Beynəlxalq Muğam Mərkəzində “Opera Class” layihəsinin ilk konserti təqdim edildi.
AZƏRTAC xəbər verir ki, konsertdə opera səslərinin bütün əsas növləri səslənib. Soprano, mezzo-soprano, tenor və bariton səslər. Konsertmeyster Rebekka Maqomedovanın müşayiəti ilə Xalq artisti Gülnaz İsmayılova, Əməkdar artist Fəridə Məmmədova, Atəş Qarayev, Mahir Tağızadə, Günel Hacıyeva, Nina Makarova və Efim Zavalnıyın ifaları tamaşaçıların alqışları ilə qarşılanıb.
Proqrama C.Verdi, C.Puççini, Rimski-Korsakov, Raxmaninov və başqalarının operalarından səhnələr daxil idi. Axtarışlarına davam edən “Opera Class” heyətinin devizi budur : “Operanı bizim qədər sevməyinizi istəyirik”.
Qeyd edək ki, opera müğənnisi üçün səhnəyə gedən yol müxtəlif siniflərdən keçir. Səs üzərində işlədikləri vokal sinfi, məşqçi sinfi, opera partiyalarını öyrənib məşq etdikləri aktyorluq sinfi və s. Bütün bunlar yüksək teatr artisti olmaq üçün lazımdır. Elə bu yanaşma ilə də layihənin ilk konsertində həm səhnədə sözünü demiş sənətçilər, həm də tələbələr birlikdə çıxış etdilər.
Biləsuvar rayonunda yonca bağlamalarının qiyməti artıb.
Bu barədə Reportun yerli bürosuna bir qrup fermer məlumat verib.
Onların sözlərinə görə, ötən il birinci biçin quru ot bağlamasının satışı 2,5-3 manat civarında olsa da, bu il qiymət təxminən 1 manat artıb.
Fermerler bildirib ki, hazırda yonca bağlamasının qiyməti 3,5-4 manat arasında dəyişir: "Halbuki hazırda yoncanın birinci biçini başlayıb. Buna görə də qiymət bir az ucuz olmalı idi. Növbəti biçinlər yəqin ki, daha da bahalaşacaq".
Satıcılar isə "Report"un yerli bürosuna açıqlamasında bunun əsas səbəbini quraqlıqla əlaqələndiriblər. Onların sözlərinə görə, bu il yağıntının az olması və rayonda mövcud su qıtlığı problemi səbəbindən yoncanın məhsuldarlığı zəif olub.
Satıcılar həmçinin yonca bağlamalarının bahalaşmasına daha bir səbəb kimi texnikalar tərəfindən biçin qiymətinin artdığını göstərir.
Məsələ ilə bağlı kənd təsərrüfatı mütəxəssisi Mirsahib Zəkiyev isə "Report"un yerli bürosuna bahalaşmanın əsas səbəblərini açıqlayıb.
O bildirib ki, bahalaşmaya əsas səbəb kənd təsərrüfatında yaşanan su qıtlığıdır: "Yonca bitkisi su sevəndir. Biləsuvar rayonunda yonca sahələri lazımi qədər suvarılarsa, 5 dəfə biçin etmək mümkündür. Bu da öz növbəsində bolluğa və qiymət azalmasına gətirib çıxarar. Həmçinin daha bir səbəb isə mart ayında havaların isti keçməsini göstərmək olar".
Azərbaycanda ən böyük yanacaqdoldurma şəbəkəsinə malik olan “Azpetrol” MMC bu gün önəmli hadisəni qeyd edir – şirkətin 100-cü yanacaqdoldurma məntəqəsi (YDM) işğaldan azad olunmüş Füzuli şəhərində istismara verilib.
Hadisəni önəmli edən həm yanacaqdoldurma məntəqəsinin “Zəfər yolu"nun üzərində yerləşməsi, həm də 2023-cü ilin Azərbaycan xalqının Ümummilli Liderinin anadan olmasının 100-cü il dönümü münasibəti ilə “Heydər Əliyev İli" kimi qeyd edilməsidir.
Bu gün istismara verilən modul tipli YDM işğaldan azad olunmuş ərazilərdə “Azpetrol-un sayca 4-cü məntəqəsidir. YDM-də "Aİ-92", "Premium" və "Dizel" yanacaq növləri satılır. Ərazidə 4 yeni iş yeri yaradılıb. Beləliklə, “Ağalı YDM”, “Hadrut YDM” və “Suqovuşan YDM”in işçilərini nəzərə alaraq, “Azpetrol” işğaldan azad edilmiş ərazilərdə artıq 17 daimi iş yeri açıb.
Şirkət Strateji inkişaf planına uyğun olaraq, Azərbaycanın yanacaqdoldurma bazarında lider mövqeyini bundan sonra da möhkəmləndirəcək, yanacaqdoldurma şəbəkisini və əhatə dairəsini genişləndiriləcək, təklif edilən xidmətlərin çeşidi və keyfiyyəti daim atrırılacaq.
"Azpetrol"un ilk YDM-i - “Spartak” 1997-ci il iyulun 15-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 1013-cü məhəllə ünvanında açılıb. Şirkətin hazırda əksər iqtisadi zonalarda ümumilikdə 100 YDM-i, 1 maye qazdoldurma (propan-butan) məntəqəsi, ictimai nəqliyyatda sərnişindaşımaya xidmət edən respublikada ən muasir standartlara cavab verən 1 sıxılmış təbii qaz (CNG) terminalı, yanacaq məhsullarının saxlanılması üçün 3 Neftbazası, yanacaqdaşıyan maşınlar üçün Avtobaza, yanacağın yanacaqdoldurma məntəqələrinə fasiləsiz daşınmasını təmin etmək üçün 100-dən atrıq yanacaq daşıyan avtomobili, minik maşınları üçün avtosahəsi mövcuddur. Fəaliyyət göstərən YDM-lərdə 4 sıxılmış təbii qazdoldurma postu, 4 maye qazdoldurma postu və 17 elektromobillərin enerji ilə doldurulma postu, 8 motel, eyni zamanda müxtəlif xidmətlərin göstərilməsi üçün əksər məntəqələrdə iaşə obyektləri (kafe, avtoyuma, market) fəaliyyət göstərir.
Mayın 16-da Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev Qubanın Xınalıq kəndində vətəndaşların qəbulunu keçirib. Görüşdə sakinlərin fikirləri dinlənilib, sualları cavablandırılıb və müvafiq tapşırıqlar verilib.
DTA-dan AZƏRTAC-a bildirilib ki, kəndin özünəməxsus memarlıq üslubunun qorunması ilə evlərin bərpası və təmir işlərinin aparılması məsələləri üzrə keçirilən qəbulda kəndin turizm potensialının inkişaf etdirilməsinin məşğulluğun artırılması və əhalinin sosial rifahının yüksəlməsinə töhfə verdiyi bildirilib.
Prezident İlham Əliyevin tarixi-mədəni irsin qorunması və təbliği istiqamətində verdiyi göstəriş və tapşırıqların icrası çərçivəsində DTA tərəfindən “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunda turizm infrastrukturunun yaxşılaşdırılması istiqamətində aparılan təmir və bərpa işləri davam edir. Xınalığın coğrafi mövqeyi və relyefinə görə ilin yalnız 4-5 ayı ərzində tikinti işlərinin aparılmasının mümkünlüyü səbəbindən evlərin təmiri və bərpası mərhələli şəkildə icra olunur.
Xınalıqda ümumilikdə ən təhlükəli vəziyyətdə olan 60 evin təmir və bərpası ilə bağlı layihələndirmə işləri aparılaraq ekspertizadan keçirilib. 2021-ci ildə qəzalı vəziyyətdə olan 16 evin təmir-bərpa işləri aparılıb, onların bünövrə və divarları gücləndirilib, dam örtükləri sökülərək yerli tipologiyaya uyğun yenidən qurulub, qapı və pəncərələr yenilənib. 2022-ci ildə isə təmir və bərpasına başlanılan 11 evdən 7-si üzrə işlərin böyük hissəsi tamamlanıb, 4 ev üzrə isə hava şəraitinə görə işlər dayandırılıb. 2023-cü ildə isə yarımçıq qalmış evlərin təmiri və əlavə olaraq 14 evin bərpası üçün hazırlıqlara başlanılıb, daha 6 ev bərpa və təmir üçün qeydə alınmışdır. Bütövlükdə bu mərhələdə 44 evin 2024-cü ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur.
Ötən il Xınalıq və ətraf kəndlərdə yaşayan əhalinin qədim zamanlardan qorunub saxlanılan köçəri mədəniyyəti və onun ümumbəşəri dəyərləri təsvir olunan “Xınalıq və “Köç Yolu”nun Mədəni Landşaftı” adlı nominasiya sənədi hazırlanaraq UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün təşkilatın Dünya İrs Komitəsinə təqdim edilib.
Nominasiya sənədində yay və qış otlaqlarındakı mövsümi həyat tərzinə aid qeyri-maddi mədəni irs, o cümlədən həmin otlaqlar arasında gediş-gəliş üçün köç yolundan əsrlər ərzində istifadə edilməsi nəticəsində yaradılmış maddi-mədəni irs elementlərinin (türbələr, qəbiristanlar, körpülər və s.) müstəsna ümumbəşəri dəyərə malik olması vurğulanır.
Əgər tez-tez xaricdən alış-veriş edirsinizsə, "Yelo Bank" ASC-nin taksit funksiyalı "Yelo" kredit kartı sizin üçündür.
Kartın əsas üstünlüyü ondadır ki, onunla təkcə POS-terminal deyil, həm də onlayn alış-verişlərinizi də 24 aya qədər taksitə bölə bilərsiniz.
"Yelo" kredit kartı ilə xərclədikdən sonra neçə aylıq taksitə böləcəyinizi Bankın mobil tətbiqində özünüz qərar verəcəksiniz. Beləliklə, sevimli alış-veriş saytlarınızın endirimlərini qaçırmayacaqsınız, üstəlik indi xərcləyib, sonrakı aylarda az-az ödəyəcəksiniz.
"Yelo" kredit kartının üstünlüyü yalnız taksit funksionallığı ilə kifayətlənmir. Kart istifadəçilərinə xərclənilmiş vəsaiti 70 günə qədər əlavə komissiyasız geri ödəmək fürsəti də verir. 70/24 üstünlüklü bu karta sahib olub, parlaq alış-veriş təcrübəsindən zövq ala bilərsiniz!
Filiala gəlmədən sifariş edin və pulsuz çatdırılma ilə "Yelo" kredit kartı alın: https://bit.ly/yltyhnf
İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Qaradağ Sənaye Parkının rezidenti - “Bakı Gəmiqayırma Zavodu” MMC-yə bu gün suya salınmış "Zəngilan" tankeri kimi yeni gəmilərin inşası üçün sifarişlərin daxil olacağı gözlənilir.
Reporta xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Agentliyin və zavodun İdarə Heyətinin sədri Elşad Nuriyev bildirib.
"O cümlədən xarici ölkələrdən də sifarişlər gözlənilir", - deyə o qeyd edib.
"Hazırda zavodda optimallaşdırılma üzrə iş aparılır. Qarşımızda duran məsələ budur ki, həm zavodu optimallaşdıraq, həm də bir tikintinin sürətini artıraq", - deyə E.Nuriyev əlavə edib.
Yazıçı Vahid Məmmədlinin “Leyli və Məcnun” adlı yeni romanı çap olunub.
AZƏRTAC xəbər verir ki, “Leyli və Məcnun” əfsanəsinin motivləri əsasında yazılmış romanda müəllif klassiklərimizin varisi kimi çıxış edərək sufi dünyagörüşlə dialoqa girir. Bütün kainatı qapsayan ilahi eşqin bəxş etdiyi azadlıq və səadət, insanın aliliyi, yaradan və yaradılanın birliyi ideyaları romanda modern ifadəsini tapır.
Qeyd edək ki, hüquq elmləri üzrə fəlsəfə doktoru Vahid Məmmədlinin bundan əvvəl “Atropatena dastanı” trilogiyası, “Tunc allahın yükü” dilogiyası, “Şəhrizad”, “Palıda sarılmış üzüm” romanları, “Milanda ölüm”, “Buddanın qayıdışı” povestləri, “Döy qapımı açmayım” şeirlər kitabı və s. Azərbaycan, türk, rus və digər dünya dillərində geniş oxucu auditoriyasına təqdim edilib.
Mədəniyyət Nazirliyi Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində may ayı üçün regionlara təşkil olunan qastrol səfərlərinə start verir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, mayın 22-də Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının instrumental heyəti konsert proqramı ilə çıxış edəcək.
Ansamblın rəhbəri Mahir Ordubadi, solistləri Rəvanə Qurbanova, Vəfa Vəzirova, Nurlana Abdullayeva, Nurlan Əzizbəyli və Taleh Yahyayevdir.
Ölkə üzrə tərcümə işinin düzgün təşkili, tərcümə xidməti keyfiyyətinin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin (ADTM) nəzdində təsis edilmiş ADTM Tərcümə Agentliyinin adtm.az. saytı fəaliyyətə başlayıb.
Dövlət Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Agentliyin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumatlarla yanaşı, müxtəlif çeşidli tərcümə, tərtib, ən müasir tələblərə cavab verən poliqrafiya, dizayn, veb-dizayn və s. sahələr üzrə peşəkar xidmətlərdən istifadəni asanlaşdıran sayt rəsmi-hüquqi sənədlərin, spesifik terminoloji mətn və materialların (tibbi, hüquqi, texniki, elmi, bədii və s.), veb-sayt və vikipediya səhifələrinin ingilis, Azərbaycan, alman, rus, ərəb, ispan, türk, portuqal, yunan, ukrain, ivrit, italyan, gürcü və s. dillərə keyfiyyətli tərcüməsinə, eləcə də keyfiyyətli nəşrinə geniş imkanlar yaradır.
Mayın 17- də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda ustad tərcüməçi Natiq Səfərovun anadan olmasının 80 illiyinə həsr olunmuş “Sözə natiqlik” kitabının təqdimatı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, kitabda unudulmaz söz adamı haqqında qələm dostlarının, doğmalarının, oxucuların xatirələri toplanıb.
Xatırladaq ki, Azərbaycan bədii tərcümə sənətinin yaradıcılarından olan ustad qələm sahibi Natiq Səfərov sözü, bədii mətni dərindən hiss edən, ədəbiyyatın daxili mexanizminə bələd olan tərcüməçi idi. Tərcümə sənətində böyük xidmətləri olan Natiq Səfərov bu sənətin əsas prinsiplərini bilirdi, sözün məsuliyyətini dərk edirdi, tərcümə etdiyi mətni bütün varlığı ilə hiss edirdi. Dilimizin məna çalarlarını, harmoniyasını canı ilə, qanı ilə hiss etdiyindəndir ki, bu sevgi onun tərcümələrində də aşkar şəkildə görünür. Oljas Süleymenovun bütün dünyaya səs salmış, qədim türk mədəniyyətinin rus dilinə, rus mədəniyyətinə təsirindən bəhs edən "AziYa” əsəri məhz onun peşəkar tərcüməsində Azərbaycan oxucusuna yetişib.
Natiq Səfərov Folkner və Markesi Azərbaycan oxucusuna ilk tanıdan tərcüməçilərdən olub. Uilyam Folknerin "Yanğın” və "Qırmızı yarpaqlar”, Qabriel Markesin "İsabel Makondada yağışa baxır”, "Baltasarın həyatında unudulmaz gün”, "Dünyanın ən gözəl ölüsü” hekayələri Azərbaycan oxucusunun dünya ədəbiyyatı ilə bağlı üfüqlərini genişləndirib, ədəbi zövqünün formalaşmasında rol oynayıb.
Natiq Səfərovun tərcümələri ədəbi dühaların siqlətiylə bərabər dilimizin imkanlarını da hiss etdirir. Eləcə də Andrey Platanov, Con Steynbek, İlya İlf və Yevgeni Petrov, Knut Hamsun, Vasili Şukşin, Aleksandr Çxeidze və başqa söz ustalarından tərcümələri tərcümə sənətinin parlaq nümunələrindəndir. Ömrünün son illərdə Robert Dahlın məşhur "Demokratiya haqqında” əsərini dilimizə çevirib.