Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə respublika əhəmiyyətli Giləzi-Xızı avtomobil yolunun Giləzi qəsəbəsindən keçən hissəsinin əsaslı təmiri işləri yekunlaşıb.
Bu barədə Reporta Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.
Məlumata görə, uzunluğu 3,8 km təşkil edən avtomobil yolunun sözügedən hissəsinin eni müvafiq olaraq 8-16 metr olmaqla dəyişir.
Uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan yolun sözügedən hissəsində asfalt-beton örtüyündə deformasiyalar və qabarmalar əmələ gəlmişdi. Bu isə öz növbəsində vətəndaşların rahat gediş-gəlişini təmin etmirdi. Artıq problem aradan qaldırılıb.
Yolboyu deformasiyaya uğramış köhnə asfalt-beton örtüyünün frezlənməsi işləri həyata keçirilib. Bundan başqa “İnşaat Norma və Qaydaları”na əsasən yol boyu zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələrinin qazılaraq kənarlaşdırılması, əks-dolğu işləri, yeni yol əsasının inşası icra olunub, lazımi qalınlıqda yeni asfalt-beton örtüyü döşənib.
Əsaslı təmir işləri çərçivəsində zəruri yerlərdə hər iki istiqamət üzrə eni 2,5 metr olmaqla piyada səkilərinin inşası həyata keçirilib, yararsız səki daşları yenilənib.
Sonuncu mərhələ üzrə hərəkətin normal təşkili üçün yolcizgi və yolgöstərici xətlərin, həmçinin piyada zolaqlarının çəkilişi işləri aparılmaqla müasir yol infrastrukturu yaradılı
Zəngin mənəviyyata, yüksək intellektə və insani keyfiyyətlərə malik olan, milyonların xatirəsində yaşayan Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümü münasibətilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının əməkdaşları tərəfindən hazırlanan “Zərifə Əliyeva” elektron resursu bu gün istifadəçilərin ixtiyarına verilib.
Bu barədə AZƏRTAC-a Prezident Kitabxanasından bildirilib.
Azərbaycan xalqına mənsub elə qadın simalar vardır ki, onlar heç vaxt unudulmur, xatirələri həmişə yad edilir və əziz tutulur. Belə qadın şəxsiyyətlərdən daha çox xatırlanan və yad edilən simalardan biri də Zərifə xanım Əliyevadır. Zərifə xanım Əliyevanın simasında övladlıq məsuliyyəti, ömür-gün sədaqətliliyi, müqəddəs analıq məsuliyyəti, alim-həkim məsuliyyəti, xeyirxahlıq missiyası və dövrünün birinci xanım məsuliyyəti yüksək səviyyədə öz təsdiqini tapıb.
Təqdim edilən elektron resursda Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti geniş şəkildə istifadəçilərə təqdim edilib.
Resursda materiallar 8 bölmədə qruplaşdırılıb. Elektron nəşrin “Bioqrafiya” bölməsində Zərifə xanım Əliyeva və onun ailə üzvləri barəsində qısa məlumat verilib, həmçinin Zərifə xanımın elmi və ictimai sahədə fəaliyyətinin mühüm məqamları öz əksini tapıb. Akademik Zərifə Əliyevanın keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, “Bilik” Cəmiyyəti İdarə Heyətinin və keçmiş İttifaqın Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü, “Вестник офтальмологии” (“Oftalmologiya xəbərləri”) jurnalının redaksiya heyətinin üzvü kimi ictimai fəaliyyəti də bu bölmədə işıqlandırılıb.
“Xronologiya” bölməsində isə bir alim kimi, onun keçdiyi həyat yolu, oftalmologiya sahəsində əldə etdiyi uğurlar ardıcıllıqla təqdim olunub.
“Rəsmi sənədlər” bölməsində Zərifə xanım Əliyeva haqqında sənədlər yerləşdirilib. “Xatirəsinin əbədiləşdirilməsi” bölməsində isə həm ölkə daxilində, həm də xarici ölkələrdə xatirəsinə ucaldılan abidələr, adının verildiyi təsisatlar, salınan parklar, adına verilən küçələr haqqında məlumatlar illər üzrə və xronoloji ardıcıllıqla əksini tapıb.
“E-Kitablar” bölməsində Azərbaycan və rus dillərində onun müəllifi olduğu və haqqında yazılan kitabların e-versiyaları toplanılıb. “E-Məqalələr” bölməsində isə Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən bəhs edən ayrı-ayrı müəlliflərin məqalələrinin Azərbaycan və rus dillərində elektron versiyaları yerləşdirilib. “Biblioqrafiya” bölməsində əsərlərinin, haqqında yazılan kitab və məqalələrin Azərbaycan, ingilis və rus dillərində biblioqrafik təsviri verilib.
“Fotoqalereya” bölməsində Zərifə xanımın həyatının müxtəlif məqamlarını əks etdirən fotoşəkillər toplanılıb.
Elektron resursun (https://zarifaaliyeva.preslib.az/) materialları müntəzəm olaraq yenilənir.
Azərbaycanın tanınmış musiqi sülaləsinin nümayəndəsi, gənc dirijor Murtuza Bülbül Sankt-Peterburqdakı Dmitri Şostakoviç adına Filarmoniyanın Böyük zalında debüt edəcək.
AZƏRTAC xəbər verir ki, dirijor Murtuza Bülbülün rəhbərliyi ilə musiqiçilər Pyotr Çaykovskinin “Qu gölü” baletindən süitanı, Edvard Qriqin “Peer Gynt” dramının musiqisindən süitanı, o cümlədən məşhur "Dağ kralının mağarasında" nömrəsini və Lüdviq van Bethovenin, Frans Lisztin, Modest Musorqskinin bəstələrini ifa edəcəklər.
Qeyd edək ki, Murtuza Bülbül görkəmli opera müğənnisi, Xalq artisti, professor Bülbülün nəvəsi, bəstəkar və müğənni, Azərbaycanın Xalq artisti, professor Polad Bülbüloğlunun oğludur. O, Rusiya Milli Orkestri, Rusiya Dövlət Kinematoqrafiya Orkestri, Novosibirsk Akademik Simfonik Orkestri, Moskva Konservatoriyasının Orkestri kimi ansambllarla əməkdaşlıq edir.
Aprelin 26-da Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Heydər Əliyev İli” çərçivəsində Türk dünyasının böyük yazıçısı Çingiz Aytmatovun 95 illiyi münasibətilə ədibin “Ana tarla” povestinin motivləri əsasında hazırlanmış tamaşanın premyerası keçiriləcək.
Bu barədə AZƏRTAC-a Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan bildirilib.
Fond tərəfindən “Heydər Əliyev İli” çərçivəsində bu səhnə əsrinin premyerasının təşkili Ulu Öndərin Türk dövlətlərinin ədəbi şəxsiyyətlərinə, onların yaradıcılıqlarına verdiyi önəmə, müasiri olduğu yazıçılarla, o cümlədən qırğız xalqının görkəmli yazıçısı, ictimai-siyasi xadimi Çingiz Aytmatovla olan doğma münasibətinə ithaf edilib.
Tamaşanın hazırlanması və nümayişi Çingiz Aytamatovun zəngin irsinin tanıdılmasına, eləcə də təşkilatın qurucu üzv ölkələri Azərbaycan ilə Qırğızıstanın mədəni əlaqələrinin daha da gücləndirilməsinə töhfə vermək məqsədi daşıyır. Fondla əməkdaşlıq çərçivəsində Bakı Bələdiyyə Teatrı tərəfindən səhnələşdirilən tamaşanın quruluşçu rejissoru Azərbaycanın Xalq artisti Mərahim Fərzəlibəyovdur.
Qeyd edək ki, Fond tərəfindən 2018-ci ildə Azərbaycanda Çingiz Aytmatovun 90 illik yubileyi təntənə ilə qeyd olunub, ədibin “Cəmilə” povesti əsasında qırğız sənətçilər tərəfindən hazırlanmış tamaşa nümayiş etdirilib.
Sabah paytaxtın Xətai və Suraxanı rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə Reporta Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus "Qum adası-Bayramzadə İEM" yüksək təzyiqli magistral qaz kəmərinin 4-cü km-də yol keçidinin quraşdırılması ilə bağlı, aprelin 26-da saat 09:00-dan işlər başa çatanadək "Qum Məişət(Qİİ)", "Alko", "Naximov", "Müşviq əhali", "Gilan", "Quru Yük Limanı", "Dəniz donanması", " F-centr", "Azərsu Nəqliyyat" və "Zığ gəmi təmiri" ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə Xətai rayonunun Müşfiq, Qvardiya və Azadlıq küçələrində, həmçinin Suraxanı rayonunun Qum adası yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
“Azərbaycan Hava Yolları” QSC (AZAL) Avropanın şəhərlərinə birbaşa uçuşların sayını artırmağı planlaşdırır.
Report xəbər verir ki, bunu AZAL-ın I vitse-prezidenti Samir Rzayev bildirib.
O, aviaşirkətin həyata keçirəcəyi birbaşa uçuşlarda rahatlığın və yüksək səviyyəli xidmətin təmin olunacağına əminliyini ifadə edib.
Xatırladaq ki, mayın 2-dən AZAL Bakıdan Avstriyanın paytaxtı Vyanaya birbaşa uçuşlara başlayacaq. Aviareyslər hər həftənin çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək.
“Böyük Qayıdış” proqramı çərçivəsində Tərtər rayonunun Talış kəndində məskunlaşan əhalinin nəqliyyat xidmətlərinə olan tələbatlarını ödəmək üçün sözügedən istiqamətdə avtobus marşrutu fəaliyyətə başlayıb.
Report bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, nazirlik yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) avtobus marşrutunun açılması ilə bağlı araşdırma aparıb və marşrutun mövcud vəziyyətdə fəaliyyətə başlaması imkanlarını təhlil edib. Kəndə avtobus marşrutunun açılması qərara alınıb.
İlk mərhələdə marşrut “Şıxarx” qaçqın şəhərciyindən başlamaqla Talış kəndi istiqamətində Tərtər şəhərinin mərkəzi bazarı, Avtovağzal, Seydimli, Çaylı və Suqovuşan kəndləri aralıq dayanacaqlarından keçməklə təşkil olunub. Hazırda sərnişinlərə bir kiçik tutumlu nəqliyyat vasitəsilə xidmət göstərilir və gün ərzində 2 reys həyata keçirilir.
Rayon mərkəzindən 29 km məsafədə, dağlıq ərazidə yerləşən Talış kəndində hazırda 20 ailə olmaqla 90 nəfər məskunlaşıb. Növbəti mərhələdə kəndə 158 ailənin köçürülməsi nəzərdə tutulub.
İşğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən məqsədyönlü fəaliyyətin əsas məqamlarından biri də Azərbaycan vətəndaşlarının tam təhlükəsiz şəraitdə öz doğma torpaqlarında yenidən məskunlaşmasının ən qısa zamanda təmin edilməsidir.
“Kukuli” interaktiv-musiqili tamaşa aprelin 22-23-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının konsert zalında, aprelin 24-də isə Gəncə Dövlət Filarmoniyasında Ankara teatrının təqdimatında nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, üç gün davam edəcək musiqili-interaktiv tamaşa mahnıları, rəqsləri, qəhrəmanları, həyəcanverici mövzusu ilə uşaqlara və həmçinin böyüklərə möhtəşəm əyləncə vəd edir. Həmçinin bütün tamaşaçıları unudulmaz təəssüratlar və sürprizlər gözləyir
Saat 11:00 və 14:00 baş tutacaq möhtəşəm, interaktiv, əyləncəli, ailəvi musiqili-interaktiv tamaşanın biletlərini şəhərin bütün kassalarından, “Gənclik” və “28 MALL” ticarət mərkəzlərindəki kassalardan, www.iticket.az saytından onlayn və “ASAN xidmət” mərkəzlərindəki kassalardan əldə etmək olar.
23 Aprel- Türkiyənin Milli Suverenlik və Uşaq Bayramını bir yerdə qeyd etməyə tələsin.
Ümummilli Lider Heydər Əliyev Azərbaycan kinematoqrafiyasına atalıq edirdi, bu sahəyə qayğısını əsirgəmirdi. O, kinematoqrafiyanı millətin inkişafı üçün əsas vasitələrdən hesab edirdi.
AZƏRTAC xəbər verir ki, bunu “Azərbaycan Kinosu –125. Reallıq, çağırışlar və hədəflər” mövzusunda Kino Forumunda Xalq artisti, rejissor Oqtay Mirqasımov deyib.
Xalq artisti təəssüf hissi ilə bildirib ki, bu gün kinoteatrlarımızın əksəriyyətində bayağı filmlər təbliğ olunur. Bunlara nəzər yetirilməlidir: “Bəzi filmlərdə Azərbaycan cəmiyyəti elə təqdim olunur ki, xəcalət çəkirsən. Bu, dəyərlərə xəyanətdir. Biz kinematoqrafçılar dövrün tələblərini nəzərdə saxlamalı, amma tamaşaçının da zövqünü korlamamalıyıq”.
Azərbaycan kinematoqrafiyasının bir çox çatışmazlıqlarından söhbət açan O.Mirqasımov kinomuzun gələcək inkişafına ümid bəslədiyini vurğulayıb.
Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan Kinosu – 125. Reallıq, çağırışlar və hədəflər” mövzusunda Kino Forumunun keçirilməsi əlamətdar hadisədir.
AZƏRTAC xəbər verir ki, bunu Kino Forumunda çıxışı zamanı Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova deyib.
Teatr və kino sahəsinin inkişafı naminə dövlət səviyyəsində göstərilən dəstəkdən danışan Ş.Məmmədova bu günədək Azərbaycan kinosunun, mədəniyyətinin keçdiyi inkişaf yoluna nəzər salıb. O, Ulu Öndər Heydər Əliyevin kino sahəsinə, ümumən mədəniyyət və incəsənət adamlarına göstərdiyi diqqət və qayğı haqqında fikirlər səsləndirib.