Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Təranə Vahidin “Qarışqa təqvimi” Türkiyədə çap olunub

    İndi Türkiyənin əksər kitab evlərində oxucuların ixtiyarına verilən belə bir kitab da var: Təranə Vahidin “Qarışqa təqvimi”.

    Bu günlərdə yazıçı Təranə Vahidin “Qarışqa təqvimi” hekayələr kitabi Türkiyədə çap olunub. Türk Ədəbiyyatı Vəqfinin “Turay” Kitab Nəşriyyatında işıq üzü görən kitaba tanınmış yazıçı, “Türk ədəbiyyatı” jurnalının baş redaktoru Bəxtiyar Aslan “Ön söz” yazıb. Kitabın redaktorları tanınmış yazıçı-tərcüməçi İmdat Avşar və tərcüməçi Səadət Örmecidir.

  • “Digitalart-lab” layihəsi çərçivəsində növbəti ustad dərsi rəssam Amil Quliyev tərəfindən keçirilib

    Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Digitalart-lab” layihəsi çərçivəsində rəssam Amil Quliyevin “Concept art” mövzusunda ustad dərsi baş tutub.

    Ustad dərsi “Concept art” sahəsindəki yeniliklər, film və oyun sənayesində istifadə edilən metodların tətbiqini göstərmək, həmçinin bu istiqamətdə çalışan rəssamların yaradıcılığını dəstəkləmək məqsədilə keçirilib.

    Rəssam Amil Quliyev ustad dərsdə öz təcrübəsini iştirakçılarla bölüşüb, eyni zamanda “Concept art” sahəsindəki yenilikləri izləyicilərə çatdırıb və onların suallarını cavablandırıb.

    Qeyd etmək lazımdır ki, “Concept art” filmlər, video oyunlar, animasiya və komikslərdə fikri çatdırmaq üçün istifadə olunan bir illüstrasiya formasıdır.

    Ustad dərsi “Zoom” tətbiqi vasitəsilə “Digitalart-lab” layihəsi iştirakçıları üçün nəzərdə tutulan proqrama əsasən keçirilib.

  • Kişineuda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin barelyefi açılacaq

    Moldovanın Kişineu şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin xatirə barelyefi açılacaq.

    Azərbaycanın Moldovadakı səfirliyindən bildiriblər ki, barelyefin quraşdırılması üçün Kişineu meriyası arasında razılaşma məsələləri artıq yekunlaşır. Dahi şairin xatirə barelyefi mərmərdən hazırlanıb və yaxın zamanda səfirliyin binasının küçə hissəsindəki divarda quraşdırılacaq.

    Qeyd edək ki, bu il dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Bununla bağlı, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb.

  • “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinə sənəd qəbulu başa çatıb

    Milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan dövlət studiyalarının və müstəqil prodüser mərkəzlərinin fəaliyyətini stimullaşdırmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri filmlərlə təbliğ etmək, kino peşəkarlarının təcrübələrini daha da yüksəltmək və Vətən müharibəsində qazanılmış böyük zəfərə kino vasitəsilə töhfə vermək məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinə sənəd qəbulu başa çatıb.

    Nazirlikdən bildirilib ki, 2020-ci ildə Vətən müharibəsində xalqımızın əldə etdiyi şanlı Qələbə, Azərbaycan əsgərinin ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda göstərdiyi qəhrəmanlıq mübarizəsi, yurd həsrəti ilə alışıb-yanan həmyerlilərimizin dədə-baba torpaqlarına qovuşması, habelə arxa cəbhədə yumruq kimi birləşən vətəndaşlarımızın fəaliyyəti mövzularını əhatə edən müsabiqəyə təqdim edilmiş işlərdən müsabiqənin ilkin qəbul şərtlərinə cavab verən 49 layihə ikinci – bədii seçim mərhələsində iştirak hüququ əldə edib.

    Qəbul olunmuş layihələrdən 5-i televiziya kanalları, 7-si dövlət studiyaları, 37-si isə müstəqil prodüser mərkəzləri tərəfindən təqdim olunub.

    Qeyd edək ki, bədii seçim mərhələsində film layihələrini mədəniyyət nazirinin əmri ilə təsdiq edilmiş münsiflər heyəti bədii-kinematoqrafik baxımdan aprelin 16-dək qiymətləndirəcək və qaliblərin adları Mədəniyyət Nazirliyinin www.mct.gov.az internet saytında və “Mədəniyyət” qəzetində açıqlanacaq. Bu mərhələdə seçilən layihələr 3-cü mərhələyə – istehsalçıların Pitçinqi mərhələsinə buraxılacaq.

    Aprelin 19-29-da təşkil olunacaq Pitçinqdə layihələrin təqdimatı müəlliflər tərəfindən həyata keçiriləcək, iştirakçılar layihələrini açıq Pitçinqdə müdafiə edəcəklər. Bu mərhələdə münsiflər heyətinin rəyi əsasında ən yaxşı layihələr müəyyən ediləcək. Aprelin 30-da elan ediləcək qalib layihələr onları təqdim etmiş müəssisə tərəfindən Mədəniyyət Nazirliyinin sifarişi və maliyyə təminatı əsasında istehsal olunacaq.

  • Şuşa qalasının karvansaraları

    Böyük İpək yolunun üzərində yerləşən Azərbaycanın ticarət əhəmiyyətli şəhərlərində və karvan yolları üzərində karvansaralar tikilib. Karvansaralar ticarət məqsədilə bir şəhərdən digərinə gedən yolun üstündə karvanların dayanacaq yeri kimi nəzərdə tutulub. Onun içərisində mehmanxana tipli istirahət otaqları, minik və yük heyvanları üçün ayrıca tövlə və axurlar, ticarət mallarının saxlanması üçün anbarlar, müxtəlif dükan, yeməkxana və s. olurdu. Öz quruluşuna görə karvansaralar bir-biri ilə əlaqəsi olmayan çoxlu kiçik otaqlarda qonaqları yerləşdirməyə, onların rahat qalmasına və mallarının saxlanmasına imkan verən, hər cür şərait yaradılmış ictimai binalar sayılırdı. Eyni regiondan gələn, eyni dildə danışan tacirlər, karvan sahibləri, səyyahlar təhlükəsizlik naminə eyni karvansarada yerləşməyə çalışırdılar.

    Şuşa karvansaraları haqqında məlumat verən Qarabağ tarixi, eləcə də qədim diyarın etnoqrafiyası barədə 20-dən çox kitabın müəllifi, tədqiqatçı-jurnalist Vasif Quliyevin verdiyi məlumata görə, qalada ilk karvansara XIX əsrin birinci yarısında Qarabağın dövlətli tacirlərindən olan Hacı Məhərrəm Kərbəlayı Hüseyn oğlu tərəfindən tikilib və el arasında sahibinin adı ilə də tanınıb. Onun dediyinə görə, karvansara həmişə yaxşı gəlir gətirir və mədaxili, əsasən, dini işlərə sərf olunurdu. Hər il dindar adamlar Məhərrəm ayının on gününü burda İmam Hüseynə təziyə saxlayır, imam ehsanı verirdilər. Hacı Məhərrəm Kərbəlayı Hüseyn oğlunun vəfatından sonra oğlanları Hacı Abbas və Məhəmməd dağılmaqda olan karvansaranı bərpa etdirib birgə işlədiblər.

    Müsahibimiz daha sonra deyib: “Qalanın yuxarı hissəsində isə hər meydanının qərb hissəsində “Şeytanbazar” da Hacı Əmiraslan bəyin karvansarası vardı. XIX əsrin ilk illərində İbrahimxəlil xan Cavanşirin böyük oğlu Məhəmmədhəsən ağanın lələsi Hacı Əmiraslan bəy Məhəmməd bəy oğlu (Mir Möhsün Nəvvabın ana babası) tərəfindən tikilmişdi. Karvansara sahibinin vəfatından sonra kürəkənləri Hacı Mir Əhməd ağa Mir Fəseh ağa oğlu və Mirzə Qasım bəy Məşədi Həsən ağa oğlu karvansaranı Məşədi Hüseyn Mirsəyyaf oğluna satmışdılar.

    XIX əsrin ikinci yarısında (18888-1889) dindar varlılardan olan Məşədi Hüseyn Mir Səyyaf oğlu Hacı Əmiraslan bəyin Şuşanın “Şeytanbazar” hissəsində mehmanxana tipli ikimərtəbəli karvansaralarını alandan sonra söküb yerində təzəsini tikdirmiş və xalq arasında “Mirsiyab oğlunun karvansarası” kimi tanınmışdı. Məşədi Hüseyn vəfat edəndən sonra oğlanları Ağa Qəhrəman və Məşədi Şükür karvansaranı şərikli işlətməyə başlayıblar. Karvansara istər böyüklüyünə, istərsə də memarlıq xüsusiyyətinə görə şəhərdəki digər karvansaralardan seçilirdi. Birinci mərtəbədə 25 dükan, dəlləkxana, çəkməçi, dərzi, sərrac, papaqçı, nalbənd və s. dükanlar, bir neçə ticarət kontoru, dini ayinləri icra etmək üçün şəhərdəki məscidlərin bəzilərindən böyük məscid, ikinci mərtəbədə isə tacirlərin, səyyahların, ümumiyyətlə, şəhərin qonaqlarının dincəlməsi üçün 25 mənzil vardı. Şimal tərəfdən- çöl tərəfdən əlavə 4 dükan, 3 böyük dalan və qapançı vardı. Karvansarada təkcə Qafqazın şəhərlərindən deyil, həm də İran, Türkiyə, Ərəbistan, Orta Asiya, Rusiya və başqa Avropa ölkələrindən gələn tacirlər də qalırdı. Son dövrlərə qədər burda örtülü şəhər bazarı fəaliyyət göstərirdi”.

    “Karvansara vəqf mülkiyyətinə daxil idi. Onun kitabəsindəki vəqfnaməni Əli Hacı Abbasoğlu yazmışdı. Vəqfnamənin vəqfi dörd parça əhəng daşı üzərində fars dilində nəstəliq xətlə qabarıq surətdə həkk olunmuşdu. Onlardan başqa Şuşa qalasında Uğurlu bəyin, Murad bəyin, Hacı Hüseynin, Gövhər ağanın, Hacı Abbas bəyin, Cavad ağanın və Xanlıq Muxtarın karvansaraları da olub”,-deyə tədqiqatçı-jurnalist bildirib.

  • Azərbaycan və Macarıstan Milli kitabxanaları arasında qarşılıqlı əməkdaşlıq əlaqələri genişlənir

    Martın 30-da Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi və onun ikinci katibi, Mədəniyyət və Təhsil məsələləri üzrə diplomat Mihay Qruber Azərbaycan Milli Kitabxanasında olub.

    Milli Kitabxananın direktoru professor Kərim Tahirov hər iki ölkənin milli kitabxanaları arasında qarşılıqlı əməkdaşlıqdan, beynəlxalq kitab və informasiya mübadiləsindən danışıb. Sonra o, qonaqlara Milli Kitabxana barədə məlumat verərək pandemiya şəraitində oxuculara göstərilən onlayn xidmətlər barədə danışıb. Bildirib ki, pandemiya dövründə Milli Kitabxananın virtual oxucularının sayı artaraq 2 milyondan artıq olmuşdur.

    Kərim Tahirov Milli Kitabxananın “Beynəlxalq əməkdaşlıq zalı” barədə qonaqlara məlumat verərək həmin zalda 13 ölkəyə dair ədəbiyyat kolleksiyalarından ibarət daimi guşənin təşkil olunduğunu bildirib. Həmin guşədə gələcəkdə macar ədəbiyyatına dair daimi guşənin olmasını arzu etdiyini bildirərək Azərbaycana dair belə bir guşənin Macarıstan Milli Kitabxanasında da təşkil olunmasını vacib hesab edib.

    Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi iki ölkə arasında olan dostluq əlaqələrinin daha da möhkəmlənməsi, qarşılıqlı beynəlxalq kitab mübadiləsinin əhəmiyyətindən, gələcək əməkdaşlıqdan danışıb. Macarıstan Milli Kitabxanasında Azərbaycana dair ədəbiyyatın əhatə olunduğu elektron kataloqun yaradılması və eləcə də Azərbaycan Milli Kitabxanasında macar ədəbiyyatının əhatə olunduğu elektron kataloqun yaradılması fikrini irəli sürüb.

    Görüşdə Macarıstanın ölkəmizdəki səfirinin ikinci katibi, Mədəniyyət və Təhsil məsələləri üzrə diplomat Mihay Qruber danışaraq Milli Kitabxananın fondunda kiril qrafikasında olan macar ədəbiyyatının latın qrafikasına keçirmək istəyini vurğulaıb.

    Bu təklifi alqışlayan kitabxananın direktoru Kərim Tahirov həmin ədəbiyyatın siyahısını tərtib edib onlara təqdim edəcəyini bildirərək, Macarıstan Milli Kitabxanasında mühafizə olunan Azərbaycanla bağlı ədəbiyyatın da siyahısının tərtib olunmasında köməklik göstərməsini səfirdən xahiş edib.

    Görüşdə eyni zamanda Azərbaycan və Macarıstan Milli Kitabxanaları arasında qarşılıqlı əməkdaşlığa dair 2012-ci ildə imzalanmış və gələn il müddəti başa çatan Memorandumun yeni layihəsinə dair təkliflərin hazırlanaraq təqdim olunması barədə də razılığa gəlinib və burada Azərbaycan klassik şairlərinin əlyazmalarının digital nüsxələrinin hazırlanması məsələsinə xüsusi fikir verilməsi qərara alınıb.

    Daha sonra qarşılıqlı hədiyyələr təqdim olunub.

  • “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinə sənəd qəbulu başa çatıb
    Milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan dövlət studiyalarının və müstəqil prodüser mərkəzlərinin fəaliyyətini stimullaşdırmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri filmlərlə təbliğ etmək, kino peşəkarlarının təcrübələrini daha da yüksəltmək və Vətən müharibəsində qazanılmış böyük zəfərə kino vasitəsi ilə töhfə vermək məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinə sənəd qəbulu başa çatıb. 2020-ci ildə Vətən müharibəsində xalqımızın əldə etdiyi şanlı Qələbə, Azərbaycan əsgərinin ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda göstərdiyi qəhrəmanlıq mübarizəsi, yurd həsrəti ilə alışıb-yanan həmyerlilərimizin dədə-baba torpaqlarına qovuşması, habelə arxa cəbhədə yumruq kimi birləşən vətəndaşlarımızın fəaliyyəti mövzularını əhatə edən müsabiqəyə təqdim edilmiş işlərdən müsabiqənin ilkin qəbul şərtlərinə cavab verən aşağıdakı 49 layihə ikinci – Bədii seçim mərhələsində iştirak hüququ əldə etmişdir: № Təqdim edən müəssisə Layihənin adı Layihənin növü 1 “Oksimedia” MMC “Vətən sağ olsun” animasiya filmi 2 “Oksimedia” MMC “Atama söz” q/m bədii film 3 “Oksimedia” MMC “Qələbə bizimdir” q/m bədii film 4 “Birlik kinostudiyası” MMC “Qarabağ nağılı” animasiya filmi 5 “Birlik kinostudiyası” MMC “Müqəddəs torpaq” q/m bədii film 6 “İnteraz Media and Broadcastig” MMC “Tanrının Nəbzi” q/m bədii film 7 “İnteraz Media and Broadcastig” MMC “Nəfəs” q/m bədii film 8 “OB Film” MMC “Tarix” animasiya filmi 9 “OB Film” MMC “Sülh göyərçini” q/m bədii film 10 “Nova Gorica” kino şirkəti “Mənəm Yusif” q/m bədii film 11 “Nova Gorica” kino şirkəti “Qarabağlardan Qarabağa” Sənədli film 12 “Mediamaster” MMC “Vətən aslanları” q/m bədii film 13 “Mozalan”studiyası MMC “İkinci planetin qırmızı rəngi” q/m bədii film 14 “Karvan production” MMC “Çamadan” q/m bədii film 15 “Karvan production” MMC “Arxa cəbhə” q/m bədii film 16 “Karvan production” MMC “Dağların Şuşası” q/m bədii film 17 “YFilm” prodakşın servis “Sarı Kişi” q/m bədii film 18 “3 dost” MMC “Qayıtmışam” animasiya filmi 19 “3 dost” MMC “Təranənin arzusu” animasiya filmi 20 “Buta” film MMC “Ağdam” q/m bədii film 21 “Vətən tv” Media şirkəti MMC “General”(Mais Bərxudarov) sənədli filmi 22 “Alioğlu Media Group” “Oyanış” q/m bədii film 23 C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası “Xurşidbanu Nətavan” q/m bədii film 24 C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası “Fulya” sənədli film 25 C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası “Müharibənin uşaqları” sənədli film 26 “Rakord” MMC “Torpaq və Su” sənədli film 27 “Rakord” MMC “Divar” animasiya filmi 28 “Rakord” MMC “Xarı Bülbül” q/m bədii film 29 “YFilm” prodakşın servis “Evə dönüş” q/m bədii film 30 “İctimai Televizya və Radio Yayımları Şirkəti” “Gün, ay” q/m bədii film 31 “İctimai Televizya və Radio Yayımları Şirkəti” “Su kiçiyin yol böyüyün” q/m bədii film 32 “YFilm” prodakşın servis “Ziyarət” sənədli film 33 “İctimai Televizya və Radio Yayımları Şirkəti” “Yolun dəyəri” q/m bədii film 34 “Balans” MMC “Qayıdış günü” animasiya filmi 35 “Balans” MMC “Ümid dibçəyi” q/m bədii film 36 “Balans” MMC “Çin olan gizlinlər” sənədli film 37 “Pərifilm” MMC “Toxum” animasiya filmi 38 “Marcom”MMC “Yanmış evdəki çılçıraq” q/m bədii film 39 “NN” film “Toxumun qayıdışı” animasiya filmi 40 “Debüt” studiyası   “İki gün” q/m bədii film 41 “Debüt” studiyası   “Evimin səsi” q/m bədii film 42 “Azanfilm” studiyası “Həyat davam edir” animasiya filmi 43 “Ultra Production” MMC “Hasar” q/m bədii film 44 “Ultra Production”MMC “YAMAC” animasiya filmi 45 “Varyox” MMC “Güzgü” sənədli film 46 “Varyox” MMC   “Qayıdış” q/m bədii film 47 “Sinema” Gənc Kinematoqrafçılar Mərkəzi “Gedənlərin qayıtması” q/m bədii film 48 “İLK media” “Ərik ağacı” q/m bədii film 49 “Cinema Art” “Ceyranın səyahəti” animasiya filmi   Qəbul olunmuş layihələrdən 5-i televiziya kanalları, 7-si dövlət studiyaları, 37-si isə müstəqil prodüser mərkəzləri tərəfindən təqdim edilib. Qeyd edək ki, Bədii seçim mərhələsində film layihələrini Azərbaycan Respublikası mədəniyyət nazirinin əmri ilə təsdiq edilmiş Münsiflər heyəti bədii-kinematoqrafik baxımdan 16 aprel 2021-ci il tarixinədək qiymətləndirəcək və qaliblərin adları Mədəniyyət Nazirliyinin www.mct.gov.az internet saytında və “Mədəniyyət” qəzetində açıqlanacaq. Bu mərhələdə seçilən layihələr 3-cü mərhələyə – istehsalçıların Pitçinqi mərhələsinə buraxılacaq. 19-29 aprel 2021-ci il tarixində təşkil olunacaq Pitçinqdə layihələrin təqdimatı müəlliflər tərəfindən həyata keçiriləcək, iştirakçılar layihələrini açıq Pitçinqdə müdafiə edəcəklər. Bu mərhələdə Münsiflər heyətinin rəyi əsasında ən yaxşı layihələr müəyyən ediləcək. 30 aprel 2021-ci il tarixdə elan ediləcək Qalib layihələr onları təqdim etmiş müəssisə tərəfindən Mədəniyyət Nazirliyinin sifarişi və maliyyə təminatı əsasında istehsal olunacaq.
  • Aşıq Ələsgərin 200 illiyinə həsr olunmuş “Göyçədən türk dünyasına” mövzusunda videokonfrans keçirildi
    Martın 29-da Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin (1821-1926) 200 illik yubileyinə həsr olunmuş “Göyçədən türk dünyasına” mövzusunda videokonfrans keçirildi. Videokonfrans Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, TÜRKSOY, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Aşıqlar Birliyi, Azərbaycan Qaçqınlar Cəmiyyəti, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə gerçəkləşdi. Konfransı giriş sözü ilə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva açaraq tədbir iştirakçılarını salamladı. Bildirdi ki, konfransın “Göyçədən türk dünyasına” adlandırılması təsadüfi deyil. Aşıq Ələsgər Göyçədə doğulmuş, ustad dərsi almış, sağlığında böyük nüfuz qazanmış qüdrətli sənətkardır: “Aşıq Ələsgərin həyat və yaradıcılığı yalnız sənətkarlıq baxımından deyil, ifadə etdiyi bir çox mənalar baxımından da qiymətlidir, vacibdir. Ona görə ki, Göyçə bu gün siyasi coğrafiyamıza aid olmasa da, mədəniyyət coğrafiyamıza aiddir”. Konfransda çıxış edən mədəniyyət naziri Anar Kərimov Aşıq Ələsgər yaradıcılığının bütün türk dünyası üçün önəmli rol oynadığını vurğuladı. Qeyd etdi ki, Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə bədii-estetik meyarlarla yeni məzmun qazandırıb. Prezident İlham Əliyev Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd olunması ilə bağlı 18 fevral 2021-ci il tarixində sərəncam imzalayıb. Sərəncama əsasən, ustad sənətkarın yubileyi geniş şəkildə qeyd olunacaq. Hazırda Mədəniyyət Nazirliyi tərəfindən aidiyyəti qurumlarla birgə tədbirlər planı hazırlanır. Aşıq Ələsgər yaradıcılığının daim dövlətimizin diqqət mərkəzində olduğunu bildirən nazir dedi ki, hələ sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə böyük söz ustadının 150 illik yubileyi respublikamızda və onun hüdudlarından kənarda təntənəli şəkildə qeyd olunub. Tarixi Azərbaycan torpağı olan Göyçə mahalında Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldılıb, Azərbaycan Elmlər Akademiyası tərəfindən əsərləri iki cilddə nəşr olunub. Müstəqillik illərində də Aşıq Ələsgərə, bütövlükdə bu ulu sənətə ölkəmizdə diqqət və qayğı olub. 2009-cu ildə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə aşıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Aşıq Ələsgərin yaradıcılığı dini inanclarımıza sayğı, Vətənə və onun təbiətinə vurğunluq, cəhalətə, sosial ədalətsizliyə qarşı etiraz, məhəbbətə, dostluğa, sədaqətə, halal zəhmətə, düzlüyə çağırışdan ibarətdir. Öz zəngin və mənalı yaradıcılığı ilə ustad aşıq bu gün də bizimlədir”. Nazir çıxışının sonunda tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirdi, konfransın işinə uğurlar arzuladı. Sonra videokonfrans şair-publisist Əkbər Qoşalının moderatorluğu ilə davam etdi. Beynəlxalq Türk Mədəniyyət və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxışında Aşıq Ələsgərin sözü və sazının Göyçə mahalından başlayaraq türk dünyası xalqlarının genetik yaddaşına həkk olunduğunu vurğuladı. Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Aşıq Ələsgəri türk dünyasında aşıq ədəbiyyatını zirvələrə qaldırmış qüdrətli ustad kimi xarakterizə etdi: “Aşıq Ələsgər aşıq ədəbiyyatının nizamnaməsini yaratmış ölməz sənətkardır”. Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Aşıq Ələsgəri bu ulu sənətin ən yüksək zirvəsi adlandırdı. Bildirdi ki, onun irsi aşıq yaradıcılığının bütün janrlarına böyük təsir göstərib. TÜRKSOY-un Baş katibi Düsen Kaseinov dedi ki, il ərzində Aşıq Ələsgərin 200 illiyi ilə bağlı da təşkilat tərəfindən müxtəlif layihələr həyata keçiriləcək. Konfransda çıxış edən Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdıralı, Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı, “Dədə Ələsgər Ocağı” İctimai Birliyi Təşkilat komitəsinin sədri Xətai Ələsgərli, Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri, millət vəkili Əziz Ələkbərli, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin sədri Arzu Bağırova, Azərbaycan Dövlət Pedaqoji Universiteti Quba filialının direktoru Yusif Alı Afşar və yazıçı, tərcüməçi İmdat Avşar qüdrətli söz ustadının aşıq yaradıcılığının inkişafındakı xidmətlərindən söz açdılar. Daha sonra məruzələr dinlənildi. Aşıq Bəhmən Göyçəli Dədə Ələsgərin “Yaylaq”, Aşıq Samirə isə “Gözələ” şeirləri üstündə saz havalarını ifa etdilər.
  • Moskvada Nizami Gəncəvinin 880 illiyi münasibətilə Qara Qarayevin “Yeddi gözəl” baletinin növbəti nümayişi olacaq
    Martın 30-da Moskva Quberniya Teatrının səhnəsində dünya şöhrətli Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baleti nümayiş olunacaq. SSRİ Xalq artisti Vyaçeslav Qordeyevin rəhbərlik etdiyi “Rus baleti” teatrı tərəfindən 2015-ci ildə səhnələşdirilən tamaşanın hər nümayişi böyük maraqla qarşılanır. “Yeddi gözəl” bu il fevralın 9-da Qara Qarayevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Rus baleti”nin  təqdimatında Moskva Quberniya Teatrında nümayiş olunmuşdu.   Baletin eyni səhnədə budəfəki təqdimatı isə dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunub. Tamaşanın quruluşçu baletmeysterləri Azərbaycanın Xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədovdur. “Rus baleti” teatrının baletmeysteri, Azərbaycanın Əməkdar artisti Vitali Axundov  tamaşanın yeni redaksiyanı hazırlayıb. Qeyd edək ki, Vitali Axundov vaxtilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Yeddi gözəl” baletində Bəhram şah rolunun ifaçısı olub. “Yeddi gözəl” baletinin süjetinin əsasını dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin eyniadlı poeması təşkil edir. Sevgi, dostluq, xəyanət, hökmranlıq,  sədaqət və ədalətdən bəhs edən poemanın motivləri əsasında görkəmli bəstəkar Qara Qarayevin yazdığı (libretto müəllifləri İsmayıl Hidayətzadə, Yuri Slonimski, Sabit Rəhman) baletin premyerası 1952-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçirilib. Müxtəlif illərdə “Yeddi gözəl” baleti Rusiya (Moskva, Sankt-Peterburq, Ufa, Saransk, Sıktıvkar, Perm), Belarus, Ukrayna, Türkiyə, ABŞ, Belçika teatrlarında səhnəyə qoyulub. SSRİ Xalq artisti, professor Vyaçeslav Qordeyevin rəhbərliyi ilə fəaliyyət göstərən “Rus baleti” Moskva Vilayət Dövlət Akademik Teatrı əksəriyyəti “Qu gölü”, “Yatmış gözəl”, “Şelkunçik”, “Jizel”, “Zoluşka”, “Don Kixot”, “Şəhrizad” kimi klassik nümunələrdən ibarət olan geniş repertuara malikdir. Bu teatra klassik xoreoqrafiyanın məşhur nümunələri və onların virtuoz ifası ilə yanaşı, həm də bədii rəhbərin müəllif quruluşları da şöhrət qazandırıb. Hazırda teatrın truppasında 70-dən çox rəqqas, balet müsabiqələrinin laureatları fəaliyyət göstərir. Hər il gənc ifaçıların qoşulduğu truppada ABŞ, İtaliya və Yaponiyadan olan balet artistləri də çalışır.
  • Aşıq Ələsgərin 200 illik yubileyi münasibətilə tədbir keçirilib

    Martın 29-da Üzeyir Hacıbəylinin ev-muzeyində Aşıq Ələsgərin 200 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

    Tədbirdə muzeyin direktoru, Xalq artisti, bəstəkar Sərdar Sərəcov qədim Göyçə mahalında 1821-ci ildə anadan olan Aşıq Ələsgərin çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırdığını, xalq ruhunda həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etdiyini söyləyib. O, Aşıq Ələsgərin yubileyinin ölkə hüdudlarından kənarda, UNESCO səviyyəsində keçirilməyə layiq olduğunu deyib.

    Şair Qurban Hüseyn Aşıq Ələsgər işığına toplaşan tədbir iştirakçılarına təşəkkürünü bildirərək deyib ki, Uzeyir bəyin ruhu şaddır, çünki onun ocağında Aşıq Ələsgərin belə bir yubiley tədbiri keçirilir. O, çıxışı zamanı Aşıq Ələsgərin qoşmalarından nümunələr söyləyib.

    Aşıq Muradın qızı Şəlalə Niyazlı çıxış edərək gənclik illərindən Aşıq Ələsgər yaradıcılığının vurğunu olduğunu, onun şeirlərini sevə-sevə oxuduğunu deyib. Bu həvəsi onda atası Aşıq Muradın yaratdığını vurğulayıb.

    Aşıq Ələsgərin nəticəsi tarixçi Vaqif Həsənov çıxışında Aşıq Ələsgərin 200 illik yubileyinin geniş miqyasda keçirilməsi haqqında Sərəncama görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.

    Tədbirin bədii hissəsində aşıq Gəncəli Babayev “Qəhrəman” və “Ovşarı” havalarını ifa edib. Balabanda onu Ələkbər Ələkbərov müşayiət edib.

    Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 18-də Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd olunması haqqında Sərəncam imzalayıb.