Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • İncəsənət aləminə virtual səyahət

    Bildiyiniz kimi, qədim tarixə malik Azərbaycanın zəngin muzey kolleksiyalarının ölkəmizdə, habelə beynəlxalq miqyasda daha geniş auditoriyaya təqdim olunması əsas prioritet məsələlərdən biridir. Bu gün hər bir muzeyin vəzifəsi yerli və xarici qonaqların, o cümlədən turistlərin həm əyani, həm də virtual şəkildə muzey kolleksiyaları üzrə eksponatlar haqqında daha dolğun və ətraflı məlumat almasına imkan yaratmaqdır.

    Müasir dövrdə insanlar onlayn informasiya mübadiləsinə üstünlük verirlər. Bununla əlaqədar Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və nəhəng dünya şirkəti olan “Samsung Electronics”in birgə əməkdaşlığı nəticəsində Azərbaycan Milli İncəsənət Muzeyinin ekspozisiyasını bəzəyən dəyərli sənət nümunələrini özündə əks etdirən “Sənət kainatına səyahət” adlı layihə hazırlanıb.

    AZƏRTAC xəbər verir ki, mobil telefon vasitəsilə paytaxtımızın füsunkar memarlıq nümunələrindən olan Azərbaycan Milli İncəsənət Muzeyinin binası, ekspozisiyasında sərgilənən rəngarəng rəsm əsərləri, bir-birindən maraqlı xalça, heykəltəraşlıq, keramika, bədii metal və digər sənət nümunələri detallı şəkildə lentə alınaraq bir saatlıq filmdə əks olunub.

    Videomaterialı izləmək üçün link: https://youtu.be/2EJ4ZDN5an0

  • Mədəniyyət Nazirliyi “İslam irsimizi tanıyaq” layihəsi çərçivəsində təqdim edir: İçərişəhər "Cümə" məscidi
        İçərişəhərdə yerləşən məscid qədim atəşgah məbədinin yerində ucaldılıb. Məscidin divarına həkk olunmuş bir yazıda binanın inşası haqqında belə deyilir: “709-cu ilin (1309-1310) rəcəb ayında Əmir Şərəf-Əddin Mahmud bu tikilini yeniləmək əmri vermişdir”. Оtаqlаrı çохbölməli, düzgün оlmаyаn аltıbucаq fоrmаlı məscidin qеyri-аdi plаnı, еləcə də kvаdrаtа dахil edilib və pilləli qübbələr sistеmi ilə örtülmüş nisbətən iri ibаdət zаlı, binаnın dахili məkаnının хüsusi gözəlliklə tikilməsinə zəmin yaradıb.  ХV əsrdə ibаdət zаlının охu üzrə məscidin şimаl divаrındа, möminləri ibаdətə çаğırmаq üçün еyvаn funksiyasını daşıyan stаlаktit qurşаqlı, tаclı, möhtəşəm minаrə tikilib. Minаrənin şаquliliyi və ibаdət zаlının еcаzkаr kаşılı günbəzinin kоnus fоrmаsı, mеmаrlıq sənətinin inkişаfını göstərir və məscidin ümumi kоmpоzisiyаsınа nоvаtоrluq еlеmеnti, gətirir. Bu Şirvаnşаhlаr Sаrаyı kоmplеksi abidələrində də öz əksini tаpmış qеyri-аdi stilistik istiqаmət idi. Minarənin tarixi Came məscidinin inşasından daha əvvəlki dövrə aiddir. Minarənin, arxeoloji qazıntılar nəticəsində aşkar olunan bunövrə daşındaki kitabədə Elxani sultanı Məhəmməd Olcaytunun yarlığının mətni həkk olunub. ХIХ əsrin sоnu ХХ əsrin əvvəllərində Bаkının vаrlı аdаmlаrındаn biri Hаcı Şıхəli Dаdаşоv хеyriyyə məqsədi ilə qədim аbidənin yеrində tаmаmilə yеni məscid binаsını ucаltdı. Məscidin kiçik diаmеtrli günbəzini, mərkəz hissəsində dörd sütunlа sахlаyаn kvаdrаt fоrmаlı ibаdət zаlı tаmаmlаyır. Binаnın memarlığında Şərq və Аvrоpа klаssik mоtivlərindən istifаdə olunub. Girişin pоrtаlındа Аzərbаycаn mеmаrlığının əsаs prinsipləri əks olunub: dаş üzrə оymаlаr, gеniş nахış pаlitrаsı, bədii еpiqrаfikа və s. Əsаsən dаş üzərində tikinti və nахış işlərinin kеyfiyyəti mükəmməldir. Məhаrətli dаş yоnаn ustаlаr tərəfindən əfsus ki, nаməlum mеmаrın fikirlərinin bədii ifаdəsi insаnı hеyrаn еdir. İçərişəhərin qədim tarixi memarlıq abidələrindən olan Cümə məscidi dövlət hesabına 2008-ci ildə əsaslı təmir və bərpa edilərək, istifadəyə verilib. Təcrübəli tikinti mütəxəssisləri, memarlar və rəssamların gərgin əməyi sayəsində məscid tam bərpa olunmuş, burada müasir istilik və işıqlandırma sistemləri quraşdırılıb. Məscidin divarlarında naqqaşlar əl ilə gözəl ornamentlər işləmiş, müqəddəs Qurani-Kərimdən surələr yazmışlar.
  • İncəsənət aləminə virtual səyahət
    Bildiyiniz kimi, qədim tarixə malik Azərbaycanın zəngin muzey kolleksiyalarının ölkəmizdə, habelə beynəlxalq miqyasda daha geniş auditoriyaya təqdim olunması əsas prioritet məsələlərdən biridir. Bu gün hər bir muzeyin vəzifəsi yerli və xarici qonaqların, o cümlədən turistlərin həm əyani, həm də virtual şəkildə muzey kolleksiyaları üzrə eksponatlar haqqında daha dolğun və ətraflı  məlumat almasına imkan yaratmaqdır. Müasir dövrdə insanlar onlayn informasiya mübadiləsinə üstünlük verirlər. Bununla əlaqədar Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və nəhəng dünya şirkəti olan “Samsung Electronics”nin birgə əməkdaşlığı nəticəsində Azərbaycan Milli İncəsənət Muzeyinin ekspozisiyasını bəzəyən dəyərli sənət nümunələrini özündə əks etdirən “Sənət kainatına səyahət” adlı layihə hazırlanıb. Belə ki, mobil telefon vasitəsilə paytaxtımızın füsunkar memarlıq nümunələrindən olan Azərbaycan Milli İncəsənət Muzeyinin binası, ekspozisiyasında sərgilənən rəngarəng rəsm əsərləri, bir-birindən maraqlı xalça, heykəltəraşlıq, keramika, bədii metal və digər sənət nümunələri detallı şəkildə lentə alınaraq bir saatlıq filmdə əks olunub. Videomaterialı izləmək üçün link: https://youtu.be/2EJ4ZDN5an0
  • Bakı Ekspo Mərkəzində VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək

    Sentyabr 22-dən 26-dək Bakı Ekspo Mərkəzində VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası (“Baku International Book Fair 2021”) keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, sərgisi dünya ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunacaq.

    Sərginin təşkilində məqsəd kitab və mütaliəni təbliğ etmək və populyarlaşdırmaq, ziyarətçiləri həm Azərbaycan, həm də xarici nəşriyyatların çap məhsulları ilə tanış etmək, nəşriyyat işinə dəstək vermək, nəşriyyatları potensial əməkdaşlıq üçün kitab mağazaları ilə tanış etmək, eləcə də rəqəmsal dövrdə kitab biznesinin inkişafı ilə bağlı təcrübə və fikir mübadiləsini təmin etməkdir.

    Sərgidə nəşriyyatlar, mətbəələr, kitab mağazaları və mədəniyyət mərkəzləri təqdim olunacaq. Həmçinin, sərgidə ayrı-ayrı ölkələrdən 200-ə yaxın şirkətin iştirak edəcəyi gözlənilir.

    “Baku International Book Fair 2021” kitab sərgisi şirkətlərin çap məhsullarını nümayiş etdirmək və satmaq, habelə yerli və xarici nəşriyyatlar, müəlliflər, eləcə də milli nəşriyyat və poliqrafiya şirkətləri ilə danışıqlar aparmaq və müqavilələr imzalamaq üçün unikal fürsətdir.

    Sərginin keçiriləcəyi 5 gün ərzində iştirakçıları və ziyarətçiləri əlavə tədbirlərdən ibarət maraqlı proqramlar gözləyir.

    Sərginin təşkilatçısı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyidir, təşkilati dəstəyi isə “Caspian Event Organisers” (“CEO”) şirkəti həyata keçirir. Sərgi-yarmarka iştirakçıları təşkilatçılar tərəfindən 6 kvadratmetrə qədər ekspozisiya sahəsi və lazimı avadanlıqlarla təmin ediləcək.

    “Baku International Book Fair 2021” sərgisində iştirak etmək və daha ətraflı məlumat almaq üçün sərgi təşkilatçıları ilə əlaqə saxlaya bilərsiniz: +994124041000, bookfair@ceo.az .

  • İspaniyada satışa çıxarılan otellərin sayı il ərzində 30 faiz artıb

    Koronavirus pandemiyasının turizm sektoruna təsiri İspaniya şirkətlərini hesablarını balanslaşdırmaq üçün müəssisələrdən xilas olmağı cəhd etməyə məcbur edib.

    AZƏRTAC xəbər verir ki, ölkənin turizm sektorunun yay aylarında 2019-cu ilin rəqəmlərinin yarısını bərpa edəcəyi gözlənilirdi. Lakin Böyük Britaniya, Almaniya və Fransa kimi ölkələr tərəfindən tətbiq edilən müvəqqəti məhdudiyyətlər maliyyə göstəricilərinin aşağı düşməsinə səbəb oldu.

    İspan daşınmaz əmlak saytının məlumatlarına görə satışa çıxarılan otellərin sayı 2020-ci ilə nisbətən 30 faiz artıb.

    Satışa çıxarılan otellərin böyük hissəsi Əndəlüs (135 otel), Kataloniya (113 otel) və Balear adalarında (67 otel) yerləşir.

    İyun ayına olan məlumata görə, otellərdə gecələmə sayı 2019-cu illə müqayisədə 62 faiz az idi.

    “Exceltur” İspaniya Turizm Peşəkarları Federasiyasına görə, avqustun ortalarında otel bronlaşdırılması "dayandı". Avqust ayında, böyük otel şəbəkələri, peyvəndin irəliləməsi ilə tələbatın artacağını və bu tempin önümüzdəki aylarda da davam edəcəyini gözləyirdilər.

    Milli turizm artıq ikinci yay mövsümüdür ki, İspaniyada turizm sektorunun təkanverici qüvvəsi olaraq qalır. Faktiki olaraq, yerli turistlər artıq 2019 -cu ilə nisbətən daha çox pul xərcləyirlər. Lakin bu impuls, pandemiyadan əvvəl turist fəallığının üçdə ikisini təşkil edən, indi isə hətta 40 faizə çatmayan beynəlxalq turizmin olmamasından irəli gələn itkiləri kompensasiya etmir.

  • Nizami Gəncəvinin 12 əlyazmasının rəqamsal nüsxəsi şairin adını daşıyan beynəlxalq mərkəzə təqdim edilib

    Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Türkiyə Milli Kitabxanası ilə birgə əməkdaşlığı çərçivəsində Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar kitabxana tərəfindən mərkəzə 12 əlyazmanın rəqamsal nüsxələri təqdim olunub.

    Bu barədə AZƏRTAC-a Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən məlumat verilib.

    Xatırladaq ki, avqustun 4-də mərkəzin baş katibi Rövşən Muradov və kitabxananın direktoru Əli Odabaş arasında görüş keçirilib və Nizami Gəncəvi və Yunus Əmrə irsinin Azərbaycan, Türkiyə və regionda tanıtdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

  • Milli Kitabxanada “Xalq şairi Qabil – 95” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub

    Avqustun 12-də çağdaş Azərbaycan poeziyasının ən görkəmli nümayəndələrindən biri Xalq şairi Qabilin anadan olmasının 95-ci ildönümü tamam olacaq.

    Xalq şairi Qabilin 95 illiyi münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Xalq şairi Qabil – 95” adlı virtual sərgi hazırlanıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə görkəmli şairin həyat və yaradıcılığı haqqında materiallar, mükafatları, əsərləri, fotolar nümayiş olunur.

    Qeyd edək ki, yaradıcılığı ilə müasir Azərbaycan ədəbiyyatını daha da zənginləşdirən şairin xalqın keçmişindən, bu günündən bəhs edən, böyük təsir gücünə malik, həyat həqiqətlərinin realist təsvirini verən əsərləri vətəndaşlıq hisslərinin və mübarizlik ruhunun aşılanmasında mühüm xidmətlər göstərib. Onun yaradıcılığı rəngarəng və çoxşaxəlidir. Əsərlərində həm lirik ovqata köklənmiş məhəbbət və əsrarəngiz təbiətin tərənnümü, həm də fərdi psixoloji durumdan doğan poeziya nümunələri istənilən qədərdir. Saf, müqəddəs məhəbbət və Abşeronlu, Qarabağlı, Muğanlı, Milli, Şirvanlı, Şəkili Azərbaycan təbiəti şairin əbədi, tükənməyən ilham qaynaqları olmuşdur.

  • Sankt-Peterburq səhnəsində Mariinski Teatrının simfonik orkestrini Azərbaycanın Əməkdar artisti Əyyub Quliyev idarə edib

    Mariinski Teatrının Primorski filialının balet truppasının Sankt-Peterburqdakı səhnəsində çıxışı dinləyicilərin diqqətini cəlb edir.

    AZƏRTAC xəbər verir ki, avqustun 15-dək gerçəkləşən səfər proqramına dünya klassik balet repertuarının ən parlaq nümunələri – Adolf Adanın “Korsar” (6-8 avqust), P.Çaykovskinin “Yatmış gözəl” (10-12 avqust) və Adolf Adanın “Jizel” (13-15 avqust) daxil edilib. Ancaq ən əlamətdar hadisələrdən biri balet truppasının çıxışlarının Rusiyanın Əməkdar incəsənət xadimi, tanınmış xoreoqraf Eldar Əliyevin quruluşunda Azərbaycanın dahi bəstəkarı Fikrət Əmirovun “1001 gecə” baleti ilə açılması olub. Tamaşalarda Mariinski Teatrının simfonik orkestri və xorunu Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Respublikanın Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı, Bakı Musiqi Akademiyasının dosenti Əyyub Quliyev idarə edib. Məhz, Əyyub Quliyevin ifasında həmin balet 2020-ci ilin avqust ayında Vladivostokda (Mariinski Teatrında), yanvarda Sankt-Peterburqda, may ayında isə Kazanda Rudolf Nureyev adına Beynəlxalq Balet Festivalının açılışında uğurla səsləndirilib. Tamaşalarda əsas rollarda Primorski səhnəsinin solistləri İrina Sapojnikova, Anna Samostrelova, Sergey Umanets, Kanat Nadırbek, Liliya Berejnova, Katerina Floriya, Gilerme Junio və Yuriy Zinnurov yer almışlar. Tamaşalarda Mariinski teatrının məşhur solistləri Renata Şakirova (Şəhrizad), Yekaterina Çebıkina (Nuridə) və Nikita Korneyevin (Şəriyar) yer alması “1001 gecə” baletinin ifasına xüsusi rəng qatmışdır. Əsərdə vokal bölümünü Anastasiya Kikot (soprano), milli alətimiz tarda isə Ramin Əzimov və Nadejda Medvedeva ifa etmişlər.

    Qeyd etmək lazımdır ki, Mariinski Teatrının 238-ci mövsümünün məhz Azərbaycan bəstəkarının əsəri ilə tamamlanması daha bir önəmli hadisələrdən biridir. Bütün tamaşalara biletlər öncədən satılıb və Sankt-Peterburq ictimaiyyətinin böyük marağına səbəb olub. Hər tamaşanın ifasından sonra Mariinski Teatrının tamaşaçıları “1001 gecə” baletinin iştirakçılarını ayaq üstə alqışlarla qarşılayıblar. Əsərin ifasından sonra Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov ifaçıları uğurlu çıxış münasibətilə təbrik edərək Fikrət Əmirovun baletinin yeni quruluşunun tarixi əhəmiyyətini qeyd edib. Möhtəşəm səhnə əsərində Rusiya və Azərbaycanın tanınmış mədəniyyət xadimlərinin bərabər yaradıcılıq işinin iki ölkə arasında mədəni münasibətlərin inkişafında xüsusi rol oynayacağına əminliyini ifadə edib.

  • Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Abay Kunanbayevin 175 illik yubileyi münasibətilə çap edilən poçt markalarının təqdimatı olub

    Qazax mədəniyyəti və musiqisindən söz düşəndə, ilk növbədə, böyük şair, mütəfəkkir və bəstəkar Abay Kunanbayev yada düşür. O, təkcə qazax xalqının deyil, bütövlükdə türk dünyasının tarixində parlaq iz buraxıb. Təsadüfi deyil ki, Qazaxıstanın birinci prezidenti Elbası Nursultan Nazarbayev onu “Yol göstərən ulduz” kimi xarakterizə edib. Ulu öndər Heydər Əliyev Abayın 150 illik yubileyində onun yaradıcılığını qazax xalqının fəxri, xoşbəxtliyi adlandıraraq, onun eyni zamanda, bütün bəşəriyyətə, həmçinin Azərbaycan xalqına məxsus olduğunu qeyd etmişdir. Azərbaycanda da Abay Kunanbayevin xatirəsi həmişə əziz tutulur. 2011-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Bakının küçələrindən birinə Abay Kunanbayevin adı verilib. Həmin ildə Bakı Dövlət Universitetində Abay Mərkəzi fəaliyyətə başlayıb. Bu illər ərzində, eyni zamanda, digər türkdilli ölkələrdə – Macarıstanda, Özbəkistanda, Türkiyədə, eləcə də dünyanın müxtəlif ölkələrində Abayın xatirəsi əbədiləşdirilib, onun heykəlləri ucaldılıb. Türkdilli xalqların dahi şəxsiyyətlərinin mədəni irsinin araşdırılması və təbliği Fondun əsas fəaliyyət istiqamətlərindən biridir, bu səpkidə Abayın zəngin yaradıcılığının öyrənilməsi, qorunması təşkilat üçün xüsusi əhəmiyyət kəsb edir. Abayla bağlı layihələr çərçivəsində hazırda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Abay Kunanbayevə həsr olunmuş tamamilə yeni və orijinal kitab hazırlayır.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva avqustun 10-da Qazaxıstanın və bütövlükdə türk dünyasının böyük şairi, yazıçısı, bəstəkarı, ictimai xadimi, müasir qazax yazılı ədəbiyyatının banisi Abay Kunanbayevə həsr olunan Abay Günü və onun 175 illik yubileyi münasibətilə Fond tərəfindən buraxılan poçt markalarının təqdimat mərasimində deyib.

    G.Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda keçirilən mərasimdə qeyd edib ki, keçən il Abay Kunanbayevin anadan olmasının 175 və Azərbaycan xalqının böyük bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 135 illiyi münasibətilə poçt markaları İspaniyada çap edilərək dövriyyəyə buraxılıb.

    Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov görkəmli mütəfəkkir və ictimai xadimin yaradıcılığından, türk dünyasında ona göstərilən dərin hörmət və ehtiramdan, ayrı-ayrı ölkələrdə onun xatirəsinin əbədiləşdirilməsi üçün görülən işlərdən söz açıb. Səfir Abayın yalnız qazax xalqı üçün deyil, bütün bəşəriyyət üçün mənəvi qida olduğunu vurğulayaraq, onun Qazaxıstanın tarixində silinməz iz buraxdığını bildirib. O, Abayın yubiley ilinin, onun zəngin irsinin aktuallığının qeyd edildiyi Prezident Kasım-Jomart Tokayevin "XXI əsrdə Abay və Qazaxıstan" adlı nəşri ilə başladığını vurğulayıb. Səfir, yubiley münasibətilə Fond tərəfindən nəşr edilən poçt markasının böyük şair və bəstəkarın xatirəsinə ehtiramın daha bir ifadəsi olduğunu bildirib.

    Daha sonra poçt markaların möhürlənməsi mərasimi keçirilib. Zərfin üzərində yer alan Abay markaları Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Serjan Abdıkarimov tərəfindən imzalanıb və möhürlənib.

    Markalar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən türk dünyasının görkəmli nümayəndəsinin zəngin yaradıcılığını daha geniş beynəlxalq auditoriyaya çatdırılması məqsədilə çap edilib. Poçt markalarının üzərində Abay Kunanbayevin təsviri ilə yanaşı, onun yaradıcılıq nümunələri, həmçinin türk dünyasının mədəni dəyərləri və milli musiqi alətləri əks olunub.

    Tədbirdə Azərbaycanın Əməkdar artisti Şövqü Hüseynov, Qazax Milli İncəsənət Akademiyasının artisti Akberen Atabay, Azərbaycan Dövlət Akademik Filarmoniyasının artistləri Nəzrin Aslanlı və Yuliya Matorina və gənc ifaçı Amina Nurmuxammedova milli musiqi alətlərinin müşayiəti ilə Abay Kunanbayevin əsərlərindən ibarət mahnı və şeirlər səsləndiriblər.

    Sonda xatirə şəkilləri çəkdirilib və hədiyyələr təqdim olunub.

  • İndoneziya saytı dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə məqalə yayıb

    Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi münasibətilə 2020-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi çərçivəsində ölkəmizin İndoneziyadakı səfirliyinin təşəbbüsü ilə “kenpalan.com” saytında “Nizami Gəncəvi yaradıcılığı: Qərbin və Şərqin ədəbiyyat ensiklopediyası” adlı məqalə yayımlanıb.

    AZƏRTAC xəbər verir ki, İndoneziya dilində dərc olunan məqalənin müəllifləri “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk və jurnalist Əli Zülfüqaroğludur.

    Məqalənin giriş hissəsində qeyd olunur ki, bəşəri dəyərləri özündə əks etdirən Nizami Gəncəvi yaradıcılığına dünya ədəbiyyatında çoxsaylı müraciətlər olsa da, dahi şairin yaradıcılığı dünyada daha geniş formada təbliğ edilməlidir. Vurğulanır ki, Nizami Gəncəvinin adı dünya ədəbiyyatının ən görkəmli klassikləri sırasında çəkilir. Bildirilir ki, Nizami Gəncəvi də Dante, Servantes, Şekspir, Onore de Balzak, Vüktor Hüqo kimi mənsub olduqları xalqın milli iftixarı olmaqla bərabər, həm də dünya ədəbiyyatını yüksək səviyyədə təmsil edir.

    Yazıda böyük mütəfəkkirin həyatı, yaşadığı dövr və yaradıcılığı barədə indoneziyalı oxuculara ətraflı məlumat verilir. Xatırladılır ki, Nizami Gəncəvi dünya ədəbiyyatına beş poemadan ibarət məsnəvi formasında yazılmış “Xəmsə”si ilə daxil olub: “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və “İsgəndərnamə”.

    Nizami Gəncəvinin irsində bəşəri ideyaların öz əksini tapmasına, böyük şairin insanları alicənablığa, ləyaqətə səsləməsinə xüsusi diqqət yetirilir. Nizaminin Şərq ədəbiyyatında qadını yüksək insani keyfiyyətlərə malik varlıq kimi təsvir etməsi diqqətə çatdırılır.

    Məqalədə Nizami Gəncəvi yaradıcılığı barədə həm azərbaycanlı, həm də əcnəbi araşdırmaçıların fikirlərinə geniş yer verilir. Dünyanın bir çox tanınmış alimlərinin, şair və mütəfəkkirlərinin Nizami yaradıcılığına dəfələrlə müraciət etdiyi faktlarla qeyd edilir. Bildirilir ki, Nizaminin əlyazmalarına Paris kitabxanasında, Vyana Milli kitabxanasında, Oksford Qodlian kitabxanasında, Kembricdə, Britaniya muzeyində, Nyu-Yorkdakı Metropoliten muzeyində, Münhen, Dehli, Dublin, Qahirə, Kopenhagen və digər məşhur muzeylərdə rast gəlmək olar.

    Nizami Gəncəvinin əsərləri ingilis, alman, fransız, italyan, ispan, yapon və digər dünya dillərinə tərcümə edilib.

    Tanınmış azərbaycanlı yazıçı Elçindən sitat gətirilərək qeyd edilir ki, Nizami Gəncəvi yalnız ədəbiyyatın və sənətin yox, ümumiyyətlə, bəşəri sivilizasiyanın tarixindəki o nadir simalardan biridir ki, onun yaradıcılığına verilən qiymət və ona bəslənilən ehtiram heç bir milli, irqi, dini, coğrafi sərhəd tanımır, bu böyük şair üçün zaman çərçivəsi də mövcud deyil və bu gün onun yazıb-yaratdığı dövrdən keçən 850 il - zaman baxımından onun daimiliyinin yalnız bir epizodudur.

    Vurğulanır ki, Nizami Gəncəvi hər hansı ictimai-siyasi formasiya təzahürlərinin və maraqlarının fövqündədir. Bəşəriyyətin addımladığı siyasi-ictimai mərhələlər ona münasibətdə və onun qiymətləndirilməsində heç bir rol oynamır, çünki Nizami yaradıcılığı öz bədii-estetik və ictimai-fəlsəfi səviyyəsinə və əhəmiyyətinə görə yüz illərlə bundan əvvəl necə müasir və aktual idisə, bu gün də elədir.