Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • "Dərin su" - tamaşaçının ürəyində vəsvəsə yaradacaq premyera

    Martın 18-də “Amazon Prime Video”da britaniyalı kinorejissor Adrian Laynın "Dərin su" filmin premyerası olacaq.

    AZƏRTAC EFE agentliyinə istinadla xəbər verir ki, Ben Afflek və Ana de Armasın baş rollarda çəkildiyi ekran əsərinin süjet xətti vəsvəsə, həssaslıq və sirr ətrafında cərəyan edir.

    81 yaşlı kinorejissor EFE-yə müsahibəsində çəkiliş zamanı “tamamilə fərqli bir dünya” kəşf etdiyini etiraf edib. “Hər şey xoşuma gəldi. Yenə də belə bir film çəkmək istərdim”, - deyə rejissor əlavə edib.

     

  • Alen Delon oğlundan ölümünə kömək etməsini istəyib

    Fransanın məşhur aktyoru Alen Delon oğlundan onun ölümünə kömək etməsini istəyib.

    Bu barədə Report xarici mətbuata istinadən xəbər verir.

    “Qocalmaq pisdir. Və bununla bağlı heç nə edə bilmərik. Üzümüzü və görmə qabiliyyətimizi itiririk, ayağa qalxırıq və lənətə gəlmiş topuq ağrıyan kimi hiss edirik. Əzab qorxuncdur”, - Alen Delon deyib.

    Qeyd edək ki, Alen Delon hazırda İsveçrədə yaşayır. Onun 86 yaşı var. Aktyor 2019-cu ildə insult keçirib, o, bütün vaxtını evdə, itləri ilə keçirir.

    Aktyorun keçmiş həyat yoldaşı Natali Delon 2020-ci ildə mədəaltı vəzi xərçəngi xəstəliyindən ölüb. Qadın ölümcül xəstə olduğu üçün vəfatından bir müddət əvvəl Alen Delonu İsveçrədəki mülkündə ziyarət edib.

    Onların oğlu Entoni daha sonra sosial şəbəkədə valideynlərinin qonaq otağında oturub söhbət etdiyi fotonu yerləşdirib. Entoni fotonun altına "yarım əsrdən çox əvvəl ayrıldıqdan sonra birlikdədirlər", - sözlərini yazıb.

    İndi fransız kino ulduzuna yalnız övladları baş çəkir. Alen Delon artıq vəsiyyət etdiyini də gizlətmir. O, ölümündən sonra qohumlarının “çirkli iş”lə - əmlak və əmanət bölgüsü ilə məşğul olmasını istəmir.

    O, 57 yaşlı böyük oğlu Entoniyə “əsas məsələ”yə - ölümünə kömək etməyi xahiş edib. Aktyor həmişə evtanaziyanın əleyhinə olmadığını bildirib. Bu səbəbdən o, evtanaziyaya rəsmi icazə verilən İsveçrəyə köçüb.

    "Mən ölməyin bu yolunu ən məntiqli və təbii hesab edirəm", - aktyor deyib. "Yaşlandıqca, xəstəxanalar və iynələr olmadan həyatdan sakit bir şəkildə cəhənnəmə getmək hüququmuz var", - Alen Delon qeyd edib.

  • UNESCO-da Novruz bayramı qeyd edilib

    Azərbaycan, Əfqanıstan, İran, İraq, Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Hindistan və Pakistanın UNESCO yanındakı daimi nümayəndəliklərinin birgə təşkilatçılığı ilə qurumun Parisdəki mənzil-qərargahında Novruz bayramı qeyd olunub.

    Report-un Fransa bürosu xəbər verir ki, tədbirdə həmin ölkələrin səfirləri, UNESCO yanında daimi nümayəndələri, təşkilatın Baş katibi Odri Azulay (Audrey Azoulay), Baş katibin müavini Xing Qu, UNESCO Baş Konfransının prezidenti Santiago İrazabal Mourao, Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev, jurnalistlər, diaspor təşkilatları nümayəndələri və digər şəxslər iştirak ediblər.

    Tədbirdə çıxış edən rəsmi nümayəndələr Novruz bayramı və onun mənəvi əhəmiyyətindən danışıblar, Novruzun xoşbəxtlik, sevinc bayramı olduğunu, insanları bir araya gətirdiyini vurğulayıblar.

    Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev Novruzun sülh, həmrəylik kimi ümumbəşəri dəyərləri əks etdirdiyini qonaqların diqqətinə çatdırıb.

    Tədbir çərçivəsində təşkilatçı ölkələrin mədəniyyət nümayəndələri milli musiqi və rəqs nümunələri ifa ediblər. Azərbaycan xalq mahnılarını tütək və balabanda Səddam Novruzbəyov ifa edib.

    İştirakçılara Azərbaycan mətbəxinin ləziz xörəkləri, şirniyyatları təqdim olunub. UNESCO-nun Baş katibi Odri Azulay Azərbaycanın bayram stendini ziyarət edib.

    Xatırladaq ki, Novruz bayramı 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.

  • İçərişəhərdə Novruz bayramı tədbiri keçiriləcək

    Martın 19-da İçərişəhər ərazisində təntənəli Novruz bayramı tədbirləri keçiriləcək.

    Bu barədə Report-a İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.

    Qeyd olunub ki, açılış saat 17.00-da canlı musiqilər, alov şousu ilə başlayacaq: "Saat 19:30-da ənənəvi bayram tonqalı qalanacaq. Daha sonra bayram şənliyi yallı rəqsi, canlı musiqi nömrələri ilə davam edəcək".

  • Balakəndə 1 500 yaşlı iki məbəd bərpası üçün investisiya siyahısına salınıb

    “Balakəndə 1500-dən artıq yaşı olan 2 məbəd investisiya siyahısına salınıb”.

    Bunu Report-un Şimal-qərb bürosuna Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şöbə müdiri Nuridə Allahyar bildirib.

    Şöbə müdirinin sözlərinə görə, qəzalı vəziyyətdə olan məbədlərin bərpa-konservasiya edilməsi diqqət mərkəzindədir:

    "Balakən rayonunun Qullar kəndində yerləşən məbədlər dövlət tərəfindən mühafizə olunan və daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısında yerli əhəmiyyətli tarix-memarlıq abidəsi qismində qeydiyyata alınıb. Məbədlər 5-9-cu əsrlərdə inşa olunub, məhəllə-dini xaraxter daşıyıb. Məbədin qorunub saxlanılmasına abidə mühafizəçiləri tərəfindən tam nəzarət olunur. Qəzalı vəziyyətdə olan məbədlərin bərpa-konservasiya edilməsi diqqət mərkəzindədir və bir hissəsi günümüzə gəlib çıxan həmin tarixi tikililər bərpa edilməsi üçün investisiya siyahısına alınıb".

    Tarixçi Akif Məmmədli “Report”un yerli bürosuna bildirib ki, məbəd qısa zamanda bərpa edilmədyi qətdirdə tamamilə dağılaraq məhv olacaq: “Son 25-30 ilə qədər məbədin günbəz hissəsi tam şəkildə olub. Baxımsızlıqdan məbədin nişan və portal daşları dağılıb və yaxud çıxarılaraq aparılıb”.

    Tarixçi qeyd edib ki, o dövürdə hər icmanın öz yaşadığı ərazidə belə bir məbədi olub: “Elə Qullar kəndində də 8 ədəd belə məbəd olub. Lakin baxımsızlıq ucbatından onun 6-sı tamamilə dağılaraq sıradan çıxıb. indi qalmaqda olanı isə sadəcə ikisidir. Qəzalı olan 2 məbəd də əgər bərpa olunmasa, günü-gündən dağılıb gedəcək”.

  • Bakıda VII Britaniya Film Festivalı başa çatıb

    Bakıda sayca 7-ci dəfə keçirilən Britaniya Film Festivalı bu il Azərbaycan ilə Böyük Britaniya arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünə həsr olunmuşdu.

    AZƏRTAC xəbər verir ki, iki həftəyə yaxın davam edən festival “British Council”, Böyük Britaniya səfirliyi və Azərbaycan Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə gerçəkləşib. Filmlər Nizami Kino Mərkəzi və YARAT Müasir İncəsənət Məkanında nümayiş olunub.

    Nizami Kino Mərkəzində festivalın açılışında çıxış edən səfir Ceyms Şarp deyib: “Mən ürəkdən sevinirəm ki, “British Council”ın daha bir neçə mükəmməl Britaniya filmini Azərbaycana gətirməsini dəstəkləyə bilmişik. Builki festivalın mövzusu iqlim dəyişikliyidir və biz filmlərin auditoriyanı əyləndirəcəyinə, maarifləndirəcəyinə və insanlara ilham verəcəyinə ümid edirik”.

    Festivalın ilk filmi “Oskar” mükafatlı aktyorlar Cim Brodbent və Helen Mirrenin rol aldıqları “Hersoq” retro-komediyası olub.

    Bundan əlavə, Nizami Kino Mərkəzində “Şlyapalı kişi”, “Suvenir. II hissə” və “Qaynama nöqtəsi” filmləri nümayiş olunub. İngilis kinosu həvəskarları YARAT Müasir İncəsənət Məkanında “İnsanlar iqlim dəyişikliyinə qarşı” və “Sərhədlərin məhvi: planetimiz haqqında elm” sənədli filmlərini də izləmək imkanı əldə ediblər. Sonuncu film tamaşaçıları təkcə planetimizin sabitliyi üçün deyil, həm də bəşəriyyətin gələcəyi üçün keçməməli olduğumuz planetar hədləri kəşf etmək üçün səyahətə çıxarıb.

    Yeri gəlmişkən qeyd edək ki, martın 9-da YARAT Müasir İncəsənət Məkanında Britaniya Kino və Televiziya Sənəti Akademiyasının (BAFTA) 2021-ci il üzrə qısametrajlı filmlər proqramında yer almış 7 qısametrajlı ekran əsəri (3-ü animasiya filmi) də təqdim olunub.

  • “Paris Notr-Dama ithaf” tamaşası yenidən səhnədə

    Azərbaycan Dövlət Akademik Musiqili Teatrı tamaşaçıların xahişini nəzərə alaraq 10 mart – Milli Teatr Günündə, həmçinin martın 27-də “Paris Notr-Dama ithaf” tamaşasını nümayiş etdirəcək.

    Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 2019-cu ilin noyabrından repertuara daxil edilən bu səhnə əsəri davamlı olaraq çoxsaylı tamaşaçı kütləsini ətrafına toplaya bilir və teatrın ən çox tələb olunan tamaşalarının siyahısında ilk yerdə dayanır.

    Dünya şöhrətli yazıçı Viktor Hüqonun “Paris Notr-Dam” əsərinin motivləri əsasında rejissor Samir Qulamovun səhnələşdirdiyi və quruluş verdiyi "Paris Notr-Dama ithaf” tamaşasının ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir.

    Tamaşada bəşəriyyətin nadir tarixi memarlıq incisi, Avropanın əzəmətli simvollarından biri olan Paris Notr-Dam kilsəsində 2019-cu ilin aprelin 15-də baş vermiş yanğın hadisəsinə ithaf olunub.

    “Paris Notr-Dama ithaf”da “Notre-Dame de Paris” müziklına görə “Ginnesin rekordlar kitabı”na düşən Riçard Konçiantenin və dünya şöhrətli bəstəkarların: Rixard Ştraus, Tomaso Albinoni, Jorj Bize, Samuel Barberin əsərlərindən istifadə edilib.

    Əsərin quruluşçu dirijoru və orkestrləşdirmənin müəllifi Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər: Zakir və Leyla Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu rəssamı Vüsal Rəhim, musiqi mətnlərinin müəllifi Azərbaycan Yazıçılar Birliyinin katibi, şair İlqar Fəhmi, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Prezident təqaüdçüsü Kamil Həsənov, rejissor assistentləri: Sevinc Məmmədova və Əmrah Dadaşovdur.

    Tamaşada rolları Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artist Nadir Xasıyev, beynəlxalq müsabiqələr laureatı Aydan Həsənova, aktyorlar: Mehriban Zalıyeva, Əmrah Dadaşov, Nicat Əli, İbrahim Əlizadə, Emin Zeynallı, Hüseyn Əlili, Səmədzadə Xasiyev, Şaban Cəfərov, Telnaz Hüseynova, Murad Əliyev, Fərid Rzayev, Zaur Əliyev, Əli Kərimov, həmçinin xor və balet truppasının artistləri ifa edəcəklər.

  • Bakıda Reza Deqatinin “Krallıqsız Kraliçalar” adlı fotolayihəsinin təqdimatı olub

    Latviyanın Azərbaycandakı səfirliyi BMT-nin ölkəmizdəki nümayəndəliyi və Norveçin Türkiyədəki səfirliyi ilə birgə əməkdaşlıq çərçivəsində “Qız Qalası. Qadın olmaq” layihəsinin davamı olaraq Gender bərabərliyi üzrə “O” beynəlxalq müasir incəsənət layihəsi həyata keçirir.

    AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində martın 16-da məşhur fotojurnalist Reza Deqatinin gender bərabərliyi mövzusunda “Krallıqsız Kraliçalar” adlı təqdimatı keçirilib.

    Təqdimatda çıxış edən Reza Deqati cəmiyyətdə qadınların rolunun önəmindən danışıb. O bildirib ki, fotojurnalist olaraq fəaliyyətə başladığı zamandan gender bərabərliyi mövzusunda işlər görüb, qadınlara bu mövzuda kömək və dəstək göstərib. Fotojurnalist 40 ilə yaxın fəaliyyəti zamanı qadınların öz sözlərini azad şəkildə dünyaya çatdırması üçün çalışıb.

    Tədbirdə Reza Deqatinin “Krallıqsız Kraliçalar” adlı fotolayihəsi də təqdim edilib.

    Bildirilib ki, bu il “O” Beynəlxalq müasir incəsənət layihəsində əsas mövzusu dayanıqlı gələcək üçün qadınların rolunu vurğulayan BMT Təhlükəsizlik Şurasının Qadınlar, Sülh və Təhlükəsizlik haqqında 1325 saylı qətnaməsinə həsr olunacaq.

    Eyni zamanda, noyabr ayında xalq diplomatiyası proqramının bir hissəsi kimi Azərbaycanın Əməkdar incəsənət xadimi Səbinə Şıxlinskayanın kuratorluğu ilə Müasir İncəsənət Muzeyində “www.tobeawoman.az” internet səhifəsi əsasında fəaliyyətlərin davamı olaraq “O” adlı sərgi təşkil ediləcək. Sərginin mövzusu qadınların həyatı, cəmiyyətdəki rolu, sevinc və problemlərinə həsr olunub. Bundan başqa, payızda Latviyanın Azərbaycandakı səfirliyi NATO-nun ölkəmizdəki əlaqələndirici ofisi ilə birgə “Qadınlar dayanıqlı sabah üçün” adlı beynəlxalq konfrans təşkil edəcək.

    Qeyd edək ki, layihənin əsas aparıcı tərəfdaşı Latviyanın Azərbaycandakı səfirliyidir. Digər tərəfdaşlar Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, BMT-nin ölkəmizdəki nümayəndəliyi, “UN Women”, BMT-nin İnkişaf Fondu, tanınmış beynəlxalq fotojurnalist Reza Deqati, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi, Müasir İncəsənət Muzeyi, “The Landmark”, Nizami Kino Mərkəzi və “PlatformART” təşkilatıdır.

  • Ukraynalı aktyorlar ADMİU-nun tələbələri üçün master-klas keçirib

    Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Ukraynanın “Qara kvadrat” improvizasiya teatrının aktyorları Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbələri ilə görüşüb.

    Komitədən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Ukraynanın “Qara kvadrat” improvizasiya teatrı barədə məlumat verilib. Sonra teatrın aktyorları tələbələrlə səhnə qabiliyyəti və səhnə danışığı üzrə interaktiv master-klas keçirib.

    Sonda ukraynalı aktyorlar jurnalist-yazar Elşad Eyvazlının Xocalı soyqırımına həsr olunmuş “Böyüməyən uşaqlar” əsərinin motivləri əsasında hazırlanmış eyniadlı tamaşadan bir parça nümayiş etdiriblər.

  • Delakrua və onun təbiətlə müəmmalı əlaqəsi

    Özünü tarixi hadisələrin böyük rəssamı kimi elan edən və bunu "Kəndə doğru addımlayan azadlıq" əsərilə sübut etməyə çalışan Ejen Delakrua çox vaxt mənzərə və ya heyvan kompozisiyalarını arxa plana keçirirdi. Bu dəfə Parisdə açılan növbəti sərgi rəssamın yaradıcılıq prosesini araşdırmaq məqsədi daşıyır.

    AZƏRTAC EFE agentliyinə istinadla xəbər verir ki, fransız rəssamın (1798-1863) keçmiş emalatxanasında nümayiş olunan "Delakrua və Təbiət" adlı sərgi bu sənətdə populyar sayılmayan, lakin rəssamın həzz aldığı mövzu ilə əlaqəsini ortaya qoyur.

    Sərgi iyunun 27-dək davam edəcək.