Facebook Pixel Code
GoMap XƏRITƏ
PARTNYORLAR
asan xidmət
aerotur
asan kadr
azərbaycan respublikası mədəniyyət nazirliyi
azea construction
azərpoçt
dövlət imtahan mərkəzi
elektron hökümət portalı
qafqaz müsəlmanları idarəsi
iteca
kimi
bakı 2017 islam həmrəyliyi oyunları
icbari sığorta bürosunu
baku city circuit
qafqaz hazırlıq kursları
mərkəzi seçki komissiyası
baku shopping festival
metropark
bakı 2015 avropa oyunları
satgroup
sinam
taxilider

XƏBƏRLƏR


  • Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat elan edilib

    Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 3-də inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək.

    DİM-dən bildirilib ki, bu imtahanda martın 15-də keçirilməsi nəzərdə tutulan, lakin pandemiyaya görə təxirə salınmış test imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər də iştirak edəcəklər. İmtahanda iştirak etmək istəyən digər namizədlər üçün qeydiyyat avqust 1-i saat 18:00-dək aparılacaq.

    İmtahan Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında kompüter vasitəsilə keçiriləcək. İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat DİM-in saytında) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

    Qeydiyyat zamanı ali təhsil haqqında məlumatlar "Tələbə-məzun" dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır və namizəd haqqında məlumatlar sistemdə olmadıqda onun qeydiyyatı aparılmır. Bu halda Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmuş namizəd ona aid məlumatların "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir. Xaricdə təhsil almış namizədlər və sistemdə ali təhsil haqqında məlumatı olmayan digər namizədlər DİM-ə (Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1M və ya DİM-in regional bölmələrinə) müraciət etməlidir. Məlumatları “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil edilmiş namizədlər qeydiyyatdan keçə bilərlər.

    Qeydiyyatdan əvvəl namizədlər təhsil haqqında məlumatlarının “Tələbə-məzun” dövlət elektron məlumat sistemində olub-olmadığını “Elektron hökumət” portalından DİM-in “Vətəndaş haqqında “Tələbə-məzun” dövlət elektron məlumat sistemindən çıxarış” elektron xidməti vasitəsilə öyrənə bilərlər.

    Qeydiyyatdan keçən namizədlərin e-kabinetdə qeydiyyat zamanı göstərdiyi elektron poçt ünvanına qeydiyyatdan keçmək barədə “Bildiriş”, “Namizədin yaddaş kitabçası” göndərilir. DİM-lə yazışmaların operativliyinin təmin edilməsi üçün namizədin özünə məxsus elektron poçtdan istifadə etməsi tövsiyə olunur. Qeydiyyatdan keçmək barədə bildiriş gəlmədiyi halda “Spam” qovluğunu yoxlamaq, həmin qovluqda bildiriş olmadıqda DİM-in 1653 “Çağrı mərkəzi”nə zəng edib bu barədə məlumat vermək lazımdır.

    Namizədlərin qeydiyyatdan keçməzdən əvvəl vəzifə qrupunu düzgün seçmələri, imtahana daha səmərəli hazırlaşmaları və imtahanda davranış qaydaları ilə tanış olmaları üçün qeyd olunanlardan istifadə etmələri tövsiyə olunur:

    - Test imtahanında yoxlanılacaq bilik sahələri və hər sahə üzrə test tapşırıqlarının sayı və vəzifə altqrupları üzrə keçid balları;

    - Test imtahanı proqramları;

    - “Namizədin yaddaş kitabçası” - kompüter vasitəsilə keçirilən test imtahanları üçün.

     
  • Riyaziyyat və Mexanika İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edib

    AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu ştatda vakant olan vəzifələri tutmaq üçün müsabiqə elan edib.

    Bu barədə AMEA-dan məlumat verilib. Bildirilib ki, vakant yerlər Funksional analiz şöbəsi üzrə aparıcı elmi işçi vəzifəsinə 2, böyük elmi işçi vəzifəsinə 1, Riyazi analiz şöbəsi üzrə böyük elmi işçi vəzifəsinə 2, baş elmi işçi vəzifəsinə 1, Riyazi fizika tənlikləri və Diferensial tənliklər şöbələri üzrə aparıcı elmi işçi vəzifələrinə 1, Sürüncəklik nəzəriyyəsi şöbəsi üzrə böyük elmi işçi vəzifəsinə 2, Maye və qaz mexanikası şöbəsi üzrə elmi işçi vəzifəsinə 1, Tətbiqi riyaziyyat şöbəsi üzrə baş elmi işçi və böyük elmi işçi vəzifələrinə 1 yerdir.

    Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc edilən gündən etibarən bir ay müddətində elmi katibliyə təqdim edilməlidir.

     
  • Radiasiya Problemləri İnstitutunun alimləri çöl tədqiqatlarını davam etdirirlər

    AMEA-nın Radiasiya Problemləri İnstitutunun “Ətraf mühitə zərərli təsirlərin fizikası və kimyası” laboratoriyasının əməkdaşları çöl tədqiqatları aparıblar.

    İnstitutdan bildirilib ki, alimlər “Kiçik Qafqaz çaylarının təbii və antropogen mənşəli çirklənmələr və onların yaratdığı risklərin qiymətləndirilməsi” mövzusunda tədqiqat proqramına uyğun olaraq Qoşqar çayından nümunə götürülməsi işini icra ediblər. Sözügedən proqrama uyğun olaraq tədqiqat prosesində seçilmiş nöqtələrdən su, dib çöküntüsü və torpaq nümunələri götürülüb və müvafiq çöl ölçmələri aparılıb.

    İnstitutda çalışan əməkdaşlar fəaliyyətlərini izolyasiya şəraitində və karantin rejiminin tələblərinə tam əməl etməklə davam etdirirlər.

     
  • Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “MAGNUS yay məktəbi”nin ilk görüşü keçirilib

    Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Erasmus+ KA2” “MAGNUS – Partnyor universitetlərdə mobil tətbiqlər və kompüter oyunları üzrə magistr tədris proqramlarının yaradılması” layihəsi çərçivəsində onlayn “MAGNUS Yay Məktəbi”nin ilk görüş gününü təşkil edib.

    ADNSU-dan bildiriblər ki, onlayn keçirilən yay məktəbini açıq elan edən bu ali məktəbin Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov iştirakçılara layihənin əhəmiyyəti və perspektivləri haqqında məlumat verib.

    Daha sonra proqrama uyğun olaraq tərəfdaş universitetlərin müəllimləri öz mühazirələrini onlayn formada “MAGNUS Yay Məktəbi” çərçivəsində iştirakçılara təqdim ediblər.

    Qeyd edək ki, ADNSU layihədə 7 bakalavr və 2 magistr tələbə ilə təmsil olunur. Ümumilikdə isə Azərbaycan və Rusiya universitetlərindən layihədə 44 tələbə iştirak edir.

     
  • Fiziologiya İnstitutunun əməkdaşları hər an Vətəni müdafiəyə hazırdır

    Könüllü olaraq orduda xidmət etmək istəyən vətəndaşların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciətləri davam edir. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında etdiyi çağırışa AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu da qoşulub.

    AMEA-dan bildirilib ki, institutun əməkdaşları, Elmi innovasiya və informasiya şöbəsinin proqramlaşdırıcıları İlkin Bəxtiyar oğlu Yunusov və Fərid Zaur oğlu Sultanov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə könüllü olaraq orduda xidmət etmək haqqında müraciət edib və müvafiq formada qeydiyyata alınıblar. İ.Yunusov və F.Sultanov hər an Ali Baş Komandanın əmri ilə cəbhəyə getməyə hazır olduqlarını bildiriblər.

    Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən koronavirus (COVID-19) pandemiyasının qarşısının alınması, insanların sağlamlığının qorunması üçün karantin rejiminin tələblərinə riayət edilməsi məqsədilə vətəndaşlara öz müraciətlərini qeydiyyatda olduqları idarə, şöbə və ya bölməyə gəlmədən www.seferberlik.gov.az saytından “Könüllü olaraq orduda xidmət etmək üçün qeydiyyat” - https://exidmet.seferberlik.gov.az/Volunteer/Service - elektron xidməti vasitəsilə həyata keçirmələri tövsiyə edilir.

     
  • Bakı Dövlət Universitetində onlayn vebinar: pandemiya şəraitində distant təhsil təcrübəsi və perspektivlər

    Bakı Dövlət Universitetində (BDU) Sosial elmlər və psixologiya fakültəsinin təşkilatçılığı ilə “Pandemiya şəraitində distant təhsil: təcrübə və perspektivlər” mövzusunda onlayn vebinar keçirilib.

    BDU-dan bildirilib ki, vebinarda moderator, Sosial elmlər və psixologiya fakültəsinin Gender və tətbiqi psixologiya kafedrasının nəzdində fəaliyyət göstərən “İnkişaf” Respublika Elmi-Praktik Mərkəzinin (REPM) direktoru, professor Rəna İbrahimbəyova rəhbərlik etdiyi qurumun nailiyyətlərindən söz açıb. Qeyd edib ki, koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə bütün təhsil müəssisələrində tədris prosesinin dayandırıldığı şəraitdə BDU-da keçirilən onlayn dərslər yaz imtahan sessiyasının uğurla başa çatmasını təmin edib.

    “İnkişaf” REPM-nin aparıcı elmi işçisi, Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova "Pandemiya şəraitində distant təhsil: təcrübə və perspektivlər" mövzusunda təqdimatla çıxış edib. Məsafədən dərslərin təşkilinin ölkəmizdə ilk təcrübə olduğunu bildirən Z.Veysova pandemiya şəraitində təhsildə baş verən dəyişiklik, o cümlədən dünya təcrübəsi, onlayn dərsin keyfiyyəti, monitorinq və qiymətləndirmə, onlayn tədrislə bağlı bacarıq və vərdişlərin formalaşdırılması, informasiya-kommunikasiya texnologiyalarının, interaktiv metodların tədris prosesinə tətbiq edilməsi, davamiyyət və fəallıq, ümumi psixoloji durum kimi məqamlara aydınlıq gətirib.

    Sonra “İnkişaf” REPM-in elmi işçiləri Bahar Kərimova, İradə Zamanova, Vəfa Məmmədova, İradə Məmmədova, Həbib Kərimov müasir təlim texnologiyaları, onlayn tədris materiallarının əlçatan olmasını təmin etmək, məsafədən dərslərin təşkili təcrübəsi və gələcək inkişafı yolları ilə bağlı fikirlərini səsləndiriblər.

    BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru Məmməd Rəcəbov bildirib ki, artıq bütün dünyada ali təhsilin formasında kəskin surətdə yeniliklər baş verib, innovasiyaların dinamik sürəti tədris müəssisələrini yeni texnologiyaların təlim prosesinə tətbiqi ilə bağlı mühüm addımlar atmağa vadar edib.

    “Microsoft Teams” platforması üzərindən təşkil olunmuş vebinar sualların cavablandırılması ilə yekunlaşıb.

     
  • Elm Tarixi İnstitutunun yarımillik fəaliyyəti müzakirə olunub

    Azərbaycan Milli Elmlər Akademiyasının Elm Tarixi İnstitutunda 2020-ci ilin birinci yarısına dair onlayn hesabat iclası keçirilib.

    İnstitutdan bildirilib ki, iclasda elmi müəssisənin əməkdaşları pandemiya dövrü də daxil olmaqla yarımillik fəaliyyətləri ilə bağlı hesabatlarını rəhbərliyə təqdim ediblər.

    Bildirilib ki, karantin səbəbindən verilmiş məzuniyyət dövründə tədqiqat işlərini ev şəraitində davam etdirən əməkdaşlar müxtəlif mövzularda kitab və məqalələrin hazırlanması ilə yanaşı, onlayn seminar və konfranslara da qatılıblar. Bu müddət ərzində institut alimlərinin məqalələri yerli və xarici impakt faktorlu jurnallarda dərc edilib.

    Tədbirdə əməkdaşlar tərəfindən ayrı-ayrı mövzularda aparılan tədqiqat işləri, o cümlədən hazırlanıb çapa təqdim olunacaq kitabların məzmunu müzakirə edilib. Qeyd olunub ki, Elm Tarixi İnstitutunun iyunun 18-də böyük dramaturq, nasir, publisist və teatr təşkilatçısı, tanınmış ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyinə həsr etdiyi onlayn elmi konfransın materialları da toplanaraq çapa təqdim ediləcək.

    Həmçinin oktyabr ayında elmşünaslıqla bağlı keçirilməsi nəzərdə tutulan beynəlxalq elmi seminarın, ictimai-siyasi xadim Nəriman Nərimanovun 150 illik yubileyinə həsr olunan elmi konfransın hazırlıq işləri müzakirə olunub. İnstitut əməkdaşları bu istiqamətdə topladıqları materiallar və hazırladıqları elmi məqalələrin ümumi məzmunu haqqında məlumat veriblər.

    Tədbirin sonunda institutun qarşıdakı 6 ayda görəcəyi işlərin planı qəbul edilib.

     
  • “Fransada tibb təhsil sistemi” mövzusunda ilk onlayn konfrans keçirilib

    Fransada fəaliyyət göstərən “ALİM” Elmi Assosiasiyası, “Simple Talks by Dr Sabrin” və “Azerbaijani Ladies Club” tərəfindən “Fransada tibb təhsil sistemi” mövzusunda ilk onlayn konfrans keçirilib.

    Onlayn konfransı iqtisad üzrə elmlər doktoru və “ALİM” Elmi Assosiasiyasının prezidenti Günel Səfərova açaraq, iştirakçılara və tədbiri müxtəlif sosial şəbəkələrdən izləyənlərə konfransda iştiraklarına görə təşəkkür edib.

    Əvvəlcə, cari ilin iyul ayının 12-dən etibarən Azərbaycanın Tovuz rayonunda Ermənistan tərəfindən atəşkəsin pozulması nəticəsində şəhid olan əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    “Azerbaijani Ladies Club”un təsisçisi Kəmalə Ceylinova bu cəmiyyət haqqında məlumat verərək, onun əsas məqsədinin dünyanın müxtəlif yerlərində yaşayan istedadlı azərbaycanlı xanımların bir araya toplanması və onların fəaliyyətinin tanıdılması olduğunu qeyd edib.

    “Simple Talks by Dr Sabrin” vebinarlarının təşəbbüskarı, hazırda Ras Əl Khaimah şəhərində Tibb Universitetində assistent-professor vəzifəsində çalışan, tibb elmləri üzrə fəlsəfə doktoru və üz-çənə cərrahı, konfransın moderatoru Sabrin Ali Azim üzv olduğu “ALİM” Elmi Assosiasiyasının tibbə dair bu konfransın əhəmiyyətindən söz açıb. O, dünyada çox geniş yayılmış koronavirus pandemiyasının nəticələrinin Azərbaycandan da yan keçmədiyini və ölkəmizdə bununla mübarizə aparan həkimlərin fədakarlığını vurğulayı və Kliniki Tibbi Mərkəzdə uzun illər birgə çalışdığı həmkarının vəfatı ilə bağlı dərin hüznlə kədərini ifadə edərək onun ailəsinə başsağlığı verib.

    Strasburqda ictimai sağlamlıq və infeksion xəstəliklər üzrə həkim-mütəxəssis Ülviyyə Əlizadə Fransada tibb təhsilinin rezidenturaya qədərki müddətindən, bu ərəfədəki dərslərdən və tibb təhsilinin ilk ilindəki müsabiqədən danışıb. Nitsa şəhərində həkim-terapevt çalışan Sənubər Kərimova isə rezidentura mərhələsi haqqında ətraflı məlumat verərək, qəbul prosesindən, ixtisas seçimlərindən asılı olaraq rezidentura müddətindən danışıb.

    Azərbaycan Tibb Universitetinin (ATU) məzunu, Fransada tibb elmləri üzrə fəlsəfə doktoru Reyhan Həsənova ATU tələbə və məzunlarına Fransada magistr və doktorantura dərəcələri haqda məlumat verərək, təqaüd və doktoranturadan sonrakı karyera imkanları barədə biliklərini paylaşıb. Eyni zamanda o, Fransada magistr və doktorantura dərəcəsi ilə tibb təhsilinə keçid imkanlarından danışıb.

    Konfransda toxunulan mövzulardan biri də ATU tibb diplomu və rezidentura diplomu ilə Fransada tibb təhsilinə davam etmək və sözügedən diplomların verə biləcəyi üstünlüklər haqqında olub. Bu barədə, ATU-dan ginekoloq kimi məzun olan və hazırda Parisdə cərrah-mama-ginekoloq işləyən Line Aljondi təcrübəsini bölüşüb. O, keçdiyi mərhələlər və lazım olan sənədləşmə işləri haqqında geniş məlumat verib.

    Azərbaycan və Fransada cərrah-mama-ginekoloq kimi təhsil almış və hazırda Azərbaycanda fəaliyyət göstərən İlahə Quliyeva Fransa tibb diplomunun ölkəmizdə tanıdılması prosesindən, mümkün elmi və peşəkar fəaliyyət imkanlarından söz açıb.

    Sonda konfrans iştirakçıları onlara ünvanlanan çoxsaylı sualları cavablandırıblar. “ALİM” Elmi Assosiasiyasının prezidenti Günel Səfərova və baş katibi Reyhan Həsənova ardıcıl olaraq təşkilatın yaranması və məqsədlərini xatırladaraq, azərbaycanlı gənclərə xaricdə təhsillə və Fransadakı elmi mərkəzlərlə əməkdaşlıq etməklə bağlı dəstək göstərməyə hazır olduqlarını bildiriblər. Onlar elmi tədqiqatlara marağı olan həmyerlilərimizi “ALİM” Elmi Assosiasiyasına qoşulmağa çağırıblar.

     
  • AMEA-nın İnventarlaşdırma Komissiyasının ilk iclası keçirilib

    AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin sərəncamı ilə yaradılmış və akademiyanın elmi müəssisə və təşkilatlarının balansında olan torpaq sahələri, çoxillik əkmələr və digər kənd təsərrüfatı təyinatlı materiallar barədə məlumatların dəqiqləşdirilməsi məqsədilə onların siyahıya alınmasını nəzərdə tutan İnventarlaşdırma Komissiyasının ilk iclası keçirilib.

    Akademiyadan bildirilib ki, iclas karantin qaydalarına riayət edilməsi və sosial məsafənin gözlənilməsi ilə, eləcə də bəzi komissiya üzvlərinin və digər əlaqədar şəxslərin iştirakı ilə “Zoom” platforması üzərindən keçirilib.

    Toplantıya sədrlik edən AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova qeyd edilən sərəncamın AMEA-nın elmi müəssisə və təşkilatları, onların tabeliyində olan torpaqlar barədə məlumat bazasının təkmilləşdirilməsi zərurətindən meydana gəldiyini bildirib. O, bu sərəncamın son dövrlər AMEA-da aqrar elm sahəsində fəaliyyətlərin yüksək səviyyədə təşkili və daha effektiv multidissiplinar tədqiqatların aparılması, elmi nailiyyət və innovasiyaların tətbiqi işinin gücləndirilməsi istiqamətində atılmış mühüm addımlardan biri olduğunu deyib.

    Alim “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı”nda aqrar tədqiqatlara da xüsusi yer ayrıldığını söyləyib. O, bu tədqiqatların, eləcə də Kənd Təsərrüfatı Nazirliyinin elmi müəssisələri ilə birgə gerçəkləşdirilməsi planlaşdırılan layihələrdə AMEA-nın institutlarının nəzdində olan torpaq sahələrindən elmi əsaslı səmərəli istifadənin təşkili məsələlərinin vacibliyindən danışıb.

    Sonra komissiyanın sədri, AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsinin müdir müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru Ələddin Eyvazov müvafiq sərəncamın icrası istiqamətində görülmüş işlərdən, elmi-tədqiqat bazaları və dayaq məntəqələrinin nəzdində olan torpaq sahələrinin, texniki vasitələrin və tikililərin istifadəsində mövcud olan problemlərdən bəhs edib. O, müvafiq qurumların bir çoxunun əsasnaməsinin mövcud olmadığına, torpaq istifadəsi zamanı institutların mandatlarına və elmi fəaliyyət istiqamətlərinə riayət edilmədiyinə diqqət çəkib. Ə.Eyvazov Bakı ətrafında mövcud olan sahələrdə aparılmış inventarlaşdırılma haqqında məlumat verib, yaxın zamanlarda bu işin regionlarda da davam etdiriləcəyini bildirib.

    Tədbirdə çıxış edən AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsinin müdiri, professor Elton Məmmədov komissiya sədrinin ilkin monitorinqlərin nəticələri barədə təqdim etdiyi məlumatları yüksək qiymətləndirib, problemlərə kompleks, konseptual yanaşmanın vacibliyini vurğulayıb. O, inventarlaşdırma nəticəsində mühüm innovativ nailiyyətlərin əldə edilməsinə istiqamətlənmiş qərarların qəbul ediləcəyinə ümidvar olduğunu deyib.

    Daha sonra komissiyanın üzvləri, müvafiq institutların məsul şəxsləri çıxış edərək müzakirə olunan məsələlərlə bağlı mövcud vəziyyətə dair məlumat verib, onlara ünvanlanmış sualları cavablandırıblar.

    Sonda akademik İradə Hüseynova AMEA-nın elmi müəssisə və təşkilatlarının balansında və istifadəsində olan torpaqların və digər materialların inventarlaşdırılmasının nəticələrinə dair məlumatların bir ay müddətində sistemləşdirilərək AMEA-nın rəhbərliyinə təqdim edilməsi ilə bağlı tapşırıqlar verib.

     
  • Qarabağ haqqında yazılmış kitablardan ibarət virtual sərgi təqdim olunub

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin M.Ə.Sabir adına kütləvi kitabxanası Qarabağ haqqında yazılmış kitablardan ibarət virtual sərgi hazırlayıb.

    Kitabxanadan bildirilib ki, məqsəd Azərbaycanın əzəli torpaqlarının tarixi, etnoqrafik keçmişi, qəhrəmanlıq salnaməsi barədə izləyicilərə mənbələri təqdim etmək, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında onlara kömək etmək, böyüməkdə olan nəsillərin vətənpərvərlik ruhunda tərbiyəsini dəstəkləməkdir.

    “Qarabağ yaddaş kitabı”, Surxay Səlimin “Qarabağ hekayələri”, Qaya Əliyevin “Bir bölüyün manifesti”, Aydın Qarabağlının “Qarabağ, onun qədim tayfaları və toponimləri” və digər kitablar kitabxananın “Facebook” və “Instagram” hesablarından paylaşılan virtual sərgidə nümayiş olunub.