Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “Red Notice” “Netflix”in dünya üzrə ən çox baxılan filmi olub

    "Red Notice” (Qırmızı bildiriş) üç həftə ərzində cəmi 328,8 milyon saat izlənilməklə platformanın ən çox baxılan filmi olub.

    AZƏRTAC xəbər verir ki, hər çərşənbə axşamı “Netflix” dünya miqyasında və ölkə üzrə ən çox baxılan ekran əsəri haqqında ətraflı məlumat dərc edir. Platformada yayımlanan ekran əsərinin ilk 28 günündə izlənilən ümumi saat sayına görə “Netflix”in ən çox baxılan filmləri və serialları sıralanıb. Ötən həftənin rəqəmlərinə görə, "Red Notice” izləyici rekordu qırıb.

    Siyahıda ikinci yerində isə 200 milyondan çox baxışla “Bird Box” filmidir.

  • Misirdə ICESCO-nun Baş Konfransının XIV sessiyası keçiriləcək

    Dekabrın 8-9-da Misirin yeni inzibati paytaxtında İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş Konfransının XIV sessiyası keçiriləcək.

    Təşkilatın baş ofisindən AZƏRTAC-a bildiriblər ki, bu əsas tədbirdən öncə - dekabrın 6-da ICESCO İcraiyyə Şurasının 42-ci sessiyası baş tutacaq. İclasda 51 üzv ölkə, o cümlədən Azərbaycandan mədəniyyət naziri və ICESCO-nun milli komitələrinin sədrlərinin iştirakı ilə keçiriləcək Baş Konfransın XIV sessiyasının gündəliyi və təşkilati məsələlər müzakirə ediləcək.

    Baş Konfransın sessiyasında ICESCO-nun 2019-2021-ci illərdə fəaliyyəti qiymətləndiriləcək, yeni Fəaliyyət Planı, büdcə təsdiq olunacaq. Tədbir çərçivəsində təhsil sahəsində yeni çağırışlar, kosmik tədqiqatlar mövzusunda xüsusi panellər də təşkil olunacaq.

    Sonda ICESCO-nun Baş Konfransının XV sessiyasının tarixi və keçiriləcəyi ölkə müəyyən ediləcək. 

  • Daşkənddə IV Gənclər Teatr Forumunda ölkəmiz də təmsil olunur

    Özbəkistanın paytaxtı Daşkənddə IV Gənclər Teatr Forumu işə başlayıb. Forum keçmiş sovet məkanı ölkələrini – hazırda MDB üzvü olan ölkələri, sovet məkanını otuz il əvvəl tərk edən və iyirmi ilə yaxındır Avropa Birliyində yer alan Baltikyanı ölkələr, həmçinin MDB-dən də faktiki olaraq çıxan, amma yenə postsovet sənət məkanına yaxın olan Gürcüstan və Ukraynanı əhatə edir.

    AZƏRTAC xəbər verir ki, dekabrın 7-dək davam edəcək forumun məqsədi bu ölkələrin gənc teatr xadimləri – rejissorlar, dramaturqlar, teatr rəssamları, teatr tənqidçiləri və s. arasında yaradıcılıq əlaqələrinin möhkəmləndirilməsi, təcrübə və fikir mübadiləsinə zəmin yaratmaqdır.

    Forumda Azərbaycandan da geniş nümayəndə heyəti iştirak edir. Forumun maarifləndirici proqramında ölkəmizi təmsil edən teatr rəssamları, dramaturqlar, tənqidçilər də iştirak edəcək, ustad dərsləri və təqdimatlar təşkil olunacaq.

    Akademik Milli Dram Teatrı Daşkənddəki IV Gənclər Teatr Forumunda repertuarından iki – “Manqurt” (Çingiz Aytmatov; rejissoru İzamə Babayeva) və “Bir, iki – bizimki!” (Kamal Abdulla; quruluşçu rejissoru Əlif Cahangirli) tamaşalarını da təqdim edəcək.

  • Bakı Kitab Mərkəzində tanınmış ingilis yazıçısı Çarli Makizin Azərbaycan dilinə tərcümə olunmuş əsərinin təqdimatı keçirilib

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva təqdimat mərasimində iştirak edib

    Bakı Kitab Mərkəzində tanınmış ingilis yazıçısı və rəssamı Çarli Makizin “Oğlan, köstəbək, tülkü və at” kitabının Azərbaycan dilinə tərcümə olunmuş nəşrinin təqdimatı keçirilib. Nəşr Leyla Əliyevanın təşəbbüsü ilə Bakı Kitab Mərkəzinin və “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə çap olunub.

    AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva təqdimat mərasimində iştirak edib.

    Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva kitabın ərsəyə gəlməsinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təşəkkür edərək bildirib ki, nəşr xeyirxahlıqdan, sevgidən, dostluqdan, əbədi dəyərlərdən - hamımızı birləşdirən və əlaqələndirən dəyərlərdən bəhs edir. “Kitabın ilk baxışdan uşaqlar üçün yazıldığı görünsə də, amma əslində uşaqlar üçün deyil, hamımız üçündür. Söhbət əbədi dəyərlərdən gedir”.

    Sonra kitabın müəllifi Çarli Makizin qonaqlara ünvanladığı videomüraciət nümayiş edilib. O, müraciətində kitabın Azərbaycan dilinə tərcümə edilməsində əməyi keçən hər kəsə minnətdarlığını bildirib.

    Mərasimdə Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin "Çiçəyim” uşaq teatr studiyasının aktyorları kitabdan səhnəciklər göstəriblər.

    Qeyd edək ki, Çarli Makizinin “Oğlan, köstəbək, tülkü və at” kitabı bu günə qədər İngiltərədə bestseller olaraq qalır. Kitab balaca oğlan və onun üç dostu - köstəbək, tülkü və atdan bəhs edir. Hekayə boyu oğlan dostlarına müxtəlif suallar verir və onlardan həmin suallara çox məntiqli, sadə və dərin cavablar alır. Dörd dost arasında olan münasibətlər oxuculara inam, dostluq, xeyirxahlıq, cəsarət, sevgi, dürüstlük, mehribanlıq, mərhəmət kimi anlayışlardan bəhs edir.

    Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabdakı bütün rəsmlər Çarli Makizi tərəfindən çəkilib.

  • Muzey Mərkəzində “Can, Laçın” adlı sərgisi açılıb

    Muzey Mərkəzinin Sərgi Qalereyasında Azərbaycan Rəssamlar İttifaqının üzvü Yusif Mirzənin Laçın şəhərinin erməni işğalından azad edilməsinin ildönümünə həsr olunmuş “Can, Laçın” adlı fərdi sərgisi açılıb.

    AZƏRTAC xəbər verir ki, sərgi Milli Məclisinin Mədəniyyət komitəsi, Azərbaycan Mədəniyyət Nazirliyi və Muzey Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.

    Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Vətən müharibəsində həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

    Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının başçısı, şair-publisist Əkbər Qoşalı sərginin əhəmiyyətindən söz açıb.

    Tədbirdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirilib ki, Laçının düşmən tapdağından azad olunması çox sevincli və önəmli bir hadisədir. Bu gün Laçın rayonunun işğaldan azad olunmasının birinci ildönümünü qeyd edirik: “Bu münasibətlə Ali Baş Komandanımıza təşəkkür edirik, qəhrəman şəhidləriminiz ruhu qarşısında baş əyirik, qazilərimizə Allahdan şəfa diləyirik”.

    Qənirə Paşayeva vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycan dövləti və xalqı bütün dünyaya öz gücünü göstərdi.

    Sonda tədbir iştirakçıların dekabrın 15-dək davam edəcək sərgi ilə tanış olublar.

    Sərgidə Yusif Mirzənin Laçına həsr olunan əsərləri nümayiş etdirilib. Bunlar “İlin fəsilləri”, “Nostalji” və “Müharibə” siluetləridir.

    Qrafik və rəngkarlıq işləri daxil olmaqla sərgidə 70-ə yaxın əsər nümayiş olunub.

  • Anar Kərimov: Sülh mədəniyyət üçün çox vacibdir

    Bugünkü tədbir hər bizimiz üçün böyük imkandır. Burada mədəniyyət və sülhün qarşılıqlı əlaqələrini müzakirə edəcəyik.

    AZƏRTAC xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumunda çıxışı zamanı deyib.

    Onun sözlərinə görə, bu təşəbbüs 2021-ci ilin yanvar ayında yaranıb: “Azad edilən ərazilərə səfər zamanı dağıntıların miqyasını gördük. Biz başa düşdük ki, oranı bərpa etmək üçün dayanıqlı sülh lazımdır. Bununla da sülh ideyası yarandı. Mədəniyyət naminə sülhü təşviq etməyin lazım olduğunu bildik. Sülh və mədəniyyət anlayışları arasında qarşılıqlı əlaqə var. Mədəniyyətin çiçəklənməsi üçün sülh lazımdır. Burada təkcə fiziki bərpadan getmir. Eyni zamanda insanlar arasında münasibətlər də bərpa olunmalıdır”.

    Azərbaycanın uzunmüddətli sülhün və bölgədə dayanıqlı inkişafın təmin edilməsində maraqlı olduğunu bildirən nazir deyib: “Təşəbbüsün nəticəsi ilə əlaqədar bir sıra proqramlar nəzərdə tutulub. İrəli sürdüyümüz təşəbbüsləri dəstəkləmələri üçün ölkələrə müraciət edirəm. Çünki sülh mədəniyyət üçün çox vacibdir”.

  • Ankarada böyük filosofu Əl Fərabinin kitabının təqdimatı keçirilib

    Ankarada türk və İslam dünyasının dahi alimi və filosofu Əbu Nəsir Məhəmməd Əl Fərabinin 1150 illik yubileyinə ithafla Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən türk dilində nəşr edilmiş "Kitâbu'l Mûsika'l Kebîr" kitabının təqdimatı keçirilib.

    AZƏRTAC xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının nəzdində fəaliyyət göstərən Milli Kitabxanada keçirilən təqdimatda rəsmi şəxslər, səfirlər, tanınmış alimlər iştirak ediblər.

    Rəsmi hissədə TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türkiyə Prezidentinin müşaviri İbrahim Kalın, Qazaxıstanın Türkiyədəki səfiri Abzal Saparbekulyin çıxıları dinlənilib.

    Kitabın təqdimatından sonra əsər haqqında müzakirələr aparılıb.

    Məlumat verilib ki, Əl Fərabinin dövrümüzə gəlib çatan 117 kitabı məntiq, metafizika, əxlaq, siyasi elmlər, musiqi, sosiologiya və tibbə aiddir.

    Qeyd edək ki, şərqin böyük mütəfəkkirinin yubileyi UNESKO-nun təqviminə daxil edilib. ISESKO və İslam Əməkdaşlıq Təşkilatı kimi TÜRKSOY da Əl-Fərabinin yubileyi münasibətilə böyük tədbirlər keçirib.

  • Milli Kitabxanada “Laçın işğaldan azad edildi!” adlı virtual sərgi açılıb

    Laçın rayonunun işğaldan azad olunması münasibətilə Milli Kitabxananın əməkdaşları tərəfindən “Laçın işğaldan azad edildi!” adlı virtual sərgi hazırlanıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə rəsmi sənəd, Laçının tarixi, təbii sərvətləri haqqında kitablar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr, fotolar nümayiş olunur.

    Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/lacin_isgaldan_azad_edildi/index.htm linkindən istifadə edə bilərlər.

  • Musiqili Teatrdan yeni tamaşa – “Bir nəfəs qədər”

    Azərbaycan Dövlət Akademik Musiqili Teatrında qürur mənbəyimiz olan şəhidlərə, qazilərə, əsgər övladlarımıza və Zəfərimizin əsas simasına çevrilən analarımıza həsr olunan "Bir nəfəs qədər" (pyesin müəllifi: Samir Qulamov) tamaşasının premyerası olacaq.

    Teatrdan AZƏRTAC-a bildirilib ki, SSRİ Xalq artisti Fikrət Əmirovun musiqisi əsasında hazırlanan bu səhnə əsərinin ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, quruluşçu rejissoru Samir Qulamov, quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Leyla Ağayeva, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur.

    Dekabrın 10-da göstəriləcək tamaşada, eyni zamanda Prezident təqaüdçüsü, gənc pianoçu Kamil Həsənovun fortepiano musiqisindən də istifadə olunur.

    Səhnə əsərində Əməkdar artist Nahidə Orucova, aktyorlar Gülnarə Abdullayeva, Gülcahan Salamova, Əmrah Dadaşov, İbrahim Əlizadə, Nəzrin İsmayılzadə, Mehriban Zaliyeva, Səmədzadə Xasıyev, Hidayət Əliyev, Əli Kərimov, Murad Əliyev iştirak edəcəklər.

    Qeyd edək ki, "Bir nəfəs qədər" tamaşası 12 dekabr saat 13:00 və 19:00-da bir daha oynanılacaq.

    Səhnə əsərinə biletləri şəhərin bütün teatr-konsert kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “İticket.az” saytından əldə etmək olar.

  • Bişkekdə “Qalib sərkərdə” adlı kitab Azərbaycan dilində çapdan çıxıb

    Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə Aygül Bağırovanın “Qalib sərkərdə” adlı kitabı Bişkekdə Azərbaycan dilində nəşr olunub.

    AZƏRTAC xəbər verir ki, “Uluu Toolor” nəşriyyatında çap olunan kitaba Azərbaycan Milli Məclisinin deputatı, Əməkdar elm xadimi, akademik Nizami Cəfərov “Ön söz” yazıb.

    Azərbaycanın İkinci Qarabağ müharibəsindəki şanlı qələbəsinə həsr olunmuş 400 səhifəlik, üç hissədən ibarət kitabda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin fəaliyyət xətti ardıcıl olaraq izlənilir.

    Kitabda Azərbaycan Prezidentinin bütün fəaliyyətinin məhz torpaqların işğaldan azad olunmasına yönəldiyi bir daha sübut edilir.

    Fondun ənənəsinə uyğun olaraq kitabın Qırğızıstanda və Azərbaycanda pulsuz yayılması nəzərdə tutulur.

    Fondun Prezidenti Nüsrət Məmmədov bildirib ki, bu toplu fondun nəşr etdirdiyi 127-cı kitabdır və təqdimatının Azərbaycan Prezidenti İlham Əliyevin doğum günü ərəfəsində keçirilməsi planlaşdırılır.