Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “Bolqarıstan uşaqların gözü ilə” rəsm müsabiqəsinə yekun vurulub

    Bolqarıstanın Azərbaycandakı Səfirliyi öz ölkəsinin Milli Günü münasibətilə “Bolqarıstan uşaqların gözü ilə” onlayn rəsm müsabiqəsi keçirib.

    Müsabiqədə 6-10 yaş və 11-16 yaşınadək olan balaca rəssamlar iştirak ediblər.

    Münsiflər heyətinin rəyinə görə, 6-10 yaşınadək uşaqların arasında Məryam Movlamlı birinci, Dəniz Quliyeva ikinci, Zəhra Əbdürəhmanlı üçüncü yeri tutub.

    11-16 yaşınadək uşaqlar arasında Mədinə Həmzətova birinci, Gülxanım Əmirli ikinci, Ülkər Əliyeva üçüncü yerə layiq görülüb.

    Müsabiqədə iştirak edən 40-dan çox balaca rəssama mükafatlar verilib.

  • “Eurovision-2021” qısaldılmış formatda keçiriləcək

    “Eurovision-2021” beynəlxalq mahnı müsabiqəsi online formatda keçiriləcək, nümayəndə heyətlərinin tərkibi və jurnalistlərin sayı ixtisar olunacaq. Mahni müsabiqəsində tamaşaçıların olub-olmaması barədə qərar isə hələ qəbul edilməyib.

    Bu barədə “Eurovision” müsabiqəsinin təşkilatçıları məlumat yayıb.

    Yeni ssenari çərçivəsində hər bir nümayəndə heyətində iştirakçıların sayı əvvəlki müsabiqələrlə müqayisədə ixtisara salınacaq. Tədbirdə iştirak edəcək jurnalistlərin sayı isə 500 nəfərə qədər məhdudlaşdırılacaq, daha 1000 jurnalist isə müsabiqəni xüsusi mətbuat mərkəzindən işıqlandıracaq.

    “Eurovision-2021” müsabiqəsinə tamaşaçıların buraxılması barədə qərar isə sonra müzakirə olunacaq. Təşkilatçılar şəraitin dəyişə biləcəyini istisna etmirlər.

  • “Muzeylərdə müyəssərlik və inklüzivlik” mövzusunda onlayn təlim keçirilib

    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və “British Council”un (Britaniya Şurası) birgə təşkilatçılığı ilə “Muzeylərdə müyəssərlik və inklüzivlik” mövzusunda onlayn təlim keçirilib.

    Nazirlikdən bildirilib ki, Bakı şəhərində və regionlarda fəaliyyət göstərən muzey və qoruqların əməkdaşlarının iştirakı ilə gerçəkləşən təlimin əsas məqsədi muzeylərdə fiziki məhdudiyyətli insanlar üçün bərabərlik, müyəssərlik və inklüzivliyin tətbiq edilməsinə nail olmaqdır.

    Tədbiri açan Mədəniyyət Nazirliyi Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərgiz Abdullayeva Azərbaycan muzeylərində fiziki məhdudiyyətli insanların maneəsiz hərəkəti, eksponatlar haqqında olan məlumatları rahat əldə edə bilmələri üçün inklüziv layihələr və proqramların həyata keçirildiyini bildirib. O, fiziki imkanlarından asılı olmayaraq bütün insanlar üçün muzeylərdəki informasiyaların əlçatan olması məqsədilə inklüziv layihələr bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb: “İnanırıq ki, təlimdə müzakirə edilmiş məsələlər muzeylərin inklüzivlik sahəsində daha uğurlu fəaliyyətinə kömək göstərəcək”.

    “British Council”un Azərbaycan üzrə direktoru Samr Şah təlimdə iştirak edən bütün muzeylərin fərqli insanlardan ibarət auditoriyanın və əlilliyi olan insanlar üçün əlçatan olacağına inandığını söyləyib.

    Qeyd edək ki, təlim “British Council”un incəsənət və əlillik sahəsində həyata keçirdiyi, kimliyindən və fiziki imkanlarından asılı olmayaraq böyük arzuları olan insanlara heç bir məhdudiyyətin qoyulmaması ideyasına əsaslanan dördillik “Limitsiz proqram”ının (Unlimited program) tərkib hissəsidir.

    Dörd gün davam edən treninqi İngiltərənin “Goss Consultancy” təşkilatının direktoru Nik Qos aparıb. Nik Qos hər gün üç saat davam edən interaktiv sessiyalar zamanı iştirakçılara "Müyəssərlik və inklüzivlik", “Müyəssərlik və inklüzivlik Azərbaycan muzeylərinin uğur qazanması üçün niyə vacibdir”, “Müyəssərlik və inklüzivliyi layihələrin həyata keçirilmə prosesinə necə daxil etmək olar”, “Əlilliyi olan insanlarla necə təmasa girmək olar – başqa tərəfləri nə vaxt və necə cəlb etmək olar” və digər mövzular üzrə geniş məlumat verib.

    Treninqin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

  • Masallıda “Nizami Gəncəvi ili” çərçivəsində onlayn tədbir keçirilib

    Masallı Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Nizami Gəncəvi ili” çərçivəsində "Nizami Gəncəvi-880" mövzusunda onlayn tədbir keçirilib.

    Tədbirdə Mərkəzin əməkdaşları, Masallı Dövlət Regional Kollecinin birinci kurs tələbələri iştirak ediblər.

    Mərkəzin əməkdaşı Gülcahan Vəkilzadənin mövzu ilə bağlı məruzəsi dinlənilib. Qeyd olunub ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, filosof şair Nizami Gəncəvinin parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.

    Diqqətə çatdırılıb ki, 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi ili” elan edilməsi, eyni zamanda, azərbaycançılığa, onun tarixinə və mədəniyyətinə olan ehtiramın təzahürüdür.

    Onlayn tədbirdə Masallı Dövlət Regional Kollecinin tələbələri Nərmin Sultanova, Nərmin Şahverdiyeva və Samirə Qənbərova dahi Azərbaycan şairinin həyatı, onun yaradıcılığı, eyni zamanda, “Kərpickəsən kişinin dastanı” və "Yeddi Gözəl" poeması haqqında danışıblar.

     

  • Ankarada “Nizami Gəncəvi İli” ilə bağlı yüzdən artıq nadir əsər sərgilənib

    Beynəlxalq Türk Mədəniyyəti Təşkilatında (TÜRKSOY) dünya şöhrətli dahi şairimiz Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş rəsm, kitab sərgilərinin açılışının keçirilməsi mühüm bir hadisədir. Bu tədbirdə Azərbaycan Milli Kitabxanasında saxlanılan Nizami Gəncəviyə dair müxtəlif dillərdə yüzdən artıq nadir əsər sərgilənib. TÜRKSOY hər zaman olduğu kimi, “Nizami Gəncəvi İli” çərçivəsində də tədbirlərin təşkilinə üstünlük verir.

    Bu fikirləri Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov ifadə edib.

    TÜRKSOY-da keçirilən tədbirin Prezident İlham Əliyevin 2021-ci ilin Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam əsasında keçirilən tədbirlər çərçivəsində təşkil olunduğunu xatırladan professor Kərim Tahirov bildirib ki, cari ildə dünyanın bir sıra ölkələrində belə tanıtma tədbirləri təşkil olunacaq.

    Milli Kitabxanasının direktoru əminliklə ifadə edib ki, cari ilin sonuna qədər məlum pandemiya məhdudiyyətləri aradan qaldırılar və Nizami Gəncəvi ilinin sonu ilə bağlı daha möhtəşəm bir tədbir təşkil olunar.

  • “Muzeylərdə müyəssərlik və inklüzivlik” mövzusunda onlayn təlim keçirilib
    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və “British Council”un (Britaniya Şurası) birgə təşkilatçılığı ilə “Muzeylərdə müyəssərlik və inklüzivlik” mövzusunda onlayn təlim keçirilib. Bakı şəhərində və regionlarda fəaliyyət göstərən muzey və qoruqların əməkdaşlarının iştirakı ilə gerçəkləşən təlimin əsas məqsədi muzeylərdə fiziki məhdudiyyətli insanlar üçün bərabərlik, müyəssərlik və inklüzivliyin tətbiq edilməsinə nail olmaqdır. Tədbiri açan Mədəniyyət Nazirliyi Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərgiz Abdullayeva Azərbaycan muzeylərində fiziki məhdudiyyətli insanların maneəsiz hərəkəti, eksponatlar haqqında olan məlumatları rahat əldə edə bilmələri üçün inklüziv layihələr və proqramların həyata keçirildiyini bildirib. O, fiziki imkanlarından asılı olmayaraq bütün insanlar üçün muzeylərdəki informasiyaların əlçatan olması məqsədilə inklüziv layihələr bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb: “İnanırıq ki, təlimdə müzakirə edilmiş məsələlər muzeylərin inklüzivlik sahəsində daha uğurlu fəaliyyətinə kömək göstərəcək”. “British Council“un Azərbaycan üzrə direktoru Samr Şah təlimdə iştirak edən bütün muzeylərin fərqli insanlardan ibarət auditoriyanın və əlilliyi olan insanlar üçün əlçatan olacağına inandığını söyləyib. Qeyd edək ki, təlim “British Council”un incəsənət və əlillik sahəsində həyata keçirdiyi, kimliyindən və fiziki imkanlarından asılı olmayaraq böyük arzuları olan insanlara heç bir məhdudiyyətin qoyulmaması ideyasına əsaslanan dördillik “Limitsiz proqram”ının (Unlimited programm) tərkib hissəsidir. Dörd gün davam edən treninqi İngiltərənin “Goss Consultancy” təşkilatının direktoru Nik Qos aparıb. Nik Qos hər gün üç saat davam edən interaktiv sessiyalar zamanı iştirakçılara “Müyəssərlik və inklüzivlik“, “Müyəssərlik və inklüzivlik Azərbaycan muzeylərinin uğur qazanması üçün niyə vacibdir”, “Müyəssərlik və inklüzivliyi layihələrin həyata keçirilmə prosesinə necə daxil etmək olar”, “Əlilliyi olan insanlarla necə təmasa girmək olar – başqa tərəfləri nə vaxt və necə cəlb etmək olar” və digər mövzular üzrə geniş məlumat verib. Treninqin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
  • Nazir Anar Kərimov Türkiyə səfəri çərçivəsində Mövlüd Çavuşoğlu ilə görüşdü
    Məlumat verdiyimiz kimi, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasında səfərdədir. Səfər çərçivəsində nazir Anar Kərimovun Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Ankarada görüşü keçirilib.  Martın 2-də baş tutan görüşdə ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub, mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsindən məmnunluq ifadə edilib. Ölkələrimizin həyata keçirdikləri birgə layihələrin əhəmiyyəti vurğulanıb.  Dövlət rəsmilərinin qarşılıqlı səfərlərinin iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi işinə töhfə verdiyi bildirilib.  Görüş zamanı Türkiyə ilə Azərbaycan birliyinin təcəssümü olan tarixi Zəfərdən, 44 günlük Vətən müharibəsində qardaş ölkənin göstərdiyi böyük dəstəkdən söz açılıb. Görüşdə ikitərəfli münasibətlər, mədəniyyət sahəsində inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.
  • Azərbaycanla Tacikistan arasında turizm əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

    Martın 2-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Tacikistanın Turizmin İnkişafı üzrə Komitəsinin sədri Tojiddin Jurazoda arasında videokonfrans formatında görüş təşkil olunub.

    Dövlət Turizm Agentliyindən bildirilib ki, görüşdə Azərbaycan və Tacikistan arasında turizm əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub. Həmçinin 2019-cu ildə Azərbaycana səfər edən Tacikistan vətəndaşlarının sayının 50 faiz artaraq 3500 nəfərə çatdığını, ancaq bu rəqəmlərin iki ölkə arasında turizm əlaqələrinin potensialını tam əks etdirmədiyini, bu səbəbdən qarşılıqlı tanıtımlar vasitəsilə turizm əlaqələrinin inkişaf etdirilməsinə ehtiyac olduğu vurğulanıb.

    Tərəflər turizm sənayesinin bütün dünyada çətin dövrdən keçdiyini, postpandemiya dövründə birgə tədbirlərin keçirilməsinin ikitərəfli münasibətlərin inkişafına müsbət təsir edəcəyini, xüsusilə bu münasibətlərin stimullaşdırmaq üçün infoturların keçirilməsi, təcrübə mübadiləsinin aparılması, turizm şirkətlərinin əlaqələndirilməsinin təmin edilməsini və iki ölkə arasında birbaşa aviauçuşların açılması perspektivləri kimi məqamların vacibliyini qeyd ediblər.

    Fuad Nağıyev tacikistanlı həmkarına Azərbaycanda turizmin inkişafına son illərdə dövlət səviyyəsində xüsusi diqqət yetirildiyi, hökumət tərəfindən pandemiyanın sənayeyə təsirlərini minimuma endirmək üçün dəstək paketinin təqdim olunması haqqında məlumat verib.

    Agentlik sədri Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbə və azad edilmiş torpaqların turizm potensialı haqqında bəhs edərək bunun Azərbaycan turizmi üçün yeni imkanlar yaratdığını qeyd edib. Fuad Nağıyev Tojiddin Jurazodanı Azərbaycana dəvət edib.

  • Ankarada dahi Nizami Gəncəvi yaradıcılığına həsr olunan mərasim keçirilib

    Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) mənzil qərargahında dünya şöhrətli dahi şairimiz Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş rəsm, kitab sərgiləri və musiqili bədii proqram keçirilib.

    TÜRKSOY, Azərbaycanın Türkiyədəki səfirliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və Milli Kitabxana, ölkəmizin Türkiyədəki səfirliyi və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunan proqramda rəsmi şəxslər, elm və mədəniyyət xadimləri, diplomatlar, QHT rəhbərləri iştirak ediblər.

    Əvvəlcə dünya şöhrətli Nizami Gəncəvinin zəngin, mənalı həyat və fəaliyyəti ilə bağlı geniş məlumat verilib.

    Açılış mərasimində TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, mədəniyyət naziri Anar Kərimov və səfir Xəzər İbrahimin çıxışları dinlənilib.

    Nizami Gəncəvinin yaradıcılığını bütün dünya üçün tükənməz ədəbi xəzinə kimi dəyərləndirən TÜRKSOY-un Baş katibi Düsen Kaseinov vurğulayıb ki, əsrlər ötdükcə dahi şairin yaradıcılıq nümunələri daha geniş yayılır və sevilə-sevilə oxunur. Prezident İlham Əliyevin 2021-ci ili Azərbaycanda “Nizami Gəncəvi İli” elan etməsi dahi şairin yaradıcılığını müasir dövrün tələblərinə uyğun şəkildə tanıtmaq üçün yeni-yeni imkanlar yaradır.

    Nizami Gəncəvi yaradıcılığını nəsillərə nümunə kimi dəyərləndirən səfir Xəzər İbrahim bildirib ki, bundan əvvəl olduğu kimi, bu gün də, gələcəkdə də bir yerdə öz mənəvi xəzinəmizi tanıdacaq və qurur duyacağıq.

    Prezident İlham Əliyevin 2021-ci ilin Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncamı xatırladan mədəniyyət naziri Anar Kərimov vurğulayıb ki, istər Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, istərsə də TÜRKSOY hər zaman Azərbaycanın görkəmli simalarına, eləcə də Nizami Gəncəvi şəxsiyyətinə diqqət göstərib: “Dahi Nizami şəxsiyyəti, onun nadir yaradıcılıq üslubu haqqında çox danışmaq mümkündür, əsas məsələ odur ki, böyük şairimiz bütün əsərlərində ədaləti, birgə yaşamaq mədəniyyətini, insan haqlarını yüksək dəyərləndirib. Ona görə də, bütün dünya tərəfindən sevilə-sevilə oxunan Nizami Gəncəvi yaradıcılığı əbədilik qazanıb”.

    İştirakçılar TÜRKSOY-da sərgilənən nadir kitablar və rəsm sərgisi ilə tanış olublar. Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov sərgilənən nadir əsərlər barədə iştirakçılara məlumat verərək onları kitabxananın incisi kimi dəyərləndirib.

    Bədii hissədə dahi Nizaminin şeirlərinə bəstələnmiş mahnıları ifa edilib.

  • Kitabxana Vətən müharibəsi iştirakçısı Əli Səlimov ilə onlayn görüş təşkil edib

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası onlayn görüş təşkil edib.

    Kitabxanadan bildirilib ki, onlayn görüşün qonağı musiqi müəllimi, İkinci Qarabağ müharibə iştirakçısı Əli Səlimov olub.

    Döyüşçü Əli Səlimov canlı yayımda izləyicilərin suallarını cavablandırıb, döyüş yolundan danışıb. Əli Səlimov izləyicilərimizin istəyi ilə musiqilər ifa edib. O, həmçinin qələbə sevincindən bəhs edib.

    Qeyd edək ki, Bakı şəhərində anadan olan Əli 2012-2014-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra 2014-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xanəndəlik ixtisasına qəbul olunub, 2019-cu ildə universiteti bitirib. 2020-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqəni uğurla keçib, İmişli rayon, Aranlı kənd tam orta məktəbin musiqi müəllimi vəzifəsinə qəbul olunub.

    Ötən ilin sentyabrda başlayan Vətən müharibəsində iştirak edən Əli Səlimov Cəbrayıl və Qubadlı rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən “Cəbrayılın azad olunmasına görə” medalı və “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.