Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR

  • Özbəkistan portalı Məşədi Cəmil Əmirov haqqında məqalə çap edib

    Özbəkistanın “uchildiz.uz” xəbər portalı öz səhifəsində görkəmli tarzən Məşədi Cəmil Əmirov haqqında məqalə yerləşdirib.

    Portalda Məşədi Cəmil Əmirovun həyatı, fəaliyyəti, Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətləri haqqında ətraflı məlumat verilir.

    Qeyd edilir ki, tanınmış bəstəkar Fikrət Əmirovun atası Məşədi Cəmil Əmirov 1875-ci ildə Şuşada doğulub, ilk təhsilini mədrəsədə alıb, sonra musiqiyə maraq göstərib, tarzən olmaqla yanaşı həm də xanəndə, bəstəkar və dirijor kimi tanınıb.

    Bildirilir ki, Məşədi Cəmil Əmirovun musiqi müəllimi məşhur musiqiçi Mir Möhsün Nəvvab olub və Şuşada musiqi məclislərinə onu da aparıb.

    Getdikcə populyarlaşan Məşədi Cəmil Əmirov Şuşadan başqa Qarabağın digər yerlərinə, Gəncə, Şəki, Şirvan və digər şəhərlərdə məclislərə dəvət olunur.

    Sonra Gəncəyə köçən tarzən şəhərdə keçirilən bayramlarda və müxtəlif məclislərdə Malıbəyli Həmid, Musa Şuşinski, sonralar isə Bülbül və Seyid Şuşinskini müşayiət edib. Tarzən həm də qarmon, kamança və fortepianoda məharətlə ifa edib. 1910-cu ildə Məşədi Cəmil Əmirov bir qrup musiqiçi ilə birlikdə Riqa şəhərinə dəvət olunur, “Qrammofon” firması onun ifasında bir sıra muğamı və xalq mahnısını lentə alır.

    1911-ci ildə o, İstanbula gedir, orada iki il musiqi təhsili alır, notu kamil öyrənir və Azərbaycan muğamlarını nota köçürən ilk musiqiçi kimi tanınır. O, İstanbulda Avropa və Şərq bəstəkarlarının əsərləri ilə tanış olur, həm də vaxtaşırı konsertlər verir, klassik muğamlar, təsniflər, xalq mahnıları oxuyur.

    Məqalədə Məşədi Cəmil Əmirov haqqında tanınmış musiqiçilərin fikirlərinə də yer verilib. Bildirilir ki, 1916-cı ildə Məşədi Cəmil Əmirov gənc xanəndə Bülbüllə birlikdə Tiflis və İrəvanda anşlaqla keçən konsertlər verir.

    Qeyd olunur ki, məqalə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə musiqişünas Firudin Şuşinskinin “Azərbaycanın xanəndələri və musiqiçiləri” kitabı əsasında hazırlanıb.

  • "Tsaritsino" muzey-qoruğunda “Mənim Azərbaycanım” konserti keçiriləcək

    Moskvada "Tsaritsino" muzey-qoruğunda "Tsaritsində səfir axşamları" layihəsi çərçivəsində martın 18-də Azərbaycan mədəniyyətinə həsr olunmuş konsert keçiriləcək.

    "Tsaritsində səfir axşamları" layihəsi Rusiya tamaşaçılarını ən müxtəlif ölkələrin və xalqların mədəni irsinin müxtəlifliyi ilə tanış edir.

    Gecənin təşkilatçıları Azərbaycanın Rusiyadakı səfirliyinin və şəxsən səfir Polad Bülbüloğlunun dəstəyi ilə Müəllif Hüquqları Sahiblərinə Dəstək Milli Fondu və "Tsaritsino" Muzey-Qoruğudur.

    Konsert Polad Bülbüloğlunun əfsanəvi mahnılarından birinin şərəfinə "Mənim Azərbaycanım" adlanır - proqramı həmin mahnı açacaq. Tədbirdə həmçinin dinləyicilərin ən sevdiyi Müslüm Maqomayevin repertuarına da diqqət yetiriləcək, proqramın ayrıca bloku Azərbaycan xalq mahnısına həsr ediləcək, Azərbaycan dilində opera ariyaları da səslənəcəkdir. Musiqi əsərlərini Emil Kadırov (tenor) və Stanislav Serebrennikov (fortepiano) ifa edəcəklər.

    Konsert "Kultura.RF" portalında, Odnoklassniki sosial şəbəkəsində, "Tsaritsino" Muzey-Qoruğunun veb-saytında, "Muzıkalnı Klondayk" xəbər agentliyinin “Facebook” və VKontakte səhifələrində, habelə "Tsaritsində səfir axşamları" layihəsinin ambassadore.ru saytında yayımlanacaq.

    "Tsaritsino" Muzey — Qoruğu II Yekaterina üçün şəhərkənarı iqamətgah olaraq inşa edilən XVIII əsrin saray kompleksidir. XIX əsrin ikinci yarısında xarabalıqların ətrafında xüsusilə yazıçılar və rəssamlar arasında tez bir zamanda məşhurlaşan bağ qəsəbəsi inşa edilmişdir. 1927-ci ildə Tsaritsində Diyarşünaslıq Muzeyi yaradılmış və 2007-ci ildə burada rəsmi olaraq tam bərpa olunmuş saray-park ansamblı açılmışdır.

  • “Dünyamızı qoruyaq: Türk dünyasının adət-ənənələri” adlı beynəlxalq rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

    Martın 16-da Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Novruz bayramının qeyd olunması və “Dünyamızı qoruyaq: Türk dünyasının adət-ənənələri” adlı beynəlxalq rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

    Tədbiri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva açaraq qarşıdan gələn Novruz bayramı münasibətilə iştirakçıları təbrik edib.

    G.Əfəndiyeva qeyd edib ki, Novruz bayramı ümumi mədəni dəyəri ilə dünyada mühüm yerə sahibdir və təsadüfi deyildir ki, artıq 10 ildən çoxdur ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. BMT tərəfindən martın 21-i beynəlxalq bayram kimi bütün dünyada hər il böyük coşqu ilə qeyd olunmaqdadır. Bu, bütün dünya ölkələri tərəfindən Novruz bayramına verilən dəyərin göstəricisidir.

    “Novruz yeni ilin başlanğıcıdır. Türkdilli xalqların mədəniyyətində Novruz yazı, yaşam sevincini, ruhun təmizlənməsini ifadə etməklə yanaşı, oyanan təbiət ilə birlikdə məhsuldarlığı ifadə edən məna və elementlərlə zəngindir. Türk dünyasında sülh bayramı kimi də xatırlanan Novruz bizim genetik yaddaşımızın göstəricisidir. Bu bayram günlərində unudulmuş adətlər xatırlanır, qədim ənənələr canlanır. Qürurverici haldır ki, Novruz 30 ildən sonra doğma Qarabağımıza, işğaldan azad etdiyimiz yurd-yuvamıza qayıdır. Əcdadlarımızdan qalan bu ənənələr bizim üçün bir mirasdır. Bizim məqsədimiz bu ənənələri yaşatmaq və dünyada təbliğ etməkdir. Bu gün Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistandan, Türkmənistan və Macarıstandan olan uşaqların çəkdikləri əsərlərindən ibarət olan sərgi türk dünyasının qədim tarixini, mədəniyyətini və ən çox da ruhunu əks etdirir. Türk dünyasının qədim adət-ənənənləri bizi həmin o sehrli və sirli dünyaya aparır. Bizi Novruzun gətirdiyi saflığa, xeyirxahlığa və mərhəmətə səsləyir və mənəvi dəyərlərimizə sahib çıxmağa çağırır”, -deyə Günay Əfəndiyeva vurğulayıb.

    Tədbirdə xarici işlər nazirinin müavini Ramiz Həsənov çıxışında müsabiqənin təşkilatçılarına minnətdarlığını bildirilib. Qeyd edib ki, Novruz bayramı yazı simvolizə edir. Türkdilli xalqlar yaz fəslini təbiətin canlanması ilə bağlayıb, onu yeni ilin başlanğıcı kimi qeyd ediblər. Novruz bayramı tarixin sınaqlarından çıxaraq bu günə qədər gəlib çıxıb. Sovet dövründə bu bayramın qeyd edilməsinə icazə verilməməsinə baxmayaraq, əsrlərdən qalmış ənənələrə sadiq qalaraq ölkəmizdə bu bayram hər zaman qeyd edilib. 2021-ci ilin Novruzu xalqımız üçün xüsusi önəm kəsb edir. Belə ki, 30 ilə yaxın düşmən tapdağında qalan torpaqlarımız azad edilmiş və ölkəmizin ərazi bütövlüyü bərpa olunmuşdur. Bu bayramın işğaldan azad olunmuş torpaqlarda qeyd olunmasına görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə və şanlı ordumuza borcluyuq.

    Tədbirdə çıxış edən Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Qırğız Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Muhammed Lou, Özbəkistanın Azərbaycandakı səfirliyinin attaşesi Oybek Akramov, Türkmənistanın Azərbaycandakı səfiri Mekan İşanquliyev, Macarıstanın Azərbaycandakı səfirliyinin katibi Mixay Qruber, Litvanın Azərbaycandakı səfiri Egidiyus Navikas, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam M. İshaqzai müsabiqəni yüksək qiymətləndirib və Novruz adət-ənənlərindən söz açıblar.

    Sonra rəsm müsabiqəsi iştirakçılarının sertifikatları təmsil olunduqları ölkələrin səfirlərinə təqdim edilib.

    Mərasimdə Fond tərəfindən elan olunan “Dünyamızı qoruyaq: Türk dünyasının adət-ənənələri” adlı beynəlxalq rəsm müsabiqəsinin qaliblərinin şəkillərindən ibarət sərgiyə baxış keçirilib.

    Türkdilli xalqların milli mətbəxinin nümunələrindən, onların tarixini və mədəniyyətini əks etdirən simvollardan ibarət stendlər qurulub. Fonda üzv və müşahidəçi ölkələrin milli musiqisinin müşayiəti ilə milli geyimlər nümayiş etdirilib.

    Qeyd edək ki, tədbir pandemiya şəraitinə uyğun olaraq təşkil olunub.

  • Ölkəmizdə mədəni sənayelərə fiziki məhdudiyyətli insanların cəlb olunması diqqət mərkəzindədir
    Martın 15-də Milli Xalça Muzeyində Azərbaycan Mədəniyyət Nazirliyi və “British Council”ın (Britaniya Şurası) birgə təşkilatçılığı ilə 23-26 fevral tarixində keçirilmiş “Muzeylərdə müyəssərlik və inklüzivlik” mövzusunda onlayn treninqin iştirakçılarına sertifikatların və “Şekspir xalçalarda” adlı müsabiqənin qaliblərinin eskizləri əsasında toxunan xalçaların təqdimat mərasimi baş tutdu. Qonaqları salamlayan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova bildirdi ki, müasir dövrdə hər bir muzey üçün ən önəmli məsələlərdən biri milli irs nümunələri kolleksiyaları haqqında məlumatların hamı üçün əlçatan olması, inklüziv mühitin yaradılmasıdır: “Xalça Muzeyi inklüzivliyi diqqət mərkəzində saxlayır. Bakıda və regionlarda fəaliyyət göstərən muzey və qoruqların əməkdaşlarının iştirakı ilə keçirilən “Muzeylərdə müyəssərlik və inklüzivlik” mövzusunda onlayn treninq bu mənada əhəmiyyətli layihədir”. Mərasimdə çıxış edən mədəniyyət naziri Anar Kərimov Azərbaycan və Böyük Britaniyanın uzun illərdir bir çox sahələrdə əməkdaşlıq etdiyini diqqətə çatdırdı. Böyük Britaniyanın xarici ölkələrlə elmi-mədəni əlaqələrini təşkil edən əsas təşkilat olan “British Council”ın Azərbaycanda da aktiv fəaliyyət göstərdiyini söyləyən nazir Mədəniyyət Nazirliyi və bu qurumun bir çox layihələrdə birgə əməkdaşlıq etdiyini, “Muzeylərdə müyəssərlik və inklüzivlik” mövzusunda treninqin də bu əməkdaşlığın daha bir göstəricisi olduğunu vurğuladı. Anar Kərimov bildirdi ki, Azərbaycan müasir dövlət və rifahlı cəmiyyət quruculuğu yolunda mühüm tarixi nailiyyətlər əldə edib, sosial dövlət statusunu daim gücləndirib, hər bir vətəndaşının, o cümlədən əlilliyi olan vətəndaşlarının sosial rifah halının yaxşılaşdırılmasını təmin etmək məqsədilə davamlı iş aparılır: “Ölkəmizdə təhsil və mədəniyyət sahəsi inklüzivlik üzrə ilk sıralarda qərarlaşıb. Mədəni sənayelərə fiziki qüsurlu insanların cəlb olunması qarşıda duran prioritet məsələlərdəndir. Bu məsələlərdə biz gələcəkdə də “British Council”ın təcrübəsindən faydalanacağıq. Azərbaycan muzeylərində dünya praktikasına əsaslanaraq fiziki məhdudiyyətli insanların rahat və maneəsiz hərəkəti, eksponatlar haqqında məlumatları əldə edə bilmələri üçün bir çox inklüziv layihələr müvəffəqiyyətlə həyata keçirilib”. Layihəyə dəstək olan təşkilatlara minnətdarlığını bildirən nazir “British Council”, Milli Xalça Muzeyi və Azərbaycan Rəssamlıq Akademiyasının birgə təşkilatçılığı ilə 2016-cı ildə Vilyam Şekspirin anadan olmasının 450 illiyinə həsr edilmiş “Şekspir xalçalarda” adlı müsabiqənin qaliblərinin eskizləri əsasında toxunan  xalçaların Xalça Muzeyinə hədiyyə edilməsini iki ölkə arasında mədəni əməkdaşlığın daha da inkişafına töhfə verən hadisə kimi dəyərləndirdi. Böyük Britaniyanın Bakıdakı səfiri Ceyms Şarp çıxışı zamanı bildirdi ki, mədəniyyətin qorunub saxlanılması və təbliğində əməkdaşlıq önəm kəsb edir. O, ötən ay Azərbaycanda səfərdə olan ölkəsinin Avropa qonşuluğu və Amerika bölgəsi üzrə dövlət naziri Vendi Mortonun İçərişəhəri və Heydər Əliyev Mərkəzini ziyarət etdiyini diqqətə çatdırdı. Bildirdi ki, səfirlik mütəmadi olaraq “British Council” vasitəsilə Azərbaycandakı mədəni layihələrə dəstək olur. “British Council”ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Samr Şah çıxışında təşkilatın əsas missiyasının insanları bir araya gətirərək mədəniyyətləri yaxınlaşdırmaqdan ibarət olduğunu bildirdi. Dedi ki, əlliliyi olan şəxslərə diqqət göstərilməsi, mədəni irsin təbliği də bu fəaliyyətin əsas istiqamətlərindən biridir. Çıxışlardan sonra “Muzeylərdə müyəssərlik və inklüzivlik” mövzusunda onlayn treninqin məhdud sayda iştirakçılarına sertifikatlar təqdim edildi. Daha sonra “Şekspir xalçalarda” müsabiqəsi qaliblərinin eskizləri əsasında toxunan üç xalça Samr Şah tərəfindən Milli Xalça Muzeyinə təqdim olundu. Tədbir iştirakçıları Mədəniyyət Nazirliyi tərəfindən 2020-ci ildə İtaliyanın Sartirano yarmarkasından alınaraq Milli Xalça Muzeyinə hədiyyə edilən və ekspozisiyada nümayiş olunan xalçalara baxış keçirdilər. Sonda qonaqlar Xalq rəssamı Arif Hüseynovun “Novruz naxışları” adlı sərgisi ilə tanış oldular.
  • Ölkəmizdə mədəniyyət sənayelərinə fiziki məhdudiyyətli insanların cəlb olunması diqqət mərkəzindədir

  • Gülnarə Xəlilova Qarabağ xalçalarına aid naxışların olduğu ipək şərflər təqdim edib

    Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova Qarabağ xalçalarına – “Xanlıq”, “Xan Qarabağ” və “Xantirmə” aid naxışların olduğu ipək şərflər təqdim edib.

    Qarabağ xalçaçılığı UNESCO-nun şifahi və qeyri-maddi irsinin şah əsərlər siyahısına Azərbaycan xalçaçılığının tərkib hissəsi kimi daxildir. Qarabağda xalçaçılıq xüsusən XVIII əsrdə inkişaf edib, Şuşa həmin dövrdə bu sənətin mərkəzi halına gəlib. Qarabağ xalçaları təkcə Azərbaycanın digər bölgələrində deyil, həm də Şərq ölkələrində istehsal edilən oxşar məmulatlar arasında həmişə öz gözəlliyi, rəng uyğunluqlarının ahəngi və ornamentlərilə seçilib. Qarabağ xalçalarının məftunedici zərifliyi Azərbaycanın hüdudlarından uzaqda bu sənətin qədir-qiymətini bilənlərin diqqətini cəlb edib, beynəlxalq mükafatlara layiq görülüb.

    G. Xəlilova deyib: “Azərbaycan əsrlər boyu öz incəsənətilə məşhur olan, xalçaçılığın haqlı olaraq qabaqcıl yer tutduğu diyardır. Xalqımız üçün xalçaçılıq onun zəngin mənəvi dünyasını, dünyagörüşünü və estetikasını əks etdirən mədəniyyət sahəsidir. Müxtəlif milli xalçaçılıq məktəblərinin məmulatları bir çox tarixi kitablarda, klassik ədəbiyyatda və folklorda mədh edilib, lakin xüsusi rol Qarabağ xalçalarına aiddir. Buna görə də növbəti layihəmi bu sahəyə həsr etmək qərarına gəldim”.

    Qeyd edək ki, G. Xəlilova bunadək Qarabağa həsr olunmuş kolleksiyalar təqdim etmişdi – “Xarı bülbül”, “Qarabağ”, “Qarabağ Azərbaycandır”.

  • Ölkəmizdə mədəni sənayelərə fiziki məhdudiyyətli insanların cəlb olunması diqqət mərkəzindədir

    Martın 15-də Milli Xalça Muzeyində Azərbaycan Mədəniyyət Nazirliyi və “British Council”ın (Britaniya Şurası) birgə təşkilatçılığı ilə “Muzeylərdə müyəssərlik və inklüzivlik” mövzusunda onlayn treninqin iştirakçılarına sertifikatların və “Şekspir xalçalarda” adlı müsabiqənin qaliblərinin eskizləri əsasında toxunan xalçaların təqdimat mərasimi keçirilib.

    Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova çıxışında müasir dövrdə hər bir muzey üçün ən önəmli məsələlərdən biri milli irs nümunələri kolleksiyaları haqqında məlumatların hamı üçün əlçatan olması, inklüziv mühitin yaradılması olduğunu bildirib: “Xalça Muzeyi inklüzivliyi diqqət mərkəzində saxlayır. Bakıda və regionlarda fəaliyyət göstərən muzey və qoruqların əməkdaşlarının iştirakı ilə keçirilən “Muzeylərdə müyəssərlik və inklüzivlik” mövzusunda onlayn treninq bu mənada əhəmiyyətli layihədir”.

    Mərasimdə çıxış edən mədəniyyət naziri Anar Kərimov Azərbaycan və Böyük Britaniyanın uzun illərdir bir çox sahələrdə əməkdaşlıq etdiyini diqqətə çatdırdı. Böyük Britaniyanın xarici ölkələrlə elmi-mədəni əlaqələrini təşkil edən əsas təşkilat olan “British Council”ın Azərbaycanda da aktiv fəaliyyət göstərdiyini söyləyən nazir Mədəniyyət Nazirliyi və bu qurumun bir çox layihələrdə birgə əməkdaşlıq etdiyini, “Muzeylərdə müyəssərlik və inklüzivlik” mövzusunda treninqin də bu əməkdaşlığın daha bir göstəricisi olduğunu vurğulayıb.

    Anar Kərimov bildirib ki, Azərbaycan müasir dövlət və rifahlı cəmiyyət quruculuğu yolunda mühüm tarixi nailiyyətlər əldə edib, sosial dövlət statusunu daim gücləndirib, hər bir vətəndaşının, o cümlədən əlilliyi olan vətəndaşlarının sosial rifah halının yaxşılaşdırılmasını təmin etmək məqsədilə davamlı iş aparılır: “Ölkəmizdə təhsil və mədəniyyət sahəsi inklüzivlik üzrə ilk sıralarda qərarlaşıb. Mədəni sənayelərə fiziki qüsurlu insanların cəlb olunması qarşıda duran prioritet məsələlərdəndir. Bu məsələlərdə biz gələcəkdə də “British Council”ın təcrübəsindən faydalanacağıq. Azərbaycan muzeylərində dünya praktikasına əsaslanaraq fiziki məhdudiyyətli insanların rahat və maneəsiz hərəkəti, eksponatlar haqqında məlumatları əldə edə bilmələri üçün bir çox inklüziv layihələr müvəffəqiyyətlə həyata keçirilib”.

    Layihəyə dəstək olan təşkilatlara minnətdarlığını bildirən nazir “British Council”, Milli Xalça Muzeyi və Azərbaycan Rəssamlıq Akademiyasının birgə təşkilatçılığı ilə 2016-cı ildə Vilyam Şekspirin anadan olmasının 450 illiyinə həsr edilmiş “Şekspir xalçalarda” adlı müsabiqənin qaliblərinin eskizləri əsasında toxunan xalçaların Xalça Muzeyinə hədiyyə edilməsini iki ölkə arasında mədəni əməkdaşlığın daha da inkişafına töhfə verən hadisə kimi dəyərləndirib.

    Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp çıxışı zamanı deyib ki, mədəniyyətin qorunub saxlanılması və təbliğində əməkdaşlıq önəm kəsb edir. O, ötən ay Azərbaycanda səfərdə olan ölkəsinin Avropa qonşuluğu və Amerika bölgəsi üzrə dövlət naziri Vendi Mortonun İçərişəhəri və Heydər Əliyev Mərkəzini ziyarət etdiyini diqqətə çatdırıb. Bildirib ki, səfirlik mütəmadi olaraq “British Council” vasitəsilə Azərbaycandakı mədəni layihələrə dəstək olur.

    “British Council”ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Samr Şah çıxışında təşkilatın əsas missiyasının insanları bir araya gətirərək mədəniyyətləri yaxınlaşdırmaqdan ibarət olduğunu söyləyib. Deyib ki, əlliliyi olan şəxslərə diqqət göstərilməsi, mədəni irsin təbliği də bu fəaliyyətin əsas istiqamətlərindən biridir.

    Çıxışlardan sonra “Muzeylərdə müyəssərlik və inklüzivlik” mövzusunda onlayn treninqin məhdud sayda iştirakçılarına sertifikatlar təqdim edilib.

    Daha sonra “Şekspir xalçalarda” müsabiqəsi qaliblərinin eskizləri əsasında toxunan üç xalça Samr Şah tərəfindən Milli Xalça Muzeyinə təqdim olunub.

    Tədbir iştirakçıları Mədəniyyət Nazirliyi tərəfindən 2020-ci ildə İtaliyanın Sartirano yarmarkasından alınaraq Milli Xalça Muzeyinə hədiyyə edilən və ekspozisiyada nümayiş olunan xalçalara baxış keçirdilər.

    Sonda qonaqlar Xalq rəssamı Arif Hüseynovun “Novruz naxışları” adlı sərgisi ilə tanış olublar.

  • Şamaxıda “Poeziya dünyasının dahisi” adlı sərgi açılıb

    Şamaxıdakı Heydər Əliyev Mərkəzində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr olunan “Poeziya dünyasının dahisi” adlı sərgi açılıb.

    Sərginin açılışı mərasimində çıxış edən mərkəzin direktoru Könül Eyvazova bu gün Azərbaycan mədəni irsinə, ədəbiyyatına, dünya şöhrətli dahi sənətkarlarına verilən dəyərdən, göstərilən diqqət və qayğıdan danışıb. Prezident İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə bağlı verdiyi Sərəncamın bu dəyərin, qayğının parlaq nümunəsi olduğunu diqqətə çatdırıb. Böyük mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyinin tamam olduğunu vurğulayan K.Eyvazova təşkil olunan sərgidə dahi sənətkarın əsərlərinin təqdim edildiyini, rəsm həvəskarlarının çəkdikləri portretini, əsərlərindən hazırladıqları illüstrasiyaları nümayiş etdirdiklərini bildirib.

    Tədbirin sonunda “Nizami” filmi göstərilib.

  • Özbəkistanın “Şərq ulduzu” ədəbi jurnalında Anar haqqında məqalə yer alıb

    Daşkənddə özbək dilində çap edilən “Şərq ulduzu” ədəbi jurnalı Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar haqqında geniş məqalə çap edib.

    Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin dosenti Adxambek Alimbekovun yazdığı materialda Anarın həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verilir, böyük həcmli əsərləri təhlil olunur.

    Yazıda Anarın Daşkənddə çap olunan kitablarından da söhbət açılır, qeyd edilir ki, yazıçının “Mən, sən, o və telefon” və “Qirmızı limuzin” kitabları özbək dilində işıq üzü görüb və uğur qazanıb.

    Bildirilir ki, Anarın əsərlərini özbək dilinə Usman Kuçkar, Babaxan Şərif, Mamatkul Xazratkulov, Feyzi Şahismayıl, Rüstəm Cabbarov, Erkin Usmanov və digər tərcüməçilər çevirib.

    Xatırladaq ki, jurnalda vaxtaşırı Azərbaycan şair və yazıçılarının əsərləri çap olunur.

  • “YouTube”-un İtaliya üzrə platformasında Azərbaycanda keçirilən Novruz bayramı haqqında məlumat yer alıb

    İtaliya-Azərbaycan Assosiasiyasının (Associazione Italia-Azerbaijan) rəsmi “YouTube” kanalında Azərbaycanda keçirilən ənənəvi Novruz bayramı haqqında məlumat yerləşdirilib.

    Məlumatda yaz fəslinin başlanğıcı, gecə-gündüz bərabərliyi günü − 20-21 mart tarixləri də daxil olmaqla, bu il Azərbaycanda Novruz bayramının 10 gün ərzində qeyd ediləcəyi haqqında danışılır.

    Bildirilir ki, Azərbaycanda Novruz günlərində ənənəyə uyğun olaraq tonqallar qalanır, müxtəlif şirniyyatlar hazırlanır, xonça bəzədilir, səməni əkilir, qaynadılmış yumurta boyanır.

    Qeyd edilir ki, Novruz bayramı 2009-cu ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.