Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Azerbaijani opera singers pay tribute to heroes of Great Patriotic War

    Azerbaijani opera singers Maharram Huseynov and Azer Zada have performed "Dark Night" in tribute to the heroes of the Great Patriotic War. The video was shot by Gasan Seyidbayli and Faraj Seyidbayli ( Black & Black Studio), sound director-Faig Babayev.

    The song has been composed by Nikita Bogoslovsky (1913-2004), lyrics by Vladimir Agatov specially for the film "Two Soldiers". 

    "Dark Night" has been described as a gentle lyrical song imbued with a feeling of homesickness and expressing devotion to one's beloved which helped reveal the personal side of army life. 

    May 9, 2020 marks the 75th anniversary of the victory over fascism in the Great Patriotic War. More than 600,000 Azerbaijanis were sent to the front in 1941-1945.  

    Some 130 Azerbaijanis were awarded the title of the Hero of the Soviet Union, 30 more were awarded the Order of Honor for their courage shown during the war.  Moreover, 170,000 Azerbaijani soldiers and officers were presented with USSR orders and medals.

    Hazi Aslanov, twice named the Hero of the Soviet Union, generals Mahmud Abilov, Akim Abbasov, Tarlan Aliyarbeyov, Hajibala Zeynalov, heroes of the Soviet Union Israfil Mammadov, Aslan Vazirov, Adil Guliyev, Ziya Bunyatov, Geray Asadov, Malik Maharramov and Mehdi Huseynzadeh and many others  made significant contribution to the victory and brought honor to the history of the Azerbaijani people.      

  • “Sevilənlər sevənlər” rubrikası altında canlı yayımlar davam edir

    Respublika Gənclər Kitabxanasının “Sevilənlər sevənlər” rubrikası altında keçirdiyi canlı yayımlar davam edir. Növbəti belə görüş həkim-psixoterapevt, klinik psixoloq Əli Nağıyev ilə keçirilib.

    Respublika Kitabxanasının təşkilatçılığı ilə keçirilən canlı yayıma 600-ə yaxın izləyici qatılıb. Qonaq psixoterapiya, psixiatriya və psixologiya terminləri haqqında danışıb, onların tərifini verərək bu anlayışlar arasında olan fərqi izləyicilərin diqqətinə çatdırıb. Həmçinin qonaq müasir ailələrdə yaşanan psixoloji problemlərdən, uşaq tərbiyəsində zəruri olan aspektlərdən, ehtiyac yarandıqda ailə terapiyalarının keçirilməsi zəruriyyətindən də söhbət açıb.

    Əli Nağıyev canlı yayım zamanı istifadəçilərin sualları ilə yanaşı, müsahibəni aparan kitabxananın şöbə müdiri Günay Həsənovanın da suallarını cavablandırıb. Canlı yayım zamanı yuxu problemi, təlaş, posttravmatik pozuntular və s. mövzular ətrafında maraqlı müzakirələr aparılıb.

    Sonda qonaq bu cür canlı yayımların keçirilməsi zəruriyyətini vurğulayıb və Respublika Gənclər Kitabxanasına və izləyicilərə öz minnətdarlığını bildirib.

     
  • TÜRKSOY “Xivə-2020” mövzusunda klip hazırlayıb

    Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) görkəmli musiqiçilərin iştirakı ilə Özbəkistanın qədim Xivə şəhərinin 2020-ci ildə türk dünyasının mədəniyyət paytaxtı elan olması münasibətilə klip hazırlayıb.

    Klipin hazırlanmasında 10 ölkədən 18 görkəmli musiqiçi iştirak edib. Layihənin icrası TÜRKSOY-un Ankaradakı Mərkəzi Qərargahından distant yolla təmin olunub.

    Qeyd edək ki, qədim Xivə şəhəri 2020-ci ildə türk dünyasının mədəniyyət paytaxtı seçilib. Bu haqda qərar ötən ilin sonunda Qırğızıstanın Oş şəhərində keçirilən TÜRKSOY Daimi Şurasının 37-ci iclasında elan olunub. Məlum pandemiya səbəbindən “Xivə-2020” açılış mərasimi təxirə salınıb.

     
  • Qələbə günü münasibətilə igid döyüşçülərimiz haqqında silsilə videoslaydlar təqdim edilib

    Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialı Qələbə Günü münasibətilə İkinci Dünya müharibəsində qəhrəmanlıq göstərmiş Azərbaycanın igid oğullarının xatirəsinə həsr olunmuş videoslaydlar yaradaraq öz “Instagram” və “Facebook” hesablarında izləyicilərinə təqdim edib.

    Kitabxanadan bildirilib ki, əsas fəaliyyət istiqamətlərindən biri maarifçilik olan kitabxana, öz növbəsində hazırladığı videoslaydlar vasitəsilə tariximizi gənc nəslə çatdırır.

    Qeyd edək ki, İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərib. Qısa müddətdə respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılıb. 1941-1945-ci illərdə Azərbaycanın 600 mindən çox igid oğlu və qızı cəbhəyə yollanıb. Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şərəfli döyüş yolu keçib. Həmvətənlərimizin təqribən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilib.

    İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz şücaətləri ilə xalqımızın tarixinə yeni səhifələr yazıblar.

    Azərbaycan xalqı öz qəhrəman oğullarını unutmur.

     
  • Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun anadan olmasından 101 il ötür

    Azərbaycan musiqi mədəniyyəti tarixinə bəstəkar istedadı, pedaqoq məharəti, ictimai xadim nüfuzu ilə daxil olmuş Soltan Hacıbəyov aydın yaradıcılıq siması, saf, şairanə dünya görüşü ilə fərqlənib. O, xalq sənəti xəzinəsindən və dünya musiqi təcrübəsindən faydalanaraq müxtəlif janrlarda özünəməxsus üslubda epik vüsəti, dərin lirizmi və dolğun məzmunu ilə səciyyələnən qiymətli əsərlər yaradıb. Azərbaycan simfonik musiqisinin təşəkkülü və inkişafında onun mühüm xidmətləri var. Geniş diapazonlu yaradıcılığa malik bəstəkar simfoniya, simfonik lövhə və süitaları, həmçinin opera və balet, dram tamaşalarına musiqi, mahnı və romansları ilə Azərbaycanın mədəniyyət xəzinəsini daha da zənginləşdirib.

    Bu gün görkəmli bəstəkar, tanınmış pedaqoq, dirijor və musiqi xadimi, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, professor Soltan Hacıbəyovun anadan olmasından 101 il ötür. Prezident İlham Əliyevin ötən ilin aprelin 1-də imzaladığı Sərəncama uyğun olaraq ölkəmizin hər yerində görkəmli bəstəkarın 100 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər təşkil edilib.

    Soltan Hacıbəyov 1919-cu ildə ulu mədəniyyət mərkəzimiz Şuşada dünyaya gəlib. Gələcək bəstəkarın yetişməsində, formalaşmasında xalq musiqisinin böyük təsiri olub. Soltan Hacıbəyovun yaradıcılıq yolu ötən əsrin 30-cu illərin axırı, 40-cı illərin əvvəllərinə təsadüf edir. Bu dövr Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük əhəmiyyətə malik idi. Respublikada gənc, istedadlı bəstəkarların bütöv bir nəsli yetişir. Öz yaradıcılığında onlar Üzeyir Hacıbəylinin mütərəqqi ənənələrini davam etdirir, eyni zamanda, S.Prokofyevin, D.Şostakoviçin nailiyyətlərindən bəhrələnirdilər. 1930-cu ildə S.Hacıbəyov Bakıya köçür, 1936-cı ildən öz əmisi Üzeyir Hacıbəylinin ailəsində yaşayır və tərbiyə alır.

    Orta məktəbi bitirdikdən sonra musiqi texnikumuna daxil olan S.Hacıbəyov truba sinfində oxuyur. Eyni zamanda, o, musiqili komediya teatrında dirijor vəzifəsində çalışır. Bəstəkarın yaradıcılıq fəaliyyəti məhz bu dövrdən başlayır. Onun ilk əsəri xor və simfonik orkestr üçün yazılmış “Pioner kantata”sı və “Qızıl gül” musiqili komediyasıdır. “Qızıl gül” əsəri 1940-cı ildə Bakı Musiqili Komediya teatrının səhnəsində böyük müvəffəqiyyətlə tamaşaya qoyulur. 1939-cu ildə bəstəkar Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə, professor Zeydmanın sinfinə daxil olur. O zaman xalq musiqisinin əsaslarını bilavasitə Ü.Hacıbəyli özü tədris edirdi.

    Konservatoriyada oxuduğu illərdə bəstəkar seçdiyi sənətin texnikasına daha dərindən yiyələnmək üçün müxtəlif janrlara müraciət edir. O, iki prelüd və fortepiano üçün sonata, “Çiçəklərin söhbəti”, “Neft haqqında nəğmə” mahnılarını, “Quşcuğaz”, “Tənha yelkən ağarır” romanslarını, simli kvartet, simfonik variasiyalar yazır.

    Böyük Vətən müharibəsi illərində S.Hacəbəyov qəlbi vətən məhəbbəti ilə alovlanan mərd, sadə insanların qəhrəmanlığına həsr olunmuş bir sıra əsərlər yazır. “Döyüşçülər nəğməsi”, 416–cı Taqanroq diviziyasına həsr edilmiş xalq çalğı alətləri orkestri üçün marş əsərləri buna misaldır. Ötən əsrin 40–cı illərində milli simfoniya janrı inkişaf etməyə başlayır. Buna həm də xalqın yadelli işğalçılara qarşı mübarizəsi böyük təsir göstərib. Çünki müasir qəhrəman, vətənpərvər insan surətlərinin təsviri geniş əhatəli formalar tələb edirdi. Bu cür formalar yalnız monumental simfoniyalar ola bilərdi.

    S.Hacıbəyovun I simfoniyası bu dövrdə yazılmış simfoniyalar arasında mühüm yer tutur.1945-ci ildə Türkmənistan Opera və Balet Teatrı S.Hacıbəyova “Kəminə və Qazı” operasını yazmağı sifariş edib. Həmin əsərin simfonik parçası “Karvan” adlanır. 1955-ci ildən əsər yenidən nəşr olunaraq müstəqil şəkildə repertuarlara daxil olur. Orta Asiya mənzərəsini musiqi dili ilə canlandıran bəstəkar “Karvan”da təsviri lövhələrə meyil edir, ayrı–ayrı parlaq lövhələrlə, cizgilərlə və rəngarəng musiqi vasitələri ilə qızmar cənub təbiətini, hüdudsuz səhranın vüsətini, karvanın həzin, ahəstə hərəkətini böyük ustalıqla dilə gətirir. Əsər üç hissəli quruluşdadır. Bu, onun obraz dairəsi ilə əlaqədardır: karvanın gəlməsi, təbiət hadisələrinin coşması, karvanın uzaqlaşması. Əsər “Şur” muğamı üzərində bəstələnib.

    1946-cı ildə II simfoniya meydana çıxır. Burada yeni dramatik situasiyaların, yeni ifadə vasitələrinin axtarışları hiss olunur. Bəstəkarın uşaqlar üçün yazdığı əsərlərinin mövzuları müxtəlifdir. Burada həm pioner həyatı, həm də təbiət təsvirləri vardır. 1953-cü ildə bəstəkar 6 uşaq nəğməsi yazır: “Oynaq topum”, “Lay – lay”, “Bənövşə”, “Bahar gəldi”, “Yolka”, “Pioner marşı”. “İsgəndər və Çoban” uşaq operası Bakı pioner evinin sifarişi ilə yazılıb. Onun əsasını Nizaminin “İsgəndərnamə” əsərinin bir parçası təşkil edir.

    1950-ci ildə S.Hacıbəyov “Gülşən” baletini yazıb. Müasir mövzuya həsr olunmuş bu əsərdə insanların qarşılıqlı münasibətlərinə, əxlaqi keyfiyyətlərinə, estetik mövzulara toxunulub. Baletin musiqili səhnə kompozisiyası aydın və lakonikdir. Sevgi və məişət səhnələri ilə əmək mövzuları ayrılmaz vəhdətdə verilir.

    Ötən əsrin 50–ci illərində S.Hacıbəyov vokal musiqisi sahəsində çalışır. O, həmin illərdə bir sıra xalq mahnı və muğamlarını xalq çalğı alətləri orkestri üçün işləyib. “Sarı bülbül”, “Leyla”, “Qarabağ şikəstəsi” buna misaldır. Bu illərin ən məşhur əsərlərindən biri simfonik orkestr üçün yazılmış uvertüradır. Bu əsər milli musiqidə janr simfonizmi xəttini davam etdirir. Bəstəkar Azərbaycan, rus musiqi klassiklərinin ənənələrini öz fərdi yaradıcılıq süzgəcindən keçirərək, müasir ruhlu, milli koloritli əsər yaratmağa nail olub. Mövzuların aydın və qabarıq şəkildə inkişaf etməsi əsərdə proqramlılıq cəhətlərini üzə çıxarır.

    1950-ci illərdə bəstəkar Bolqarıstan və keçmiş Çexoslovakiyaya gedir və vətənə qayıtdıqdan sonra “Bolqar süitası” və “Çex rəqsi” əsərlərini bəstələyir. 1964-cü ildə S.Hacıbəyov ən parlaq əsərini - orkestr üçün “Konsert”ini yazır. Əsər təzadların kəskinliyi, fəallığı, müasir musiqi dili, qeyri-adi, parlaq koloritli orkestrovkası ilə fərqlənir. Müəllif böyük bir orkestr ustadı kimi öz əsərini mahiranə şəkildə instrumentləşdirib və çalğı alətlərinin ifaçılıq imkanlarından səmərəli şəkildə istifadə edib. S.Hacıbəyovun partiturasında incə, şəffaf tembr rəngləri güclü səs koloriti ilə uyğunlaşır. “Konsert” milli simfonik musiqi mədəniyyətinə gözəl hədiyyədir.

    Bəstəkarın tamaşalara yazdığı musiqilər də “Məhəbbət”, “Kəndçi qızı”, “İnsan”, “Eşq və intiqam”, “Əliqulu evlənir” və s. ayrılıqda səsləndirilməyə layiq uzunömürlü əsərlərdəndir.

    1947-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında müəllimlik edən, 1947-62-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri və direktoru, 1969-cu ildən ömrünün sonunadək Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifələrində çalışan, 1973-cü ildə SSRİ Xalq artisti adına layiq görülən Soltan Hacıbəyov 1974-cü ildə cismən dünyasını dəyişir, mənən isə ikinci və... əbədi həyat yaşamağa başlayır...

  • Xalq artisti Əlibaba Məmmədova həsr olunmuş konsertlər davam edir

    Beynəlxalq Muğam Mərkəzindən (BMM) birbaşa yayımlanan “Bizi birləşdirən mədəniyyət” layihəsinin növbəti buraxılışı ustad xanəndə, Xalq artisti Əlibaba Məmmədovun yaradıcılığına həsr olunub.

    Ə.Məmmədov 100-dən çox mahnı və təsniflər yaradıb, muğamla müasir mahnılar arasında bir vəhdət qurub və bu mahnılar xalq tərəfindən sevilir.

    Layihənin budəfəki qonaqları BMM-nin solistləri Babək Quliyev (Şuşalı), Elnur Zeynalov, Səbinə Ərəbli, balaban ifaçısı Rəfael Əsgərov xanəndənin repertuarından seçmələr, həmçinin müəllifi olduğu təsnifləri səsləndiriblər.

    Ustad xanəndənin tələbəsi Babək Şuşalı onun pedaqoq kimi xüsusiyyətlərindən söz açıb. Bildirib ki, Ə.Məmmədovun gənc xanəndələr nəslinin yetişməsində böyük əməyi var. Gənc xanəndə Muğam Televiziya Müsabiqəsində iştirakı zamanı Ə.Məmmədovun tövsiyələrindən bəhrələndiyini vurğulayıb.

    Balaban ifaçısı Rəfael Əsgərov müasir günümüzdə balaban sənətinin inkişafı və görkəmli ifaçıları haqqında fikirlərini bölüşüb.

    Xanəndələr Elnur Zeynalov, Səbinə Ərəbli Əlibaba Məmmədovun bəstələdiyi təsnifləri özünəməxsus ifaları ilə təqdim ediblər. Xanəndələri tarda Rövşən Qurbanov, kamançada Ceyhun Muradov, nağarada Amil Mustafayev müşayiət edib.

    Qeyd edək ki, “Bizi birləşdirən mədəniyyət” layihəsinin çəkilişləri həftənin üç günü canlı olaraq BMM-dən yayımlanır. Canlı yayımlar, eyni zamanda, BMM-nin “Facebook” səhifəsindən də təqdim edilir. Konsertlərin anonsları əvvəlcədən BMM-nin sosial şəbəkələrində izləyicilərə təqdim olunur.

  • “Qarabağ-Şuşa həsrəti” adlı elektron məlumat bazası təqdim olunub

    Milli Kitabxana tərəfindən hazırlanmış “Qarabağ-Şuşa həsrəti” adlı Elektron məlumat bazasında Qarabağın tarixi, görkəmli şəxsiyyətləri, mədəni irsi, Qarabağ müharibəsi haqqında, Şuşa haqqında sənədlər, kitablar, məqalələr, fotoqalereya və digər sənədlər təqdim olunur. Yerləşdirilən materiallar tam mətni ilə təqdim olunmuşdur.
    Elektron məlumat bazası ilə bu linkə daxil olmaqla tanış olmaq mümkündür: http://anl.az/el/emb/D.QARABAQ/

  • “Mənim günahım” tamaşası onlayn göstəriləcək

    Teatrsevərlərin istəyini nəzərə alaraq bu gün saat 18:00-da Akademik Musiqili Teatrın rəsmi “Facebook” səhifəsində SSRİ Xalq artisti Qara Qarayevin musiqiləri əsasında İlyas Əfəndiyevin “Mənim günahım” tamaşası canlı yayımlanacaq.

    Teatrın mətbuat xidmətindən bildirilib ki, səhnə əsərində rolları Əməkdar artistlər - Nərgiz Kərimova (Nurcahan) və İlham Hüseynov (Sahib) canlandıracaq. Teatrın balet artisti Mələkxanım Səfərovanın (Ayqız) gözəl ifası da tamaşaya xüsusi rəng qatacaq.

    Sevgi haqqında pritçanın ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, quruluşçu rejissoru Prezident mükafatçısı İradə Gözəlova, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Elnur Axundov, quruluşçu baletmeysteri Əməkdar artist Yelena Ağayeva, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Elməddin Dadaşovdur.

    Əsərin süjet xəttində yaşlandığını qəbul etməyən Nurcahan adlı balerinadan bəhs edilir. O, həyat yoldaşını gənc balerina Ayqıza hədsiz qısqandığı üçün gərgin psixoloji sarsıntılar keçirir. Nurcahan Ayqızı təkcə ömür-gün yoldaşına deyil, həm də sevimli sənətinə qısqanır. Göründüyü kimi, bəzən sənətə də aşırı sevgi acınacaqlı nəticələr verir. Nurcahan səhnəyə yenicə qədəm qoyan gənc qızın gələcəkdə onun yerini tuta biləcəyindən qorxur. Buna görə də qarşısında maneə kimi gördüyü balerinaya fiziki zərbə vuraraq böyük bir günah işlədir. Bu addımı ilə özünə də ağır, mənəvi zərbə vurur. Nurcahan sonralar əməlindən peşman olsa da, bu günahın mənəvi əzabını daxilən çəkir.

    Sənət yarandığı gündən indiyə qədər bu mövzu həmişə aktual olub və həmişə də aktual olacaq...

     
  • Türkiyənin “Yeni şafak” qəzeti istiqlal şairimiz Əhməd Cavadla bağlı məqalə yayıb

    Türkiyənin nüfuzlu “Yeni şafak” qəzeti Azərbaycanın istiqlal şairi Əhməd Cavadla bağlı məqalə yayıb.

    Məqalədə böyük şairin şərəfli mübarizə yolu, Azərbaycan və Türkiyə üçün canını fəda etmək qədər şücaəti, o cümlədən nadir yaradıcılıq üslubu və faciəli həyatından bəhs olunur. Türkdilli oxuculara məlumat verilir ki, böyük şairin poeziya yaradıcılığında Azərbaycanın istiqlalı ana xətt olduğu kimi Türkiyəyə və tükçülüyə ehtiram da o qədər yüksəkdə olub.

    Məqalənin linkində Əhməd Cavadın xilaskar Qafqaz İslam Ordusunun tarixi missiyasına həsr etdiyi şeirə bəstələnən musiqinin ifasının “TRT AVAZ” təqdimatı da özünə yer alıb.

     
  • Musiqili Teatr tamaşaçılarına sorğu ünvanlayıb

    Azərbaycan Dövlət Akademik Musiqili Teatrı rəsmi sosial şəbəkə hesablarından virtual izləyicilərinə maraqlı sorğu ünvanlayıb.

    Teatrın mətbuat xidmətindən bildirilib ki, belə bir sorğunun yaranmasına səbəb isə karantin günlərində teatrın virtual izləyicilərinin sayının gündən - günə artması və bu qocaman sənət məbədinə onların hədsiz marağıdır.

    Elə bu baxımdan da, teatr hər dəfə izləyicilərin istək və arzularını nəzərə alaraq, repertuarında xüsusi yeri olan maraqlı nümunələri, eyni zamanda xalqın sevdiyi retro tamaşaları “Facebook” səhifəsində canlı yayım vasitəsilə təqdim edir. Bu, mövcud vəziyyətdə teatr və tamaşaçı arasında əlaqə yaratmaq üçün ən yaxşı vasitə olsa da, təbii ki, heç nə canlı ünsiyyəti əvəz edə bilməz.

    Tamaşaçıların teatra böyük sevgisi yaradıcı kollektivi belə bir sorğu ilə onlara müraciət etməyə sövq edib. Belə ki, sual və cavab bəndləri link vasitəsilə aşağıdakı qaydada göstərilib: Teatr iyul və avqust aylarında fəaliyyət göstərərsə, tamaşalarda iştirak etmək istərdinizmi?

    Sorğuda iştirak edənlər öz variantlarını, eyni zamanda şərh bölməsində yaza bilərlər.

    Beləliklə, Akademik Musiqili Teatr sorğuda iştirak etmək üçün hamınızı göstərilən linkə daxil olaraq öz münasibətinizi bildirməyə dəvət edir.