report xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilir ki, 3-cü mkr dairəsi istiqamətində Ceyhun Səlimov küçəsi, Rövşən Cavadov küçəsi, Cavadxan küçəsi, Asif Məhərrəmov küçələrindən keçən 7A, 7B, 9, 61, 67, 79, 83, 85, 92, 119, 135, 165, 199 və 211 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda gecikmə 5-6 dəqiqədir.
2. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində eyni zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda gecikmə 6-8 dəqiqə gecikmə müşahidə olunur
3. Tbilisi prospekti–20 yanvar dairəsi və şəhər istiqamətində 2, 13, 65 və 79 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 5-6 dəqiqə gecikmə müşahidə olunur.
4. Bakı – Sumqayıt şossesində –Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından 20 Yanvar dairəsi istiqamətində Moskva prospektində və əks istiqamətdə Ekologiya postuna qədər sıxlıq müşahidə olunur. Bu səbəbdən də həmin ərazidən keçən 2, 7A, 13, 14, 18, 65, 67, 83, 96, 114A, 114B, 119, 135 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 6-9 dəqiqə gecikmə müşahidə olunur.
5. Heydər Əliyev prospekti şəhər istiqamətində (Bağirov körpüsü, Heydər Əliyev Mərkəzinə qədər) sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 1, 2, 38, M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 8-10 dəqiqə gecikmə müşahidə olunur.
6. Binəqədi şossesi – Binəqədi istiqamətində sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-15 dəqiqə gecikmə müşahidə olunur.
7. Zabrat Şossesi - Maşdağa istiqamətində - Bu səbəbdən də həmin ərazidən keçən 40, 131, 163, 216, 217, M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 15-18 dəqiqəyə gecikmə müşahidə olunur.
8. Koroğlu Rəhimov küçəsi – Hər iki istiqamətində sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 13 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 6-9 dəqiqəyə gecikmə müşahidə olunur.
9. Qara Qarayev prospekti - Ziya Bünyadov prospekti istiqamətində sıxlıq - . Bu səbəbdən də həmin ərazidən keçən 1, 7A, 11, 15, 44, 62 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 6-9 dəqiqəyə gecikmə müşahidə olunur.
“Matrix” və “Con Uik” filmlərinin ulduzu Kianu Rivz Martin Skorsezenin “Ağ şəhərdəki şeytan” adlı filmində baş rola çəkiləcək.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, layihə Erik Larsonun eyniadlı kitabı əsasında hazırlanacaq. Ekran əsəri 1893-cü ildə Çikaqo ümumdünya sərgisi ilə tarixdə öz izini qoymağa çalışan istedadlı memar Daniel H.Bernhemin real hekayəsindən bəhs edir. Filmin çəkiliş xərcləri “Disney” şirkətinin videoyayım platforması “Hule” tərəfindən qarşılanacaq.
Qeyd edək ki, bir neçə il əvvəl baş rola iddialı hesab edilən Hollivud ulduzu Leonardo Di Kaprio da “Ağ Şəhərdəki İblis” filminin yaradılmasında M.Skorseze ilə yanaşı prodüser kimi iştirak edəcək.
YARAT Müasir İncəsənət Mərkəzində rusiyalı mütəxəssis Dmitri Toçilkin ilə ödənişsiz 4 günlük neyrogenerativ incəsənət ilə bağlı ustad dərsləri keçiriləcək.
YARAT-dan AZƏRTAC-a bildirilib ki, dördgünlük ustad dərslərində D.Toçilkin müasir neyron şəbəkələrinin kompüter qrafikasında yeni imkanlarından danışacaq. Ustad dərsləri rəssamlar, illüstratorlar, mouşn və veb-dizaynerlər, həmçinin neyron şəbəkələrdən istifadə etməklə yeni texnologiyalarla və qeyri-adi qrafik əsərlərin yaradılması ilə maraqlananlar üçün nəzərdə tutulub.
Dərslər avqustun 9-da interaktiv mühazirə, avqustun 11-də açıq mənbə veb-alətlər ilə rəsmlər yaratmaq üzrə məşğələ, avqustun 12-də Disco Diffusion proqramında animasiyaların yaradılması, avqustun 15–də isə iştirakçıların yaratdığı əsərlərin nümayişi və müzakirəsi üzrə keçiriləcək.
İştirak etmək üçün əvvəlcədən qeydiyyatdan keçmək lazımdır. İştirakçılar özləri ilə noutbuk götürməlidirlər. Dərslər rus, Azərbaycan dilinə sinxron tərcümə ilə keçiriləcək.
Qeyd edək ki, Dmitri Toçilkin 7 illik təcrübəyə malik kompüter görmə texnologiyasının tədqiqatçısıdır. O, müxtəlif illərdə “Yandex.Drone”, “Google Zurich”, “Google San Francisco”, “Huawei” və “IBM” şirkətlərində çalışıb. Hazırda neyrogenerativ açıq mənbə alətlərinin inkişafı və təcrübələri ilə məşğuldur.
Neft OPEC+ toplantısı ərəfəsində, təxminən, 1% ucuzlaşıb. Buna səbəb qlobal iqtisadi artımın yavaşlaması ilə bağlı narahatlıqdır.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 38 sent və ya 0,4% azalaraq 1 bareli 100,16 ABŞ dollarına satılıb.
WTI markalı neftin avqust fyuçerslərinin qiyməti isə 35 sent və ya 0,4% ucuzlaşaraq 1 bareli 94,07 dollar təşkil edib.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının oxuculara xidmət şöbəsi tərəfindən onlayn formada təşkil edilmiş “Əhməd Cavadı tanıyırıqmı?” adlı viktorinaya yekun vurulub.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, viktorinada sualları doğru cavablandırıb mükafata layiq görülən qaliblərin siyahısı açıqlanıb. Birinci yerə Rüfət Mustafayev, İsaxan Masıyev, ikinci yerə Ləman Şabanova, Asəf Məmmədov, üçüncü yerə isə Nəzrin Məhərrəmli və Kütayə Nəcəfova layiq görülüblər.
Qeyd edək ki, viktorina şair, tanınmış maarifçi Əhməd Cavadın anadan olmasının 130 illiyi ilə əlaqədar keçirilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Binəqədi rayonunun Binəqədi qəsəbəsində 4 küçənin təmirinə başlayıb.
Report xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Məlumata görə, qəsəbə üzrə 5,5 km küçə və yolun təmiri nəzərdə tutulurdu ki, bu istiqamətdə hazırda təmir işlərinin qəsəbənin ümumi uzunluğu 2,4 km olan 4 küçəsində aparılmasına start verilib. Təmirinə başlanılan küçələr Əliheydər Qarayev, Ağamirək İsfahani, Mikayıl Ələkbərov və Cəfər Cabbarlı küçələridir. Sözügedən küçələr torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi. Cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Binəqədi rayonu üzrə ümumi uzunluğu 13.06 km təşkil edən küçə və yolun təmiri işləri aparılır.
Agentlik ötən il Binəqədi rayonu üzrə 15.4 km uzunluğa malik küçə təmir edib.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 2 nömrəli filialı Azərbaycan Kinosu Günü ilə əlaqədar “Azərbaycan kinosunun tarixi” adlı məlumat hazırlayıb.
MKS-dan AZƏRTAC-a bildirilib ki, məlumatda Azərbaycan kinosunun yaranma tarixi və keçdiyi inkişaf yolu haqqında məlumat verilir.
Azərbaycanda kino sənəti bir əsrdən artıq dövr ərzində əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçib və xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb. Ölkəmizdə onun yaranma tarixi XIX əsrdən etibarən cərəyan edən maarifçilik hərəkatının, dünyəvi teatrın və mətbuatın inkişafı ilə sıx bağlıdır. Neftin sənaye üsulu ilə hasilatına başlanması nəticəsində Bakının iqtisadi dirçəlişi milli mədəniyyətin bir çox sahələri ilə yanaşı, kino sənətinin də meydana çıxması üçün əlverişli zəmin yaradıb .Bu gün sürətli şəkildə inkişaf edən və ən geniş yayılmış sənət növlərindən biri olan kino incəsənətin nisbətən gənc sahələrindən hesab edilir.
Kino öz təbiətinə görə yalnız incəsənət deyil, eyni zamanda həyat faktlarının və hadisələrinin tamamilə sənədləşdirmə vasitəsidir. Kino tarixi keçmişi öyrənmək üçün qiymətli mənbəyə çevrilir.
Görkəmli aktyor və rejissor Abbas Mirzə Şərifzadə kinematoqrafiya ilə yaxından tanış olandan sonra deyib: “Kino musiqidir, kino teatrdır, kino ədəbiyyatdır, kino aləmdir...”
Kahramanmaraşda ərsəyə gətirdiyimiz “EXPO 2023” İstirahət Park Kompleksi təkcə Türkiyədə deyil, bütün Avropada unikallığı ilə seçilən, daim faydalılığını qoruya biləcək bir layihədir. Azərbaycanı gələn il vilayətimizdə keçiriləcək “EXPO 2023” beynəlxalq botanika sərgisində görmək qardaşlıq arzumuzdur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Kahramanmaraş Vilayətinin 12 Şubat rayonunun bələdiyyə sədri Hanefi Mahçiçək bildirib.
Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!” kəlamını xatırladan Hanefi Mahçiçək deyib ki, qardaşlıq ruhuna uyğun olaraq hər yerdə bir olduğumuz kimi “EXPO 2023” beynəlxalq sərgisində də çiyin-çiyinə hərəkət edəcəyik. Məqsədimiz beynəlxalq sərgidən sonra da “EXPO 2023” Parkının uzun müddət ziyarətçilər üçün cəlbedici olmasını təmin etməkdir. Ona görə də, “EXPO 2023” botanika sərgisi bütün iştirakçılar üçün faydalı olacaq. Qardaş Azərbaycanın “EXPO 2023” beynəlxalq sərgisinə qatılmasının bizim üçün xüsusi əhəmiyyəti var.
Baş Prokurorluq Şuşa şəhərinə səfər etmək istəyən vətəndaşlara müraciət ünvanlayıb.
Report-un xəbərinə görə, bununla bağlı qurumun Mətbuat Xidməti videoçarx hazırlayıb.
Baş Prokurorluğun Mətbuat Xidməti tərəfindən hazırlanmış videoda Şuşaya səfər etməyin qaydası ilə bağlı vətəndaşlarımıza izah verilib.